Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə51/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   47   48   49   50   51   52   53   54   ...   197

www.vivo-book.com 

 

252 



Məlum oldu ki, bu yerlərin ən gözəl qadını, onun altı il, 

özü  də  hamının  gözü  qarĢısında  baĢına  fırlandığı,  bu 

təkəbbürlü,  öz  davranıĢıyla  onu  addımbaĢı  qıpqırmızı 

qızarmağa  məcbur  eləyən  qadın  öz  uĢaqların  mürəbbisinə 

məĢuqəlik  eləyir!  Cənab  Valnonun  qürurunu  yaralayan  bu 

xəbər  azmıĢ  kimi,  o  üstəlik  öyrəndi  ki,  xanım  Renal  öz 

məĢuqundan ötrü dəli-divanədi. 

–  Düzünü  desəm,  –  qulluqçu  qız  ağır-ağır  köksünü 

ötürərək  dedi,  –  cənab  Jülyen  belə  bir  Ģeyə  çox  da  can 

atmırdı.  Hamıyla  necə  soyuq  rəftar  eləyirsə,  bizim  xanımla 

da o cür davranır. 

Eliza  dedi  ki,  bu  məsələnin  gerçək  olduğuna  Verjidə 

əmin olsa da, iĢin kökünün çox uzaqlara getdiyini düĢünür. 

Sonra acı-acı əlavə elədi: 

– Əlbəttə, oğlan bu məsələyə görə mənimlə evlənməyə 

razı  olmadı.  Mən  axmaq  da  hələ  bir  xanım  Renala 

yalvarmıĢdım ki, onunla danıĢsın! 

Həmin  axĢam  cənab  Renala  imzasız  bir  məktub  gəldi. 

Məktubda onun evində baĢ verənlər təfərrüatıyla yazılmıĢdı. 



www.vivo-book.com 

 

253 



Jülyen  cənab  Renalın  bu  məktubu  oxuya-oxuya 

ağardığını hiss elədi. Hətta onun məktubu oxuyandan sonra 

Jülyenə  necə  qəzəblə  baxdığını  da  hiss  elədi.  Bütün  axĢam 

boyu  cənab  Renalın  qanı  qaraydı  –  Jülyenin  cidd-cəhdlə 

onunla  Ģirinlik  eləmək  cəhdi,  ən  adlı-sanlı  burqund 

ailələrinin  genealogiyası  barədə  verdiyi  sualarsa  əbəs 

yerəydi. 

 

 



 

XX 


 

  ĠMZASIZ MƏKTUBLAR 

 

Do not give dalliance. 

  Too much the rein; the strongest oaths are straw. 

  To the fire i'the blood. 

  Tempest

31

 

                                                 

31

Özünü ələ al – yoxsa bu andlar 



Qaynayan qanında od tutar barıt kimi. 


www.vivo-book.com 

 

254 



 

 

  Gecəyarısı  onlar  otaqlarına  dağılıĢanda  Jülyen  vaxt 

tapıb sevgilisinin qulağına pıçıldadı: 

–  Bu  gecə  görüĢməyək,  deyəsən,  əriniz  nədənsə 

Ģübhələnib.  Mərc  gələ  bilərəm  ki,  onun  oxuyanda  köksünü 

ötürdüyü  o  uzun-uzadı  məktubda  imza  yox  idi  –  kimsə 

bizdən Ģeytançılıq eləyib. 

XoĢbəxtlikdən  Jülyen  yatanda  otağının  qapısını 

kilidlədi.  Xanım  Renal  ağılsızca  düĢündü  ki,  Jülyenin  belə 

ehtiyatlanmasının  səbəbi  sadəcə  bu  gecə  onunla 

görüĢməmək  üçün  bir  bəhanədir.  Qadın  dəli  oldu  və  gecə 

həminki  saatda  oğlanın  otağına  yollandı.  Dəhlizdə  addım 

səsləri eĢidən Jülyen o dəqiqə çırağı söndürdü. Kimsə onun 

otağının qapısını açmağa çalıĢırdı, amma kim: xanım Renal, 

yoxsa onun qısqanc əri? 

                                                                                                                   

     ġekspir, "Tufan" (ing.) 

 



www.vivo-book.com 

 

255 



Hər  səhər  Jülyenin  otağına  gələn  aĢpaz  qız  bu  səhər 

sübhdən ona bir kitab gətirdi. Kitabın üz qabığında italyanca 

bir neçə söz yazılmıĢdı: guardate alia pagina 130

32

 . 



Bu  ehtiyatsızlıq  Jülyeni  qorxutdu,  o  niĢan  verilmiĢ 

səhifəni  tələm-tələsik  açanda  həmin  vərəqə  sancaqla 

bərkidilmiĢ  bir  məktub  gördü.  Məktub  tələm-tələsik 

yazılmıĢdı,  orda-burda  göz  yaĢlarının  izi görünürdü  və onu 

yazan  Ģəxs  heç  bir  orfoqrafiya  qanununu  gözləməmiĢdi. 

Adətən,  xanım  Renal  düzgün  yazı  məsələsində  çox 

səliqəliydi  və  indi  onun  məktubunun  halı,  buradakı 

açıqsözlülük  oğlanı  elə  təsirləndirdi  ki,  məĢuqəsinin  bu 

dəhĢətli ehtiyatsızlığını tamam yaddan çıxardı. 

“Dünən gecə sən  məni  otağına buraxmadın.  Bəzən  elə 

anlar  olur,  düĢünürəm  ki,  axı  əslində  mən  heç  vaxt  sənin 

ürəyindəkinin  nə  olduğunu  baĢa  düĢə  bilməmiĢəm.  Sən 

üzümə  baxırsan  –  baxıĢların  məni  qorxudur.  Mən  səndən 

qorxuram!  Ġlahi!  Yəni  doğrudan  da  sən  heç  vaxt  məni 

                                                 

 

32



130-cu səhifəyə baxın (ital.) 


www.vivo-book.com 

 

256 



sevməmisən?  Əgər  belədirsə,  onda  qoy  ərim  bizim 

münasibətlərimizdən  xəbər  tutsun,  qoy  məni  ömürlük 

uĢaqlarımdan uzaqda, uzaq bir kənddə qapalı saxlasın. Bəlkə 

də  tanrının  məsləhəti  belədir.  Tezliklə  ölüb  gedərəm,  nə 

olsun  ki?  Sənsə?  Sən  dünyanın  ən qəddar adamı  olacaqsan. 

Deməli,  sən  məni  sevmirsən?  Mənim  çılğınlığım  və 

tükənmək  bilməyən  vicdan  əzablarım  səni  bezdirdi? 

Allahsız! Məni məhv etmək istəyirsən? Sənə ən sadə yolunu 

deyim:  Veryerə  get, bu  məktubu  hamıya  göstər.  Ən  yaxĢısı 

sən bu məktubu cənab Valnoya göstər. Ona de ki, mən səni 

sevirəm – yox, yox, tanrı səni bundan hifz eləsin – ona de ki, 

mən  sənə  pərəstiĢ  eləyirəm.  Ona  de  ki,  mən  səni  görən 

gündən  yaĢamağa  baĢlamıĢam,  insanın  ən  ağılsız  xəyallar 

qurduğu  gənclik  çağlarımda  belə  sənin  mənə  verdiyin  bu 

xoĢbəxtliyi  arzulaya  bilməzdim.  Ona  de  ki,  mən  bütün 

həyatımı sənə həsr eləmiĢəm, ruhumu sənə qurban vermiĢəm 

– bilirsən ki, sənin üçün bundan da artığını qurban verərdim. 

Amma  o  adam  qurban  verməyin  nə  olduğunu  anlaya 

bilərmi?  Yox,  onu  qəzəbləndirmək  üçün  de  ki,  mən  heç 

kimin  qeybətindən  qorxmuram,  ona  de  ki,  dünyada  mənim 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə