Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə86/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   82   83   84   85   86   87   88   89   ...   197

www.vivo-book.com 

 

428 



da,  bunlar  mənəviyyatın  yeganə  tərbiyəçiləriydilər  –  onlar 

olmasa oğlan neynərdi? Nə vaxtsa hansısa qəzet rahibi əvəz 

edə bilərmi? 

Jülyen  təzə  vəzifəyə  təyin  olunan  gündən  bəri  rektor 

açıq-aĢkar  Ģəkildə,  yanlarında  kimsə  olmadan  oğlanla 

görüĢmək  istəmirdi.  Bu  həm  özünə,  həm  də  oğlana  xeyirli 

olacaq bir addım olsa da, daha çox sınaq idi. Qatı yansençi 

abbat  Pirar  sərt  bir  qaydanın  tərəfdarıydı:  əgər  bir  insan 

sənin  gözündə  hansısa  keyfiyyətlərə  sahibdisə,  onun 

qarĢısına  qoyduğu  bütün  məqsədlərin  yoluna  manelər  qoy. 

Əgər  o  doğrudan  da  həmin  keyfiyyətlərə  sahibdisə,  bu 

manelərin hamısının öhdəsindən gələcək. 

Ov mövsümü gəlmiĢdi. Fuke Jülyenin yaxınları adından 

ona  ceyran  və  maral  göndərmiĢdi.  Heyvanların  cəmdəyini 

mətbəxlə  yeməkxana  arasındakı  dəhlizə  qoymuĢdular. 

Nahara  gedən  tələbələr  heyvan  cəsədlərini  gördülər.  Onlar 

heyvanlara  elə  maraqla  baxırdılar  ki!  Qabanın  canı  çıxmıĢ 

olsa  belə,  gənc  tələbələrin  canına  qorxu  salırdı  –  onlar 

ehtiyatla  onun  diĢlərinə  toxunurdular.  Bu  cəmdəklərin 

söhbəti düz bir həftə getdi. 




www.vivo-book.com 

 

429 



Jülyenin  ailəsini  hörmət  olunası  təbəqəyə  aid  edən  bu 

hədiyyə ona bəslənən paxıllıq dolu nifrətə ağır zərbə endirdi. 

Jülyen varlılara xas bir əzəmət qazanmıĢ oldu. 

ġazel  və  baĢqa  bərkgedən  tələbələr  onun  qarĢısında 

kəkələyir  və  az  qala  oğlanı  qınayırdılar  ki,  niyə  vaxtında 

valideynlərinin  var-dövlətindən  onları  xəbərdar  etməyib  və 

tələbələri özlərindən asılı olmayaraq pula hörmətsizliyə sövq 

edib. 


Bu  aralar  rekrut  seçimi  gedirdi,  amma  Jülyen  tələbə 

olduğu  üçün  seçimə  qatıla  bilməzdi.  Bu  məsələ  oğlanı 

sarsıtdı. 

–  Budur,  iyirmi  il  əvvəl  məni  qəhrəmanlıq  yoluna 

çıxara biləcək məqam keçib getdi! – o düĢünürdü. 

Bir  dəfə,  bağı  tək-tənha  dolaĢarkən,  o,  barını  düzəldən 

bənnaların söhbətini eĢitdi. 

– Bax, bizim növbəmiz gəldi. Təzə seçim elan elədilər. 

– Həə, vaxt vardı belə seçimlər zamanı adam fəhlədən 

zabitə çevrilirdi. Hətta elə olurdu ki, general da ola bilirdin. 




www.vivo-book.com 

 

430 



–  QardaĢ,  keçdi  o  vaxtlar.  Ġndi  əsgərliyə  ancaq  ac-

yalavaclar  gedir.  Kimin  ki  cibində  siçanlar  oynamır,  o  öz 

evində oturub qalır. 

– Kasıb doğulan elə ömrü boyu da kasıb qalacaq. 

–  Bəs  bu  düz  söhbətdi  ki,  o  ölüb?  –  üçüncü  bənna 

söhbətə qarıĢdı. 

– QardaĢ, bu söhbəti varlılar çıxarıb! Bəs necə, onların 

canına qorxu salmıĢdı axı! 

–  Gör  onun  vaxtıyla  indinin  arasında  necə  fərq  var? 

Onun  vaxtında  hər  Ģey  baĢqa  cürəydi.  Öz  marĢalları  ona 

xəyanət elədi. Dünyaya belə xainlər də gəlir axı!  

Bu söhbət Jülyeni bir az sakitləĢdirdi. O, yoluna davam 

elədi və köksünü ötürərək öz-özünə dedi: 

       “O, xalqın hörmətlə yad elədiyi yeganə monarxdı!” 

Ġmtahan  vaxtı  gəlib  çatdı.  Jülyen  əla  cavab  verirdi  – 

görürdü  ki,  hətta  ġazel  də  öz  savadını  nümayiĢ  etdirməyə 

çalıĢır. 

Bizə  tanıĢ  olan  vikariy  Friler  tərəfindən  təyin  olunmuĢ 

cənab  imtahan  götürənlər  elə  ilk  gündən  bütün  fənlərdə  əla 

cavab  verənlər  siyahısında  birinci,  ən  pis  halda  ikinci 




www.vivo-book.com 

 

431 



adamın  Jülyen  Sorel  olmasından  əsəbiləĢdilər  –  oğlanın 

abbat Pirarın sevimlisi olduğunu artıq onlara çatdırmıĢdılar. 

Seminariyada tələbələr artıq mərcə girmiĢdilər ki, əla qiymət 

alanlar  arasında  birinci  yerə  çıxacaq  və  bu  münasibətlə 

yepiskopun yanına nahara dəvət haqqı da ona qismət olacaq. 

Axırıncı imtahanda hiyləgər imtahançılardan biri oğlanı 

tələyə  saldı  –  ona  müqəddəs  Ġeronim  və  onun  Siserona 

bəslədiyi  rəğbət  barədə  sual  verdi,  sonra  da  Horatsiy, 

Vergiliy  və  baĢqa  bütpərəst  Ģairlərin  yaradıcılığını  soruĢdu. 

Jülyen  tələbə  yoldaĢlarından  gizlicə  bu  Ģairlərin 

yaradıcılığından  bəzi  Ģeirlər  əzbərləmiĢdi.  Öz  uğurundan 

ilhama  gələn  oğlan  harda  olduğunu  unudub,  müəllimin 

sualına dolğun cavab verərək, Horatsiydən Ģeirlər oxumağa 

baĢladı. Ġmtahan götürən müəllim düz iyirmi dəqiqə oğlanın 

sözünü  kəsmədən  ona  qulaq  asdı  sonrasa  vaxtını  belə 

natəmiz  Ģeyləri  oxumağa  xərclədiyinə  və  beynini  belə 

günahla  dolu  mətnlərlə  doldurduğuna  görə  qınamağa 

baĢladı. 

Jülyen tələyə düĢdüyünü anlayaraq: 

– Düz deyirsiniz, cənab, mən axmağam – dedi. 




www.vivo-book.com 

 

432 



Ġmtahan  götürən  müəllimin  bu  hiyləgərliyi  hətta 

tələbələrdə  ikrah  doğurdu.  Amma  bu,  Bezansondakı  gizli 

qardaĢlıqların  banisi  olan,  Parisə  yazdığı  çuğullamalarıyla 

hakimləri, prefekti, hətta süvari qərargahının rəisini qorxuya 

salan  hiyləgər  abbat  Frilerin  öz  əliylə  Jülyenin  adının 

qarĢısına “198” rəqəmini yazmağa mane olmadı. 

Abbat  bu  hərəkətiylə  özünün  qatı  düĢməni,  yansençi 

abbat  Pirara  zərbə  vurmaq  imkanı  tapdığına  görə  xoĢbəxt 

idi. Düz on il idi ki, o, seminariya rektorunun bu vəzifədən 

kənarlaĢdırılmağı üçün əlindən gələni eləyirdi. Abbat Pirarın 

bircə davranıĢ qaydası – Jülyenə öyrətdiyi qanun – vardı: o 

səmimi,  düzgün  adam  idi,  heç  bir  söz-söhbətə  qoĢulmur  və 

öz öhdəliklərini cani-dildən yerinə yetirirdi. 

Amma  Tanrı  ona  çılğın  xasiyyət  bəxĢ  eləmiĢdi  –  belə 

insanlarsa  incikliyi  gec  unudur,  nifrətisə  çox  dərindən  hiss 

eləyirlər.  Ona  yönələn  heç  bir  zərbə  bu  alovlu  ürəkdə  iz 

buraxmadan  keçib  getmirdi.  O  az  qala  yüz  dəfə  istefa 

verərdi  –  amma  çılğın  qəlbi  onun  təyin  olunduğu  bu  yerdə 

lazımlı adam olmağına əmin idi. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə