- 40 -
= Yetkin meyvəsi 5-6 mm uzunluqdadır, orta hissədə kəmərlidir.-
S. emersum Rehm.
3. Yetkin meyvəsi fərqlidir, orta hissəsində kəmərsizdir.------------
S. simplex Huds.
=Meyvələri sünbül çiçək qrupuna toplanmışdır. Yarpaqları su üzərində üzəndir.
S.natans L..
Suçiçəyikimilər - Potamogetonaceae Dumort. fəsiləsi
Fəsiləyə mənsub olan nümayəndələrin çiçəyi bircinsli və ya ikicinslidir, süpürgəşəkilli
çiçəkqrupunda tonlanmışdır, yaxud tək-tək yarpaqların qoltuğunda yerləşmişdir. Çiçəkyanlığı
yoxdur və ya o pərdəvari örtücü yarpaqcıqla əvəz olunmuşdur. Erkəkcikləri 2-4 ədəd olmaqla, qısa
saplı və bəzən qanadşəkilli- genişlənmiş əlaqələndiricilidir. Dişicik 1-4 - dür və adətən sərbəstdir.
Meyvəsi fındıqcıqvari və ya çəyirdəkvaridir. Toxumu endospermsizdir, oraqşəkilli və ya sipralvari-
burulmuş qatlanmış rüşeyimlidir. Fəsilənin 9 cinsindən Qafqazda və Azərbaycanda 4 cinsi vardır.
Qeyd olunan cinslərə:
Zannichellia L.,
Ruppia L.,
Zostera L. və
Potamogeton L. aiddir.
Potamogeton L. cinsində 1 növ müstəsna olmaqla, qalan heç bir cins və növ Naxçıvan MR florası
ücün verilməmişdir. Onlar Ə.Ş. İbrahimov tərəfindən yeni aşkar olunmuş və floraya daxil
edilmişdir.
Potamogeton L. cinsinin 1 növü olduğu halda 8 növü əlavə tapılmışdır. Digər tərəfdən
Suçiçəyikimilər-
Potamoqeyunaceae Engl. fəsiləsində olan Zannichellia, Ruppia, Zostera cinslərinə
yeni sistematik nomenklaturaya görə fəsilə statusu verilmişdir.
Təyinetmə cədvəli:
1. Çiçəkləri çoxsaylı olub sünbülşəkilli çiçəkqrupunda toplanmışdır --------------------------- 3
=Çiçəkləri tək-təkdir və ya iki çiçəkli yarımçətir çiçəkqrupunda toplanmışdır ---------------- 2
2.
Çiçəyi bircinslidir, qoltuqda yerləşir, tək-təkdir və ya 2-dir (cüt-cütdür).
Zannixelliyakimilər - Zannichelliaceae Dumort. fəsiləsi
= Çiçəkləri ikicinslidir, uzun nazik çiçəksaplağında cüt-cütdür.
Ruppiyakimilə r - Ruppiaceae Hutch. fəsiləsi
3. Çiçəkqrupunu oxu sıxdır. Çiçəkləri 1 erkəkcik və 1 dişicikdən ibarətdir.
= Çiçəkqrupunun oxu silindirikdir. Çiçəkləri 4 erkəkcik və 4 dişicikdən ibarətdir.
Suçiçəyi - Potamogeton L. cinsi
Suçiçəyi cinsinin ümumi əlamətləri: Çiçəkləri bircinslidir, bu və ya digər dərəcədə çox
saylı çiçəkləri axırıncı sıx silindrik sünbülşəkilli çiçəkqrupunda toplanmışdır. Çiçəkyanlığı yoxdur.
Erkəkcikləri 4-dür, Nər bir erkəkciyin əlaqələndiricisi aşağı hissədə dəyirmi qanadşəkilli
çiçəkyanlığını yarpaqcıqlarına bənzər çıxıntı ilə təchiz olunmuşdur. Dişicik 4-dür, sərbəstdir,
olduqca qısa sütuncuqludur və ya oturaq ağızcıqlıdır. Yumurtacıq 1-dir, əyilmişdir. Toxum oraqvari
və ya spiralvari əyilmiş, qatlanmış rüşeyimlidir. Şirin su bitkiləridir, suya batmış və ya su üzərində
üzən qınla təhciz olunmuş növbəli yarpaqlıdır.
Cinsin yer hər iki yarımkürənin isti və mülayim qurşaqlarındakı şirin sularda yaşayan 87
növündən Qafqazda-15 Azərbaycanda 12 növünün olduğu verilir. Azərbaycan florasının I cildində
Nax. MR florası üçün heç bir növ verilməmişdir. I cildin nəşrindən sonra son dövrlərdə 1 növ -
Patamogeton filitormis növü aşkar edilmişdir. 1989-cu illərdə Ə.Ş. İbrahimov tərəfindən bu
fəsiləyə aid əlavə 8 yeni növ aşkar edilmişdir. T. Qasımova suçiçəyi cinsinin təyin etmə cədvəli
vermiş, ancaq Nax. MR növləri barədə məlumatlar verməmişdir,
Suçiçəyi - Patomogeton L. növlərinin təyinetmə cədvəli
1.
Yarpaqları qarşı-qarşıya yerləşmişdir.
-------------------Potamogeton densus L
=Yarpaqları növbəli yerləşmişdir ---------------------------------------------------------------------2
1.
Bütün yarpaqları suyabatmışdır, dar ensiz xəttidir və ya sapşəkillidir, yaxşı inkişaf etmiş
qınlıdır ----------------------------------------------------------------------------------------------- 3
= Yarpaqları müxtəlif formalıdır, suyabatmış və ya su üzərində üzəndir, qınsızdır, yarpaq
ayasının əsasında yaxşı inkişaf etmiş dilciklidir ------------------------------------------------------------ 5
3. Meyvəsi yaxşı inkişaf etmiş sivri, azca daxilə tərəf qatlanmış buruncuqludur.
= Meyvəsi nisbətən yaxşı inkişaf etmiş qısa və kütvari buruncuqludur ------------------------- 4
4. Meyvəciyi 4 mm uzunluqdadır, uc hissədən ayrılmış buruncuqludur.----
P. pectinatis L.
= Meyvəciyi 2
mm-dən uzun deyildir, çəpinə-ovaldır və uc hissəsindən aşağıda
ayrılmış buruncuqludur. -------------------------------------------------------
P. filiformis Pers..
5. Bütün yarpaqları sapşəkilli və ya qılcıqşəkillidir ----------------------------------------------- 6