Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   ...   7   8   9   10   11   12   13   14   15

33 

 

dərin məhəbbət ifadə edilmişdir. İnsandakı səmimilik, təbiilik, 



canlılıq və obrazlılıq Məhsətini dövrünün ən mütərəqqi görüşlü 

yazıçılarından  biri  kimi  qiymətləndirməyə  haqq  qazandırır. 

Məhsəti  Gəncəvinin  şeirlərində  insan  gözəlliyinin,  hisslərinin 

belə geniş təsvir edilməsi təsadüfüi hal olmayıb şairənin həyata 

bağlılığını,  humanizmini  göstərən  cəhətlərdir.  Səmimi 

duyğuların,  canlı,  real  insan  münasibətlərinin  ifadəsi  olan  bu 

rübailərdə  gülümsəyən  həyat  indi  də  bizə  doğma  və  tanışdır. 

İnsanı,  onun  istəklərini  çox  təbii  şəkildə  yaradan  şairənin 

rübailəri  poeziyasının  poetik  təsdiqidir.  Məhsətinin  lirik 

qəhrəmanı  məhz  dövrün  mənəvi  buxovlarından  azad  olmuş 

insandır. Şairənin rübailərində insanın psixologiyası çox təbii və 

inandırıcı əks olunur. Psixoloji cəhətdən şeir o qədər məharətlə 

qurulmuşdur ki, həsrət və düşüncə məngənəsində sıxılan aşiqin 

əhvali – ruhiyyəsi haqqında oxucuda aydın təsəvvür yaradır. 

I Aparıcı:               Məhsətinin rübailərinin qəhrəmanı Məcnunun müasiridir. 

Məhsətinin əldə olan əsərləri içərisində sırf ictimai – siyasi, 

əxlaqi, fəlsəfi məzmunlu şeirlər az olsa da, onun bir çox 

şeirlərində həyata, cəmiyyətə və insana dərin humanist 

münasibətin ifadəsini görmək mümkündür. Məhsətinin rübailəri 

içərisində ayrı-ayrı peşə sahiblərinin tərənnümünə həsr olunmuş 

bir sıra şeirlər də vardır. Sənət və peşə sahiblərinin ədəbiyyata 

gətirilməsi, onların əməyinin hər hansı şəkildə olursa-olsun 

tərənnüm olunması humanizmin, eləcə də intibahın təzahür 

formalarından biri sayılmışdır. Məhsəti rübailərində sadə 

zəhmət adamlarına məhəbbət bəsləyir. Bu məhəbbət əməkçi 

insana, şəhər sənətkarlarına olan rəğbətin bədii əksindən başqa 

bir şey deyildir. Şairə şahları, cəngavərləri, sərkərdələri 

deyil intibah dövründə yaşamış sadə əmək adamlarını öz 

əsərlərində qəhrəman seçir, onların istək və arzularını öz 

istək və arzusu kimi tərənnüm edir. Məhsətinin peşə və 

sənət adamlarına belə rəğbətli münasibəti onun əxilərə, 

əxi görüşlərinə yaxınlığı haqqında düşünməyə imkan 

verir. Şairənin Gəncədə yaşadığı Xarabat məhəlləsi 

əxilərin də çox toplaşdığı yer idi. Məhsətinin sadə əmək 

adamları ilə bağlılığı bu şeirlərdə aydın hiss olunur. 

Məhsəti rübainin imkanları daxilində mədhiyyə 

ənənələrinə sadiq qalaraq çox maraqlı əsərlər yaratmışdır.  

II Aparıcı:    

Məhsəti  mədh  deməkdə  də  qüdrətli  bir  sənətkardır.  Aşağıdakı 

beytə fikir verək: 

Ey şahım, hamıdan üstün bilərək 

Bəxt atını sənə bəxş etdi fələk. 

Qızıl nallı atın batmasın deyə 

Yerlərə sərmişdir gümüş bir örnək. 




34 

 

Şair şahın göylər tərəfindən səadət atına mindirildiyini, göylərin 



onu  bütün  hökmdarlardan  daha  üstün  tutduğunu  bildirir,  qar 

yağmasını da şaha qarşı olan xoş münasibətin bir təzahürü kimi 

qiymətləndirir.  Əlbəttə,  belə  məharətlə  yazılmış  mədhiyyə  - 

rübaini ancaq yüksək şairanə təxəyyülə, incə zövqə, mükəmməl 

ədəbi  təhsilə  malik  bir  sənətkar  yarada  bilərdi.Gəlin  aşağıdakı 

rübaiyə fikir verək: 

Üç min il dolanıb günəş dünyanı, 

Yaradar bir qızıl, ya gövhər kanı. 

Əlimi, ovcumu bir sözlə, ey şah, 

Sən etdin həm qızıl, həm gövhər kanı. 

Bu  rübaidə  də  Məhsəti  böyük  ustalıqla  ona  nə  münasibətləsə 

bolluca  bəxşiş  verən  hökmdara  öz  minnətdarlığını  bildirir. 

Məhsəti özünü qolsuz  – qanadsız, zəif bir quşa, zəmanəsini isə 

onu  pərvazlanmağa,  ürəyinin  istəyincə  qanadlanmağa  macal 

verməyən  bir  qəfəsə  oxşadırdı.  Şairə  bu  rübaidə  öz  qüdrətini 

nümayiş  etdirə  bilmişdir.  Əvvəl  söylədiyimiz  rübaidə  Məhsəti 

qar  yağmasından  hökmdarın  mədhi  üçün  necə  istifadə  edirsə, 

burada  da  hökmdarın  ona  verdiyi  bəxşişdən  eləcə  məharətlə 

faydalanır.  Şairə hökmdarın  səxavətini tərifləmək  üçün  onu  üç 

min  il  ərzində  bir  qızıl  mədəni  yetirən  günəşlə  müqayisə  edir. 

Məhsəti folklor havalı, folklor ruhlu bir sənətkardır. Məhsəti bir 

şair  kimi  ədəbiyyatımızın  qanunauyğun  inkişafı  ilə,    öz 

yaradıcılığı  ilə  bu  tərəqqiyə  yeni  izlər  qoydu,  söz  sənətimizin 

yüksəlişinə təsirli xidmətlər göstərdi. Fars, ərəb, türkdilli şeirdə 

on üç əsrlik zəngin ənənəsi olan rübaiçilikdə Məhsətinin xüsusi 

yeri  var.  O,  Xəyyamla  birgə  Şərq  ədəbiyyatında  ən  qüdrətli 

rübai  ustası  kimi  şöhrətlənmişdir.  Onun  ədəbi  irsindəki  yeni 

mövzular,  cəsarətli  ideyalar,  sələflərindən  tamamilə  fərqlənən 

obrazlar  sistemi  rübaiçiliyi  zənginləşdirmiş,  ideya  –  tematik 

hüdudlarını bir qədər də genişləndirmiş, ifadə tərzini bir qədər 

də  əlvanlaşdırmışdır.  Məhz  elə  buna  görə  sonralar  rübaiyə  üz 

tutan  bir  çox  sənətkarlar  Məhsəti  ənənələrini  davam  etdirmiş, 

Məhsəti rübailərinə nəzirələr, bənzətmələr yazmışlar. Şəxsiyyəti 

və  yaradıcılığının  mahiyyəti  etibarı  ilə  Məhsəti  Azərbaycan 

intibahının  ən  qabaqcıl  elçılırindən  olmuşdur.  Nikbin,  xoşgün 

bir  dünya  idi  Məhsəti  Gəncəvinin  şeir  aləmi.  Onun  rübailəri 

doqquz yüz ildir ki, fərəh, sevinc saçır. XII yüz il Azərbaycan 

şeirinin zənginliyinə, yetirdiyi sənətkarların miqdarına və o söz 

ustalarının  istedadlarının  böyüklüyünə  görə  xalqımıza  

dünyanın  mədəni  xalqlarının  hər  biri  həsəd  aparırdı.  Məhsəti 

uca varlığıyla, yaşarı irsiylə adının yanındakı Vətəni hər zaman 

qorumuşdur. 




35 

 

I Aparıcı:     



Məhsətinin  yaşadığı  dövrdən  keçən  900  ilə  yaxın  bir  zaman 

ərzində  heç  kəs  onun  bir  şairə  kimi  tarixi  şəxsiyyət  olmasına 

şübhə  ilə  yanaşmamışdır.  Məhsəti  Gəncəvinin  tarixi  şəxsiyyət 

olmasını  bir  çox  orta  əsr  şair  və  alimlərinin  müxtəlif  qeydləri 

təsdiq  edir.  Öz  incə  ruhlu  şeirlərilə  şöhrətlənən  şairə  ömrünün 

müəyyən  müddətini  Sultan  Mahmud  Səlcuqi  və  Sultan  Səncər 

saraylarında  keçirmişdir.  O,  rübai  janrının  ən  görkəmli 

nümayəndəsi kimi tanınmışdır. Məhsətinin həyatı və şeirləri öz 

zəmanəsindən  başlayaraq  şeir  və  sənət  adamlarının  diqqətini 

cəlb  etmişdir.    Qadın,  onun  mənəvi  haqqı,  idealları,  arzu  və 

istəkləri  Məhsəti  şeirində  heyrətamiz  bir  ustalıqla  qələmə 

alınmışdır.  Bu  baxımdan  ədəbiyyatlarımızın  Məhsətidən  çox 

sonrakı  inkişaf  mərhələlərində  də  gəncəli  şairənin  ucaldığı 

səviyyəyə 

qalxan 

ikinci 


sənətkar 

görmürük.  Məhsəti 

Azərbaycan  şeirində  ilk  dəfə  şəhraşüb  janrına  müraciət  etmiş, 

bütün  Şərq  şeirində  rübai  –  şəhraşüblar  silsiləsinin  ən 

mükəmməl  örnəklərindən  birini  qələmə  almışdır.  Məhsəti 

irsinin  poetik  incəlikləri  saysız  –  qədərsizdir.  Bəli  Məhsəti  söz 

tariximizin ilk böyük  şairəsidir. 

II Aparıcı:      

Şəxsiyyəti və yaradıcılığının mahiyyəti etibarı ilə Məhsəti 

Azərbaycan  intibahının  ən  qabaqcıl  elçilərindən  olmuşdur. 

Məhsəti  ilə  bugünün  oxucusunu  arasında  doqquz  əsrlik  zaman 

ayrılığı  durur.  Lakin  bu  zaman  sərhədinin  uzaqlığı,  adi 

məntiqlərin əksinə olaraq, Məhsətinin böyüklüyünü daha aydın 

görməyə imkan yaradır. Orta əsrlərdə onun haqqında rəvayətlər 

və xüsusi bir dastan yaranmışsa, müasir sənətkarlar ona şeirlər, 

poemalar, romanlar həsr etmişlər. M. S. Ordubadinin “Qılınc və 

qələm”  romanında  Məhsəti  müdrik,  xalq  tərəfdarı  olan  bir 

sənətkar  kimi  təqdim  olunmuşdur.  Mirvari  Dilbazinin 

poemasında,  N.Rəfibəylinin  şeirində,  Kəmalə  Ağayeva  və 

Məmmədhüseyn  Təhmasibin  pyeslərində isə o, xəlqi, humanist 

bir  şairə  kimi  canlandırılmışdır.  XII  əsrdə  belə  istedadlı  bir 

qadın  şairənin  yetişməsi  həmin  dövrdə  Azərbaycan  xalqının 

ictimai  –  siyasi  və  mədəni  sahədə  qazandığı  nailiyyətlərin 

təzahürlərindən  biridir.  Məhsəti  Gəncəvi  intibah  dövründə 

Azərbaycan  ədəbiyyatının  asimanında  öz  yeri  olan,  gözə  tez 

çarpan  parlaq  ulduzlardan  biridir.  Məhsətinin  Nigar  Rəfibəyli 

tərəfindən  ustalıqla  Azərbaycan  türkcəsinə  çevirilmiş  rübailəri 

oxucular  tərəfindən  rəğbətlə  qarşılanmış,  dönə  -  dönə  çapdan 

çıxmışdır. 

Söhbət rübailərdən düşmüşkən gəlin məktəbli oxucularımızın ifasında 

rübailərə qulaq asaq. 

I Oxucu:        

Hər iki dünyanın kərimi Sənsən 

Qocaya, cavana kömək edənsən! 




36 

 

Sənin rəhmətinə əminik, Allah, 



Könlümüz şad olur sənin feyzindən. 

II Oxucu:      

Məni kam almağa qoymadı zaman, 

                      

Gücü çatan qədər elədi divan 

Deyəsən əhd etmiş,dolandıqca hey. 

Məni də özüylə hərlətsin dövran. 

I Oxucu:        

Özgədən heç zaman gözləmə kömək

                      

Quru budaq kölgə salmaz, ey ürək! 

                      

Qənaət əzizlər, tamah  xar edər, 

                      

Az olan şeylərə qənaət gərək. 

II Oxucu:      

Ey ürək! Ömrünü vermisən badə

                     

Gülüb yetməmisən kamə, murada. 

                     

Kimsə yetişmədi dadıma, heyhat! 

                     

Mən sənin əlindən gəldim fəryadə. 

I Oxucu:       

Yudun xətaləri, sən ey lütfkar, 

                     

Qulluq sırğan bütün qulaqlarda var. 

                     

Günahın yükünü götür, ey Allah, 

                     

Dar gündə kimsəni sən eyləmə xar! 

I Aparıcı:      

Biz  Məhsəti  Gəncəvini  daha  inadla  öyrəndikcə,  onun  dərin 

mənalı,  zərif  rübailərinin  təkinə  endikcə,  ədəbi  irsinin  yeni  – 

yeni nümunələrini üzə çıxardıqca, şeirimizin sonrakı inkişafına, 

təsirinə  aid  daha  tutarlı  yeni  dəlillər  tapdıqca  onun  istedadının, 

zəkasının  böyüklüyünə  heyranlığımız  daha  da  artacaq.  Və  hər 

dəfə ədəbiyyat tariximizin bu bənzərsiz, mübariz elçisindəki şeir 

vergisinin  yeni  üfüqlərini  kəşf  etdikcə  şairəyə  məftunluğumuz 

daha da artır. Məhsətinin ən böyük nailiyyəti, bir ömür bahasına 

qazandığı  ən  başlıca  xoşbəxtliyi  budur  ki,  şair  olaraq  əbədi 

dirilik, 

ölməzlik  qazandı.  Məhsəti  hüsnüylə,  təravətli 

rübailəriylə,  sətrəncdəki  istedadıyla,  musiqidəki  səriştəsiylə, 

büründüyü şöhrət və diqqət haləsiylə tarix içində, doğrudan da, 

xanımlar  xanımı  kimi  ucaldı.  Məhsəti  Gəncəvinin  ən  böyük 

nailiyyəti  ,  bir  ömür  bahasına  qazandığı  ən  başlıca  xoşbəxtliyi 

budur ki, şair olaraq əbədi dirilik, ölməzlik qazandı. 

   II Aparıcı:     

Bu gün Məhsətinin danışdığı dillərin sayı çoxdur. İndi onun 

rübailəri  farsca  və  azərbaycanca  nəşr  olunur.  Gəncəli  şairənin 

poetik  yadigarlarının  sərhədi  getdikcə  böyüyür.  Rübailər 

almancaya,  fransızcaya,  ingiliscəyə,  italyancaya  çevrilib.  Bir 

sözlə, Məhsəti şöhrətinin, Məhsəti fəthlərinin fəzaları hüdudsuz. 

        Məhsəti sözünün cazibəsi doqquz yüz il bundan əvvəl olduğu 

 məqamında qalır, yenə oxucusunu heyran edir. Bu gün dünyada 

bizi  –  Azərbaycanı  həm  də  Məhsətiyə  görə  tanıyırlar.  Məhsəti 

Gəncəvi  ölməz  sənəti  ilə  bütöv  Azərbaycanda  özünə  abidə 

ucaldıb.  Təsəvvürümüzə  sığmayacaq  qədər  nəhəng  zamanlar 

boyu  Məhsətinin  adı  və  şeirləri  illərimizi  aydınladacaq, 




37 

 

köhnəlməyən gerçəkləriylə köhnə dünyaya hayan olacaq.Ötkəm 



şəxsiyyəti,  üstün  ağlı,  sərhədsiz  duyğular  dünyasıyla  vəhdətdə 

olan qələminin bəhrələrini xalqına əbədi miras edən Məhsətinin 

millətinə və məmləkətinə xidmətlərindən biri də adının yanında 

Gəncə sözünün olmasıdır. Məhsəti uca varlığıyla, yaşarı irsiylə 

adının yanındakı vətəni hər zaman qorudu. O, yenə neçə - neçə 

sənətkar nəslinin ilham qaynağına çevrilir. Məhsəti nəğməsinin, 

Məhsəti  sözünün,  Məhsəti  adının  yeni  əsrdə,  yeni  minillikdə 

daha böyük diqqətlərə və sevgilərə layiq görüləcəyinə hamımız 

inanırıq.  Məhsətinin  söz  övladları,  şeir  balaları  doqquz  yüz 

əsrdir diridir, sağdır. Onun əsərləri zehinlərdə, könüllərdə daim 

yaşayacaq  və  yeni  doğulacaq  əsərlərdə  əks  –  səda  verəcək... 

Ədəbi  hadisə  olan  Məhsəti  Gəncəvi  tək  milli  şeirimizin,  tək 

Şərqin deyil, bütün dünya ədəbiyyatının bəzəyi olmağa layiqdir. 

 

 



 

 

 



 

 

 



S O N 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



38 

 

                            Ədəbiyyat siyahısı: 



 

 

1.

 



  Ağayeva Kəmalə. Məhsəti // Ağayeva Kəmalə .Sən olmasaydın... - Bakı, 

Azərnəşr, 1974.- səh. 30-138.  

2.

 

  Dilbazi Mirvarid. Məhsəti //  Dilbazi Mirvarid. Seçilmiş əsərləri. - Bakı, Lider 



nəşriyyat, 2004.- səh 249- 270.  

3.

 



  Hüseynov Rafael. Məhsəti Gəncəvi – özü, sözü, izi. - Bakı, Nurlan nəşriyyat, 

2005. - 560 səh. 

4.

 

  Hüseynov Rafael. Məhsəti necə varsa. - B, Yazıçı, 1989.- 336 səh. 



5.

 

  Məhsəti Gəncəvi. Rübailər.- Bakı, Lider nəşriyyat, 2004. - 144 səh. 



6.

 

  Məhsəti Gəncəvi. Rübailər // Nigar Rəfibəyli. Seçilmiş əsərləri. - Bakı, Şərq-



Qərb, 2004.- Səh.254-257. 

7.

 



  Məhsəti Gəncəvi. Rübailər // Şərq.Tərcümə toplusu  IV. - Bakı, Nurlan nəşriyyat, 

2007. - səh 4-20.  

8.

 

  Rəfibəyli Nigar. Məhsəti  // Nigar Rəfibəyli. Seçilmiş əsərləri.- Bakı, Şərq-Qərb, 



2004.- səh. 244-254. 

9.

 



  Saflıq bulağı // Məhsəti şairlər məclisinin almanaxı.- Bakı, Adiloğlu nəşriyyatı, 

2002. - səh .4-7. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə