Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə44/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   40   41   42   43   44   45   46   47   ...   197

www.vivo-book.com 

 

217 



kralın  faytonuna  yol  açmaq  üçün  camaat  birləĢib  cənab 

Muaronu yerdən qaldırdı. 

Zati-aliləri  bizim  yeni,  belə  əlamətdar  hadisənin 

Ģərəfinə al-qırmızı pərdələrə tutulmuĢ gözəl kilsənin yanında 

faytondan endi. Sonra nahar baĢ tutacaqdı, nahardan sonrasa 

kral  faytonuna  minib,  müqəddəs  Klimentin  qurumuĢ 

cəsədinə təzim etməyə gedəcəkdi. 

Kral  kilsəyə  girər-girməz,  Jülyen  baĢını  itirmiĢ  halda 

cənab  Renalın  evinə  qaçdı.  Burada  o  güclə  nəfəs  ala-ala 

səma  mavisi  rəngdə,  epoletli  mundirini,  qılıncını  çıxararaq 

təzədən öz nimdaĢ, qara paltarını geyindi. Sonra atın belinə 

sıçrayaraq  bir  neçə  dəqiqəyə  çox  gözəl  bir  təpənin  düz 

baĢında yerləĢən Bre-le-oya çatdı. 

“Bu  nə  ehtirasdır!  Camaat  bir  ucdan  axıĢır!  Veryerdə 

kəndlilərin əlindən tərpənməyə yer yoxdu, onları yarıb keçə 

bilməzsən,  elə  burada  da  az  deyillər,  bu  köhnə  monastırın 

yanında az qala on min adam var”, – Jülyen düĢündü. 

“Qiyamçı barbar”ların dağıtdığı abbatlıq təmirdən sonra 

özünün  köhnə  əzəmətini  bərpa  eləmiĢdi.  Ġnsanlar  bunun 



www.vivo-book.com 

 

218 



möcüzə olduğunu deyirdilər. Hər yanda artıq möcüzələrdən 

danıĢmağa baĢlamıĢdılar. 

Jülyen abbat ġelanı axtarıb tapdı. ġelan oğlanı  əvvəlcə 

bərk danlayandan sonra ona cübbə və boğazlıq verdi. Jülyen 

tezcə  geyinib,  abbat  ġelanla  Aqdın  cavan  yepiskopunu 

axtarmağa  getdi.  Cənab  de  La-Mollun  bacısı  oğlu  olan  bu 

prelat

25

  yepiskop  rütbəsini  təzəcə  almıĢdı  və  indi  krala 



müqəddəs  təbərrükləri  göstərmək  kimi  yüksək  Ģərəfə  layiq 

görülmüĢdü.  Amma  yepiskopun  indi  harda  olduğunu  heç 

kim bilmirdi. 

Bütün  əhali  dəhĢətli  dərəcədə  həyəcanlıydı.  Əhali  öz 

hökmdarını  qədim  monastır  giriĢinin  qotik  dirəkləri  altında 

səbirsizliklə  gözləyirdi.  1789-cu  ildə  iyirmi  dörd  abid 

tərəfindən  təməli  qoyulmuĢ  qədim  Bre-le-o  abbatlığını 

təqdim etmək üçün iyirmi dörd din xadimi toplanmıĢdı. Düz 

iyirmi beĢ dəqiqə gözləyəndən sonra onların hamısı köksünü 

ötürüb,  günahı  yepiskopun  cavanlığının  üstünə  yıxaraq  bu 

                                                 

25

Prelat – katolik kilsəsində yüksək rütbə sahibi  




www.vivo-book.com 

 

219 



qərara 

gəldilər 

ki, 

kapitul


26

 

rektoru 



gedib 

zati-


müqəddəslərinə bildirməlidir ki, kral indicə gələcək və yaxĢı 

olardı ki, o, kilsəyə gəlsin. 

Cənab  ġelan  hamıdan  yaĢlı  olduğuna  görə  kapitul 

rektoru seçildi və Jülyenə bərk acığı tutmasına baxmayaraq, 

oğlana  iĢarə  elədi  ki,  onun  arxasınca  gəlsin.  Boğazlıq 

Jülyenin boynuna çox yaxĢı oturmuĢdu. Sıx qıvrım saçlarını 

nəyin  hesabına  sığallayıb,  yatızdırdığını  bilmək  olmurdu, 

amma  fəxri  qaravul  çəkməsinin  cübbə  altından  çıxan 

mahmızları cənab ġelanı daha çox əsəbiləĢdirirdi. 

Onlar yepiskopun apartamentinə çatanda üzlərinə vacib 

ifadə vermiĢ bər-bəzəkli xidmətçilər qoca küreyə təkəbbürlə 

bildirdilər  ki,  indi  zati-müqəddəslərini  görmək  mümkün 

deyil.  Qoca  küre  hörmətli  Bre-le-o  kapitulunun  rektoru 

seçildiyini  və  öz  kilsəsinin  yepiskopunun  yanına  istədiyi 

vaxt gələ bilmək imkanı olduğunu deyəndə xidmətçilər ona 

gülməyə  baĢladılar.  Jülyenin  məğrur  xisləti  xidmətçi 

kobudluğuna  tab  gətirə  bilmədi.  O,  dəhlizə  atılıb  rastına 

                                                 

26

Kapitul –katolik kilsəsində puhanilər şurası 




www.vivo-book.com 

 

220 



çıxan  hər  qapını  itələməyə  baĢladı.  Qapılardan  ən  balacası 

onun  zərbəsindən  açıldı  və  oğlan  yepiskopun  əyinləri  qara 

livreyli, boğazları zəncirli kamerlakeylərinin arasına düĢdü. 

Jülyen  ora  elə  tələsik  girmiĢdi  ki,  bu  vacib  ağalar  onu 

yepiskopun  çağırdığını  güman  edərək  saxlamağa  cəsarət 

etmədilər.  Bir  neçə  addım  gedəndən  sonra  oğlan  nəhəng, 

tamamilə  qaranlıq  qotik  zala  çıxdı,  hündür,  oxlu 

pəncərələrin  birindən  baĢqa  hamısı  qırmızı  kərpiclə 

hörülmüĢdü. Bu kobud kərpic qalaqları qədim, yonma ağac 

sütunların  əzəmətiylə  müqayisədə  olduqca  məzlum 

görünürdü. 

1470-ci ildə Cəsur Karlın hansısa günahını yumaq üçün 

tikdirdiyi,  burqund  əntiqi  hesab  olunan  bu  zalın  divarları 

arasında  gözəl  oyma  naxıĢlarla  iĢlənmiĢ  hündür  kürsülər 

sıralanmıĢdı.  Bu  kürsülərin  üstündə  müxtəlif  rənglərə 

boyanmıĢ  barelyeflərdə  qiyamət  gününün  bütün  sirləri 

iĢlənmiĢdi. 

Yalın  kərpiclərin  və  ağ  əhəngin  çirkinliyinə  təslim 

olmuĢ  bu  qaraqabaq  əzəmət  Jülyeni  sarsıtdı.  Zalın  o  biri 

ucunda,  iĢıq  düĢən  yeganə  pəncərənin  yanında  o  böyük, 




www.vivo-book.com 

 

221 



qırmızı  ağac  çərçivəli  bir  güzgü  gördü.  Güzgünün  üç 

addımlığında  boz  cübbəli,  krujeva  boğazlıqlı,  amma  baĢı 

açıq  cavan  bir  adam  oturmuĢdu.  Güzgü  bu  yerə  heç  uyğun 

gəlmirdi,  o  dəqiqə  məlum  olurdu  ki,  onu  Ģəhərdən  indicə 

gətiriblər.  Jülyen  həmin  cavan  adamın  çox  əsəbi  olduğunu 

gördü: o sağ əliylə güzgü tərəfə xeyir-dua göndərirdi. 

Jülyen düĢündü: 

“Görəsən,  bu  nədir?  Yəqin  ki,  cavan  rahibin  üzərinə 

düĢən  ayinlərdən  biridi.  Bəlkə  o,  yepiskopun  köməkçisidir. 

O  da  bayaqkı  xidmətçilər  kimi  məni  acılayacaq.  Amma 

cəhənnəm olsun, bəxtimizi sınayaq...” 

O  bu  yeganə pəncərəyə  və  durmadan, nəfəs dərmədən, 

amma aramla xeyir-dua göndərən həmin cavan adama baxa-

baxa nəhəng zal boyu irəlilədi. 

Yaxına  getdikcə  cavan  adamın  necə  qəzəbli  olduğunu 

daha  yaxĢı  görürdü.  Onun  krujevalı  boğazlığının 

izahedilməz  gözəlliyi  Jülyeni  bahalı  güzgünün  bir  neçə 

addımlığında dayanmağa məcbur elədi.  

“Amma  nəyin  bahasına  olursaolsun,  mən  bunu  ondan 

soruĢmalıyam”  –  o  düĢündü.  Bu  zalın  alaqaranlıq  gözəlliyi 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə