TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə93/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   89   90   91   92   93   94   95   96   ...   186

201 

 

mühafizə  edilirdi.  Hətta  ehtimal  etmək  olar  ki,  zurvanizm  monoteizmə  meyilli  və 



yaxud artıq hətta monoteist təlim idi. 

Zurvanizm, ümumiyyətlə, Avesta təlimləri kimi iudaizmin, erkən Xristianlığın 

və qnostisizmin inkişafına böyük təsir göstərmişdir. 

Diogen  Laertli [Rq., I, 7] "maqların təlimi"ndən danışarkən  məlumat  verir ki, 

maqlar  odu,  torpağı  və  suyu  allah  hesab  edirlər.  Erkon  zərdüştilik  kimi,  maqların 

təliminə də bütpərəstlik yaddır. Maqlar allahların təsvirlərini tanımırdılar. 

Qərbi  İran  vilayətlərində  hələ  e.ə.  I  minilliyin  başlanğıcında  oda  sitayiş 

edirdilər.  Bu  ərazidəki  atəşpərəstlik  məbədləri,  xüsusilə  Nuşi-Cantəpədəki  Mada 

məbədi bunu tam müəyyənliklə təsdiq edir (e.ə. VIII əsrə aiddir). 

Antik müəlliflərin məlumatlarının təsdiq etdiyi kimi, maqların təliminin əsasını 

iki  başlanğıcın  -  İşıqla  (Oromazda  Ahuramazda)  Zülmətin  (Ariman,  Anhra-Manyu) 

mübarizəsi təşkil edirdi. 

Madalıların mənəvi mədəniyyətində dini görüşlərdən və  mifologiyadan başqa 

habelə  epik  yaradıcılıq  da  mühüm  yer  tuturdu.  Məlumdur  ki,  hələ  çox  qədim 

zamanlarda  Qərbi  İran  vilayətlərində  müxtəlif  epik  əsərlər  mövcud  idi.  Həmin 

əsərlərin süjetləri çox zaman miflərlə bağlı olurdu. 

Mada  mədəniyyəti  və  dini  atropatenalıların  mənəvi  mədəniyyət  xəzinəsinə 

daxil  oldu,  madalıların  özləri isə  Atropatena  sakinlərinin  etnik  tarixində  çox  mühüm 

rol oynamışlar. 

 

 




202 

 

XI  F Ə S İ L 



 

AZƏRBAYCAN TORPAQLARI FARS 

ƏHƏMƏNĠLƏR (HAXAMANĠġĠLƏR) 

DÖVLƏTĠNĠN TƏRKĠBĠNDƏ 

 

Mada  çarlığının  və  Azərbaycan  torpaqlarının  Əhəməni  II  KuruĢ  (Kir) 



tərəfindən  iĢğal  edilməsi.  Astiaqın  hökmranlığı  dövründə  (e.ə.  585-550-ci  illərdə) 

Mada  çarlığının  vəziyyəti çox  mürəkkəb idi.  Mada  cəmiyyətinin  daxili ziddiyyətləri 

kəskinləşmişdi.  Qəbilə  əyanlarının  dövlətdə  mərkəzləşməni  ləğv  etməyə  can  atan 

böyük bir qismi ilə mərkəzi hakimiyyəti var qüvvə ilə möhkəmlətməyə çalışan Astiaq 

arasında  ziddiyyətlər  güclənmişdi.  Kahinlər-maqlar  da  çardan  narazı  idilər.  Xarici 

siyasi vəziyyət qorxulu idi. 

Çarın  başı  Babil  işlərinə  qarışmışdı.  Şimali  Mesopotamiyada  müharibə 

aparılırdı. Mada ordusu yorulmuşdu, ölkənin maddi ehtiyatları tükənməkdəydi. Məhz 

bu vaxt Kuruşun (Kirin) başçılığı ilə farslar üsyan etdilər. 

Farslarla  madalılar  arasında  e.ə.  553-cü  ildə  başlanan  müharibə  üç  il  çəkdi. 

E.ə. 550-ci ildə Kuruş Astiaqı məğlub edib əsir aldı. Ekbatana (Ha

n

gmatana) sarayının 



sərvətlərini ələ  keçirib Parsaya apardı. Mada dövləti süqut  etdi, hakimiyyət Kuruşun 

əlinə keçdi. O, Mada çarlarının rəsmi titullarını qəbul etdi. 

Madanın  farslar  tərəfindən  işğalı  nəticəsində  madalılar  dövlət  müstəqilliyini 

itirib  farsların  hakimiyyəti  altına  düşdülər.  Kuruş  itaət  altına  alınan  hər  hansı  başqa 

ölkə  ilə  necə  rəftar  edirdisə,  Mada  ilə  də  o  cür  rəftar  etdi.  Ekbatana  dağıldı, 

madalıların bir hissəsi qul edildi və Madanın üzərinə bac qoyuldu. Mada, görünür, elə 

Kuruşun  öz  dövründə  satraplığa  çevrilmişdi.  Mada  əyanları  tezliklə  sıxışdırılıb  arxa 

sıraya keçirildi, xalq kütlələrinə isə ikiqat zülm edilməyə başlandı. 

Madalılara qalib gəldikdən sonra Kuruş istila müharibələrinə başladı. On ildən 

bir  qədər  artıq  dövrdə  çox  nəhəng  bir  imperiya  -  Əhəməni  dövləti  yaradıldı.  Onun 

sərhədləri qərbdə Aralıq və Egey dənizlərinə, şərqdə Orta Asiyaya çatırdı. 

"Ölkələr çarlığı" öz etnik tərkibinə və iqtisadi quruluşuna görə əsla yekcins və 

möhkəm  deyildi.  O,  "çarlar  çarı"  başda  olmaqla  Əhəmənilər  tərəfindən  idarə  edilən 

farslar  dövləti  idi.  Bütün  farslar  vergilərdən  və  icbari  işlərdən  azad  edilmişdi.  Ən 

mühüm mülki və hərbi vəzifələr farsların, fars əyanlarının əlində idi. 

Kuruş  qədim  dövrün  ən  görkəmli  şəxsiyyətlərindən  biri  idi.  Onun  yaratdığı 

Əhəmənilər dövlətində çox geniş bir ərazidə uzun müddət nisbi əmin-amanlıq təmin 

olunmuşdu.  Bu,  təsərrüfat  həyatının  və  beynəlxalq  ticarətin  çiçəklənməsinə,  habelə 

mədəniyyətin  inkişafına,  müxtəlif  ölkələrin  xalqları  arasında  mədəni  əlaqələrin 

genişlənməsinə kömək edirdi. 




203 

 

Biz  ilk  Əhəmənilər  dövründə  Azərbaycan  ərazisinin  hansı  hissəsinin  fars 



dövləti  tərkibinə  daxil  olduğunu  bilmirik.  Maraqlıdır  ki,  Madanın  birinci  satrapı 

Oybar  "Nabonidin  salnaməsi"ndə 

amçt

pehat 


mat

Gutium  adlanır.  Sonuncu  ad  (Cutium) 

qədim  Mada  vilayətlərinə  -  Cənubi  Azərbaycana,  güman  ki,  qədim  Urartuya  da 

işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan 

və kadusilərlə eyni canişinliyə daxil idi. 

Deməli,  Cənubi  Azərbaycan  torpaqlarının  xeyli  hissəsi,  bəlkə  də  onun  bütün 

ərazisi  bu  dövrdə  Mada  satraplığına  daxil  idi.  Herodot  farsların  hökmranlığının 

Qafqaz  sıra  dağlarınadək  yayıldığını  söyləyir.  Lakin  bilmirik  ki,  onun  dediklərini 

Kuruşun  zamanınamı  aid  etmək  lazımdır,  yoxsa  sonrakı  dövrə.  X,  XI  və  XIV 

satraplıqların  daxil  olduğu  vilayətlər  hər  halda  e.ə.  V  əsrin  birinci  yarısından  gec 

olmayaraq əsasən artıq farslara tabe idi. 

Herodota  görə,  X  satraplıq  olan  Madaya  köhnə  Mada  çarlığının  ərazisindən 

başqa,  parikanilərin  və  ortokoribantilərin  torpaqları  da  daxil  idi  ki,  bunlar  da  ancaq 

Cənubi Azərbaycan, qismən də Şimali Azərbaycan torpaqlarında ola bilərdi. 

XI  satraplığa  kaspilər,  pavsiklər,  pantimatlar,  dareytlər  daxil  idilər.  Elə  bu 

satraplığa,  şübhəsiz,  kadusilər  də  daxil  idilər.  Doğrudur,  Herodot  onların  adlarını 

çəkmir. Lakin ola bilsin, Kaspinin cənub-qərb sahilində yaşamış tayfaların ümumi adı 

kimi işlənən "kaspilər" adı altında kadusilər də nəzərdə tutulurmuş. 

XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müklər, habelə Cənubi 

Azərbaycan vilayətlərində və onlara bitişik torpaqlarda yaşayan saqartilər daxil idilər. 

Beləliklə,  Azərbaycan  Əhəmənilərin  fars  dövləti  tərkibinə  daxil  oldu. 

Əhəmənilərin  hakimiyyəti  dövründə  xammal  ehtiyatları  ilə,  sənətkarlıqla  və  mədəni 

ənənələrlə zəngin olan Cənubi Azərbaycan bu regionda aparıcı rola malik idi. 

Qaumatanın  çevriliĢi.  Əhəmənilər  əsarətinə  qarĢı  üsyanlar.  Fars 

monarxiyası  Əhəmənilərin  zülmünə  çətinliklə  dözən  və  imkan  olan  kimi  yadelli 

zülmdən  azad  olmağa  çalışan  çoxsaylı,  keçmişdə  qüdrətli  olan  xalqlardan  təşkil 

olunmuşdu.  Ağır  vergilər  və  hər  cür  mükəlləfıyyətlər  nəhayətsiz  idi.  Silah  gücünə 

Əhəmənilərə tabe olunmuş bütün xalqlar zülmə boyun əymək istəmirdilər. 

Kirin ölümündən sonra onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə 

başlandı. Bu isə vəziyyəti daha da kəskinləşdirdi. Hər yerdə narazılıq hökm sürürdü. 

Ksenofont yazırdı: "...Pisliyə doğru ümumi dönüş başlandı". 

Kambuciyanın  (Kambizin,  530-522-ci  illər)  hakimiyyətə  gəldiyi  zaman 

imperiyada vəziyyət daha da kəskinləşdi. Tezliklə Kambiz daxili iğtişaşları bir qədər 

azalda bildi. Bundan sonra o, e.ə. 526-cı ildə Misiri fəth etməyə yollandı. 

Hökmdarın olmadığı müddət ərzində ölkədə narazılıq artdı. Geniş antiəhəməni 

hərəkatının  başlanmasına  Darayavahuşun  (Daranın)  Bağıstan  (Behistun,  Bisütun) 

kitabəsi  də  şahidlik  edir:  "Sonra  isə  yalanlar  ölkələrdə  -  həm  Parsada,  həm  Madada, 

həm də digər ölkələrdə gücləndi". 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə