TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə155/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   151   152   153   154   155   156   157   158   ...   186

330 

 

sübut  edir,  həm  də  sinfi  təbəqələşmənin  kifayət  qədər  aydın  mənzərəsini  yaradır. 



Yaloylutəpə qəbirlərinin, küp qəbirlərin avadanlığı bunu tam aydınlığı ilə göstərir. 

Bununla  əlaqədar  olaraq,  çoxsaylı  qliptika  abidələri  -  məsələn,  xüsusi 

mülkiyyətin mövcud olmasını açıq-aşkar göstərən üzük-möhürlər xüsusi maraq kəsb 

edir. 


Artıq eramızdan əvvəl I minilliyin ortalarında Albaniya ərazisində daş, şüşə və 

metal möhürlər yayılmışdı. Belə metal üzük-möhürlər eramızdan əvvəl V-IV əsrlərdə 

antik dünyada və Şərqdə də yaxşı məlum idi. 

Bütün  bunlar  təqribən  eramızdan  əvvəl  I  minilliyin  ortalarında  və  ikinci 

yarısının  başlanğıcında  antik  Albaniyanın  sosial-iqtisadi  münasibətlərində  baş  verən 

köklü  dəyişikliklərə  sübutdur.  Qədim  Albaniya  vilayətlərində  sənət  yüksək  inkişaf 

səviyyəsinə çatmışdı. Lap qədimlərdən məlum olan metallurgiya və metal emalından, 

dulusçuluq  və  toxuculuqdan  əlavə,  burada  yarımqiymətli  daşlar  emalı,  fil  dişindən 

məmulat hazırlanması, balıq yapışqanı, müxtəlif məlhəmlər və i.a. istehsalı kimi yeni 

sahələr  meydana  gəlir.  Keramika  istehsalının,  zərgərliyin    inkişafı  davam  edir.  

Albaniyada dəmirişləmə, xüsusilə onun bir sahəsi olan silahsazlıq son dərəcə yüksək 

səviyyəyə  çatmışdı.  Alban  ustaları  qılınclar,  xəncərlər,  oxlar,  nizələr,  dəbilqələr 

qayırırdılar. 

Alban dövrünün məskənlərində müxtəlif quruluşlu bir çox dulusçuluq kürələri 

aşkar  edilmişdir.  Qazıntılar  nəticəsində  böyük  miqdarda  sabit,  ənənəvi  formalı  qab-

qacaq, xeyli bədii keramika əşyaları tapılmışdır. Keramika məhsullarının bir çoxunda 

ustaların  nişan-damğasına  rast  gəlinir.  Hər  usta  eynitipli  məhsulun  müəyyən  bir 

növünü  hazırlayırdı  ki,  bu  da  nəinki  dulusçuluğun  müstəqil  bir  istehsal  sahəsi  kimi 

ayrıldığını, həm də dulusçular arasında müəyyən ixtisaslaşma getdiyini göstərir. 

Son  illərin  qazıntıları  hellinizm  dövrü  Albaniyasında  damüstü  kirəmit 

istehsalından  danışmağa  imkan  verir,  kirəmit  istehsalı  isə  şəhərlərdə  əsaslı  tikinti 

işləri  aparıldığına  dəlalət  edir.  Alban  zərgərlərinin  sənətkarlığı  yüksək  inkişaf 

səviyyəsinə  çatmışdı.  Bu  dövrdə  Albaniyada  nəinki  sənət  əkinçilikdən  ayrılmışdı, 

həm də sənətin öz daxilində əhəmiyyətli bir şaxələnmə və dar ixtisaslaşma vardı. 

Albaniya  beynəlxalq  ticarət  yollarından  və  quldarlıq  sivilizasiyasının  ən 

mühüm  mərkəzlərindən  kənarda  deyildi.  Arxeoloji  materiallar  alban  tayfalarının 

Zaqafqaziya, Şərqi Ön Asiya, Kiçik Asiya tayfaları və xalqları ilə, Suriya ilə, Misirlə, 

Egey aləmi ilə əlaqələrinin nisbətən sıx olduğunu sübut edir. 

Qəbələdə bulla hazırlamaq üçün biçilmiş xammalın olması, yerli məhsul olan, 

möhür  basılmış,  qaytan  izləri  qalmış  onlarca  bulla  tapılması  erkən  hellinizm 

zamanından  başlayaraq  Albaniyanın  iqtisadi  həyatının,  xüsusən  ticarətinin 

səviyyəsinə çox mühüm sübutdur. Həmin bullalar eramızdan əvvəlki son yüzilliklərdə 

və  eramızın  ilk  əsrlərində  Qafqaz  Albaniyasının  paytaxtında  aparılan  ixrac-idxal 

əməliyyatlarına bariz sübutdur. 




331 

 

Yazılı  qaynaqlar və  arxeoloji  materiallar aydın şəkildə  göstərir ki,  eramızdan 



əvvəlki  son  iki-üç  yüzillikdə  Albaniyada  şəhərlər  və  şəhər  həyatı  nisbətən  yüksək 

səviyyəyə çatmışdı. 

Hellinizm  dövrü  Albaniyasının  şəhərləri  artıq  siyasi-inzibati  və  strateji 

mərkəzlər,  ticarət-sənət  və  mədəniyyət  mərkəzləri  idi.  Antik  Albaniyanın 

urbanizasiyası  əsaslı  sosial-iqtisadi,  siyasi  və  mədəni  təbəddülatlarla  yanaşı  gedirdi. 

Albaniya  şəhərləri  öz  xarakterinə  və  quruluşuna  görə  qonşu  vilayətlərin  antik 

şəhərlərindən bir o qədər seçilmirdi. Artıq eramızdan əvvəl I mi n i l l i y i n  ortalarında 

sosial-iqtisadi  münasibətlərdə  baş  vermiş  böyük  dəyişikliklər nəticəsində Albaniya 

şəhərlərində  də  əmlak  bərabərsizliyi  yaranmış,  cəmiyyət  sosial  cəhətdən 

təbəqələşmişdi.  Hellinizm  dövrü  Albaniyasında    azad    əhalinin,    yoxsullar    və  

əyanların      mövcud  olduğu  məlumdur.  Kaspilər  arasında  "ən  varlılar  və  əyanlar 

(hakimiyyət başında duranlar)" vardı. Antik Albaniyada həm tacirlər, həm də kahinlər 

vardı,  qulları  olan  məbəd  vilayəti  mövcud  idi.  Sosial-iqtisadi  inkişafın  nisbətən 

yüksək  səviyyədə  olması,  sənətin  əkinçilikdən  ayrılması,  pul  tədavülünün, 

zərbxanaların, əyanların, tacirlərin, qulların, şəhərlərin, şəhər həyatının olması - bütün 

bunlar  hellinizm  dövrü  Albaniyasında  sinifli  cəmiyyətin,  dövlətin  mövcud  olduğuna 

parlaq  sübutdur.  Eramızdan  əvvəl  III  əsrdən  gec  olmayaraq  meydana  gələn  və  artıq 

eramızın hüdudundan uzaq Romada Albaniyanın "birinci" şəhəri kimi tanınan, kifayət 

qədər  möhkəmləndirilmiş  böyük  və  bütün  əlamətlərdən  göründüyü  kimi,  zəngin  bir 

şəhərin  -  Qəbələnin  mövcud  olması  faktının  özü  ölkədə  dövlətin  və  çar 

hakimiyyətinin  olduğuna  sübutdur.  Buna  görə  də  Strabonun  albanlarda      "indi   

(seyrəltmə  bizimdir  -  məsul  red.)  bütün  tayfaları  bir  çar  idarə  edir"  sözləri  ən  geci 

eramızdan əvvəl III əsrə aid edilməlidir. 

Makedoniyalı  hökmdara  qeyri-adi  bir  hədiyyə  bəxş  etmiş  "Albaniya  çarı" 

haqqında  Yuli  Solin  də  məlumat  vermişdir.  Ola  bilsin  ki,  hələ  eramızdan  əvvəl  IV 

əsrin son sülsündə albanlarda "çarlar" varmış, çünki antik müəllif açıq-aydın yazır ki, 

"biz  bu  b a r ə d ə   o x u m u ş d u q " ,   bu  isə  şübhəsiz,  bizə  gəlib  çatmayan  hansısa 

mənbəyə işarədir. 

Mada-Əhəməni  ənənələri  erkən  hellinizm  zamanında  Albaniyada  sinifli 

cəmiyyətin  və  dövlətin  meydana  gəlməsinə  və  təşəkkül  tapmasına  təkan  verməyə 

bilməzdi.  Görünür,  Albaniya  tayfaları  bir  sosial  institut  kimi  dövlətlə  ilk  dəfə  hələ 

Əhəmənilərin hökmranlığı zamanı rastlaşmışdılar. 

Atropat  dövründə  alban  tayfalarının  siyasi  meydana  çıxması  Albaniyada 

dövlətin  meydana  gəlməsinə  xeyli  dərəcədə  təkan  vermişdir,  o  zaman 

atropatenalıların  hökmdarı  ilə  albanlar  arasında  müttəfiqlik  münasibətləri,  bəlkə  də, 

müttəfiqlik - xəracvermə münasibətləri vardı. 



Albaniya  eramızın  hüdudlarında  və ilk  əsrlərində.  Parfiyaya  və  Romaya 

qarĢı  mübarizə.  Qafqaz  Albaniyasının  tarixi  qonşu  ölkələrdə  baş  verən  siyasi 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə