Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə47/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   43   44   45   46   47   48   49   50   ...   197

www.vivo-book.com 

 

232 



Tezliklə  ancaq özünün  birinci kamergeri

30

  və  cənab de 



La-Mollun  müĢayiətiylə  kral  da  təĢrif  buyurdu.  Hətta  ən 

fəxri cangüdənlər də bura buraxılmamıĢdılar. 

Zati-aliləri  diz  çökmək  əvəzinə  özünü  məxmər  döĢəkcənin 

üzərinə buraxdı. Və bu zaman təkcə Jülyen diz çökmüĢ gənc 

qızların birinin çılpaq çiyninin üstündən baxaraq müqəddəs 

Klimentin  gözəl  heykəlini  gördü.Müqəddəs  Kliment  gənc 

Roma  döyüĢçüsü  paltarında,  mehrabın  lap  dərinliyindəydi. 

Boynunda  sanki  hələ  də  qanı  axan  iri  bir  yara  vardı. 

HeykəltəraĢ  bütün  məharətini  göstərmiĢdi  –  sönməkdə  olan 

yarıqapalı  gözlər  səmavi  iĢıqla  doluydu,  azacıq  cücərən 

bığlar gözəl, sanki hələ də dua oxuyan yarıaçıq dodaqları bir 

az dartmıĢ kimiydi.  

Jülyenin  yanında  diz  çökmüĢ  gənc  qız  bu  mənzərədən 

təsirlənərək acı-acı ağladı. Onun göz yaĢlarından bir damcısı 

düz Jülyenin əlinin üstünə düĢdü. 

Səmavi  rahatlıqla  dolu,  ancaq  həndəvərdən  on  lyelik 

məsafədən  gələn  uzaq  alqıĢ  səslərinin  pozduğu  sükutda  bir 

                                                 

30

Yüksək ranqlı saray məmuru 




www.vivo-book.com 

 

233 



dəqiqə  dua  eləyən  Aqda  yepiskopu  duasını  qurtarandan 

sonra kraldan söz demək üçün icazə aldı.  

O  özünün  qısa,  amma  çox  təsirli  moizəsini  dinləyənləri 

sarsıdan sadə sözlərlə bitirdi: 

–  Siz  –  gənc  xristian  qızlar,  indi  hər  Ģeyə  qadir  və 

qüdrətli  Allahın  xidmətçisi  qarĢısında  diz  çökən  bu  böyük 

hökmdarı  gördüyünüzü  heç  vaxt  unutmayın.  Burada,  yer 

üzündə  tanrı  qulları  gücsüz  və  qaçaq,  əzablı  sonluğa 

məhkumdular  –  Müqəddəs  Klimentin  hələ  də  qanı  axan 

yarasında siz buna Ģahid olursunuz. Amma onların təntənəsi 

göylərdə  baĢlayır.  Doğrudurmu  ki,  ey  gənc  xristian  qızlar, 

siz bu günün xatirəsinə qəlbinizdə əbədi saxlayacaq və Ģərə 

nifrət  eləyəcəksiniz?  Siz  bu  qədər  böyük,  mərhəmətli  və 

qüdrətli tanrıya həmiĢə sadiq qalacaqsınız? 

Bu  sözləri  deyəndən  sonra  yepiskop  təmtəraqla 

dizlərini yerdən qaldırdı. 

– Siz buna and içirsinizmi? – o, vəcdlə soruĢdu. 

Qızlar hönkürtüdən boğula-boğula: 

– And içirik! – dedilər. 

Yepiskop zəhmli səslə: 




www.vivo-book.com 

 

234 



–  Ədalətli  tanrı  adına  sizin  andınızı  qəbul  edirəm!  – 

dedi. 


Mərasim bununla da qurtardı. 

Kral özü də ağlayırdı. 

Aradan  xeyli  keçəndən  sonra  soyuqqanlılığını  özünə 

qaytaran  Jülyen  müqəddəsin  Romadan  Burqund  hersoqu 

Xeyirxah  Filippə  göndərilən  sümüklərinin  harada  olduğunu 

soruĢdu. Ona dedilər ki, qalıqlar həmin gözəl mum heykəlin 

içində gizlədilib. 

Zati-aliləri  onu  kilsəyə  müĢayiət  edən  əsil-nəcabətli 

qızların  hamısına  üzərində  “ġərə  nifrət  edirəm.  Məzara 

qədər ibadət edirəm” sözləri iĢlənmiĢ qırmızı lent aparmağa 

icazə verdi. 

Cənab  de  La-Moll  kəndlilərə  on  min  ĢüĢə  Ģərab 

paylanmasını  əmr  elədi.  AxĢamsa  Veryer  liberalları  öz 

evlərində  royalistlərdən  də  Ģən  məclislər  qurmağa  nail 

oldular. 

Kral Veryeri tərk etməmiĢdən əvvəl cənab Muaroya baĢ 

çəkməklə ona böyük bir xoĢbəxtlik bəxĢ eləmiĢ oldu. 

 



www.vivo-book.com 

 

235 



 

XIX 


 

  DÜġÜNMƏK – ƏZABDIR 

 

 

Sıradan keçən günlərin bozluğunda qəfil baş verən hər 

hansı hadisə bədbəxtliyi bir az azaldır... 

 

Barnav 

 

Cənab  de  La-Moll  üçün  ayrılmıĢ  otaqdakı  avadanlığı 



yerbəyer  eləyən  Jülyen  dörd  qatlanmıĢ  qalın  bir  kağız 

parçası tapdı. Birinci sətirdə yazılmıĢdı: 

“Zati-aliləri,  Fransa  peri,  kral  ordenləri  mükafatçısı  və 

sair və sair markiz de La-Molla...” 

Bu, qabyuyanın əyri-üyrü xəttlə yazdığı xahiĢ məktubu 

idi: 


“Cənab markiz. 


www.vivo-book.com 

 

236 



Mən bütün ömrüm boyu dini qanunlara itaət eləmiĢəm. 

Lənətə gəlmiĢ 93-cü ildəki mühasirə vaxtı mən Liona yağan 

bombaların altındaydım. Hər bazar günü burdakı kilsəyə dua 

eləməyə  gəlirəm.  Hətta  lənətə  gəlmiĢ  93-cü  ildə  də 

müqəddəs  Pasxanı  ötürməmiĢəm.  Bizim  aĢpaz  qadın  hər 

cümə  günü  pəhriz  yeməyi  hazırlayır.  Veryerdə  də  mənə 

hörmət eləyirlər, özümdə cəsarət tapıb bildirirəm ki, mən bu 

hörməti  özüm  qazanmıĢam.  Xaç  yürüĢü  baĢlayanda  mən 

taxt-rəvanın  altında  cənab  küre  və  cənab  merin  yanında 

addımlayıram. Nəsə əlamətdar hadisə olanda öz hesabıma ən 

qalın  Ģamı  yandırıb  aparıram.  Bütün  bunlar  barədə  məndə 

yazılı  sübutlar  var,  o  sübutları  siz  Parisdə,  Maliyyə 

Nazirliyində də tapa bilərsiniz. 

Özümdə cəsarət tapıb sizdən rica edirəm ki, Veryerdəki 

lotereya  idarəsinin  rəhbərliyini  mənə  tapĢırasınız. Çünki bir 

müddətdən  sonra  bu  idarə  rəhbərsiz  qalacaq  –  indiki 

rəhbərin  vəziyyəti  çox  pisdir, bərk  xəstədir,  özü  də  axırıncı 

seçkilərdə səsvermədə yanlıĢlığa yol verib. Və sair və sair... 

 

De ġolen”. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə