Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə48/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   44   45   46   47   48   49   50   51   ...   200

100

Ə d ə b i y y a t 

Экзоморфодинамика рельефа гор и ее оценка: (на примере северо-восточного склона Большого Кавказа) /Э.Ализаде, 

С.Тарихазер; науч. ред. Б.Будагов; НАН Азерб. Респ., Ин-т Географии им. акад. Г.А.Алиева.-Баку: [б. и.], 2010.-236 с.

Выявление «каркаса» морфотектонических блоков восточной части Малого Кавказа и сопредельных территорий по КС 

/Э.Ализаде //Геоморфология /АН СССР.- 1991.- № 4.- C.51-57.

Структура опасных геоморфологических процессов на Малом Кавказе (в пределах Азербайджана) /Э.Ализаде, С.Тарихазер        

//Вестник КРАУНЦ. Науки о Земле.- 2013.- № 1, вып. 21.- C.138-146. 

İ n t e r n e t d ə

http://science.gov.az/ 

http://www.igaz.az/index.php/az/2012-12-04-15-19-23/2012-12-04-15-19-55/9-uncategorised/431-lizad-elbrus-k-rim-o-lu

Alim

Elbrus Əlizadə 

1957  

Elbrus Kərim oğlu Əlizadə 1957-ci 

il mart ayının 4-də  Ağdaş rayonunun 

Aralbir kəndində anadan olmuşdur. 

1964-1974-cü illərdə Ağdaş şəhərində 

orta məktəbdə  təhsil almışdır. 1974-

1979-cu illərdə ADU-nun (indiki BDU) 

geologiya-coğrafiya fakültəsinin coğ-

rafiya  şöbəsində  əyani təhsil almış  və 

oranı  fərqlənmə diplomu ilə bitirmiş-

di. 

1984-cü ildə “Cənub-Şərqi Qaf-



qazın cənub yamacının relyefinin 

kosmofotoşəkillərinin deşifrələnmə 

materiallarının tətbiqi ilə morfostruk-

tur təhlil” mövzusunda namizədlik, 

2004-cü ildə isə “Alp-Himalay qovşaq 

zonası  mərkəzi hissəsinin  Şərq seq-

menti dağ sistemlərinin morfostruktur 

diferensiasiyası qanunauyğunluqları” 

mövzusunda doktorluq dissertasiyasını 

müdafiə etmişdir. 

Universiteti bitirdikdən sonra 

təyinatla Azərbaycan EA Coğrafiya İns-

titutuna işə göndərilmişdir. Həmin ins-

titutda baş laborant vəzifəsindən bölmə 

müdiri, baş elmi işçi vəzifəsinədək 

yüksəlmişdir. 

1992-ci ildən BDU-nun Coğrafiya 

fakültəsində mühazirə oxuyur. 2005-ci 

ildən həmin fakültənin Fiziki coğrafiya 

kafedrasının professorudur. 

YUNESKO-nun nəzdində Rusiya 

Federasiyasının Vladiqafqaz şəhərində 

fəaliyyət göstərən “Dağların tarazlı in-

kişafı” elmi mərkəzinin Müşahidəçilər 

Şurasının üzvüdür. H.Əliyev ad. Coğ-

rafiya  İnstitutunun direktor müavini, 

coğrafiya elmləri doktoru, baş elmi iş-

çidir. 


Elbrus  Əlizadə 2 monoqrafiya-

nın, 2 dərsliyin, 3 tədris vəsaitinin, 5 

tədris proqramının, 150-dən artıq elmi 

məqalənin, bir necə xəritə və 40-a ya-

xın elmi-metodiki vəsaitin müəllifidir. 

Elbrus Əlizadənin əsərləri ABŞ-da, 

Böyük Britaniyada, İspaniyada, Slo-

vakiyada, Rusiyada, Ukraynada, Qa-

zaxıstanda, Türkmənistanda nəşr olun-

muşdu. 


2014-cü ildən Azərbaycan Milli 

Elmlər Akademiyasının müxbir üzvü 

seçilmişdir. 

60 

illiyi

Coğrafiya.Geologiya

4

MART



101

Ə d ə b i y y a t 

Beyin qan damarla-

rı xəstəlikləri, onların 

müalicə və profilaktika-

sı /Z.M.Salayeva; red. 

M.İ.Məmmədəliyev; AzSSR 

Səhiyyə Nazirliyi, Resp. Sa-

nitariya Maarifi Evi.- Bakı: 

[s.n.], 1964.- 19, [1] s.

Nevrologiyadan praktiki 

məşğələlər: Tibb İnstitutu 

və orta tibb məktəbləri üçün 

dərs vəsaiti /Z.M.Salayeva; 

AzSSR Səhiyyə Nazirliyi, 

N.Nərimanov adına Azərb. 

Döv. Tibb İn-tu.- Bakı: [s.n.], 

1980.- 83, [1] s.

Nevroloji semiolo-

giya: məlumat kita-

bı /Z.M.Salayeva, 

G.Ş.Hacıyev; [ixtisas red. 

L. Məmmədbəyova].- Bakı: 

Azərnəşr, 1982.-188, [4] s.

Sinir xəstəliklər: Tibb 

institutu tələbələri üçün 

dərslik /Z.M.Salayeva.- Bakı: 

Maarif, 1983.- 284 s.

İ n t e r n e t d ə

http://www.azerbaijans.com/

content_1483_az.html

https://az.wikipedia.org/

wiki/Z%C9%99hra_Salayeva

Alim

Zəhra Salayeva

1922-2005

  

Zəhra Məmməd qızı Salayeva 

1922-ci il mart ayının 15-də Bakı 

şəhərində anadan olmuşdur. 1939-

cu ildə Azərbaycan Tibb İnstitutu-

nun müalicə-profilaktika fakültəsinə 

daxil olmuş, 1943-cü ildə oranı 

fərqlənmə diplomu ilə bitirmişdir. 

1953-cü ildə Azərbaycan Tibb İns-

titutunda “Azərbaycanda neyromal-

yariya” mövzusunda dissertasiyanı 

müvəffəqiyyətlə müdafiə edərək 

tibb elmləri namizədi alimlik 

dərəcəsi almışdır. 1964-cü ildə tibb 

elmləri doktoru elmi adını, 1967-ci 

ildə professor elmi rütbəsini almış-

dır.

Tədqiqatı, əsasən, Azərbaycanda 



neyromalyariyaya, hemorragik en-

safalitin klinika və patomorfologi-

yasına həsr edilmişdir.

1967-ci ildən N.Nərimanov adı-

na Azərbaycan Dövlət Tibb İnstitu-

tunun Sinir xəstəlikləri kafedrasının 

müdiri vəzifəsinə seçilmiş  və bu 

vəzifədə 1989-cu ilə qədər fəaliyyət 

göstərmişdir. 

Professor Zəhra Salayeva 160-a 

qədər elmi əsərin, 3 monoqrafiyanın, 

Azərbaycanda nevropatologiya və 

neyrogenetika üzrə 4 dərsliyin və bir 

neçə metodik tövsiyənin müəllifidir. 

Zəhra xanım Azərbaycanda neyro-

infeksiyanın öyrənilməsi sahəsində 

Sinir xəstəlikləri kafedrasının 

ənənələrini davam etdirərək baş bey-

nin iltihabı xəstəliklərinin daha tez-

tez rast gəlinən formalarını özündə 

əks etdirən “Ensefalitlər” adlı iş və 

“Xoreya haqqında nə bilmək lazım-

dır?” adlı kitabça nəşr etdirmişdir. 

Baş beynin damar patologiyası-

nın təbabətində mühüm bir problem 

olduğunu nəzərə alaraq bu sahədə 

də bir sıra işlər görmüşdür ki, on-

lardan biri də “Beyin damarlarının 

xəstəlikləri və profilaktikası” adlı 

əsəridir. 

Professor Zəhra Salayeva 

dəfələrlə ümumittifaq nevropatoloq-

lar və psixiatrlar elmi cəmiyyətinin 

rəyasət heyətinin üzvü seçilmişdir. 

O, “Böyük Tibbi Sovet Ensiklope-

diyasının” redaktorlarından biri, 

“Nevropatologiya və psixiatri-

ya” jurnalının, “Azərbaycan Tibb 

Jurnalının“, “Azərbaycan Sovet 

Ensiklopediyası”nın redaksiya 

heyətlərinin üzvi olmuş, Qafqaz 

regionunda ilk dəfə  təşkil olunan 

İnsultla Milli Mübarizə Assosiasi-

yanın yaradıcısıdır.

1973-cü ildə  Səhiyyə  əlaçısı, 

1979-cu ildə Azərbaycan Tibbi 

Genetiklər Cəmiyyətinin sədri ol-

muşdur, 1981-ci ildə “Əməkdar elm 

xadimi” fəxri adına layiq görülmüş-

dür. Ali Sovetinin 7-ci çağırış depu-

tatı olmuşdur.

Zəhra Salayeva 2005-ci il noyabr 

ayının 28-də Bakıda vəfat etmişdir.

95 

illiyi

Kimya.Biologiya.Tibb

15

MART



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə