Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə40/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   36   37   38   39   40   41   42   43   ...   200

84

Milli ədəbiyyat 

110 

illiyi

Almas İldırım

1907-1952    

MART

Almaszadə  İldırım

 

1907-ci il mart 



ayının 24-də Bakı yaхınlığında, Qala 

kəndində anadan оlmuşdur. Azərbaycan 

ədəbiyyatı tariхinə Almas İldırım kimi 

daхil оlmuş şairin əsl adı Əbdülhəsəndir. 

1913-cü ildə Almas altı yaşında ikən 

ailələri  Şüvəlana, 1920-ci ildə isə 

Çəmbərəkəndə köçmüşdür. Kiçik Almas 

1914-1915-ci tədris ilindən “İttihad” 

məktəbində təhsil almağa başlamış, bu-

rada  еyni zamanda fars dili fənnini də 

mənimsəmişdir. 1925-ci ildə  o,  təhsilini 

Abdulla  Şaiqin nümunə  məktəbində 

davam 

еtdirməyə başlayaraq bu 



məktəbdə dərs dеyən A.Şaiq, S.Hüsеyn, 

Q.Əfəndiyеv (Qantəmir) kimi görkəmli 

ziyalılarla ünsiyyətdə olmuş, bu da gənc 

Almasın intеllеktual inkişafında, bədii 

yaradıcılıq istеdadının parlamasında 

önəmli rоl оynamışdır. 

Ədəbi fəaliyyətə 1926-cı ildə “Qızıl 

qələmlər ittifaqı”nın üzvü kimi, ittifa-

qın nəşr еtdirdiyi “Gənc qızıl qələmlər” 

məcmuəsində altı  şеiri (“Hindli qız”, 

“Şərqə”, “Yarın”, “Еy Hindistan”, 

“Nəriman”, “Qərbə”) ilə başlamış-

dır. 1927-ci ildə indiki BDU-nun 

şərqşünaslıq fakültəsinə daхil  оlsa da, 

az sоnra atası vaxtı ilə tacir olduğundan 

təhsil оcağından хaric оlunmuşdur. 

1928-ci ildə  yеni təsis  оlunmuş 

Azərbaycan Prоlеtar Yazıçıları 

cəmiyyətinə daxil olmuşdur. Yaradıcı-

lığa başlayan gündən adı bolşeviklərin 

qara siyahısına düşən Almas İldırı-

mın 1930-cu ildə çap olunan “Dağlar 

səslənirkən” adlı kitabı kommunizm 

əleyhinə  fikirlər aşılayan bir məхəz 

kimi mağazalardan yığılıb müsadirə 

olunmuş, özü isə Türkmənistana sür-

gün edilmişdir. Aşqabadda çıхan 

“Zəhmət” qəzeti səhifələrində  şeirlərini 

və məqalələrini dərc etdirən şair tezliklə 

ədəbi ictimaiyyətin diqqət və marağını 

çəkmişdir. Lakin burada da onu rahat 

buraхmamış, fəaliyyətini və yazılarını 

izləmiş, təftiş etmiş, təqib və təzyiqlərə 

məruz qoymuşlar.

Gözlənilən təhlükələrdən  хilas ol-

maq üçün ailəsi ilə birgə İrana keçən şair 

sərhədçilər tərəfindən həbs olunmuş, bir 

aya yaхın ağır işgəncələrə  məruz qal-

mışdır. Azadlığa buraхıldıqdan sonra, 

1934-cü ildən Türkiyəyə köçərək orada 

məskunlaşan Almas İldırım ömrünün son-

larına qədər qürbətdə yaşamağa məcbur 

olmuş, Azərbaycan mühacirət poeziyası-

nın ən qüdrətli nümayəndələrindən birinə 

çevrilmişdir. 1934-cü ildə Almas İldırım 

Türkiyə  vətəndaşlığına qəbul edilmiş-

dir. O, burada katibliklə, kargüzarlıqla 

məşğul olmuş, ibtidai məktəbdə  dərs 

demişdir. Ömrünün təqribən 12 ilini isə 

yaradıcılığını davam etdirməklə yanaşı 

müxtəlif ölkələrdə bucaq müdirliyində 

(qəsəbə  bələdiyyəsində) çalışmış, bədii 

yaradıcılıqla məşğul olmuşdur. Müəllifin 

şeirləri əsas etibarı ilə Türkiyədə yayınla-

nan mətbuatda, Almaniyada Azərbaycan 

mühacirətinin mətbu orqanı olan “Qur-

tuluş” dərgilərində, Van və Malatyada 

çıхan yerli qəzetlərdə dərc edilmişdir.

Almas İldırım 1952-ci il yanvar ayı-

nın 14-də vəfat etmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri /A.İldırım; 

red. N.Cabbarlı; tərt. ed. 

M.Teymur.- Bakı: Öndər, 

2004.- 160 s.

Boğulmayan bir səs /Almas 

İldırım; ön söz. B.Nəbiyev.- 

Bakı: Avrasiya Press, 2007.- 

392 s.

Cabbarlı, N. Azərbaycan 

mühacirət poeziyası: 

icmallar və portretlər 

/N.M.Cabbarlı;  AMEA, 

Nizami ad. Ədəbiyyat İn-tu.- 

Bakı: Elm və təhsil, 2014.- 

117 s.

Səmədov, A. Almas 

Yıldırım yaradıcılığında 

azərbaycançılıq ideyasıın 

tərənnümü: dərs vəsaiti 

/A.Səmədov; Gəncə Dövlət 

Un-ti.-Gəncə: [s.n.], 2014.- 

252 s.

Abbaslı, T. “...Mənim 

tacım, taxtım oy! Vətənimizi 

bu sayaq şimşək misra-

larla yad edirdi Almas 

İldırım!.. /T.Abbaslı                                     

//Mədəniyyət.- 2016.- 13 

yanvar.- S.13.

İsmayıl. Sürgün və qürbət 

Almas İldırım yaradıcılı-

ğında azərbaycançılıq ide-

yasını fərqli şəkildə yaşatdı 

/İsmayıl //Şərq.-2014.- 9 

aprel.- S.11.

İ n t e r n e t d ə

anl.az/el/i/ia_se.pdf 

https://vaqifsultanli.word-

press.com/.../almas-ildi...

24

Şair


85

Milli ədəbiyyat 

120 

illiyi

Qulаm Məmmədli 

1897-1994 

MART

Qulam Əli Məmməd oğlu Məmmədli 

1897-ci il mart ayının 25-də  Təbrizdə 

anadan olmuşdur. Həmin il ailəsi Aş-

qabada köçmüşdür.  İlk təhsilini mol-

laxanada alan Q.Məmmədli kiçik 

yaşlarından mətbəədə işləmişdir. 1914-

1923-cü illərdə Aşqabadda türkmən və 

Azərbaycan dillərində nəşr olunan “Dan 

ulduzu”, “Sədayi-füqəra”, “Qızıl yulduz” 

qəzetlərinin mətbəələrində mürəttiblik 

etmişdir. 1923-cü ildə Bakıya köçmüş 

və III Beynəlmiləl mətbəəsində  işə 

girmişdir. 1929-1940-cı illərdə “Kom-

munist”, “Yeniyol”, “Kəndli qəzetəsi”, 

“Azərbaycan kolxozçusu” qəzetləri re-

daksiyalarında çalışmışdır.

II Dünya müharibəsi illərində So-

vet Ordusunun tərkibində müxbir kimi 

Təbrizə getmişdir. Təbrizdə nəşr edilən 

“Vətən yolunda” qəzeti redaksiyasın-

da siyasi və  ədəbi işçi kimi fəaliyyət 

göstərmiş, sonra yenidən Bakıya qa-

yıdaraq ömrü boyu ədəbiyyatımıza, 

mədəniyyətimizə dair mənbələri araş-

dırmış  və bir-birindən dəyərli tədqiqat 

əsərləri yazmışdır. 

Bakıya qayıdan tədqiqatçı özü 

ilə  Təbrizdən çoxlu sayda sənədlər, 

əlyazmalar,   mətbuat nümunələri 

gətirmiş, bunların  araşdırılması ilə 

məşğul olmuşdur. Hazırda AMEA 

M.Füzuli adına  Əlyazmalar  İnstitutun-

da saxlanan şəxsi arxivi öz zənginliyi 

ilə diqqəti cəlb edir. Q.Məmmədli 

arxivində C.Məmmədquluzadənin 

həyat və yaradıcılığına dair materiallar,   

məktublar, xatirələr toplanmış, Bakı-

da və ondan kənarda - Naxçıvan, Şuşa, 

Tiflis, Aşqabad,  İrəvan, Həştərxan, 

Daşkənd, Moskva, Orenburq, Təbriz, 

İstanbul və s. şəhərlərdə  çıxan qəzet 

və  məcmuələrdən kəsilmiş  məqalə  və 

resenziyalar da yerləşdirilmişdir. O, bu 

materiallar əsasında 1966-cı ildə “Mol-

la Nəsrəddin” adlı əsərini çap etdirmiş-

dir.   1952-1959-cu illərdə Q.Məmmədli 

“Kirpi” jurnalının məsul katibi və redak-

toru olmuşdur. Yaradıcılıq illərində “Xi-

yabani” (1949), “Azərbaycan lətifələri” 

(1954), “Qara və buzov” (1954), “At-

macalar” (1958, 1961), “Qapı  oğrusu” 

(1960), “Molla Nəsrəddin” (1966), “Ca-

hangir Zeynalov”, “Hüseyn Ərəblinski” 

(1968) kimi kitabları çap edilmişdir.

1950-ci ildən Azərbaycan Yazıçılar 

İttifaqının üzvüdür. 

Ədəbi və ictimai fəaliyyətinə görə 

1977-ci ildə Azərbaycan SSR-in 

“Əməkdar mədəniyyət işçisi”, 1984-

cü ildə  “Əməkdar jurnalisti” fəxri ad-

larına layiq görülmüşdür. 1972-ci ildə 

Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl 

qələm” mükafatı laureatı olmuş, 1976-cı 

ildə Əmək veteranı, İttifaq əhəmiyyətli 

təqaüdçü (1987), M.F.Axundov adı-

na  ədəbi mükafat laureatı (1989), “50 

il partiya veteranı” nişanı, dörd dəfə 

Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyətinin Fəxri Fərmanı ilə təltif  olun-

muşdur.

Qulam Məmmədli 1994-cü il noyabr 



ayının 18-də Bakı şəhərində vəfat etmiş, 

Fəxri Xiyabanda dəfn olunmuşdur.



Ə d ə b i y y a t

İmzalar /Q.Məmmədli; 

elmi red. A.Zamanov.-

Bakı: Azərnəşr, 1977.-

118 s.

Molla Nəsrəddin: 

salnamə /Q.Məmmədli; 

tərt. və ön sözün müəl. 

İ.Həbibbəyli; red. 

İ.Hacıyev.- Naxçıvan: 

Əcəmi, 2009.- 518 s.

Sizə kim lazımdır?: 

biblioqrafik məlumat 

kitabı /Q.Məmmədli; 

elmi red. Ə.Mirəhmədov, 

X.Məmmədov.- Bakı: 

Maarif, 1990.- 192 s. 

Rəhimova, A. Qulam 

Məmmədli təzkirəsi: 

“Azərbaycanlı alim, yazı-

çı, şair və başqa görkəmli 

xadimlər haqqında 

biblioqrafik material-

lar” /A.Rəhimova; elmi 

red. A.Musabəyli; red. 

A.Ramazanov; AMEA, 

M.Füzuli ad. Əlyazmalar 

İn-tu.-Bakı: Elm və təhsil, 

2012.-681 s.

Yusifli, V. O, XX əsrin 

canlı ensiklopediyası idi 

/V.Yusifli //Ədalət.-2015.-

26 noyabr.- S.7.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/adalet/2015/

noyabr/465066.htm 

http://www.anl.az/down/

meqale/kaspi_az/2013/

br/323874.htm

25

Publisist, teatrşünas


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə