TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE


NAKHCHIVAN ST AT E UNIVERSIT Y .   С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   56   57   58   59   60   61   62   63   ...   86

- 122 - 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
           
 
                               CƏBİ  İSMAYILOV   
Naxçıvan Dövlət Universiteti 
AZƏR  İSMAYILOV   
Ege Universiteti, İzmir 
UOT:  616/618 
 
BİTİŞMƏ XƏSTƏLİYİNİN  ƏMƏLƏ GƏLMƏSİNDƏ ANATOMİK FAKTORUN  ROLU 
 
 
Açar  sözlər:  Bitişmə xəstəliyi, peritonun anatomik gedişi, peritonit, bağırsaq keçməzliyi. 
 
Key  words:  Peritonitis,  Peritoneal  adhesions,  bowel  obstructions,  the  anatomy  of 
peritoneum.
 
 
Ключевые  слова:  Спаечная  болезнь,  анатомия  перитона,  перитониты, 
непроходимости кищечника.  
 
  Giriş:      Periton  seroz  qişa  olub,  qarın  boşluğu  divarı  və  orqanlarının  üzərini  örtür  və  müxtəlif 
funksional,  morfoloji  qatlardan  ibarətdir.  Periton  mezotel,  lifli  kollagen,  səthi  elastiki,  dərin 
boylama  elastikitor,  dərin-kollagen  qatlardan  ibarətdir.  Periton  təbəqəsinin  qarın  boşluğunda 
örtdüyü  nahiyələrdən  asılı  olaraq  transdudasiya  və  eksudasiya  prosesləri  növbələşə  bilər.  Fövqəladə 
hallarda  peritonun  plastik    xarakteri  xüsusi  əhəmiyyət  kəsb  edir.  Mexaniki,  kimyəvi,  fiziki 
zədələnmələrdən  sonra,  cinsi  yolla  yoluxmuş  infeksiyalar,  endometriozlar,  uzun  müddətli  uşaqlıq 
daxili  spiral  daşıma,  kəskin  appendisit,  müxtəlif  mənşəli  peritonitlər,  qarın  boşluğu  orqanlarının 
travmatik  zədələnmələri,  peritonitlər,  vərəm  xəstəliyi,  müalicəvi  preparatların  tətbiqi,  tamponların 
istifadəsi,  iltihab  və  infeksiyon  proseslərdə  periton  təbəqəsinin  üzərimdə  fibrinoz  eksudatın 
yığılması  baş  verir,  daxili  qanaxmalar,  qan  dövranında  olan  infeksiyalar,  yad  cisimlər,  bağırsaq 
sistemində  olan  parezlər  bağırsaq  səthlərinin  sərbəst  təmasına  şərait  yaradaraq    2-3  sutka 
müddətində  sakit  şəraitdə    bitişmələrin  əmələ  gəlməsinə  şərait  yaradır.3-cü  sutkadan  sonra  isə 
peristaltikanın  bərpasına  baxmayaraq    əmələ  gəlmiş  bitişmələrin  bir-birindən  ayıra  bilmir  və 
dayanıqlı  yapışıqlıqların  inkişafına  səbəb  olurlar.  Bu  isə  öz  növbəsində  peritonun  bir-birilə  toxunan 
səthlərində,  zədələnmiş  nahiyələrdə  bitişməsi,  yapışmasına  səbəb  olur.  Bəzi  hallarda  bu  bitişmələr  ( 
tikişlər  qoyulan  zaman)  xeyir  gətirir,  yəni  qoruyucu  vəzifə  daşıyır,  məsələn  drenajların, 
tamponların,  yad  cisimlərin,  iltihabi  proses  olan  nahiyələrin  ətrafında  bitişmələr  əmələ  gətirir.  İrinli 
proseslərin  ətrafında  bitişmələrin  əmələ  gəlməsi  iltihabi  prosesin  başqa  nahiyələrə  yayılmasının 
qarşısını  alır,  yəni  orqanizm  öz  qoruyucu  funksiyasını    yerinə  yetirir.    Peritonun  bu  xüsusiyyəti 
qarın  boşluğu  cərrahiyyəsində  geniş  istifadə  olunur.  Ancaq  çox  hllarda  cərrahi  əməliyyatlardan 
sonra  qarın  boşluğunda  bitişmələrin  əmələ  gəlməsi  və  xüsusilə  yayılmış  formada  olması 
arzuolunmazdır.  Bir  sıra  hallarda  bitişmələrin  əmələ  gəlməsinə  yüksək  meyllilik  olur  (bitişmə 
xəstəliyi)  və  orqanların  bir-biri,  qarın  divarı  ilə  geniş  məsafədə  bitişməsi  qarın  boşluğu    orqanların 
funksiyası,  hərəkətlərində    arzu  olumayan  pozğunluq  yaradır.  Periton  təbəqəsi  yüksək  antibakterial 
xüsusiyyətə  malikdir,  xarici    mühitlə  uzun  müddət  kontakda  olması  onun  qurumasına  və  mezotel 
qişasının  zədələnməsi  və  hüceyrələrin  məhvinə  gətirib  çıxarır.  Ona  görə  də  cərrahi  əməliyyatlar 
zamanı  onun  qurumasının  qarşısı  alınmalı  yəni  ilıq  fizioloji  məhlulla  isadılmalı,  evertasiya  etmiş 
orqanların  nəm  salfetlərlə  örtülməsi  vacib  şərtlərdən  biridir.  Mexaniki  zədələnmə,  onun  quru 
salfetlərlə  silinməsi,  pinsetlərlə  tutulması  zamanı  da  baş  verir.  Əldə  olunan  ədəbiyyat  məlumatlarına 
görə  bitişmə  xəstəliyi  adətən  çox  faiz  hallarda  qarın  boşluğunda  orta  xəttdən  sağda  baş  verir,  bu 
proses  təkrar    əməliyyatlar  zamanı  praktiki  olaraq    öz  təsdiqini  tapır.  Bitişmə,  yapışma  xəstəliyinin 
əmələ  gəlməsində  bir  sıra  faktorların  olması  müxtəlif  ədəbiyyatlarda  göstərilmışdir.  Rasgəlmə 
tezliyinə  görə  bitişmə  xəstəliyi  appendektomiyadan  sonra  30%,  bağırsaq  keçməzliyindən  sonra 
30%,  cərrahi  əməliyyatlardan  sonra  20-80%  rast  gəlir  və  əməliyyatlardan  sonra  isə  50%  residiv 


- 123 - 
verir.  İstənilən  iltihabi  proseslər  zamanı  qarın  boşluğunun  müəyyən  nahiyələrinə  irinli 
möhtəviyyatın  yığılması,  boşluqlu  orqanların  parezi  yəni  hərəkətlərinin  ləngiməsi  həmin 
nahiyələrdə  infiltratların,  abseslərin,  konqlomeratların  daha  sonra  isə  bitişmələrin  əmələ  gəlməsinə 
səbəb  olurlar.  İltihabi  proseslərin  lokallaşmasında  təkcə  piyliyin,  peritonun  plastik  qabiliyyətinin 
olması  rol  oynaması  ilə  bərabər  qarın  boşluğu  orqanlarının,  xüsusilə  mobil  boşluqlu  orqanların 
anatomik 
yerləşməsinin 
rolu  da  az  deyildir.  Ədəbiyyat  məlumatlarına  əsasən  klinisistlər 
bitişmələrin,  abseslərin,  infiltratların    ən  çox  orta  xəttən  sağda  yerləşməsi  haqqında  məlumatlar 
verirlər.  Bu  prosesin  də  əsas  səbəbi  peritonun  gedişi  zamanı  yəni  orqanları  örtərkən  əmələ  gətirdiyi 
müsariqənin  fiksasiya  istiqaməti,  asma  qabiliyyəti  və  əmələ  gətirdiyi  sinusların,  büküşlərin  və 
patoloji  boşluqların  əmələ  gəlməsindən  asılıdır.  Qarın  boşluğu  iltihabi  proseslərində  əvvəlcə 
boşluqlu  orqanların  peristaltikası  sürətlənir  (reflektoru  olaraq)  sonradan  isə  iltihabi  prosesi 
məhdudlaşdırmaq  üşün  peristaltika  zəifləyir,  bitişmələr  hesabına  iltihabı  proses    məhdudlaşdırılır. 
Anatomik  olaraq  bu  bitişmələrin  orta  xəttən  sağda  əmələ  gəlməsində  peritonun  nazik  bağırsaqları 
soldan  sağa,  yuxarıdan  aşağıya  asaraq  saxlaması,  yəni  müsariqə  kökünün  bu  formada  yerləşməsi, 
peristaltikanın  zəifləməsi,  bağırsaqlrın  bir  müddət  belə  vəziyyətdə  sabit  saxlanılması  bitişmələrin 
orta  xəttən  sağda  və  çanaq  nahiyəsində  daha  çox  əmələ  gəlməsinə  səbəb  olur.  Məsələn  Villiamsin 
qinekoloji  kitabında  təkrar    cərrahi  əməliyyatlar  zamanı  laparoskopik  troakarların  qarnın  ön 
divarında  sol  qabırğaaltı  nahiyədən  qarın  boşluğuna  Palmer  nöqtəsindən  yeridilməsini  məsləhət 
görülür,  çünki,    həmin  nahiyədə  bağırsaq  bitişmələri  az  rast  gəlir.  Bütün  bu  göstərilənləri  nəzərə 
alaraq  periton  gedişi  zamanı  əmələ  gələn  sinusların    bitişmələrin  və  bitişmə  xəstəliyinin  əmələ 
gəlməsindəki  rolunu  isbat  etmək  üçün  qarın  boşluğunun  orta  nahiyəsində  peritonun  əmələ  gətirdiyi 
məhdud  boşluqları      təsvir  etməyi  məsləhət  görürük.  Nazik  bağırsağın  müsariqəsi  və    qalxan  çənbər 
bağırsaq  qarın  boşluğunun  aşağı  mərtəbəsini    dörd  (  4  )  şöbəyə  bölür:  sağ  və  sol  yan  kanallar,  sağ  və 
sol  sinuslar.  Qarın  boşluğunun  orta  mərtəbəsi  köndələn  çənbər  bağırsaqla  kiçik  çanaq  arasında 
yerləşir.  Köndələn  çənbər  bağırsağın  müsariqəsindən  nazik  bağırsağın  periton  səhvələri  qarın 
boşluğunun  arxa  divarına  keçən  və  qalça  bağırsağı  asılı  saxlayaraq  (  mezenterium)  əmələ  gətirir. 
Müsariqə  kökü  18-20  sm  uzunluğunda  olub  qarnın  arxa  divarında  sol  tərəfdə  fiksə  olur.  Soldan 
sağa,  yuxarıdan  aşağıya  doğru  davam  edərək  aorta,  açağı  boş  vena,  sidik  axarını  kəsərək  sağ  tərəfdə 
qalça-oma  birləşməsi  səviyyəsində  qurtarır. 
Müsariqə  əsası  orta  qarın  boşluğunu  sağ  və  sol  müsariqə  sinuslarına  bölür.  Sağ  müsariqə  sinusu  
(sinus  mezentericus  dexster)  müsariqə  kökündən  sağda  yerləşir  və  medial  və  aşağıdan  nazik 
bağırsaq  müsariqəsinin  əsası,  yuxarıdan  köndələn  çənbər  bağırsaq  müsariqəsi,  sağdan  qalxan  çənbər 
bağırsaqla  məhdudlaşır.   
Sol  müsariqə  sinusu  (sinus  mezentericus  sinister)  sağdan  geniş  olur,  onun  sərhədləri  yuxarıdan 
köndələn  çənər  bağırsagın  müsariqəsi,  (  2  ci  bel  fəqərəsi  ,  bel  fəqərəsi  səviyyəsi)  lateral  tərəfdən 
yoğun  bağırsağın  enən  hissəsi  və  S-varı  bağırsaqla,  medial  isə  nazik  bağırsaq  müsariqəsi  ilə  əhatə 
olunur.  Sol  sinusun  aşağı  kənarı  olmur  və  sərbəst  sürətdə  kiçik  çanağa  davam  edir  və  həmin 
nahiyədə  iltihabi  proseslər  zamanı  möhtəviyyarın  həmin  nahiyədə  yığılmasına,  qalmasına  səbəb 
olmur,  yəni  möhtəviyyatın  çanağa  axması,  beləliklə  solda  bitişmələrin  əmələ  gəlməsinə  şərait 
yaradılmır. 
 Əksinə  sağ  sinusda  məhdud  olraq  qapalı  boşluq  əmələ  gəldiyi  üçün  irinliyin  yığılmasına, 
məhdudlaşmasına,  şərait  yaranır  sonradan  möhtəviyyatın  maye  hissəsi  sorulur  və  beləliklə 
bitışmələrin  əməıə  gəlməsinə  əhəmiyyətli  dərəcədə təsir  göstərir. 
Məqsəd:    Qarın  boşluğunda  bitişmə  xəstəliyinin  orta  xəttin  sağ  hissəsində  daha  çox  faiz  hallarda  
əmələ  gəlməsində  anatomik  faktorun  rolunu  nəzəri  cəhətcə  əsaslandırmaqdan  ibarət  olmuşdur.  Yəni 
nə  üçün  bitişmələrin  ən  çox  qarın  boşluğunun  sağ  hissəsində  təsadüf    etməsinin  nəzəri 
əsaslandırılmasına  çalışılmış  və cəhd göstərilmişdir.   
Material  və  metod:  Tədqiqat  işinə  2008-2014-ci  ildə  Naxçıvan  Respublika  Xəstəxanasının  cərrahi 
şöbəsinə  daxil  olan  30  nəfər  xəstə  üzərində  aparılmışdır.  Xəstələrin  22  nəfəri  qadın,  8  nəfəri  isə 
kişilərdən  ibarət  olmuşdur.  Xəstələrin  yaşı  18-76  yaş  arasında  tərəddüd  etmişdir.  Daxil  olan  xəstələr 
əvvəllər  qarın  boşluğunda  müxtəlif  əməliyyatlar  keçirmişlər.  Xəstələrdən  10  nəfəri  kəskin 
appendisitlə,  8  nəfəri  müxtəlif  qadın  xəstəlikləri,  4  nəfəri  mexaniki  bağırsaq  keçməzliyinə,  8  nəfəri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə