Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə95/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   91   92   93   94   95   96   97   98   ...   197

www.vivo-book.com 

 

473 



kənarlaĢdırmaq istəsə də, bir neçə dəfə dartınandan sonra əli 

oğlanın  ovcunda  qaldı.  Otaq  tamam  qaranlıq  idi  –  onlar 

xanım Renalın yatağının üstündə üz-üzə oturmuĢdular. 

“Ġlahi, on dörd ay bundan əvvəl hər Ģey necə də baĢqa 

cür idi! – Jülyen bunu düĢünüb yenə ağladı – Deməli, ayrılıq 

doğrudan  da  insanın  bütün  hisslərini  öldürür!  Yox,  ən 

yaxĢısı çıxıb getməkdi!” 

Qadının  susqunluğundan  usanan  Jülyen  ağlamaqdan 

xırıldayan səsilə ondan soruĢdu: 

– Nə baĢ verdiyini mənə deməyəcəksiz? 

–  Siz  burdan  gedəndə  bütün  Ģəhər  mənim 

rüsvayçılığımdan xəbər tutmuĢdu,  – xanım Renal sərt səslə 

dedi,  onun  səsində  nəsə  qəddar  və  qınayıcı  bir  Ģey  vardı.  – 

Siz  özünüzü  hər  yerdə  çox  ehtiyatsız  aparmıĢdınız.  Bir 

müddət  sonra,  mən  lap  pis  vəziyyətdə  olanda  möhtərəm 

cənab ġelan yanıma gəldi. O çox cəhd elədi ki, mən hər Ģeyi 

ona  etiraf  eləyim.  Nəhayət,  o  bir  dəfə  məni  ilk  dəfə  ayinə 

qoĢulduğum Dicon kilsəsinə apardı. Və orada söhbəti də özü 

açdı...  –  xanım  Renal göz  yaĢına boğuldu.  –  Ġlahi,  mən  elə 

utanırdım  ki!  Mən  hər  Ģeyi  boynuma  aldım.  O  xeyirxah 




www.vivo-book.com 

 

474 



insan  mənə  rəhm  elədi:  məni  qınamadı,  əksinə,  dərdimə 

Ģərik oldu. Həmin vaxtlar mən demək olar ki, hər gün sizə 

məktub  yazırdım,  amma  göndərməyə  ürək  eləmirdim:  o 

məktubları  gizləyirdim,  üstündə  göz  bəbəyim  kimi  əsirdim, 

daha  dözə  bilməyəndəsə  otağın  qapısını  bağlayıb,  gizlicə 

onları  oxuyurdum.  Axır  ki,  cənab  ġelan  həmin  məktubları 

məndən aldı. Bir az təmkinlə yazdığım məktubları mən artıq 

sizə yollamıĢdım. Siz də heç birinə cavab yazmamıĢdınız. 

–  And  içirəm,  o  məktublardan  bircəciyi  də  mənə 

çatmayıb. 

– Ġlahi! Bəs onları kim alıb? 

–  Ġndi  gör  mən  necə  bədbəxt  olmuĢam:  səni  kilsədə 

görənə qədər sağ olub-olmadığını da bilmirdim. 

–  Tanrı  mənə  rəhm  elədi,  –  xanım  Renal  söhbətinə 

davam  elədi.  –  O,  baĢıma  ağıl  qoydu,  onun,  uĢaqlarımın, 

ərimin  qarĢısında  necə  böyük  günah  iĢlətdiyimi  mənə  baĢa 

saldı.  Ərim  məni  heç  vaxt  sevməyib,  hələ  o  vaxt,  siz  məni 

sevəndə də bunu bilirdim... 




www.vivo-book.com 

 

475 



Jülyen  onu  bağrına  basdı,  oğlan  kövrəldiyindən  özünü 

itirmiĢdi.  Amma  xanım  Renal  onu  özündən  kənarlaĢdırıb, 

sərt səslə davam elədi: 

–  Hörmətli  dostum  cənab  ġelan  mənə  baĢa  saldı:  bir 

halda  ki,  mən  cənab  Renala  ərə  getmiĢəm,  deməli,  bütün 

hisslərimi,  hətta  bu  vaxta  qədər  xəbərsiz  olduğum,  bizim  o 

lənətli  münasibətlərə  qədər  yaĢamadığım  bütün  hisslərimi 

belə  ona  vermiĢəm...  Mənim  üçün  o  qədər  dəyərli  olan 

məktubları  da  qurban  verəndən  sonra,  həyatım  xoĢbəxt 

keçməsə də, heç olmasa, rahat keçdi. Nə olar, bu rahatlığımı 

pozmayın  – Jülyen onun  əllərini öpüĢlərə qərq elədi; qadın 

onun  hələ  də  ağladığını  baĢa  düĢdü.  –  Ağlamayın,  siz  belə 

eləyəndə məni də ağrıdırsınız. Ġndisə siz mənə danıĢın – siz 

neylədiniz? 

Jülyen danıĢacaq halda deyildi. 

Qadın təkrar elədi: 

–  Mən  bilmək  istəyirəm,  seminariyada  necə 

yaĢayırdınız, bunu danıĢın, sonra çıxıb gedərsiniz. 

Nə  danıĢdığını  özü  də  bilmədən,  Jülyen  ona 

seminariyada əvvəl-əvvəl üzləĢdiyi narazılıqlardan, təqib və 




www.vivo-book.com 

 

476 



sorğu-suallardan, müəllim təyin olunandan sonrasa həyatının 

necə sakit keçdiyindən danıĢmağa baĢladı. 

– Elə o vaxt, – oğlan əlavə elədi, – indi yaxĢı gördüyüm 

bu  həqiqəti  –  sizin  məni  unutduğunuzu  anladan  o 

susqunluğunuzdan  sonra  (xanım  Renal  onun  əlini  sıxdı) 

mənə həmin o beĢ yüz frankı göndərdiniz. 

–  Mən  sizə  heç  vaxt  pul  göndərməmiĢəm!  –  xanım 

Renal təəccüblə dedi. 

– Məktubun üstündə Paris möhürü vardı, özü də bütün 

Ģübhələrdən  yayındırmaq  üçün  “Pol  Sorel”  adıyla 

göndərilmiĢdi. 

Onlar 


birlikdə 

məktubun 

kimin 

tərəfindən 



göndərildiyiylə  bağlı  ehtimallar  irəli  sürməyə  baĢladılar. 

Söhbətin  ovqatı  bir  az  dəyiĢmiĢdi.  Özlərindən  asılı 

olmayaraq  xanım  Renalla  Jülyen  dostyana  söhbətə 

baĢlamıĢdılar.  Qaranlıq  olduğuna  görə  bir-birilərini  görə 

bilmirdilər, amma səslərinin ahəngi hər Ģeyi deyirdi. 

Jülyen  onun  belini  ehmallıca  qucaqladı;  əlbəttə  bu, 

təhlükəli hərəkət idi. Qadın onun əlini kənarlaĢdırmaq istədi, 

amma  həmin  dəqiqə oğlan  fəndgirlik  iĢlədib onun  diqqətini 




www.vivo-book.com 

 

477 



söhbətə  çəkdi.  Jülyenin  əli  onun  belini  qucaqlamıĢ  halda 

qaldı. 


Ġçində  beĢ  yüz  frank  olan  məktubla  bağlı  çoxsaylı 

ehtimallardan  sonra  Jülyen  seminariyadan  danıĢmağa 

baĢladı.  O  yavaĢ-yavaĢ  özünü  ələ  alırdı;  indi  hiss 

elədikləriylə  müqayisədə  heç  bir  maraq  kəsb  eləməyən 

seminariya həyatından danıĢdıqca özünə gəlirdi. 

Ġndi  onun  bütün  fikri-zikri  bu  görüĢün  necə 

qurtaracağının yanındaydı. 

–  Siz  getməlisiniz  –  tez-tez  qırılan  səs  durmadan  bu 

sözləri təkrarlayırdı. 

“Məni  burdan  qovsalar,  bu,  biabırçılıq  olar,  –  Jülyen 

düĢünürdü.  –  Ömrüm  vicdan  əzabı  çəkməklə  keçəcək,  bu 

qadın bir daha mənə məktub yazmayacaq, özümün də, Allah 

bilir, bir də buralara yolum düĢəcəkmi?” 

Bu  dəqiqədən  etibarən  yanındakı  qadının  belə  yaxın 

olmağından aldığı həzz yoxa çıxdı. Az qala pərəstiĢ elədiyi 

qadının yanında oturduğu, onu qucaqladığı yerdə, bir vaxtlar 

xoĢbəxt  olduğu  bu  otaqda,  bu  qatı  zülmətdə  qucağındakı 

qadının sinəsinin aramla qalxıb-enməyindən onun ağladığını 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə