Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

2. 
Çarpaz (sif., z.) -  düymə,  xaçvari biriəşmə. -  Çarpaz  Ukdim 
qöçüyür yaxasma.
Çarpazdamax  (f.)  -   m işann  dişlərinin  sağa  və  sola  əym ək.  -- 
Xizəri çarpazdıyannan söram yaxşı kəsdi.
Çarx  dönm əx'  (f.)  -   dəfələrlə  gedib  gəlmək.  -   Səhərdən  çarx 
dönür,  əmə bir iş görəmmir.
Çarxaxçı/Zçaxraxçı  (is.)  —  aravuran,  xəbərçi.  -   Ə nbər  kimi 
çaxraxçı adam yoxdu.
Çarpana  (is.)  ~ ağacm tilişkəsi.  -  Əprüzün  əlinə  çarpana batıf, 
yara eliyif..
Çarpaşıx  (sif)  -   dolaşıq.  -   Urğan  çarpaşıx  tüşüf.  im di  də 
açılmır..
Çatı  (is.)  -   ipdən  toxunan  yoğun  bağ.  -   Nəxıəm  keçi  qılm nan 
ıızun bir çaü hördü.
Çatılamax  (f.)  -   bağlamaq.  -   Buzoyu  çatıla  kin,  təzər  tiişər 
çöllərə..
Çatoy  (s.)  -   tələsik.  -   Bu  Səlvər  çox  çatoy  adamdı,  rahat 
durammır. Ona yörə də Çatoy Səlvər derlər ona.
Çatqı  salm ax  (f.)  -   təndirə  təzəyi  dikinə  çatıb  yandırm aq.  -  
Təndirs çatqı salmax yaddan çıxıf,  xamır da acıyıf.
Çatma  (is.)  -   birləşdirici  ağac.  -   Evin  üstünə  atılan  karannar 
(atmalar)  gödəx'  olduğunnan  Usda  Bəhlul  onnarı  çatmaynan 
birləşdirdi.
Çataxlı  (sif.)  -   ortaq.  -   Çataxlı  işdən  mənim  xoşum  gəlmir,
heş.
Belə atalar sözləri də var:  - Çataxlı işdən kar gözdəmə;  Çataxl: 
işin olunca, çataxlı arvadın olsun.
Çaş  (sif)- Çəpgöz Çopur Əsədin görü binədən çaşdı.
Çaşır (is.) -  yabanı  dərman bitkisi  (Şoraba  da  qoymaq  olur).  -  
Bala təpədən uşaxlar xeylax çaşır yığxf gətdılər.
Çavımax  (f.)  -   çox  işləməx',  çahşmaq.  -   Səhər  ertədən 
axşamatan çavıdım kin, biçini başa vurum,  əmə qurtarammadım.
Çavalamax (f.) -  çabalamaq, hərəkət etmək.  -O tu n  altda nəysə 
çavalıyır.
Çeçil/Zçəçil  (is.)  -   pendirin  kələfə  oxşar  bir  növü.  -  Qars, 
Ərdahan,  Çıldır  bölgələrində  və  Amasiya  rayonunun  kəndlərində 
Iıazırlanırdı  -   Axskalılar  da  çeçili  yaxşı  tanıyırlar.  Çəçili  sıratdan 
(üzsüz süd) çəkillər.
Qaçqm  kimi  Daşkəsən,  Göygöl  və  Şamaxı  kəndlərində 
yaşayan  ağbabahlar  bu  gün  də  çeçil  hazırlayırlar.  -   Motala  basılma 
çeçil göərəndə daha tamlı olur.
Qurud hanı,
Göy çeçil,  qurud hanı.
Allah görüm yox etsin
Qanımı  qunıdam.
(Aşıq İskəndər Ağbabah)
Çeşni  (is.)  -   kiiim,  xalça,  xurcun,  corab  və  digər  pal-paltara 
sahnan  naxış  (şəkil).  -   Nənəmin  köhnə  bir  cehizdix'  xalçası  vanydı, 
onun çeşııisini  çıxanf təzə toxunan xalçıya salaılar.
Çeşt  vaxtı  (z.)  -   saat  12  radələri.  -  Mal-qoyonu  çeşt  vaxtı 
otdaxdan kəndə  gətirillər kin,  bir də sağsmnar.
Çeştə  gəiməx  (f.)  -   mal-qoyunun  otanldıqdan  sonra  yenidən 
sağma  gətirilməsi.  -   M al-qoyunu  o ta n f genə  sağına  gətirəndə  çoxlu 
süd götürüllər və mənsil hazım yıllar.
Çert (s.) -   anq  adam.  -  Ə həd  kişi  anğ  olduğunnan  Çert Əhəd 
dellər ona. Rus dilindəki nepT (cin) sözündəndir.
Ç əçim əx'  (f.)  -   nəfəs  bomsuna  bir  şey  düşdüyünə  görə 
təngənəfəs olmaq. -  Quru qavıdı  yeyən uşaxlar həmişə çəçiyir.
Çeyil (is.) -   bataqhqda və torflu sahələrdə bitən ot.  Buna cil  də 
deyirlər.  -   Dorfun  altı  (yer  adı)  çeyillix'  olur,  çeyili  yığıf  həsir 
toxürlar.
Çeyillik  (is.)  -   ceyü  bitən  sahə.  -   Mamoşun  inəyi  çeyillikdə 
batıf qahf.
Çəhlim  (is.) -   dağ  döşündə  qoyun  sürüsünün  saldığı  cığırlar,  -  
Qoun-quzu çəhlimə tü şü f sm ynan gedillər (B).
Çəkişməx’  (f.)  -   mərc  gəlmək.  -   Əmoğlumnan  çəkişmişik, 
görəx' kim udacax.
Çəkçəvir  (z.)  -   qarşıdurmaq.  -   Əvi  çəkçəvir  elədilər,  genə 
qəçiyi tapammadıiar.


Çəx 'məcə//çəh 'məcə//çəx 'mə  (is.)  -   yarma,  bulğur  və  ətin 
qanşığmdan  təndirin  içində,  qazanda  bişirilən  yemək.  Bu  yem ək 
növü  Ağbaba  kəndləri  üçün  xarakterikdir.  -   Qış  aylarında  çəx'm əcə 
pişirmək  yaxşıdır.  Çörəyi  yapannan  söra  təndirin  içinə  qazanı 
qoyursan,  ət  və  bulğurunu  da  töküf ağzmı  örtürsən.  Axşama  qədər 
çəhməcə olur hazır.
Çəkiş -  zindan  (is.) -  kərəntinin  ağzmı  döyüb  yuxaltmaq  üçün 
işlədilən  stul.  -  Biçin  vaxtı çəkiş-zindanı  otun  altma  qoyuf gəlirdix'. 
əvə.
Çəkuzantı  (is.)  -   gecikdirmək,  xızatmaq.  -   Bu  birqadir  Söyün 
də işimizi çəkuzantıya salıf. günümüzü yazmır kin, taxılımızı  aiax.
1.  Çəkarəx' (z.)  -  cəld,  tez.  -  Ay uşax,  bir çəkərəx' ol,  su gəti, 
əlimi yaxıyım.
2.  Çəkərəx'  (is.)  -  evdə  ayağa  geyilən  başmaq.  -   Çəkərəyin 
altı zivişir.
Çəlçöür  eləməx'  (f.)  -götüx-qoy  etmək.  -  Axşamatan  çəlçöür 
elədim bir şey çıxmadı.
Çəlkəşik  (s.)  -   bitişik,  dolaşıq.  -   Qaranmxda  urğanı  m aşınm  
üstünə atdım, imdi çəlkəşik tüşüf.
Çəlləşix'  (sif.)  -   qanşıq,  dolaşıq.  -   Urğan  çəlləşik  düşüf, 
açılmır.
Çəlimsiz (sif.) -  arıq. -   Şabanın bir çəlimsiz oğlu var, həmməşə 
də xəsdə olur.
Çəm  (is.)  -  üsul,  qayda.  -   Hər  şeyin  bir  çəmi  var,  qərəx'  onu 
tapasan.
Çəmini  tappax  (f.) -  işin  üsulunu,  qaydasını  tapmaq.  -  Hər  bir 
işin çəmini tapannan söra, hasant olur işdəməx'
Çəmkirməx’//çamxırmax  (f.) -  kiminsə üzünə qarşı acıqlanmaq.
-  Dayım marja yaman çamxırdı.
Çənə  (s.)  —  çoxdanışan  adam.  -   Çənə  adam  adamı  işinnən
eliyir.
Çənəyoldaşı- 
həmsöhbət. 
Qocalar  özdərinə 
çənəyoldaşı 
axtanllar.
Çənədan  (is.)  -   toyuğun  dənciyi.  -   Touğun  çənədanmıq  iç 
qabığınnan pendir mayası düzəldillər.
Çənətə  (is.)  -   qapınm  ağzı.  -   Axşamnar  çənətiyə  isti  su 
töx'məzdər, günahdır.
Çənəaitı  (is.)  -   öküz  boyunduruğunun  alt  hissəsi.  -  
Boyunduruğun çənəaltısmm deşiyi  genəldiyinnən samıyı saxlamır.
Çənə-boğaz  eləməz’  (f.)  -   mübahisə  etmək.  -   Aqranomnan 
birqadir axşamatan çənə-boğaz elədilər.
Çənbər  (s.)  -   yumru,  dairəvi.  -   Ağbava  soux  olduğunnan 
çənbər quyrux qoun souğa dözmör (Q.,E.).
Çəngə  (n.s.) -  bir  xışma yun.  -  Qounun bir çəngə yunu qapıya 
ılişif qalmışdı.
Çəngəl  (is.)  -   tayadan  ot  çıxarmaq  üçün  işlədilən  alət.  -  
Tayadan otu çəngəlnən çəkillər.
Çəpiş  (is.)  -   keçi  balası.  -   Çəpişdəri  qorumax  olmur  ha,  çox 
tullanıllar ora, bura.
Çərtdəx'  (is.)  -   çəvirtkə.  -   Göllü  yolunun  altdakı  taxıllan 
çərtdəx' kəsif.
1.  Çəpik (sif.) -  cəld. -  Gəlin ki çəpix' olmadı, daha damşma.
2.  Çəpik  (is.)  -  əl  çalmaq.  -   Oyillərim  Aşıx  İsgəndər  gəlmişdi 
kəndə.  Axşam  qulufda  da  oldu.  Ona  o  xartana  çəpix  çaldılar  gəl 
görəsən.
Çər  (s.)  -   xəstə,  azar.  -   Çər  dəymiş  itin  qurd  düşüf yarasma, 
qutarmır kin qutarmır.
Çər  dəyməx'  (f.)  -   xəstələnmək.  -   Saymaz  (it  adı)  souxda 
qaldığınna çər dəyif.
Çən ətməx (f.) -  bezdirmək,  boğaza yığmaq. -  O da hər axşam 
bizə otumağa gəlir, həm  də bizi çərrədir.
Çərənnəməx' (f.)  -   boş-boşuna  danışmaq.  -   Məmiş  kişi  də 
şennix'də danışığını heş bilmir,  elə hey çərənniyir.
Çərəx' (is.)  -   bir  şeyin  dörddə  biri.  -  Yerin  bir  çərəyinə  qartol 
əhdim.
Çətən  (s.)  -   çoxlu.  -  Namazın  bir çətən  külfəti  var:  6-sı  qızdı, 
5-i oğlan.
Çərçi  (sif.)  -   xırdaçılıqla  məşğul  olan  adam.  -   Çərçi  adam 
hammını bezix'dirir.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə