Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə56/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   52   53   54   55   56   57   58   59   ...   197

www.vivo-book.com 

 

277 



Özünü ələ ala bilməyəcəyindən qorxaraq, cənab Renal 

bircə  kəlmə  də  demədən  oxucunun  artıq  bildiyi  kimi 

kitablardan  kəsilib,  mavi  kağıza  yapıĢdırılmıĢ  sözlərdən 

ibarət imzasız məktubu oxumağa baĢladı.  

“Yenə  məni  ələ  salırlar,  deyəsən  bunun  ardı-arası 

kəsilməyəcək,  –  cənab  Renal  yorğunluqdan  az  qala  özünü 

itirəcək  halda  düĢündü.  –  Mən  yenə  bu  təhqirləri 

oxumalıyam,  buna  görə  baĢ  sındırmalıyam,  hamısı  da 

arvadımın ucbatından!” 

O  indiyə  qədər  öyrəndiyi  ən  ağır  söyüĢləri  yağdırmaq 

istəyirdi  ki,  Bezansonda  yaĢayan  xalanın  mirasını  gözünün 

qarĢısına  gətirərək,  çətinliklə  də  olsa,  sözlərin  hamısını 

uddu.  Hirsini  nədən  çıxacağını  bilməyərək,  ikinci  imzasız 

məktubu  ovcunda  əzərək,  iri  addımlarla  cığırla  irəlilədi.  O 

bir  dəqiqə  də  olsun,  arvadından  uzaqlaĢmaq  istəyirdi.  Bir 

neçə dəqiqədən sonra sakitləĢmiĢ halda qayıtdı. 

Əri yanına qayıdan kimi xanım Renal dedi: 

–  Bunu  təxirə  salmaq  olmaz,  gərək  Jülyeni  iĢdən 

çıxarmaq  üçün  bəhanə  fikirləĢək.  Əvvəl-axır,  o,  sadə  bir 

dülgər  oğludu.  Siz  ona  bir-iki  ekü  artıq  ödəyərsiz,  o  da 




www.vivo-book.com 

 

278 



ağıllı,  oxumuĢ  adamdı,  buna  görə  də  tez  özünə  iĢ  tapacaq. 

Cənab Valno, ya da cənab Mojiron onu o dəqiqə iĢə götürər. 

Onların da uĢaqları var. Odur ki, Jülyen heç sizdən inciməz 

də... 


–  Siz  ağzınıza  gələni  danıĢırsınız!  –  cənab  Renal 

qəzəblə  qıĢqırdı.  –  Axı qadından  bundan artıq  nə  gözləmək 

olar  ki?  Ağlınıza  da  gəlməz  ki,  bir  Ģey  barədə  ciddi-ciddi 

düĢünəsiniz.  Ġndiyə  qədər  bir  kəlmə  də  olsun  ağıllı  söz 

deməmisiniz!  Bu  tənbəllik,  bu  ağılsızlıq  ki,  sizdə  var,  siz 

ancaq  kəpənək  qovalamağa  yarayırsınız!  Necə  də  məzlum 

varlıqlardı  bu  qadınlar!  Tanrının  bizə,  evli  adamlara  rəhmi 

gəlsin, axı biz yaxamızı sizin əlinizdən qurtara bilmirik! 

Xanım  Renal  ona  mane  olmadı:  qoy,  danıĢıb  ürəyini 

boĢaltsın.  Bu  yerlərin  adamlarının  təbirincə  desək,  əri 

içindəki bütün zəhəri çıxarandan sonra xanım Renal axır ki, 

ona cavab verdi: 

– Cənab, mən Ģərəfi zədələnmiĢ qadın kimi danıĢıram. 

Qadının Ģərəfdən qiymətli heç nəyi yoxdur. 

Xanım  Renal  bütün  bu  əzablı  söhbət  zamanı  özünün 

qatı  soyuqqanlılığını  saxladı.  Çünki  Jülyenlə  bir  damın 




www.vivo-book.com 

 

279 



altında  yaĢamaq  imkanı  məhz  bu  söhbətin  nəticəsindən 

asılıydı.  O,  hər  sözü  cidd-cəhdlə  ölçüb-biçərək  elə  Ģeylər 

deyirdi  ki,  bunlar  ərinin  qəzəbini  soyudur,  onun  fikirlərini 

xanım  Renala  sərf  eləyən  istiqamətə  yönəldirdi.  Ərinin 

təhqiramiz çıxıĢları onu əsəbiləĢdirmirdi, o bu sözlərə qulaq 

asa-asa  Jülyeni  düĢünürdü:  “Görəsən,  o  məndən  razı 

qalacaqmı?” 

Axır ki, o, fikrini dedi: 

–  Bizim  bu  qədər  əzizlədiyimiz,  o  qədər  hədiyyə 

verdiyimiz  bu  kəndçi  balasının  heç  bir  günahı  yoxdur. 

Amma nə olursaolsun, həyatımda rastlaĢdığım ən pis təhqiri 

onun  ucbatından  eĢitmiĢəm.  Bu  iyrənc  məktubu  oxuyanda, 

cənab,  ağlıma  bircə  Ģey  gəldi  –  bu  evdən  ya  mən 

getməliyəm, ya da o... 

–  Siz  deyəsən,  aləmi  bir-birinə  vurmaq  istəyirsiniz. 

Ġstəyirsiniz  ki,  məni  də,  özünüzü  də  biabır  eləyəsiniz. 

Bununla  biz  Veryerdə  çox  adamın  könlünü  xoĢ  eləmiĢ 

olarıq! 


–  Düzdü,  müdrik  idarəçilik  bacarığınıza  görə 

qazandığınız  nüfuza,  özünüzə,  ailənizə,  bütün  Ģəhərə 




www.vivo-book.com 

 

280 



qazandırdığınız rifaha görə hamı sizə həsəd aparır. Neynək, 

onda  mən  Jülyenə  təklif  edərəm  ki,  sizdən  bir  müddətlik 

icazə  alıb, dağda  yaĢayan  o  odun  alverçisi  dostunun  yanına 

getsin. 


–  Mənsə  sizə  qərar  verməyi  qadağan  edirəm  –  cənab 

Renal  olduqca  təmkinli  Ģəkildə  arvadının  sözünü  kəsdi.  – 

Hər  Ģeydən  əvvəl  sizdən  tələb  edirəm  ki,  onunla 

danıĢmayasınız.  Onunla  danıĢsanız,  hirslənəcəksiz,  məni  də 

onunla  dalaĢdıracaqsız,  o  balaca  cənabın  da  necə  qürurlu 

olduğunu bilirsiniz. 

– Bu cavan oğlanda bir damcı da olsun, özünü aparmaq 

qabiliyyəti  yoxdur,  –  Xanım  Renal  dedi.  –  O  ağıllı,  savadlı 

ola  bilər,  bunu  siz  daha  yaxĢı  bilərsiniz,  amma  nəticə 

etibarilə  o  kəndçinin  biridi.  O  oğlan  Elizayla  evlənməkdən 

boyun  qaçırandan  sonra  mənim  tamam  gözümdən  düĢdü. 

Onunla evlənsəydi, ömrü boyu təmin olunmuĢ adam olardı. 

Amma o imtina elədi, özü də nəyə görə? Nə var, nə var, bu 

qız hərdən gizlicə cənab Valnoyla görüĢür. 

–  Nə,  –  cənab  Renalın  qaĢları  yuxarı  qalxdı,  –  siz  nə 

danıĢırsınız? Bunu sizə Jülyen deyib? 




www.vivo-book.com 

 

281 



–  Yox,  o  lap  belə  də  demədi.  O  axı  həmiĢə  özünün 

gələcək  dini  rütbəsindən  danıĢır,  amma  inanın  mənə,  bu 

adamların  əsas  məqsədi  gələcəkləri  üçün  bir  parça  çörək 

tapmaqdı.  Amma  oğlan  mənə  dəfələrlə  hiss  elətdirib  ki, 

qızın gizli görüĢlərindən xəbəri var. 

–  Amma  mənim  heç  nədən  xəbərim  yoxdu!  –  cənab 

Renal  sözlərin  hər  birini  vurğulayaraq,  qəzəblə  qıĢqırdı.  – 

Burda  düz  mənim  burnumun  ucunda  nələrsə  baĢ  verir, 

mənimsə  heç  nədən  xəbərim  yoxdu!  Bu  necə  ola  bilər?! 

Deməli, o Valnoyla Elizanın arasında nəsə var?! 

– Əzizim, bu köhnə haqq-hesabdı, – xanım Renal gülə-

gülə dedi. – Nə bilim, bəlkə də onların arasında ciddi heç nə 

olmayıb.  Axı  bu  məsələ  o  vaxt  baĢ  vermiĢdi  ki,  sizin  o 

xeyirxah  dostunuz  Valno  onunla  mənim  aramda  guya 

nələrinsə olduğu barədə Ģayiələrin yayılmağını istəyirdi. 

– Mən özüm də bundan Ģübhələnirdim! – cənab Renal 

qəzəblə  alnına  vuraraq  qıĢqırdı.  Düyünlər  bir-bir  açılırdı.  – 

Sizsə bu barədə mənə heç nə deməmisiniz! 

–  Bizim  direktorun  xırdaca  bir  izzəti-nəfs  məsələsinə 

görə iki dostun arasını vurmağa dəyməzdi axı. Bir də ki, sən 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə