TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə158/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   154   155   156   157   158   159   160   161   ...   186

336 

 

I  əsrin  son  sülsündə  Mingəçevir  zonasında  yeni  qəbir  tipləri  və  dəfn  adətləri 



meydana gəlir. Burada ölüləri küplərdə dəfn etmək adəti qalmaqla bərabər, katakomba 

qəbirlərə, deformasiya olunmuş kəllələrə təsadüf olunur ki, bu da alanlara xas olan etnik 

əlamətdir. Arxeoloji abidələr eramızın ilk əsrlərində və hətta bir qədər qabaq Dağıstan 

ərazisinə  sarmat-massaget-alan  tayfalarının  soxulmasını  göstərir.  Cənub  rayonları 

Mazkut çarlığının tərkibinə daxil olan Dağıstanda sarmat və sarmatvari simalı bir çox 

maddi  mədəniyyət  abidələrinin  olması  arxeoloji  materiallarda  təsdiq  edilir.  Burada 

sarmat  yaraq-əsləhəsi,  müxtəlif  növ  toqqalar,  muncuqlar  və  s.  az  deyildir.  Ayrı-ayrı 

ünsürləri  Azərbaycan  ərazisindəki  Yaloylutəpə  keramikasına  yaxın  olan  sarmat 

keramikasına da rast gəlinir. Dağıstan zonasında və ondan cənubda yerləşən rayonlarda 

alanlardan əlavə aorslar olmuşdu; aorsların izləri Tarki qəbiristanında tapılmışdır, 

Görünür,  aorslar  özləri  Aral-Sırdərya  vilayətlərindəndir  və  massaget 

konfederasiyasına  daxil  idilər.  Kaspinin  şimal  sahilində,  daha  qərbdə  və  cənub-qərbdə 

yerləşən  vilayətlərə  aorsların  və  digər  Orta  Asiya  tayfalarının  yeriməsini,  yəqin  ki, 

"toxar istilası" ilə əlaqələndirmək lazımdır. 

Eramızdan əvvəl son üç  əsrdə  aorslar Kaspinin şimal və  şimal-qərb  sahillərində 

yerləşən vilayətlərdə hökmranlıq edən ən güclü birlik idi. Strabonun dediyinə görə, onlar 

"ermənilərdən  və  midiyalılardan  mübadilə  qaydası  ilə  hind  və  Babil  malları  alır,  dəvə 

karvanları ilə daşıyıb satırdılar". Özlüyündə təkcə bu cəhət Dağıstan və Azərbaycanın 

Kaspisahili  zolağında  aors  ünsürləri  roluna  və  əhəmiyyətinə  şəhadət  verə  bilər.  Elə 

burada  qeyd  etmək  lazımdır  ki,  Həştərxan  sarmatlar  qrupunun,  yəni  aorslarla 

tərəddüdsüz  əlaqələndirilə  bilən  qrupun  keramikası  ilə  Azərbaycanın  Yaloylutəpə 

mədəniyyətində  oxşar  cəhətlər  vardır.  Azərbaycanın  küp  qəbirlərində  olan  sarmat 

ünsürlərini də, görünür, aorsların təsiri ilə izah etmək lazım gəlir. 

Bütün  bunlar  belə  hesab  etməyə  əsas  verir  ki,  hələ  eramızın  hüdudunda  sarmat-

massaget-alan  dairəsi  tayfaları  Dərbənd  keçidi  vasitəsilə  Azərbaycanın  Kaspiboyu 

zolağının ərazisinə soxulurlar. 

Erməni  müəlliflərinin  Kaspinin  qərb  sahillərində  məskunlaşmış  tayfalar  kimi 

xatırlatdıqları  mazkutlar,  şübhəsiz,  massagetlərin  eynidir.  Massagetlərin  göstərilən 

vilayətdə,  albanların  qonşuluğunda  sakin  olmasından  antik  müəlliflər  də bəhs  edirlər. I 

əsrdə  Parfiya-Roma  münasibətləri  ilə  əlaqədar  olaraq  xatırladılan  dövlət  məhz  burada 

yaradılmışdı.  Həmin  dövlət  Mazkutlar  çarlığıdır,  ərəb  müəlliflərinin  Maskat 

adlandırdıqları dövlətdir. 

Bu  rayonun  toponimiyasında  və  onun  tat  əhalisinin  dilində  skif-sarmat-alan 

ünsürlərinin izləri vardır. Məsələn, Samur və Rubas çaylarının (Maskat ərazisində) adları 

osetin dilində (bu dil öz mənşəyini alan dilindən alır) müvafiq surətdə "dələ" və "tülkü" 

deməkdir. Abşeron yarımadasında Maştağa (Maşqata) kəndinin adı "massagetlər" kimi izah 

edilir. Maşkur xoronimi, müvafiq surətdə ermənicə Mazkut və ərəbcə Maskat xoronimləri 

də massagetlərin adından götürülmüşdür. Dərbənddən cənubda yerləşən rayonun - Çora 




337 

 

(Çola) keçidinin adını da, görünür, skif-sarmat dil materiallarının köməyi ilə izah etmək 



olar. 

Azərbaycanın  Kaspisahili  zolağı  arxeoloji  cəhətdən  zəif  tədqiq  edilmiş  olsa  da, 

təsdiq  etmək  olar  ki,  bu  zonada  sarmat-massaget-alan  mədəniyyətlərinin  aşkar  izləri 

vardır.  Hər  şeydən  əvvəl  qeyd  etmək  lazımdır  ki,  daş  qutularda  (Şamaxı  zonası)  dəfn 

edilənlər  arasında  qafa  tası  deformasiya  edilmiş  fərdlərə  rast  gəlinir.  Dəfn  qaydasının 

xüsusiyyətləri - ölünün uzanmış halda qoyulması, od mərasiminin kəskin surətdə nəzərə 

çarpan  əlamətləri,  meyitlərlə  birlikdə  itlərinin  basdırılması  və  i.a.  da  sarmat-alan 

təsirindən xəbər verir. 

Yuxarıda göstərilən və Azərbaycanın şimal-qərb rayonlarının avtoxton əhalisinin 

mədəniyyətinə yabançı olan hallar bu əraziyə yeni etnik ünsür gəldiyini tam aydınlığı ilə 

sübut edir. 

Yazılı  qaynaqlarda  olan  məlumat  belə  hesab  etməyə  imkan  verir  ki, 

Azərbaycanın  adı  çəkilən  rayonlarına  alanların  gəlməsi  I  əsrə  aiddir  və  onların 

Zaqafqaziya ölkələrinə və daha cənuba məlum yürüşü ilə bağlıdır; İberiya çarı ilə ittifaqda 

olan  alanlar  Daryal  keçidindən  addayıb  "çox  böyük  bir  kütlə  ilə  heç  nədən 

şübhələnməyən  midiyalılara  basqın etdilər  və  "...hər yeri viran  qoyaraq  Ermənistana 

çatdılar". 

Azərbaycanın  sahil  zolağının  massaget-alan  tayfaları,  görünür,  hələ  uzun 

zaman etnik və siyasi cəhətdən real qüvvə idilər. 

O ki qaldı Azərbaycanın şimal-qərb vilayətlərində olan alan ünsürünə, o, yəqin 

ki,  VII  əsrin  axırlarına  yaxın  tarix  meydanından  çıxmağa  başlamış  və  qonşu  tayfa 

qrupları  tərəfindən  assimilyasiyaya  uğradılmışdı.  Məhz  bu  zaman  xristianlığın  təsiri 

altında  katakombalar  və  onlarla  bağlı  mərasimlər  dəfn  praktikasından  qeyb  olmağa 

başlamışdı. 

 



338 

 

XVI  F Ə S İ L 



 

ANTĠK ALBANĠYANIN MƏDƏNĠYYƏTĠ

 

 

Albaniyanın  maddi  mədəniyyət  abidələri.  Azərbaycan  ərazisində  aparılmış 

arxeoloji  tədqiqatlar  sayəsində  Albaniyanın  zəngin  maddi  mədəniyyəti  üzə 

çıxarılmışdır.  Maddi  mədəniyyət  abidələri  hər  şeydən  əvvəl  yaşayış  məskənləri, 

müxtəlif tikililər və qəbirlərdən, habelə ayrı-ayrı əşyalardan ibarətdir. Bunların tədqiqi 

gedişində  çoxlu  məişət,  təsərrüfat,  ibadət  əşyaları  və  sənətkarlıq  məmulatları 

tapılmışdır. 

Alban  məskənləri  materialının  öyrənilməsi  ictimai-iqtisadi  münasibətləri 

səciyyələndirmək  üçün  xüsusilə  böyük  əhəmiyyətə  malikdir.  Yaşayış  məskənləri 

əsasən çay kənarlarında,  münbit torpaqlara  malik,  strateji cəhətdən  əlverişli  və  b. k. 

sahələrdə yerləşirdi. 

Bəzi  məskənlər  xüsusi  qazılmış  dərin  xəndəklərlə  də  qorunur  (Qəbələ, 

Qalagah, Şortəpə), daşdan hörülən müdafiə hasarları (Qırlar), yaxud torpaq səd və ya 

xəndək (Şortəpə) ilə dövrələnirdi. Hasarlarda darvaza qoyulur və darvazadan təpənin 

ətəyinə pilləkən enirdi. 

Memarlıq  formalarının  erkən  dövrü  üçün  əsasən  çiy  kərpicdən  hörülən, 

(36x36x14 və 42x42x12 ölçülü) dördkünc  yaşayış otaqları səciyyəvidir (Qəbələ, Mil 

düzündə  Qaratəpə).  Otaqların  yeri  gil  məhlul  ilə  şirələnirdi.  Kiçik  otaqlarla  yanaşı, 

Şərq  memarlığına  məxsus  formalarda  tikilmiş,  böyük,  sütunlu  salonları  olan  saray 

tipli binalar da vardı; sütunların daş bazaları qalmışdır (Sarıtəpə, Xınıslı, Qəbələ). İri 

binalar  üçün  əsas  tikinti  materialı  çiy  kərpic  idi.  Çox  qalın  divarların  bünövrələri 

çaydaşından  qoyulurdu.  Məskənlərin  mərkəzi  binaları  -  qəsr  və  ya  akropol  - 

künclərdən  kvadrat  bürclərlə  möhkəmləndirilirdi  (Qırlartəpə).  Zəlzələ  təhlükəsi  çox 

olan rayonların memarlığında daş hörgüyə arada ağac tirlər (kətil) qoyulurdu ki, bu da 

tikintinin davamlılığını artırırdı. 

Binaların damı kirəmitlə örtülürdü (Qəbələ, Mollaisaqlı), divar və döşəmələri 

palçıqla  suvanırdı.  Arxeoloji  qazıntılardan  hörmə  çubuq  izləri  ilə  birlikdə  suvaq 

qalıqları aşkar edilmişdir. Tikintidə ağacdan geniş istifadə edilirdi; kömürləşmiş ağac 

materialı qalığı bunu aydın göstərir. 

Məskənlərin ərazisində çoxlu (məsələn, Mingəçevirdə 23-ə

 

qədər) dulus kürəsi 



vardı.  Mədəni  təbəqələrdən  metallurgiya  ilə

 

bağlı  materiallar:  butalar  (Qalagah), 



tökmə üsulu ilə bəzək şeyləri hazırlamaq üçün daş qəliblər (Şortəpə) və s. tapılmışdır. 

Eramızdan  əvvəl  III  əsrin  axırlarından  Qəbələnin  Çaqqallı,  Qala  və  Səlbir 

hissəsində zəngin həyatın varlığı təsdiq edilmişdir. Qəbələ möhkəm müdafiə tikililəri 

ilə  əhatələnmişdi.  Hasarların  hörgüsündə  gildən,  çiy  kərpicdən,  daşdan  və  bişmiş 

kərpicdən  istifadə  olunmuşdur.  Çaqqallının  müxtəlif  yaşayış  və  ictimai  binalarının 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə