Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   2   3   4   5   6   7   8   9   ...   15

13 

 

Sənin sənətin musiqi çalmaqdırsa, 



Mən zil və bəm səsləri dinləmək istəyirəm. 

Sürməli kirpiklərini yana dartma 

Bir ox at, gözləyirəm. 

Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır, 

Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm. 

Görürəm, əbəs yerə uğura ümid bağlamışam, 

Mən son nəfəsimlə səni çağırıram. 

Nizami öz canını sənə bağışlayır- 

Qəbul et, necə ki, mən iztirabları qabul edirəm. 

Və  şübhə  yox  ki,  onun  yaratdığı  söz  dünyası  hələ  neçə  nəsil  oxucuların  könlünə 

məhrəm  kəsiləcək,  neçə  nəsil  araşdırıcını  öz  dolayısınca  düşünməyə  çağıracaq. 

Məhsəti  Gəncəvi  söz  tariximizin  ilk  böyük  şairəsidir.  Şairənin    tarixi  şəxsiyyət 

olduğunu  Fəridəddin  Əttar,  Şəmsəddin  Məhəmməd  Ben  Qeys  Razi,  Həmdullah 

Qəzvini,  Dövlətşah  Səmərqəndi,  Əmin  Əhməd  Razi,  Qiyasəddin  Xondəmir  və 

başqa şairlər təsdiq edirlər. Haqqında yazılanlar onun bir sənətkar kimi Yaxın Şərq 

İntibah mədəniyyətinin Xəyyam, Nizami, Hafiz, Xaqani kimi şairləri ilə bir sırada 

durduğunu  göstərir.  Bunu  bir  çox  mənbələrdə  verilmiş  rübailər  də  sübut  edir. 

Həmin  mənbələrdən  ən  əhəmiyyətlisi  Cəmaləddin  Xəlil  Şirvaninin  tərtib  etdiyi 

“Nizhətül – məcalis” adlı məcmuədir. Bu məcmuə hal-hazırda İstanbulun Carullah 

kitabxanasında  saxlanılır.  Çoxu  azərbaycanlı  olan  380  nəfər  şairin  əsərlərindən 

ibarət  olan  məcmuənin  əsas  əhəmiyyəti  ondadır  ki,  burada  hamıdan  çox 

Məhsətinin rübailərinə yer verilmiş və 75 nümunə göstərmişdir.        

Məhsəti Gəncəvi ilə bugünün oxucusu arasında doqquz əsrlik zaman ayrılığı 

durur.  Lakin  bu  zaman  sərhədinin  uzaqlığı,  adi  məntiqlərin  əksinə  olaraq, 

Məhsətinin böyüklüyünü daha aydın görməyə imkan yaradır. Məhsəti Gəncəvinin 

irsi  dünya,  həyat,  bəşər,  insan  münasibətləri  haqqında  poetik  hekayələrdir.  Bu 

şeirlər  XII  yüzildə  yaransa  da,  fars  orijinallarından  belə  bu  gün  asanlıqla  başa 

düşülür, tərcümədə də ifadə etdikləri fikirlərə görə dünyanın ən müxtəlif xalqlarına 

doğma  görünür.  Adına  küçə,  məktəb,  pedoqoji  texnikum  və  s.  var.  Gəncədə 

muzeyi  yaradılmış,  heykəli  qoyulmuşdur.(1980).  Rafael  Hüseynovun  “Məhsəti, 

necə  varsa”  poetik  tədqiqatı,  M.H.Təhmasibin  “Rübailər  aləmində”,  Kəmalə 

Ağayevanın “Məhsəti” pyesləri ona həsr edilmişdir. “Rübailər” kitabı bir neçə dəfə 

buraxılmışdır.    Biz  Məhsətini  daha  inadla  öyrəndikcə,  onun  dərin  mənalı,  zərif 

rübailərinin  təkinə  endikcə,  ədəbi  irsinin  yeni-yeni  nümunələrini  üzə  çıxardıqca, 

şeirimizin  sonrakı  inkişafına,  təsirinə  aid  daha  tutarlı  yeni  dəlillər  tapdıqca  onun 

istedadının,  zəkasının  böyüklüyünə  heyranlığımız  daha  da  artacaq.  Və  hər  dəfə 

ədəbiyyat  tariximizin  bu  bənzərsiz,  mübariz  elçisindəki  şeir  vergisinin  yeni 

üfüqlərini kəşf etdikcə, onun ədəbi irsinə heyran olmamaq olmur. Ölməz sənəti ilə 

Məhsəti  bütöv  Azərbaycanda  özünə  yaşar  abidə  ucaltdı.  Rübailərindən  başlayıb 

oxucularının  ürəklərindən  keçən  bütün  yollar  Məhsətinin  adını  daşıyır.  Şeirlərini 

oxuduqca Məhsətinin yaratdığı qəhrəmanlar gözlərimiz önünüdə canlanır. Məhsəti 

Gəncəvi  doqquz  yüz  il  bundan  öncə  yanar  düşüncəsi  və  mübariz  qələmi  ilə  öz 

sözünü deyən sənətkardır. 



14 

 

  Yubiley tədbirlərinin keçirilməsi 

    

Kamil insan günəşdən, aydan, ulduzlardan da əzəmətlidir. Məhsəti Gəncəvi 



də bu insanlardandır. Bəli hər insan sirli-sehrli bir aləm, yazılmamış bir kitabdır.  

Azərbaycan  ədəbiyyatı  tarixinin  ən  cazibəli  ustalarından  biri  Məhsəti 

Gəncəvi XII yüzildə qələm çaldı. Gəncənin intibah havalı münbit ədəbi mühitində 

solmaz  rübailər  yaradan  Məhsəti  həm  də  mahir  musiqiçi  və  usta  şahmatçı  idi. 

“Musiqi  zərifliyi  Məhsətinin  rübailərinə  çökübsə,  şahmat  mürəkkəbliyi  onun 

taleyindən keçib. Vaxtın sərt küləkləri Məhsətinin şeirlərini və ömür yolu haqqında 

bilgiləri  ən  müxtəlif    əlyazmalarının  səhifələrində  ölkə-ölkə,  şəhər-şəhər  yayıb. 

Məhsəti  Gəncəvinin  rübailərindəki  məzmun  zənginliyi,  ifadə  əlvanlığı,  deyiliş 

gözəlliyi  həmişə  oxucusunu    məftun  edib.”  (M.Dilbazi)  Yaradıcı  insan  Məhsəti 

Gəncəvinin könül dünyası daha cazibədardır, təlatümlü, coşqun

üfüqləri isə daha 



geniş, zəngin və əlçatmazdır.  

      


Bu il gözəl şairəmiz Məhsəti Gəncəvinin 900 ili tamam olur. Bu münasibətlə 

respublikanın  bütün  mədəniyyət  müəssisələrində,  eyni  zamanda  kitabxanalarda 

yubiley  tədbirlərinin  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Kitabxanalarda  bununla 

əlaqədar  maraqlı  tədbirlər  keçirmək  olar.  Tədbiri  keçirmək  üçün  kitabxana 

məktəblərlə,  ali  təhsil  ocaqları  ilə  əməkdaşlıq  etməlidir.  Bu  tədbirlər  arasında 

sərgilər mühüm yer tutur. Sərgidə şairənin kitabları, müxtəlif mətbuat səhifələrində 

onun  haqqında  nəşr  olunmuş  məqalələr,  onun  fotoları  nümayiş  olunur. Sərgiyə 

kitablarla  yanaşı  şairə  haqqında  dövri  mətbuatda  çap  olunan  məqalələrin  

kartotekasını,  şairə  haqqında  çəkilmiş  sənədli  və  bədii  filmlərin  video-yazılarını, 

kaset və disklərini də əlavə etmək olar. Təşkil edilmiş yubiley sərgisinin qarşısında 

silsilə  tədbirlər  –  söhbətlər,  biblioqrafik  icmallar  keçirmək  planlaşdırılmalıdır. 

Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn: “Məhsəti Gəncəvi - 900”, 

“Ədəbiyyatımızda  yaşayan  həyat”,  “İradə  və  ifadə  azadlığı  olan  yaradıcı  Şərq 

qadını Məhsəti Gəncəvi” , “Qüdrətli şairəmiz Məhsəti Gəncəvi”, “Xanımlar xanımı 

Məhsti  Gəncəvi”,  “Məhəbbət  şairəsi  ”,  “Dünyəviliyi,  humanizmi,  nikbinliyi  ilə 

seçilən  şairə  Məhsəti  Gəncəvi  ”,  “Şərq  ədəbiyyatının  incisi”,  “Şəxsiyyətinin 

ucalığında  dayanan  sənətkar”,  “Məhsəti  necə  varsa”  ,  “Müəmmalar  arxasından 

boylanan  sənətkar”,  “Azərbaycan  poeziyasının  inkişafına  töhfələr  vermiş  şairə 

Məhsəti  Gəncəvi”,  “Rübai  ustadı  Məhsəti  Gəncəvi”,  “Məhsəti  Gəncəvi 

Azərbaycan  intibahının  hadisəsi  kimi”,  “Yaradıcı  Şərq  qadınının  iradə  və  ifadə 

azadlığının  klassik  modeli  –  Məhsəti  Gəncəvi”,  “XII  əsr  Azərbaycan  poeziya 

məktəbinin görkəmli nümayəndəsi Məhsəti Gəncəvi” və s. 

 İndi isə sərginin nümunəsini veririk.        

1.

 



Başlıq.  “Dünyəviliyi,  humanizmi,  nikbinliyi  ilə  seçilən  şairə  Məhsəti 

Gəncəvi”. 

2.

 

Məhsəti Gəncəvinin portreti. 



3.  Görkəmli insanların Məhsəti Gəncəvi haqqında söylədikləri sitatlar. 

4.  Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası. 

5.  Məhsəti Gəncəvidən bəhs edən kitablarının nümayişi. 

6.  Şeir parçası. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə