Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə43/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   39   40   41   42   43   44   45   46   ...   200

90

Teatr.Kino

90 

illiyi

Nоdаr Şаşıqоğlu 

1927-2013

MART

 

Nodar Şaşıqoğlu İzzətoviç 1927-



ci il mart ayının 13-də Batumi 

şəhərində anadan olmuşdur.  Əmisi, 

böyük aktyor Ülvi Rəcəb və onun 

həyat yoldaşı  Mərziyə Davudova 

onun bir aktyor kimi yetişməsində 

böyük rol oynayıblar. Tiflisdə orta 

məktəbi bitirdikdən sonra, 1950-

ci ildə  Şukin adına Moskva Te-

atr məktəbini bitirərək, Moskvada 

Y.Vaxtanqov adına Taqanka Teat-

rında və Leninqrad (indiki Sankt-

Peterburq) A.S.Puşkin adına Akade-

mik Dram Teatrında aktyor işləmişdi

r. 


Don Juan 

(A.S.Puşkin “Kiçik trage-

diyalar”), Sirano (E.Rostan “Sirano 

de Bercerak”), Kreont (Q.Qauptman 

“Antiqo-solntsa”), Cilbert (V.Hüqo 

“Mariya Tüdor”) və s. kimi unudul-

maz obrazlar yaratmışdır. 

Onun filmdə ilk rolu “Mosfilm”də 

Albaniya dövlətçiliyinin əsasını qo-

yan Georgi İsgəndərbəyov haqqında 

çəkilən  filmdə türk imperiyasının 

əsasını qoyan Mehmet bəy Fateh ob-

razı olmuşdur. Sonra Sergey Paraca-

novun ilk rejissor işi olan “Andrieş” 

filmində baş rola dəvət almışdır. 

Bu  filmdən sonra “Odessa” ki-

nostudiyasında çalışan N.Şaşıqoğlu 

“Mosfilm”, “Dovjenko”, “Odessa”, 

“Azərbaycanfilm” kinostudiyaların-

da çəkilən bir sıra  filmlərdə rol al-

mışdır.

Kino yaradıcılığı daha çox 



Azərbay-canla bağlıdır.  Ona 

məşhurluq qazandıran “Uzaq 

sahillərdə” (1958) filmində So-

vet  İttifaqı  Qəhrəmanı Mehdi 

Hüseynzadənin obrazını yaratdıq-

dan sonra bir-birinin ardınca “Əsl 

dost” (1959), “Səhər” (1960), “Ma-

teo Falkone” (1961), “Onun böyük 

ürəyi”, “Bizim küçə” (1961), “Leyli 

və Məcnun” (1961), “Telefonçu qız” 

(1962) filmlərinə çəkilmişdir. 

2003-cü ildən N.Şaşıqoğlu 

S.Vurğun adına Rus Dram Teatrına 

qayıtmış  və teatrın səhnəsində So-

rin (A.P.Çexov “Qağayı”), Kral Lir 

(U.Şekspir “Kral lir”) obrazlarını 

parlaq ifa etmişdir. Nodar Şaşıqoğlu 

Kral Lir obrazını oynayan ən yaşlı 

aktyor olmuş, bu rolu 82 yaşında oy-

namışdır.

Aktyorun yaradıcılığı dövlət 

tərəfindən yüksək qiymətləndirilmiş

1983-cü ildə Azərbaycanın “Xalq ar-

tisti” fəxri adına layiq görülmüşdür.

 2007-ci ildə “Şöhrət” ordeni ilə 

təltif olunmuşdur. 

Nodar Şaşıqoğlu 2013-cü il aprel 

ayının 12-də Bakıda vəfat etmiş, II 

Fəxri Xiyabanda dəfn edilmişdir.

Ə d ə b i y y a t

Həyatda ikinci dubl olmur 

/N.Şaşıqoğlu; müsahibəni 

apardı N.Əlişova //Kafkaz 

News.- 2012.- 29 iyun.- S.4.

Məhərrəmova, T. Kral öldü, 

pərdə qapandı: 86 yaşlı 

Nodar Şaşıqoğlu onu sevən 

tamaşaçılarına həmişəlik 

vida etdi        /Təranə 

Məhərrəmova //Kaspi.- 

2013.- 13-15 aprel.- S.8.

Mirzəxanlı, N. Bəşəriyyətin 

aktyoru /Nurəddin 

Mirzəxanlı //Kafkaz Nevs.- 

2012.- 29 iyun.- S.9.

Tahirə.“Mixaylo”nun son 

roluna hamı üzüldü: Ömrü-

nün son iki gününü yataqda 

keçirdi və bizi tərk etdi         

/Tahirə //Şərq.- 2013.- 13 

aprel.- S.14.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/kaspi_az/2013/

aprel/303397.htm

Aktyor

MART

13



91

MART

15

Teatr.Kino

120

 illiyi

Аğаsаdıq Gəraybəyli 

1897-1988

Ağasadıq Ağəli oğlu Gəraybəyli 

(Gəraybəyov) 1897-ci il mart ayı-

nın 15-də  Şamaxıda anadan olmuş-

dur. Körpə yaşlarından ailəsi Bakıya 

köçmüş, burada türk-rus (rus-tatar) 

məktəbində təhsil almışdır. Məktəbdə 

Müslüm Maqomayevdən və 

Məmmədhənifə Terequlovdan musi-

qi savadı öyrənmiş, klarnetdə sərbəst 

ifa etməyi bacarmışdır. 1908-ci ildə 

Hüseyn  Ərəblinskinin truppasında 

rejissor köməkçisi olan qardaşı Ağa-

yarın təşəbbüsü ilə ilk dəfə  səhnəyə 

çıxmışdır. 

1916-cı ildə Politexnik məktəbinə 

daxil olmuş və orada Cəfər Cabbarlı 

ilə dostluqlarının təməli qoyulmuşdur. 

Tələbəlik illərində “Nicat”, “Səfa” 

cəmiyyətlərinin teatr truppalarında 

epizodik rollar oynamışdır. 1920-ci 

ilin mayında Milli Dram Teatrının 

yeni təşkil olunan truppasına götürül-

müş, 1921-1932-ci illərdə müəyyən 

fasilələrlə Bakı Türk Azad Tənqid və 

Təbliğ Teatrında işləmişdir.

Aktyorun C.Məmmədquluzadənin 

“Ölülər” (İsgəndər), 

N.Şapovalenkonun “1881-ci il” (Bi-

rinci Nikolay), M.F.Axundzadənin 

“Hacı Qara”, “Lənkəran xanının 

vəziri” (Xan), U.Şekspir “Romeo və 

Cülyetta” (Lorenso), Lope de Veqa-

nın “ Rəqs müəllimi” (Tebano) və s. 

tamaşalarda oynadığı rollar tamaşa-

çıların rəğbətini qazanmışdır.  

Ağasadıq Gəraybəylinin kino 

yaradıcılığı 1920-ci ildən başla-

mışdır. O, ilk dəfə “Qız qalası” 

səssiz  filmində  Əyan epizod roluna 

çəkilmiş, sonra “Hacı Qara” (Əsgər 

bəy), “O olmasın, bu olsun” (Rüstəm 

bəy), “Bəxtiyar” (Ağabala), “Qızmar 

günəş altında” (Sərdarov), “Poçt qu-

tusu” (Bəy), “Leyli və Məcnun” (İbn 

Xalid), “Sevil” (Balaş) və s. filmlərdə 

fərqli xarakterli rollar yaratmışdır. 

Obrazın xarakterindən asılı olaraq 

öz ifasında surətin tələb etdiyi xeyir-

xahlıq və  mənsəbpərəstlik, sadəlik 

və xudbinlik, qəhrəmanlıq və qor-

xaqlıq, prinsipiallıq və bürokratlıq, 

vətənsevərlik və riyakarlıq kimi bir-

birinə zidd, təzadlı cəhətləri emosio-

nal bədiiliklə yoğurub aydınlıqla ta-

maşaçılara çatdırmışdır.

Geniş diapazonlu yaradıcılığa ma-

lik olan aktyor 1936-cı ildə “Əməkdar 

artist”, 1940-cı ildə “Xalq artisti” 

fəxri adları ilə təltif edilmişdir. VI ça-

ğırış Azərbaycan SSR Ali Sovetinin 

deputatı seçilmişdir.

Ağasadıq Gəraybəyli 1988-ci il 

dekabr ayının 5-də Bakıda vəfat et-



mişdir.

Ə d ə b i y y a t

Rəhimli, İ. Ağasadıq 

Gəraybəyli: həyat və 

yaradıcılığı haqqında mo-

noqrafiya /İlham Rəhimli; 

xüs. red. M.İsgəndərova; 

Azərb. Teatr Cəmiyyəti.- 

Bakı: Yazıçı, 1979.- 125, 

[3] s.

Abdin, T. 90 ilin bir neçə 

saatı //Abdin T. Onların 

dünəni: Publisistika-1.- 

Bakı, 2012.- S.64-75.

Oktay. Bəy nəslindən olan 

peşəkar aktyor: Ağasadıq 

Gəraybəyli yaddaşlarda 

Rüstəm bəy, Ağabala 

kimi qalıb /Oktay //Xalq 

cəbhəsi.- 2012.-17 mart.- 

S.13.

Rəhimli, İ. Ağasadıq 

Gəraybəyli //Rəhimli İ. 

Azərbaycan Dövlət Aka-

demik Milli Dram Teatrı: 

Teatrın 1873-2012-ci illər 

arasındakı yaradıcılıq 

yolunun salnaməsi: 3 

cilddə.- Bakı, 2013.- Cild 

II: 1937-1969 S.413-417.

İ n t e r n e t d ə

http://web.anl.az/el/

Kitab/2014/2012-2237.pdf

Aktyor


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə