Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə34/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   30   31   32   33   34   35   36   37   ...   173

74
Teatr.Kino
70 
illiyi
Şəfiqə Məmmədova 
1945
MART
Şəfiqə Haşım qızı  Məmmədova 
1945-ci il mart ayının 30-da Dağıs-
tan Muxtar Respublikasının Dərbənd 
şəhərində anadan olub. 
1968-ci ildə Azərbaycan Dövlət 
Teatr  İnstitutunun Musiqili Kome-
diya aktyorluğu fakültəsini bitirib, 
 
Azərbaycan Milli Dram Teatrının 
truppasına qəbul olunan aktrisa Uil-
yam  Şekspirin “Hamlet” (Gertruda), 
Aleksandr  Şirvanzadənin “Nakam 
qız” (Sona), Lev Tolstoyun “Canlı 
meyit” (Maşa), Çingiz Aytmatovun 
“Ana torpağı” (Cenşengülün arvadı), 
Hüseyn Cavidin “Xəyyam” (Sevda), 
Cəlil Məmmədquluzadənin “Dəli yı-
ğıncağı” (Pırpız Sona), Fridrix Şillerin 
“Məkr və  məhəbbət” (Ledi Milford), 
faciələrində,  İlyas  Əfəndiyevin “Bağ-
lardan gələn səs” (Gülcan), “Mənim 
günahım” (Nurcahan), “Məhv ol-
muş gündəliklər” (Anjel), Bəxtiyar 
Vahabzadənin “Yağışdan sonra” (Ni-
hal),  İmran Qasımovun “Nağıl başla-
nanda” (Tahirə) lirik-psixoloji dram-
larında, Mirzə  İbrahimovun “Bəşərin 
komediyası və ya Don Juan” (Teado-
ra), Maksim Qorkinin “Meşşanlar” 
(Yelena Nikolayevna), Səməd Vur-
ğunun “İnsan” (Nataşa), Raço Stoya-
novun “Qısqanc ürəklər” (Milkana), 
Cəfər Cabbarlının “Aydın” (Gültəkin), 
Nikolay Poqodinin “Zamanın hökmü” 
(İrina) pyeslərində cazibədar səhnə 
obrazları yaradıb. 30 ilə yaxın Dram 
Teatrında işləyib. 
Onun xüsusilə kinoda canlandırdığı 
bir neçə rol əbədi olaraq tamaşaçıların 
yaddaşına həkk olunub. Belə ki, “Ad 
günü”  filmində  Fəridə, “Bizim Cəbiş 
müəllim”də  Cəbişin arvadı, “Dədə 
Qorqud”da  Burla xatın, “İstintaq”da 
müstəntiq arvadı Gülya, “Qaraca 
qız”da Pəricahan xanım obrazları buna 
ən yaxşı misallardır. 
Yaradıcılığının parlaq dövründə, 
1980-ci ildə aktrisa ailə qayğıları ilə 
bağlı teatrdan uzaqlaşaraq Azərbaycan 
Dövlət Mədəniyyət və  İncəsənət 
Universitetində (keçmiş Teatr İnstitu-
tu) pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədovanın yaradıcılığı 
dövlət tərəfindən qiymətləndirilmiş, o, 
Anarın “Şəhərin yay günləri” pyesinin 
tamaşasındakı Dilarə roluna görə Res-
publika Dövlət mükafatına (1980) və 
Rasim Ocaqovun çəkdiyi “İstintaq” 
filmindəki müstəntiqin arvadı obrazı-
na görə isə SSRİ Dövlət mükafatına 
(1981) layiq görülmüşdür. 
1974-cü il iyun ayının 1-də “Res-
publikanın Əməkdar artisti”, 1982-ci il 
dekabr ayının 1-də “Xalq artisti” fəxri 
adları ilə, 2013-cü il iyun ayının 25-də 
isə “Şərəf” ordeni ilə təltif edilmişdir.
1995-2000-ci illərdə Milli Məclisin 
deputatı olmuşdur. 
2012-ci ildən Azərbaycan Respub-
likası Kinematoqrafçılar  İttifaqının 
sədridir. 
Ə d ə b i y y a t
“Müvafiq nazirliklərlə 
birgə layihələr nəzərdə 
tutmuşuq”: Şəfiqə 
Məmmədova: “Əsas 
məqsədlərimizdən biri də 
gənc kinematoqrafçılarla 
bağlıdır”: [Azərbaycan 
Respublikası Kinematoq-
rafçılar İttifaqının sədri 
Şəfiqə Məmmədova ilə 
müsahibə] //Paritet.- 2012.-
2-3 avqust.- S.4. 
Şəfiqə Məmmədova yeni 
yaranan respublika Kine-
matoqrafçılar İttifaqının 
məqsədlərini açıqlayıb 
/Ş.Məmmədova //Xalq 
qəzeti.-2012.- 24 iyun.- S. 
7.
Şəfiqə Məmmədova             
/Azərbaycan Teatr 
Cəmiyyəti.- Bakı: İşıq, 
1974.- [1] qat. v.
Nizamiqızı, H. Azərbaycan 
kinosu gözəl dövrünü təkrar 
yaşayacaq /H.Nizamiqızı    
//İki sahil.- 2012.- 2 avqust. 
- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.youtube.com
Aktrisa
30


75
MART
Milli Qəhrəmanlar
55 
illiyi
Məzahir Rüstəmov 
1960-1992  
Məzahir  İzzət oğlu Rüstəmov 1960-
cı il mart ayının 2-də Bakı  şəhərində 
anadan olmuşdur. 
1977-ci ildə 32 saylı  məktəbi “əla” 
qiymətlərlə bitirərək, 1978-ci ildə BDU-
nun tarix fakültəsinə daxil olmuşdur. 
Təhsilini başa çatdırdıqdan sonra bir 
müddət məktəbə pioner baş dəstə rəhbəri 
göndərilmişdir.
1986-cı ildə Azərbaycan  İnşaat 
Mühəndisləri İnstitutunun fəlsəfə kafed-
rasında baş laborant işləmişdir. 1991-
ci il mart ayının 5-dən Dövlət Mətbuat 
Komitəsində  İqtisadi əlaqələr şöbəsində 
aparıcı mütəxəssis kimi fəaliyyətə baş-
lamışdır. 
1992-ci il martın 23-də könüllü olaraq 
Milli Orduya yazılmış, Şınıxa getmişdir. 
Gədəbəyin Başkənd və Mutudərə kəndi 
istiqamətində gedən döyüşlərdə  fəallıq 
göstərərək düşmənin bir neçə zirehli tex-
nikasını ələ keçirmişdir.                                   
M.Rüstəmov 1992-ci il avqust ayı-
nın 6-da qoşunlarımızın Başkənd və 
Mutudərə istiqamətində hücuma keçən 
erməni quldurlarının üzərində  qələbə 
çaldığı döyüşdə  qəhrəmancasına həlak 
olmuşdur.
Azərbaycan Respublikası Prezidenti-
nin 5 fevral 1993-cü il tarixli 457 nömrəli 
Fərmanı ilə Rüstəmov Məzahir  İzzət 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında 
dəfn olunmuşdur. 
Təhsil aldığı 32 saylı  məktəb, 
Əhmədli qəsəbəsindəki küçələrdən biri 
qəhrəmanın adını daşıyır. Yaşadığı bina-
ya xatirə lövhəsi vurulub. Gədəbəy ra-
yonunda tuncdan abidəsi ucaldılıb. Haq-
qında “Alınmaz qalanın qəhrəmanları” 
(2013) adlı film çəkilib.
Milli Qəhrəman
Ə d ə b i y y a t 
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Rüstəmov Məzahir İzzət oğlu –leytenant – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]:Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral 
1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- №3.- S.11.- (Ölümündən sonra).
Əsgərov, V. Rüstəmov Məzahir İzzət oğlu //Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı: 
Dərələyəz-M, 2010.- S.246.
Zeynalov, R. Rüstəmov Məzahir İzzət oğlu: (1960-1992) //Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.42. 
Rüstəmov Məzahir İzzət oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 
Bakı, 2008.- S.179.
Seyidzadə, M. Rüstəmov Məzahir İzzət oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.188.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
MART
2


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə