Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   2   3   4   5   6   7   8   9   ...   67

1
2
3
4
2. Çaxmaq
42
387
kürdlər, anxlılar
Oxçuoğlu
sovetliyi
Oxçoğlu
317
1552
başmaqçılar,  buruqçular,  k arv əlilər 
nəruşağı, 
süleymanh, 
hacim anlarj 
dəlləklər, 
söyləməzli, 
başıçapıdlı 
məşədiqəriblər,qaraqoyunlu,daşdəmirh
Təpəköy
sovetliyi
1 .Təpəköy
142
758
qaracıq,  nalbəndlər,  dəlləklər,  pos- 
taçılar,  tombullular,  əsgəroğlu,  aydınlı, 
gözəldərəlilər,  şarbanoğulular,  dadaşlı, 
cosalar,  eyiblər,  lahıclar,  şivillər,  ə- 
şnəklilər,  çəmənli
2.Sultanabad
60
319
usuflu, dəliəhmədli, baxışlı
Amasiya  rayonunda  1989-cu  ilin  iyununadək  bir  neçə  kənddə 
azərbaycanlılar yaşamışdır.
1988-ci  ildən  erxnəni  zorakılığı  ilə  son  dəfə  qaçqınlığa  m əruz 
qalmış  ağbabalılar  Gəncə,  Göygöl,  Şamaxı,  Mingəçevir,  Xırdalan, 
Bakı,  Sumqayıt  və  digər  şəhər  və  kəndlərdə  məskunlaşmışlar.  100- 
lərlə  ailə  Rusiyamn 
Saratov,  Krasnodar,  Stavropol  vılayətində, 
Tatanstan,  Ukrayna  və  digər  yerlərdə  qaçqmlıq  həyatt  keçirirlər. 
Bunımla  belə,  Suraxanı,  Bayıl  (Bakı),  Mehtabad,  Ceyranbatan, 
Saray,  Xırdalan  (Abşeron),  Quşçu  (Daşkəsən),  Yeni  Zod,  Çaykənd 
(Göygöl),  Yeni  Yaşma,  Xələc,  Məşədi  Həsən  (Xızı),  Qızmeydan 
(Şamaxı) və digər kəndlərdə toplu halda yaşanaaqdadırlar.
Əhalinin  məşğuliyyəti  çətin  qış  şəraiti,  məişət  durumu, 
qoyunçuluq,  maldarlıq,  ançıhq,  toxuculuq,  əkinçiliyin  inkişafı, 
ərazinin zəngin bitki örtüyü, heyvanat aləmi və s.  Azərbaycan dilinin 
digər dialekt və  şivələrindən  fərqlənən  termin  səciyyəli  sözlər,  dərin 
mənalı  frazeoloji  birləşmələr,  xalq  deyimləri  və  folklor  öməkləri 
yaratmışdır (10.51).
Ağbabvya ged aman 
Çiçəyi cana dərman.
Məktub  gəlib köç ilə 
Yan dərd, yarı dərman.
Ağbaba 
kəndlərində 
yaşayanlann 
danışığmda 
Borçalı, 
Pəmbək,  Qaraqoyunlu,  Qazax,  Tovuz,  Gədəbəy və digər qərb bölgəsi
kəndlərmdə  yaşayan azərbaycanhlann danışığında rast gəlinən sözlər 
çoxdur  (6.160).  Elə  sözlər  də  vardır  ki, 
o  Ağbaba  şivəsi  üçün 
xarakterikdir.  Məsələn,  avar (evin üstünə tökülən ot),  sələ (çubuqdan 
hörülmüş  aşsüzən),  çiyinnik (hər iki  başmda çəngəl olan və vedrə  ilə 
su  daşımaq  üçün  işlədilən  alət),  havh  (koridor),  xıla  (tualet),  çınqır 
(vedrə),  düngür  (iki  qohum),  dirgan  (yaba)  somun  (kürədə  bişirilən 
kvadrat  çörək),  çəkməcə  (təndirin  içində  bişirilən  yemək),  fınn 
(çörək  bişirilən  soba),  çisir  (tikanlı  məftil),  xap  etmək  (süd 
dəyişmək),  çeçil  (kələf pendir),  daşdıx (pötənə), pmar (bulaq),  qöcük 
(ətəksiz  paltar),  çənbər (dairə)  dingə  (başa  qoyulan tağalaq),  sınnma 
(paltar),  pambıxlı  (sırrnma  pencək  və  ya  şalvar),  adılı  (heç  vaxt), 
binəli (həmişə) çanax, nanay, təpimək (qurumaq) və s.
Ağbaba şivəsində işlənən sözlər uzun əsrlərin məhsulu olmaqla 
bərabər,  zənginliyi  ilə  də  seçilir.  Dialekt  leksikasmm  əsas  əlamətləri 
onlann  məhdud  dairədə  işlənməsidir.  Burada  dilimizin  ən  qədim 
dövrləri ilə səsləşən və ədəbi dildə olmayan çoxlu sözlər işlənilir.
Ümumiyyətlə,  Ağbaba  kəndlərində  yaşayan  Azərbaycan 
türkləri  oğuz,  həm  də  qıpçaq  kökənlidirlər.  Kəndlərdə  yaşayanlann 
danışığmdan  oğuz  və  qıpçaq elementlərini  çox müşahidə  etmək olur. 
Balıqlı,Quzukənd,  Göllü,  Sultanabad  və  Ellərkənd  kəndlərində 
qarapapaqlann əsil soylan yaşayırdılar.  Ona görə də həmin kəndlərdə 
yaşayanlann 
damşığında 
qıpçaq 
elementlərini 
də 
görmək 
mümkündür.
Ağbaba  şivəsinin  dialekt  leksikasmda  işlənən  sözlərin  çoxu 
ona  söykək  olan  Qars,  Cıldır,  Ərdahan  bölgələrinin  kəndlərində  bu 
gün  də  işlənir  (9.25).  Bu  təbiidir.  Dediyimiz kimi,  1920-ci  il  Gümrü 
müqaviləsinədək  həm  Ağbaba  kəndləri,  həm də  Qars,  Cıldır,  Axsqa, 
Axırkələk,  Qocabəv  eyni  coğrafiyada  və  siyasi  quruluşda bir toplum 
halında  əsrlərlə  yaşamışlar.  Xüsusilə,  Axırkələk,  Əsmincə,  Qocabəy, 
Axısqa  yaşayan  türklərlə  də  yaxm  qohumluq əlaqələri  olmuşdur.  Nə 
yazıq  ki,  1944-cü  ildə  Axsqa  türklərində  Orta  Asiyaya  deportasiya 
etdilər.  Hələ  də  onlar  öz  tarixi  yerlərinə  qayıda  bilmir  və  mücadilə 
edirlər.
Ağbaba  şivəsinin  lüğət  tərkibini  keçmiş  ictimai  quruluşu, 
qohumluq  münasibətlərini,  həyat  və  məişət  şəraitini,  təsərrüfat


məşğuliyyətiıu  -  əkinçilik,  qoyunçuluq,  ınaldarlıq,  quşçuluq  və 
ançıhğı  əks  etdirən  sözlər  əhatə  edir.  Bununla  belə  etnoqrafik  və 
onomastik  leksikaya  aid  olan  sözlər  də  çoxdur.  Xüsusilə  ərazinin 
relyefi ilə bağlı olaxaq danışıqda çoxlu coğrafı terminlər nəzərə çarpır 
(4.100-122).
Ağbaba 
ərazisinin 
fərqli 
coğrafi 
relyefı 
və 
landşaft 
müxtəlifliyi,  zəngin  su  mənbələri,  saysız-hesabsız  diş  göynədən 
bulaqlar,  dəyirmanlar  və  qalaçalann  olması  (qalaçalanıı  sayı  20 -d ən 
çox  idi).  Azərbaycan-türk  dilinin  qrammatik  qayda-qanunıan 
əsasmda minlərlə mikrotoponim  və mikrohidronimlərin yaranm asm a 
səbəb  olmuşdur.  Məsələn:  Xatınoğlımun  tapı  (Quzukənd),  Ö ysuzün 
ocağı  (Öysüz), 
Qara  kaha  (Qaraçanta),  Şabannann  n a p z a n  
(Amasiya),  Sarı  çayır  (Düzkənd),  Dərin  dərə  (Çivinli),  A stanoğlu 
yolağı  (Qoncalı),  Güneyin qılıcı  (Gülliicə),  Düzüm  qaya  (Oxçuğolu), 
Təmrazm  arxacı  (Təpəköy),  Şiştəpə  ziyaratı  (İlanlı),  Çalın  çəhlim i 
(Ibiş),  Sakqızdımn  seloyu  (Qara  Namaz),  Ocax  qaya  (M ağaracıq), 
Şalğam  gözə  (Quzukənd),  Uçuq  dəyirman  (Sultanabad),  M əşədi 
Hasan  bulağı  (Qoncalı),  Çivinni  suyu  (Çivinni),  Qızıldağın  taxtası 
(Düzkənd),  Dik  qalaça  (Balıqlı),  Məmmədin  rəndi  (Güllübulaq), 
Hacı Rəsulun sallamalan (Amasiya) və s.
Göründüyü  kimi,  mikrotoponimlərin  və  mikrohidronimlərin 
tərkibində  xeyli  sayda  xalq  coğrafi  terminləri  işlədilmişdir:  seloy, 
qılıc,  kaha,  ocaq,  dəyırman,  yolax,  qalaça,  taxta,  çayır,  qaya,  napzar, 
tap, sallama və s.  (4.102)
Yuxanda  dediyimiz  kimi,  sərhəd  çəkilərkən,  20-ci  illərdə 
qarapapaqlar  yaşayan  20-dən  çox  kəndin  əhalisi  T'örkiyəyə  köç 
etmişlər.  Qars,  Cıldır,  Ərdahan  bölgələrində  işlənən  bir  çox  söz  və 
termin səciyyəli  leksik vahidlər dialekt leksikası kimi maraq doğurur. 
Məsələn:  danqalax  (quru,  arıq),  deyin  (kimi,  qədər),  dəng  (bezmək), 
dün  (dünən),  dünbələk  (zəif),  dürzü  (yaramaz),  sadır  (təzək),  çotur 
(yastıburun),  çömlək  (saxsı  qab),  çuval  (kisə),  çilə  (qəm,  kədər),  er 
(erkən),  fınn (çörək bişirən soba),  qəlet (peçenye),  örtmə (eyvan),  tuş 
(yuxu),  salt  (yalmz),  hödürsüz  (tərbiyəsiz),  öc  (intiqam),  öysüz 
(tərbiyəsiz),  gəlişməx  (inkişaf  etmək),  çözmək  (sökmək),  hay ıf 
(intiqam),  səmə  (səfeh,  axmaq),  əkmək//ətmək  (çörək),  sarp//sarf
(dik),  bedava  (havayı),  qınm   (fikir),  xarazan,  cəhlim,  rənd,  seloy, 
kərə,  gözə,  batdax,  lığlığa,  qıraş,  dələmə,  buğur  (bəstəboy),  basma 
(yerə  yastılanmış  mal  peyini),  hıla//xıla  (tualet),  sapıtmax  (yoldan 
çıxmax).  qannnam ax  (uçmaq),  dirgan  (yaba),  çəmbər  (yumru)  və  s. 
(6  87-92).
Türkiyə  ilə  Scvetlər  birliyi  arasmda  bağlanmış  müqaviləyə 
əsasən 
1977-ci  ildə  Düzkənd  rayonunun 
Bayandur  kəndi 
vaxınlıemda  Arpaçay  dəryaçası  tikilərkən  Türkiyənin  Agüzum, 
Astana^  Kınıq,  İlanlı,  Kinəyi  və  s.  kəndlərində  yaşayan  azərilər 
başqa  yerlərə  köçürülmüş  ərazidə  arxeoloji  tədqiqatlar  apanlmış 
folklor  və  dialekt  öməkləri  toplanmışdır.  Toplanan  materiallar 
“Arpaçay  köylərindən  dərləmələr”  (398  səhifə)  adı  ilə  1976-ci  ildə 
Ankarada toplu nəşr olunmuşdur.
Ağbaba ərazisindəki kəndlər Arpagölü əti-afinda və Arpa çayın 
s a ä  Və  sol 
hövzəsində, 
Gümrü  şəhərinə  qədər  olan  ərazilərdə 
yerləsirdi.  Gümrü  şəhərindən  sonra  Arpaçay  Türkiyə-Ermənistan 
sərhədi  sayılır.  Ta  Arazadək  bu  sərhəd  uzanır.  Sərdarabadm  Hacı 
Bayram  kəndində  öz  mənbəyini  Arpa  göldən  alan  və  220  km 
uzunluğu  olan Arpa çayı  Araza qovuşur.  Bundan  sonra isə  Araz  çayı 
Iran-Azərbaycan sərhədini davam etdırir.
Bunlan  nəzərə  alaraq,  Ağbaba  və  ona  yaxın  olan  ərazilərdə 
işlənmiş  dialekt  leksilcasını  —  şivə  sözləri,  ləqəblər  (ayamalar), 
deyimlər,  frazeologizmlər,  kəndlərin və  kəndlərdə  yaşamış tayfalarm 
adlan  (etnonimlər),  təsərrüfatm  və  əhalinin  sayı,  etnik  tərkibi,  tarixi 
mənbələrdə əks olunan inzibati-ərazi bölgüsü və s. maraq doğurur.
Arpa  gölü  ətrafmda  və  Arpa  çayı  boyu  səpələxımiş  kəndlərdə 
yaşamış  azəri  türklərinin  damşığı  Azərbaycan  dilinin  qərb  ləhcəsini, 
qısmən  də  Anadolu  ərazisində  xüsusilə,  Qars  vilayətində  yaşayan 
azəri, qarapapaq və tərəkəmələrin də danışığmı əks etdirir.
Ağbaba  şivəsinin  müxtəlif,  fonetik,  leksik  və  qrammatik
xüsusiyyətləri vardır.
1.  A həng  qanunun  möhkəmliyi:  qalm  və  incə  saitləıin 
sıralanmasmda  daha  çox  özünü  göstərir:  ılğım,  gəlməx', 
kəpənək,  qurulu, burux, əvəlix' və s.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə