Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   ...   7   8   9   10   11   12   13   14   15

25 

 

Ruhuma sanki qanad bəxş elədi. 



O ədəb kanı olan mısraların 

Könlümə nurlu həyat bəxş elədi. 

II Aparıcı:       

Bu şeir Məhsətinin XII əsrdə Sultan Səncər sarayında yaşaması  

fikrini  bir  daha  təsdiq  edir.  Sonrakı  təzkirəçilər  də  Məhsətidən 

Gəncəli  şair  kimi  bəhs  edib,  əsərlərindən  nümunələr  veriblər. 

Şairənin bir qisim rübailərində aşiqin vüsal dəmlərində keçirdiyi 

sevinc  hisləri  əks  olunur.  Şeirlərində  insan  gözəlliyinin  geniş 

təsviri onun həyata bağlılığını və humanizmini göstərən cəhətlər 

hesab olunur. Səmimi duyğuların ifadəsi olan bu rübailərdə incə 

həyat  məqamları  gülümsəyir:  Şərq  intibahının  bir  çox 

nümayəndəsi  kimi  Məhsəti  də  öz  əsərlərində  insanı,  onun 

duyğularını  müdafiə  edib.  Təmiz  insani  münasibətləri  quru 

ehkamlara, tərki –dünyalığa və riyakarlığa qarşı qoyub. Şairə bir 

–  birindən  gözəl    əsrarəngiz  məhəbbət  nəğmələri  yaratmışdır. 

Məlumdur ki, insanın nəcib istək və arzularının qarşısına hasar 

çəkmək  mümkün  deyil.  O,  gec-tez  hər  cür  sədləri  aşaraq 

qurtulacaq.  Məhsətinin  də  lirik  qəhrəmanı  məhz  dövrünün 

mənəvi  buxovlarından  azad  olan  insandır.  O,  ancaq  sevgilisini 

düşünür, onu torpağa, suya və günəşə də qısqanır: 

Yerlərə baxma ki, torpaq su görər, 

Göylərə baxma ki, günsalar nəzər. 

Qeyrətdən ölərəm, ey ruhum, səni 

Əgər yuxuda da görsə bir nəfər. 

I Aparıcı:            Bəli,  Məhsəti  şeirlərində  insan  psixologiyası  çox  təbii  və 

inandırıcı şəkildə əks tapıb. 

                                         Dərddən söz açmağa məndə hanı can, 

Ya qəm şərh etməyə ürək, ey canan? 

Kağızı, qələmi cansız, ürəksiz, 

Alır, ağlayıram, atıram, aman! 

Rübai  lirik  qəhrəmanın  vəziyyətini,  duyğular  aləmini  və 

ümidsizliyini təsvir etmək nöqteyi-nəzərdən çox maraqlıdır. XII 

əsrin  birinci  yarısında  yazıb-yaradıb,  incə  rübailəri  ilə  şöhrət 

tapan  şairənin  yetişməsi  Azərbaycan  xalqının  ictimai-siyasi  və 

mədəni  həyatında  qazandığı  nailiyyətlərin  təzahürüdür.  O, 

intibah  dövrünün  Azərbaycan  ədəbiyyatında  öz  yeri  və  dəsti-

xətti  olan  görkəmli  sənətkarlarından  biridir.  Məhsəti  irsi 

dövrümüzə  qədər  tam  şəkildə  gəlib  çatmamışdı.  Məhsəti 

lirikasının əsasını məhəbbət təşkil edir. Rübailərində humanizm, 

dünyavilik, nikbinlik öz əksini tapır. Onun yaradıcılığında Şərq 

qadınının  azad  və  xoşbəxt  həyatı  haqqında  arzuları  da  əks 

olunmuşdur. İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin 

müxtəlif  mənbələrdən  rübai,  qitə  və  qəzəlləri  toplanmış  və 

1957-ci  ildə  200-ə  yaxın  şeir  parçasından  ibarət  divanını  tərtib 




26 

 

etmişdir.  Alman  alimi  Frits  Meyer  1963-cü  ildə  “Gözəl 



Məhsəti”  monoqrafiyasını  yazmış  və  257  rübai,  30  yaxın  şeir 

parçasını burada toplamışdır.  

II Aparıcı:  

Azərbaycan alimləri və tədqiqatçılarının da Məhsətinin həyat və 

yaradıcılığının  araşdırılmasında  çox  böyük  rolları  olmuşdur. 

Belə  tədqiqatçılardan  biri  də  professor,  filalogiya  elmləri 

doktoru  Xəlil  Yusifov  “Məhsəti  Gəncəvi”  əsərini  yazmış  və 

sonda 190-a qədər rübaini əruzla Azərbaycan dilinə çevirmişdir. 

Məhsəti  Gəncəvinin  rübailəri  təkcə  Azərbaycan  dilinə  deyil, 

ingilis,  italyan,  alman  və  fransız  dillərinə  tərcümə  edilmişdir. 

Məhsəti Gəncəvinin Gəncədə muzeyi yaradılmış və 1980-cı ildə 

heykəli  ucaldılmışdır.  Araşdırmalardan  belə  nəticə  çıxır  ki,  XI 

əsrin  sonları-XII  əsrin  əvvəllərində  yaşamış  Məhsəti  Gəncəvi 

Azərbaycan intibahının parlaq nümayəndəsi və həqiqətidir. XII 

əsr  Azərbaycan  klassik  şeirinin  görkəmli  və  gözəl 

nümayəndələrindən  biri  olan  Məhsəti  Gəncəvi  öz  rübailəri  ilə 

daha  çox  şöhrət  qazanmışdır.  Gəlin  oxucularımızın  ifasında 

sevimli şairəmizin rübailərini dinləyək: 

I Oxucu:  

Qəm görmüşə hər gün yeni bir qəm yetişər

Dərd ilə yanan qəlbə dava kəm yetişər. 

Aşiqləri öldürməyə çox meyl etmə, 

Bir gün sənə də bəla, ey sənəm, yetişər. 

II Oxucu:     

Görsən məni bir söylə nədən dinmirsən? 

Qan tökməyə təşnədir gözün, dönmürsən. 

Çərxinmi cəfasıdır çatılmış qaşlar, 

Cəlladmısan, insanlığa öyrənmisən? 

III Oxucu:     

Sən söylədin, ey gözəl: “Üzüm bir cənnət, 

Yurdun, yuvan ondan tapacaq min ziynət” 

Düzdürmü sənin sözün, yalandır yoxsa, 

Dillənməyə könlündə kimin var cürət? 

I Oxucu:        

Güllər gül üzündən lap əcəb qaldı xəcil 

Ağzın dadını gördü, rütəb qaldı xəcil 

Könlündə ədəbsizlik əgər varsa, çəkin, 

Etsən də ədəbsizlik, ədəb qaldı xəcil. 

I Aparıcı:          

Məhsəti  Gəncəvi  Azərbaycan  intibahının  parlaq  nümayəndəsi 

və  həqiqətidir.  O,  Şərq  poetikasının  üsullarından  məharətlə 

istifadə  edərək  sevən  qəlbin  hislərini,  sevincini,  kədərini 

rəngarəng  boyalarla  qələmə  almışdır.  Bəli,  Məhsəti  Gəncəvi 

keçmişin,  indinin  və  gələcəyin  şairi  olub,sözün  əsil  mənasında 

xanım,  mübariz,  haqq,  ədalət,  sevda  yolçusudur.  Şairə    ayrı  – 

ayrı sənət və peşə sahiblərini ədəbiyyata gətirməklə fərqlənməyi 

bacarmış,  öz  rübailərini  Nizaminin  əsərlərinin  ilk  rüşeyimi 

hesab  etmişdir.  XII  yüzildə  dünyanın  heç  bir  xalqının 

ədəbiyyatında  Məhsəti  qüdrətli,  Məhsəti  səviyyəli  və  Məhsəti 



27 

 

istedadlı  bir  qadın  şair  olmamışdır.  Məhsəti  Gəncəvi  öz 



dövrünün  humanist  poeziyası  ilə  yaxından  bağlı  olduğundan 

insanı,  onun  gözəlliyini,  istək  və  arzularını  ifadə  etmiş,  onun 

həyat  eşqinə,  duyğularına  bəraət  qazandırmışdır.  XII  əsrdə 

Məhsəti  Gəncəvi  kimi  şairənin  yetişməsi  Azərbaycan  xalqının 

ictimai  –  siyasi  və  mədəni  həyatında  qazandığı  nailiyyətlərin 

təzahürüdür.O,  intibah  dövrünün  Azərbaycan  ədəbiyyatında  öz 

yeri və dəst – xətti olan görkəmli sənəykarlarındandır. 

II Aparıcı:         

Məhsəti Gəncəvi orta əsrlər Azərbaycan şeirinin qüdrətli 

nümayəndələrindən biridir. Onun yaşayıb – yaratdığı zamandan 

900  ilə  yaxın  bir  dövr  keçməsinə  baxmayaraq,  əsərləri  indi  də 

sevilə-sevilə  oxunur,  oxucularına  zövq  verir,  onlarda  həyata, 

insana  məhəbbət  oyadır,  onları  nikbinliyə,  dünyanın 

gözəlliklərindən  ilham  almağa  çağırır,  zahidlikdən,  tərki  – 

dünyalıqdan,  vaxtı  keçmiş  adət  -  ənənələrdən  uzaqlaşdırır. 

Məhsəti  Azərbaycan  və  Şərq  ədəbiyyatının  dövründə 

yaşamışdır.  Həmin  dövrdə  Nizami,  Xaqani  kimi  dahi 

sənətkarlar  yetişmiş,  Əbül  –  Üla,  Fələki,  Mücirəddin  kimi 

şairlər  yazıb  –  yaratmışlar.  Bu  dövrdə  dahi  Nizami  tərəfindən 

nəinki  təkcə  Azərbaycan,  bəlkə  bütün  Yaxın  və  Orta  Şərq 

intibahının  ən  parlaq  ədəbi  nümunələri  yaradılmışdır.  Söhbət 

dahi  sənətkarlarımız  Nizamidən  düşmüşkən  gəlin  sevimli 

şairəmiz  Nigar  Rəfibəylinin  “Məhsəti”  dramatik  poemasından 

dahi şairlərimiz Nizami ilə Məhsətinin söhbətindən bir parçaya 

tamaşa edək. 

Səhnəyə əsərə uyğun paltarlarda Məhsəti Gəncəvinin və Nizami 

Gəncəvinin sözlərini ifa edən oxucular çıxırlar. Məhsəti çox fikirlidir.  

Nizami Məhsətini görməyə gəlir. 

I oxucu (Məhsəti):         Ustad! 

II oxucu (Nizami):           Mənim şair qızım yenə qəmlidir, 

                    Yoxsa ağlamısan, gözün nəmlidir. 

I oxucu (Məhsəti):           Könlüm açılmayır, nədəndir ustad, 

                    Sönmüş bir ocaqdır sanki kainat. 

                    Gözümdə nuru yox günəşin də bax

                    Mənimçün dünyada sən varsan ancaq. 

                    Məni əzir, ustad, sıxır bu dövran, 

                     Heç könlüm açılmır nədənsə inan! 

II oxucu (Nizami):           Sən bir bəzəyisən bu kainatın, 

                    Kədərlə keçməsin bu gənc həyatın. 

                    Sabahın yelləri oxşasın səni, 

                    Götürsün üstündən qara kölgəni. 

I oxucu (Məhsəti):           Eh, kaş bu saraydan, bu dəbdəbədən 

                   Ömrüm boyu, ustad, iraq olaydım! 

                   O sənin kimsəsiz, yoxsul evində 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə