Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə45/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   41   42   43   44   45   46   47   48   ...   200

94

Ə d ə b i y y a t 

Gevr, J. Xacə şah: tarixi 

roman /Jan Gevr; fars-

cadan tərc. ed. Hüseyn 

Əhədi.- Bakı: Hüquq 

ədəbiyyatı, 2012.- 646, 

[2] s.

İranda şah sülaləsinin 

əsasını qoymuş 

Ağaməhəmməd xan 

Qacarın ölümünə qədər 

həyatında baş vermiş əsas 

hadisələrin qısa xülasəsi 

ilə tərcümeyi-halı /tərc. 

və dəqiqləşdirmələr. 

M.Qacar; red. və ön sözün 

müəl. Ə.Çingizoğlu.- Bakı: 

Mütərcim, 2011.- 53, [2] s.

Tahirzadə, Ə. 

Ağaməhəmməd şah Qacar: 

Tərcümeyi-hal oçerki 

/Ə.Tahirzadə; elmi red.: 

İ.Musayev; bədii tərt. ed.: 

E.Faxralı, F.Xırxatalalı; 

ön sözün müəllifi. 

B.Vahabzadə.- Bakı: Kür, 

2002.- 44 s. Azərbaycan 

imperatorları 2.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/A%C4%9Fa_M%C9

%99h%C9%99mm%C9%

99d_%C5%9Fah_Qacar

MART

14

Ağa Məhəmməd şah Qacar

1742-1797 

 

 

Azərbaycan türk xalqının tarix 

səhnəsinə yetişdirib çıxardığı  dəyərli 

şəxsiyyətlərdən biri də Ağa Məhəmməd 

şah Qacardır. O, Azərbaycan və dünya 

tarixinə 146 illik hakimiyyət sürmüş 

(1779-1925) bir  dövlət-Qacarlar  im-

peratorluğu bəxş etmişdir.

  Mənşəcə Qacar türk tayfasından olan 

Ağa Məhəmməd  şah Qacar 1742-ci il 

martın 14-də Mazandaranın Əstərəbad 

(bəzi mənbələrdə Astrabad) vilayətinin 

Əstərabad  şəhərində  Məhəmmədhəsən 

xan Qacarın ailəsində dünyaya göz 

açmışdır. Qacar tayfası Azərbaycanın 

dövlətçilik tarixində  şərəfli rol oyna-

mışdır. 

Yürüşlərin birində atası Məhəmməd 

Həsən xan 13 yaşlı oğlu Ağa Məhəmmədi  

özü ilə götürmüş, ona qabaqda gedən 

dəstənin rəhbərliyini tapşırmışdı. XVI-

II əsrin


 

ortalarında mövqeyini daha da 

möhkəmləndirmiş  Məhəmməd Həsən 

xan bütün yürüşlərdə onun yanında 

olan Ağa Məhəmməd xanı Azərbaycana 

vali təyin etmişdir. 1758-ci ildə 

Məhəmməd Həsən xan həmin dövrdə 

Mərkəzi  İranda baş qaldırmış  Zəndlər 

tayfası ilə apardığı döyüşlərin birində 

həlak olmuş, hakimiyyət böyük oğlu 

Ağa Məhəmməd  şah Qacara keçmiş-

di. 1761-1762-ci ildə Kərim xan Zənd 

Nəcəf şəhəri yaxınlığında 4 minlik qo-

şunla Ağa Məhəmməd xanı mühasirəyə 

almış, Ağa Məhəmməd xan 9 yara ala-

raq Kərim xan Zəndin əlinə keçmişdi. 

Bundan sonra 16 il əsir kimi Şirazda 

qalan Ağa Məhəmməd xan mədrəsəyə 

getməyə başlamış, ilahiyyatı, fəlsəfəni, 

riyaziyyatı, astronomiyanı  və klassik 

ədəbiyyatı öyrənmişdir. 

Ömür boyu hakimiyyətə can atan 

Ağa Məhəmməd xanın məqsədi, 

vaxtilə qüdrətli Səfəvilər dövlətinin da-

ğılmış  və bölüşdürülmüş torpaqlarını 

qaytarmaq, onun şöhrətini İran xalqına 

çatdırmaq idi. Bu yolda durmadan ça-

lışmış və nəhayət, 1779-cu ildə Kərim 

xan Zəndin vəfatından sonra əsirlikdən 

azad olub, 1785-ci ildə Mazandaranı ələ 

keçirmişdi. Həmin döyüşlərdə ona qar-

daşı sərkərdə Cəfərqulu xan Qacar yar-

dım etmişdi. Ağa Məhəmməd şah Qa-

carlar sülaləsinin İranda hakimiyyətinin 

əsasını qoymuşdur. 1786-cı ildə o, Teh-

ranı yeni  dövlətin paytaxtı, 1791-ci ildə 

isə özünü İran şahənşahı elan etmişdir. 

Qacarlarla Zəndlər arasında son qan-

lı döyüş 1794-cü ildə Girman yaxınlı-

ğında baş vermiş  və  Ağa Məhəmməd 

şahın tam qələbəsi ilə başa çatmışdır. 

Bununla da Zəndlər nəslinin adı  İran 

tarixindən tamamilə silinmişdir. Ağa 

Məhəmməd  şah Qacar iki dəfə Qara-

bağı ələ keçirmək üçün cəhd göstərmiş, 

1796-cı ildə məğlub olaraq geri çəkilsə 

də, 1797-ci il iyun ayının 17-də  Şuşa 

qalasıni ala bilmişdir. Lakin səhəri gün 

öz nökərləri tərəfindən qətlə yetirilmiş-

dir. 


Onun  şahlığı,  şəxsiyyəti haqqında 

çoxlu sayda kitab, əsər yazılmışdır. 



Siyasət.Hüquq.Hərbi iş

275 

illiyi

Hərbi xadim


95

Ə d ə b i y y a t 

Millət və cəmiyyət tari-

xin sərt dönəmlərində 

/Ə.Daşdəmirov; elmi red. 

C.Quliyev; AMEA, Arxe-

ologioya və Etnoqrafiya 

İn-tu.- Bakı: Elm, 2008.-

342, [2] s.

Məmmədli, Ə. Məhsuldar 

elmi, pedoqoji və ictimai 

fəaliyyətdə /Ə.Məmmədli 

//Elm.- 2012.- 30 aprel.- 

S.14.

Идеологические 

проблемы межкавказских 

отношений 

/А.Дашдамиров; НАНА, 

Инс-т Общественно-

Политических 

Исследований и 

Информации.- Баку: 

[б.и.], 2001.- 87, [1] с.

Азербайджану 

надо наращивать 

экономический 

потенциал: Интервью 

с главным редактором 

российской газеты 

«Азербайджанский 

конгресс» профессором 

Афрандом 

Дашдамировым 

/А.Дашдамиров                

//Бакинский рабочий.-

2011. - 12 октября. - С. 6.

İ n t e r n e t d ə

www.anl.az/down/me-

qale/bakrabochiy/2011/

oktyabr/204628.htm 

www.anl.az/down/meqale/

elm/2012/aprel/04.htm

Akademik

Əfrand Daşdəmirov 

 1942-2015  

Əfrand Firudin oğlu Daşdəmirov 

1942-ci il mart ayının 12-də Bakı 

şəhərində anadan olmuşdur. 1964-

cü ildə S.M.Kirov adına Azərbaycan 

Dövlət Universitetinin tarix fakültəsini 

bitirmişdir. 1968-ci ildə Moskvada 

“İndividual  şüurun milli məqamları” 

mövzusunda namizədlik, 1977-ci ildə, 

“Şəxsiyyətin sosial varlığının milli və 

beynəlmiləl formaları” mövzulu dok-

torluq dissertasiyasiyalarını müdafiə et-

mişdir. Əfrand Daşdəmirov Azərbaycan 

Kommunist Partiyasının Mərkəzi 

Komitəsində  rəhbər vəzifələr tutmuş, 

Bakı Ali Partiya Məktəbində kafedra 

müdiri işləmişdir.  Ə.Daşdəmirov uzun 

illər həm də Azərbaycan EA Fəlsəfə və 

Hüquq  İnstitutunda milli münasibətlər 

və beynəlmiləl tərbiyə şöbəsinin müdiri 

olmuşdur. 1983-cü ildə  Ə.Daşdəmirov 

Azərbaycan MEA-nın müxbir üzvü, 

1989-cu ildə  həqiqi üzvü seçilmişdir. 

1991-ci ildən isə Rusiya Federasiyası 

Prezidenti yanında Rusiya Dövlət Qul-

luğu Akademiyasının professoru idi. 

Ə.Daşdəmirovun elmi fəaliyyətinin 

əsasını millətlərin və millətlərarası 

münasibətlərin inkişafının sosial 

fəlsəfi, politoloji, kulturoloji, etnopsi-

xoloji problemlərinin elmi-tədqiqi, mü-

asir etnosiyasi, etnomədəni proseslərin 

dərkinin fundamental nəzəri-metodoloji 

məsələləri təşkil edib. Ə.Daşdəmirov 

Rusiyada Azərbaycan diasporunun 

formalaşmasında və inkişafında ya-

xından iştirak etmiş, orada yaşayan 

azərbaycanlıların 2002-ci ildə Mosk-

vada yaranan Ümumrusiya Azərbaycan 

Konqresinin vitse-prezidenti seçil-

mişdir. 10 il “Azərbaycan Konqresi” 

qəzetinin (rus dilində) baş redakto-

ru vəzifəsində çalışmışdır. Xüsusilə 

ölkəmizin üzləşdiyi Qarabağ problemi, 

tariximizdəki faciəli hadisələr, Xocalı 

soyqırımıyla, Qarabağətrafı rayonları-

mızın işğalıyla bağlı yazdığı məqalələr 

təqdirə layiqdir. 

Əfrand Daşdəmirov dəfələrlə 

Azərbaycan Ali Sovetinə deputat se-

çilmiş, orden və medallarla təltif olun-

muşdur. Rusiya Azərbaycanlılarının 

Milli-Mədəni Muxtariyyəti Federal Şu-

rasının üzvü, Rusiyada çıxan “Azerros” 

qəzetinin yaradıcısıdır.

8 monoqrafiyanın, 250-dən çox elmi 

əsərin müəllifidir, onun rəhbərliyi ilə 

10 elmlər, 30-dan çox fəlsəfə doktoru 

yetişmişdir.  Ə.Daşdəmirovun “Mil-

li münasibətlərin sosioloji strukturu”, 

“Şəxsiyyət və millət”, “Milli ideya və 

etniklik”, “Cəmiyyətşünaslığın nəzəri-

metodoloji problemləri: yeni yanaşma-

lar haqqında qeydlər və düşüncələr” 

və b. nəşri tarixindən asılı olmayaraq, 

bu gün də öz aktuallığını saxlamaqda-

dır. Bu əsərlər təkcə elmi planda deyil

həm də mühüm praktik əhəmiyyətə 

malikdirlər. 

Əfrand Daşdəmirov 2015-ci il aprel 

ayının 7-də vəfat etmişdir.

75 

illiyi

Fəlsəfə.İqtisadiyyat

12

MART



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə