Teqvim-2017. pdf


Mədəniyyət.Maarif.Təhsil 70



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə47/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   43   44   45   46   47   48   49   50   ...   200

98

Mədəniyyət.Maarif.Təhsil

70

illiyi

Vаqif Аrzumаnlı 

1947-2014

MART

Vaqif Minad oğlu Arzumanlı 1947-ci 

il mart ayının 5-də Quba rayonunun Sö-

hüb kəndində anadan olmuşdur. Xudat 

şəhərində onbirillik məktəbi qızıl medal-

la bitirdikdən sonra, ADU-nun filologiya 

fakültəsində təhsil almışdır (1964-1969). 

Ədəbi fəaliyyətə 1963-ci ildən “Ocaqçı-

nın söhbəti” oçerki ilə başlamışdır. 1965-

1968-ci illərdə Azərbaycan Kinematoq-

rafiya  İşçiləri  İttifaqı Kino aktyorluq 

studiyasının kino aktyoru fakültəsində 

oxumuşdur. Azərbaycan EA Nizami adı-

na Ədəbiyyat İnstitutundan Litva EA Lit-

va dili və ədəbiyyatı institutuna məqsədli 

aspiranturaya göndərilmiş, təhsilini da-

vam etdirmişdir (1969-1973). Bakıya 

qayıtdıqdan sonra Azərbaycan EA Niza-

mi adına  Ədəbiyyat  İnstitutunda böyük 

elmi işçi, eyni zamanda universitetdə 

SSRİ xalqları  ədəbiyyatı kafedrasında 

müəllim işləmişdir. 

1973-cü ildə “Azərbaycan-Litva 

əlaqələri” mövzusunda filologiya elmləri 

namizədi alimlik dərəcəsi almaq üçün 

dissertasiya müdafiə etmişdir. 1974-cü 

ildə Litvanın Xalq şairi Salomeya Neris 

mükafatına layiq görülmüşdür. 1978-ci 

ildən Yazıçılar İttifaqının üzvü idi. 1980-

1991-ci illərdə Azərbaycan EA SSRİ 

Xalqlar Dostluğu Respublika Sarayın-

da “Ədəbi, mədəni və elmi əlaqələr” 

şöbəsinin müdiri vəzifəsində işləmişdir. 

1984-cü ildə “Azərbaycan-Pribaltika 

ədəbi  əlaqələri” mövzusunda disserta-

siya müdafiə edərək  filologiya elmləri 

doktoru alimlik dərəcəsi almışdır. 1991-

ci ildə Milli Münasibətlər  İnstitutunun 

(Beynəlxalq Münasibətlər  İnstitutu-

nun) direktoru, 1992-ci ildən isə “Milli-

mədəni etnodil prosesləri”  şöbəsinin 

müdiri vəzifələrində  işləmişdir. 1992-ci 

ildən Azərbaycan Dövlət Universitetinin 

Türk və şərqi slavyan xalqları ədəbiyyatı 

kafedrasının professoru adını almışdır. 

1997-ci ildə anadan olmasının 50 il-

liyi münasibətilə Azərbaycan Elmlər 

Akademiyasının Fəxri Fərmanı ilə təltif 

olunmuşdur.“Nizami Gəncəvinin dün-

ya  şöhrəti” monoqrafiyası Füzuli adına 

Beynəlxalq Mükafata təqdim edilmiş-

dir. 1999-cu ildə Dağıstan Respublika-

sı  Dərbənd – “Gülüstan” Yazıçılar Bir-

liyinin üzvü seçilmişdir. 2000-ci ildə 

“Nizami Gəncəvinin dünya şöhrəti” 

monoqrafiyası  Təbrizdə fars dilinə 

tərcümə edilərək “Şöhrəti cahani Ni-

zami” adı ilə  nəşr olunmuşdur. 2000-ci 

ildə Bakı Dövlət Universiteti jurnalis-

tika fakültəsinin professoru olmuşdur. 

“Ədəbi  əlaqələr” toplusunun baş re-

daktoru işləmişdir.  2001-ci ildə “Qızıl 

qələm” mükafatına layiq görülmüşdür. 

2002-ci ildə MEA-nın Fəlsəfə  və Hü-

quqi Tədqiqatlar  İnstitutunun “Avropa 

ölkələri”  şöbəsinin müdiri olmuşdur. 

Milli qəhrəman  Əlif Hacıyev adına və 

görkəmli türkoloq Bəkir Çobanzadə adı-

na Beynəlxalq, eləcə də “Mir Cəlal Paşa-

yev” mükafatlarına layiq görülmüşdür. 

2014-cü ilin iyul ayında ağır 

xəstəlikdən sonra dünyasını  dəyişmiş, 

Xudatda öz vəsiyyəti ilə atasının dəfn 

olunduğu “Şıxlar” qəbiristanlığında tor-

pağa tapşırılmışdır.

Ə d ə b i y y a t

Azərbaycan dias-

poru: Reallıqlar, 

qayğılar, problemlər 

/V.Arzumanlı; red. 

V.Həbiboğlu; AMEA, 

Beynəlxalq Münasibətlər 

İns-tu.- Bakı: Qartal, 

2001.- 800 s.

Beynəlxalq 

Münasibətlər İnstitutu-

10 /V.Arzumanlı; elmi 

red. V.Həbiboğlu; 

AMEA, Beynəlxalq 

Münasibətlər İns-tu.- 

Bakı: Qartal, 2002.-  

219 s.

Türk dünyası və 

“Böyük Ermənistan” 

xülyası /V.Arzumanlı, 

X.Baxşəliyeva; elmi red. 

M.Qasımlı; ön sözün 

müəl. H.Çetin.- Bakı: 

[s.n.], 2008.- 238, [2] s.

Professor Vaqif Ar-

zumanlı - 60: Soraq 

kitabı /Red. İ.Vəliyev, 

tərt. ed.: O.İsmayılova, 

B.Əzizəliyeva; İctimai-

Siyasi Proseslər və 

Beynəlxalq Əlaqələr 

Elmi Araşdırmalar 

Mərkəzi; AMEA.- Bakı: 

Qartal, 2007.- 705 s.

http://web.anl.az/el/

Kitab/2013/2011-1890.

pdf

http://www.anl.

az/down/meqale/

medeniyyet/2014/

iyul/383258.htm

5

Ədəbiyyаtşünаs аlim



99

Ə d ə b i y y a t

Erməni mənəvi terroru: 

Adlar dəyişsə də tarix qalır 

/C.Qiyasi, İ.Bozyel; red.: 

R.Məmmədli, D.Ramazanlı; 

İğdır Azərbaycan Türk Kül-

türünü Tanıtma Dərnəyi.- 

Bakı: Kitab klubu, 2007.- 36 

s.

Memar Xacə Əlişah Təbrizi 

(Dövrü və yaradıcılığı): 

elmi məruzə şəklində me-

marlıq d-ru e. dər. a. üçün 

dis-ya: 18.00.01. /C.Qiyasi; 

Аzərbaycan Elmlər Aka-

demiyası Memarlıq və 

İncəsənət İnstitutu.- Bakı, 

1997.- 78 s. 



Nizami dövrü memarlıq 

abidələri /C.Qiyasi; elmi 

red. Ş.S.Fətullayev; rəy. 

R.M.Bayramov.- Bakı: İşıq, 

1991.-264 s. 

Cəfər Əli oğlu Qiyasi: 

biblioqrafik göstərici                    

/AMEA, Mərkəzi Elmi 

Kitabxana tərt. İ.Səfərov; 

red. A.Əliyeva-Kəngərli, 

N.Bağırbəyova.- Bakı: 

Elm, 2003.- 140, [3] s. 

Azərbaycanın elm və 

mədəniyyət xadimləri

İ n t e r n e t d ə

http://science.gov.az/

Memar-alim

Cəfər Qiyasi

1942  

Cəfər  Əli oğlu Qiyasi 1942-ci il 

mart ayının 24-də  Ərdəbil  şəhərinin 

Piləçay elinin Hüşnə kəndində anadan 

olmuşdur. 1946-cı ilin dekabr ayında 

Azərbaycan Milli Hökümətinin süqu-

tundan sonra ailəsi ilə birlikdə Quzey 

Azərbaycana köçmüşdür. Orta təhsili 

Nuxa (indiki Şəki)  şəhərində 5 say-

lı  məktəbdə almış, 1961-1967-ci illər 

arasında Azərbaycan Politexnik İnsti-

tutunun inşaat fakültəsində memar ixti-

sasına yiyələnmişdir. 1967-ci ildə “So-

yuzkurortproyekt” İnstitutunun Qafqaz 

filialının Azərbaycan şöbəsində böyük 

mühəndis, 1968-ci ildə qrup rəhbəri 

vəzifələrinə təyin edilmişdir. 

1968-ci ildə SSRİ Memarlar İttifa-

qına üzv qəbul edilmişdir. 1971-ci ildə 

Azərbaycan Elmlər Akademiyası Me-

marlıq və İncəsənət İnstitutunun əyani 

aspiranturasına daxil olmuş, 1973-cü 

ildə “Abşeron boyları (Memarlıq haq-

qında söhbətlər)” adlı ilk kitabını çap 

etdirmişdir. 1978-ci ildə “Təbriz me-

marlıq məktəbi (XIII-XVII əsrlər)” 

mövzusunda namizədlik disserta-

siyasını müdafiə etmişdir. C.Qiyasi 

1985-ci ildə çap olunmuş “Yaxın-uzaq 

ellərdə (Orta əsr Azərbaycan memarla-

rının beynəlxalq  əlaqələri haqqında)” 

kitabı ilə Azərbaycanın İslam dünyası 

memarlığının inkişafında necə önəmli 

rol oynadığını aydınlaşdırmışdır. Dahi 

şair Nizami Gəncəvinin 850 illik yu-

bileyi münasibəti ilə C.Qiyasinin 

1991-ci ildə yazdığı “Nizami dövrü 

memarlıq abidələri” monoqrafiya-

sı orta əsr Azərbaycan memarlığının 

yüksək inkişaf mərhələlərindən olan 

Səlcuqlar dövrünün, XI-XIII yüzillərin 

memarlığını dolğun  əks etdirən  ən 

sanballı əsərdir. 1992-ci ildə Tarix və 

Mədəniyyət Abidələrinin Bərpası  və 

İstifadəsi üzrə Elmi Tədqiqat Layihə 

İnstitutunun rektoru vəzifəsinə  təyin 

edilmişdir.  1996-cı ildə Ankarada türk 

dilində nəşr edilmiş “Erməni kültür ter-

roru” kitabında C.Qiyasi ermənilərin 

sistemli  şəkildə Azərbaycan türk 

mədəni irsinə qarşı apardıqları terror 

problemini ilk dəfə elmi ictimaiyyətin 

nəzərinə çatdırmışdır. 1997-ci ildə 

“Memar Xacə Əlişah Təbrizi (dövrü və 

yaradıcılığı)” mövzusunda doktorluq 

dissertasiyası müdafiə etmişdir. 1999-

cu ildə müəllifi olduğu İqdır şəhərində 

“Soyqırım anıtı və muzeyi” komplek-

sinin tikintisi tamamlanmışdır. Onun 

rəhbərliyi altında yaradılmış  sənədlər 

əsasında 2000-ci il “İçərişəhər Qız Qa-

lası və Şirvanşahlar sarayı ilə birlikdə” 

və 2007-ci ildə “Qobustan Milli 

Dövlət tarix-bədii qoruğu” abidələri 

YUNESKO-nun Dünya İrsi siyahı-

sına daxil edilmişdir. 2000-ci ildə 

Azərbaycan Respublikası Mədəniyyət 

Nazirliyinin Abidələrin Bərpası Elmi-

Tədqiqat Layihə İnstitutunun direkto-

ru vəzifəsinə təyin edilmişdir. 2005-ci 

ildə Dünya Azərbaycanlıları Konqre-

sinin “Bütöv Azərbaycan məfkurəsinə 

xidmət ödülü” və Ankarada 2009-cu 

ildə Türksoy xidmət binasına görə onur 

“Şərəf” medalı ilə təltif edilmişdir. 

75 

illiyi

Mədəniyyət.Maarif.Təhsil

24

MART



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə