Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə94/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   90   91   92   93   94   95   96   97   ...   197

www.vivo-book.com 

 

468 



O  aĢağı  endi,  nərdivanı  ən  aĢağı  pəncərə  qapağına 

dirəyib,  təzədən  yuxarı  qalxdı.  ÜrəkĢəkilli  əl  yerinə  atanda, 

əli  pəncərənin  cəftəsini  qaldıran  simə  iliĢdi.  Oğlan  simi 

dartanda xoĢbəxtcəsinə fərqinə vardı ki, pəncərə qapaqlığını 

bu simdən baĢqa heç nə bağlamır. 

“Gərək  tez  açım  və  elə  eləyim  ki,  o  mənim  səsimi  o 

dəqiqə tanısın”. 

O,  pəncərə  qapağını  baĢını  içəri  soxacaq  qədər  araladı 

və bir neçə dəfə astadan: 

– Mən sizin dostunuzam, – dedi. 

Bir  az  dinləyəndən  sonra  fərqinə  vardı  ki,  otaqda  lal 

sükut  var.  Doğrudan  da  buxarının  üstündə  az  da  olsa, 

iĢıldayan bir gecə çırağı belə yox idi. Bu – pis əlamət idi. 

“Barı mənə güllə atan olmayaydı”. 

Oğlan  bir  az  düĢünəndən  sonra,  pəncərə  ĢüĢəsini 

döyməyə  baĢladı.  Səs  gəlmədi.  ġüĢəni  bir  də  döydü.“Bu 

ĢüĢəni  sındırsam  da,  iĢi  axıra  çatdıracam”.O,  indi  pəncərə 

ĢüĢəsini lap bərk döyürdü, qəfildən ona elə gəldi ki, bu göz 

iĢləməyən  qaranlıqda  nəsə  ağ  bir  kölgə  dolaĢır.  Axır  ki, 

Ģübhələri  dağıldı:  kölgə  inanılmaz  dərəcədə  aramla  ona 




www.vivo-book.com 

 

469 



yaxınlaĢırdı.  Qəfildən  gözünün  qarĢısındakı  ĢüĢəyə  bir 

yanaq yapıĢdı. 

Oğlanın  bütün  bədəni  titrədi  və  o  bir  az  geri  çəkildi. 

Gecə  o  qədər  qaranlıq  idi  ki,  o  bu  yaxınlıqdan  belə  həmin 

sifətin xanım Renala aid olub-olmadığını ayırd edə bilmədi. 

Qorxdu  ki, birdən  xanım  Renal  hürküb  qıĢqırar  –  neçə 

dəqiqəydi  ki,  itlər  hürə-hürə  nərdivanın  həndəvərində 

fırlanırdı. 

– Mənəm, – o hündürdən təkrarladı, – dostunuz... 

Cavab gəlmədi: ağ kölgə yoxa çıxdı. 

–  Yalvarıram,  açın,  sizinlə  danıĢmalıyam,  mən  elə 

bədbəxtəm ki! 

Jülyen ĢüĢəni daha bərkdən döyməyə baĢladı – indi o az 

qala  pəncərəni  sındıracaqdı.  Qısa,  asta  səs  eĢidildi,  cəftə 

qalxdı, oğlan pəncərəni açıb otağa keçdi. 

Ağ  kölgə  uzaqlaĢmaq  istəyirdi.  Oğlan  onun 

çiyinlərindən  yapıĢdı  –  bu  qadın  idi.  Jülyenin  bütün  cəsur 

məqsədləri  yoxa  çıxdı  –  əgər  bu  o  qadın  idisə,  indi  həmin 

qadın  ona  nə  deyəcəkdi?  Amma  yüngülcə  bir  qıĢqırıq  onu 

özünə gətirdi – bu, doğrudan da xanım Renal idi! 




www.vivo-book.com 

 

470 



Oğlan  qadını  bərk-bərk  bağrına  basdı  –  qadın  onu 

aralamaq üçün özündə birtəhər güc tapdı. 

– Bədbəxt! Siz burda neynirsiz? 

Onun səsi tutulurdu: qadın güclə danıĢırdı. Jülyen onun 

səsində saxta olmayan xəstəlik hiss elədi. 

– Mən on dörd aylıq dəhĢətli ayrılıqdan sonra yanınıza 

gəlmiĢəm. 

–  Gedin!  Bu  dəqiqə  buranı  tərk  edin!  Ġlahi,  cənab 

ġelan! Niyə mənə icazə vermədiniz ki, ona məktub yazım? 

Mən bu dəhĢətə yol verməzdim. – O özünə xas olmayan bir 

qüvvətlə  oğlanı  itələdi.  –  Mən  elədiyim  cinayətə  görə 

peĢmanam.  Tanrı  mərhəmət  göstərib  məni  bağıĢladı  və 

gözümü  açdı  –  xanım  Renal  danıĢdıqca  səsi  qırılırdı  – 

Gedin! Bu dəqiqə çıxıb gedin! 

–  On dörd  aylıq  əzabdan sonra bura gəlmiĢəm,  sizinlə 

danıĢmamıĢ  da  getməyəcəm!  Məndən  sonra  nə  olub, 

neyləmisiz,  hamısını  bilmək  istəyirəm.  Ġlahi,  mən  sizi  necə 

də  sevirdim!  Yəni  doğrudanmı  indi  sizin  etibarınıza  layiq 

deyiləm? Mən hər Ģeyi, hər Ģeyi bilmək istəyirəm... 



www.vivo-book.com 

 

471 



Xanım  Renal  nə  qədər  müqavimət  göstərsə  də,  bu 

arxayın səs onun qəlbini ələ aldı. 

Bu sözləri dediyi dəqiqələrdə onun çiyinlərini ehtirasla 

qucaqlayıb,  buraxmayan  Jülyen  qadını  qəfil  buraxdı.  Bu, 

xanım Renalı bir az arxayınlaĢdırdı. 

–  Mən  nərdivanı  içəri  gətirim  –  oğlan  dedi,  –  yoxsa 

Allah  eləməmiĢ,  bayaqdan  pəncərə  taqqıltısına  oyanan 

xidmətçilərdən  biri  evi  dolaĢmaq  fikrinə  düĢər  və  bizi 

yaxalayar. 

–  Ġlahi,  yox!  Sizə  dedim  axı: gedin!  – qadın doğrudan 

da  çox  pis  haldaydı.  –  BaĢqalarından  mənə  nə?  Axı  Tanrı 

bunların  hamısını  görür,  indi  məni  məcbur  elədiyiniz  bu 

səhnəni  görür,  o  buna  görə  mənim  cəzamı  verəcək.  Nə 

vaxtsa  sizə  bəslədiyim  hissləri  indi  siz  ən  alçaq  Ģəkildə 

mənim əleyhimə çevirirsiniz. Amma o hisslər daha yoxdur! 

EĢidirsiz, cənab Jülyen? 

Oğlan  səs  salmamaq  üçün  nərdivanı  ehtiyatla  və 

dinməzcə içəri saldı. 

–  Sənin  ərin  Ģəhərdədi?  –  oğlanın  onu  qıcıqlandırmaq 

məqsədi yox idi, sadəcə bu, vərdiĢyana bir sual idi. 




www.vivo-book.com 

 

472 



– Mənimlə belə danıĢmayın, tanrı xətrinə,  yoxsa  ərimi 

çağıracam. Bayaqdan sizi qovmadığıma görə mən onsuz da 

günahkaram.  Mənim  sizə  yazığım  gəldi  –  qadın  bu  sözləri 

oğlanın həssas qürurunu yaralamaq üçün dedi. 

Oğlana  “sən”  deyə  müraciət  etməmək  israrı,  onun 

həmiĢə  inandığı  incə  dostluq  telləriylə  bağlı  dostluq 

münasibətlərini birdəfəlik qırmaq qərarı Jülyenin ürəyindəki 

çılğın hissləri öldürürdü. 

–  Necə  ola  bilər  axı?  Yəni  doğrudanmı  siz  daha  məni 

sevmirsiz?  –  bu  səs  deyəsən,  lap  ürəyinin  dərinliyindən 

gəlirdi və bu səsin sahibinə laqeyd qalmaq olduqca çətin idi. 

Qadın  cavab  vermədi  və  oğlan  qəfildən  ağladı. 

Doğrudan da onun daha danıĢmağa heyi qalmamıĢdı. 

– Deməli, ömrüm boyu məni sevən bircə nəfər də məni 

unutdu! Ġlahi, bundan sonra mən daha niyə yaĢayım? 

Jülyen  bu  otaqda  kiĢiylə  üzbəüz  qalmayacağına  əmin 

olandan  sonra  bütün  iradəsi  onu  tərk  elədi  –  qəlbindəki 

bütün hisslər yoxa çıxdı: bircə sevgidən baĢqa. 

O,  qaranlıq  otaqda  uzun-uzadı  ağladı  –  qadın  onun 

iniltilərini eĢidirdi. Jülyen onun əlindən yapıĢdı, qadın bu əli 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə