Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə37/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   33   34   35   36   37   38   39   40   ...   200

78

Tarixdə bu gün

Ümumdünya Mülki Müdafiə Günü (01.03.1972)

Azərbaycanın BMT-yə qəbul olunması günü (02.03.1992)

Bədən Tərbiyəsi və İdman Günü (05.03.)

Qızıl Aypara Günü (07.03.2008)

Bеynəlxalq Qadınlar Günü (08.03.1910)



Qazax rayonunun Xeyrimli kəndinin işğalının 25-ci ildönümü 

(08.03.1992)

Milli Tеatr Günü (10.03.1873) 

Daxili Qoşunlar Günü (12.03.1995)

Qazax rayonunun Aşağı  Əskipara kəndinin işğalının 25-ci ildönümü 

(12.03.1992)

Dağlıq Qarabağın Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta 

Güneypəyə, Xatınbəyli, Manikli kəndlərinin işğalının 25-ci ildönümü 

(12.03.1992)

Beynəlxalq Novruz Günü (21.03.2010)

İrqi Ayrı-Seçkiliyin (diskriminasiyanın) Ləğv Edilməsi Uğrunda Beynəlxalq 

Mübarizə Günü (21.03.1966)

Ümumdünya Meşələr Günü (21.03.)

Ümumdünya Su Günü (22.03.1992)



Erməni terrorçuları  tərəfindən Qazax rayonu ərazisində avtomaşın 

partladılmış, 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır (22.03.1992) 

Ümumdünya Meteoroloq Günü (23.03.1961)

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin 

nizamlanmasında vasitəçilik üzrə ATƏM (ATƏT) tərkibində 11 ölkənin 

nümayəndələrinin daxil olduğu Minsk qrupu yaradılmışdır (24.03.1992)

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilmişdir (25.03.1992)

Beynəlxalq Teatr Günü (27.03.1948)

Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı Günü (28.03.1997)

“İzvestiya” qəzetinin nəşrə başlamasının (30.03.1917) 100 illiyi

Azərbaycanlıların sоyqırımı günü (31.03.1918)

106


107

110-111


109

108



79

Milli ədəbiyyat 

105 

illiyi

Mаnаf Sülеymаnоv 

1912-2001   

MART

Manaf Fərəc oğlu Süleymanov 1912-

ci il mart ayının 3-də İsmayıllı rayonu-

nun Lahıc qəsəbəsində anadan olmuş-

dur. 1930-cu ildə pedaqoji təmayüllü 

18 saylı Bakı şəhər məktəbini bitirmiş

1932-1937-ci illərdə Azərbaycan Neft-

Kimya İnstitutunun (Azərbaycan Dövlət 

Neft və  Sənaye Universiteti) geoloji 

kəşfiyyat fakültəsində təhsil almışdır. 

M.Süleymanov  əmək fəaliyyətinə 

Qaradağ neft-qaz mədənləri idarəsində 

mühəndislikdən başlamış, Sənaye  İns-

titutunda assistent işləmişdir. 1939-cu 

ildən institutun Neft-qaz yataqları ge-

ologiyası axtarışı kafedrasının dosenti 

olmuşdur.

Ədəbi yaradıcılığa 1947-ci ildə 

“Azərbaycan” jurnalında dərc olunan 

“Yerin sirri” romanı ilə başlamış, döv-

ri mətbuatda məqalələrini “Fərəcoğlu” 

imzası ilə çap etdirmişdir.

Oxucular ingilis dilindən onun 

tərcüməsində Cek London, Con Steyn-

bek, O’Henri, M.Kopelen, A.Qrasi, 

Oqoto, Aleks La Çuma, Y.A.Makmani, 

Piter Abrahams, R.Riv, A.Paton, Fillis 

Altman, Somerset Moem kimi görkəmli 

ingilis yazıçılarının əsərləri ilə tanış ol-

muşlar. 


1949-cu ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvü olmuşdur.

Manaf Süleymanov keçmiş 

SSRİ-nin və Azərbaycandakı dövlət 

arxivlərində 30 ilə yaxın çalışaraq 

qiymətli sənədlər toplamış,  ilk dəfə ola-

raq Bakı tarixindən, Bakı milyonçuları 

və qoçularından, 1918-1920-ci illərdə 

Azərbaycan Xalq Cümhuriyyətinin 

şəxsiyyətlərindən elmi-publisistik ki-

tablar yazıb, nəşr etdirmişdir.  Öz şəxsi 

fondundakı sənədlərini isə 1988-ci ildə 

Salman Mümtaz adına Azərbaycan Res-

publikası Dövlət Ədəbiyyat və İncəsənət 

Arxivində mühafizəyə təqdim etmişdir. 

Bu sənədlər əsasında onun 636 saylı şəxsi 

fondu yaradılmışdır. M.F.Süleymanov 

ingilis, fars, ərəb dillərini bilməklə ya-

naşı, rus dilində  də yazıb yaratmışdır. 

Müəllifin  əsərlərinin ilk əlyazmaları 

doğma Azərbaycan dilində, lakin ərəb 

əlifbasındadır.

Müstəqilliyimizi qazandıqdan sonra 

müəllifin “Son bahara çatdıq”, “Neft 

milyonçusu”, “Şərqdə ilk demokra-

tik cümhuriyyət”, “Şagirdlik illərim” 

adlı kitabları çap edilmişdir. Yazıçının 

ən məşhur və ona şöhrət qazandıran 

1987-ci ildə yazdığı “Eşitdiklərim, oxu-

duqlarım, gördüklərim...”  əsəridir. Bu 

kitabda insanlar ilk dəfə Bakı milyon-

çularının millətin tərəqqisi naminə gör-

düyü işlərdən, xeyirxah əməllərindən 

xəbər tutdu.

1989-cu ildə Samsun Universiteti ya-

zıçının “Bir kitabdan bir gaç sətir” top-

lusunu nəşr etdirmişdir.

Görkəmli yazıçı Azərbaycan Ali So-

veti Rəyasət Heyətinin Fəxri Fərmanı və 

bir medalla təltif edilmiş, 1991-ci ildə 

“Əməkdar mədəniyyət xadimi” fəxri 

adına layiq görülmüşdür. 

Manaf Süleymanov 2001-ci il sent-

yabr ayının 12-də Bakıda vəfat etmiş-

dir. 

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 2 cilddə 

/M.Süleymanov.- Bakı: 

Azərnəşr, 1993.- C.I.- 452 

s.; C.II.- 248 s.

Eşitdiklərim, oxuduq-

larım, gördüklərim: 

kitabın nəşri Manaf 

Süleymanovun 100-illik 

yubileyinə həsr olunur 

/M.F.Süleymanov.- Bakı: 

[Qanun], [2012].- 480 s. 

Xəlilzadə, F. 

Həyatın və illərin 

rəngləri /F.Xəlilzadə                                       

//Azərbaycan.- 2012.- 3 

mart.- S.6.

“Küçələrə su səpmişəm, 

Türk gələndə toz olma-

sın: Arayan, araşdıran, 

toplayan və qələmə alan 

yazıçı... //Azadlıq.- 2013.- 

19 may.- S.14.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/azadliq/2013/

may/310474.htm

www.anl.az/down/me-

qale/azerbaycan/2012/

mart/237290.htm

https://ru.wikipedia.

org/wiki/Сулейманов,_

Манаф_Фарадж_оглы

3

Nasir



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə