Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   ...   7   8   9   10   11   12   13   14   15

28 

 

                   Həzin – həzin yanan çıraq olaydım. 



II oxucu (Nizami):           Sən ey mələksima, ey nazik ürək, 

                    Sən olan evlərdə çıraq nə gərək? 

I oxucu (Məhsəti):          Gəl, ustad, qəlbimi açma, yaradır, 

                  Xan mənim ağlımı, gözəlliyimi 

                  Bir oyuncaq kimi satmaq istəyir

                  Eşqimi, hissimi, məhəbbətimi 

                  Şöhrət girdabına atmaq istəyir. 

II oxucu (Nizami):           Gəncliyin yaraşmır üzünə məlal, 

                  Ümidin dostudur bil ki, istiqbal. 

                  Sənin saf qəlbindən qopan hər fəğan 

                  Ölməz, əsrlərlə yaşayır, inan! 

I oxucu (Məhsəti):           Könlümün dərdləri gəlməzdir saya, 

                  Anamın yanınca düşdüm saraya... 

                  Güvənib ağlıma, istedadıma 

                  Xan da “qızım” dedi mənim adıma. 

II oxucu (Nizami):           Qapılma, acıdır xatirələr bil. 

I oxucu (Məhsəti):        Susdurmaz onları nə hiss, nə ağıl!.. 

                  Çox şey istəmədim mən ki həyatdan. 

II oxucu (Nizami):           Azadlıq eşqiylə yaşayır insan!.. 

I oxucu (Məhsəti):         Sənətin tükənməz xəzinəsindən 

                                       Əlimdə qiymətli bir gövhərim yox. 

                                       Rayihələr saçan şeir bağında 

                                       Açılan ətirli süsənbərim yox. 

                                       Böyük şairlərin yaratdıqları 

                                       Bu əlvan dəstədə lalələrim yox. 

                                       Nə Şirinki kimi xoş qəzəllərim 

                                       Nə də Fərhad kimi bir hünərim yox. 

II oxucu (Nizami):           Sədəflə bəslənən incidir, dürdür, 

                                       Su deyil bu axıb gedən, ömürdür. 

                                       Şikayət eyləmə yoxsulluğundan, 

                                        Baxsan almazın da əsli kömürdür. 

                                        Gəncsən, çox yaradıb, yazacaq əlin, 

                                        Lakin sarsılmasın eşqin, əməlin. 

                                        Qoyma ki, büdrəsin əlində qələm, 

                                        İnsanın ən böyük düşmənidir qəm... 

                                        Sönməz əbədiyyət, yüksələr günəş, 

                                        Açılar üfüqdə bir özgə aləm... 

                                        Yaşa bu dünyada günəşdən təmiz. 

                                        Nə yalançı şöhrət, nə yalançı şan 

                                        Bil ki, qoymamışdır tarixdə nişan. 

                                        Bağlasın adınla elin baharı, 

                                       Adınla ucalsın yurdun vüqarı! 

                                       Səni yetişdirən bu ana torpaq 



29 

 

                                       Sənin sənətinlə abad olacaq. 



                                       İnan, gələcəyin böyük adı var, 

                                       Yaşar yer üzündə insan bəxtiyar! 



Tamaşanın sonunda ifaçılar tədbir iştirakçıları ilə sağollaşıb 

səhnədən ayrılırlar. 

I Aparıcı:              Orta əsrlər şəraitində, qadının hüquqlarının məhdudlaşdırdığı bir 

dövrdə Məhsəti Gəncəvi kimi istedadlı şairənin yetişməsi xüsusi 

əhəmiyyət kəsb edirdi. Bu ümumi mədəni səviyyənin, 

baxışlarda yaranan yeniliyin, azadfikirliliyin əlamətlərindən idi. 

Məhsəti kimi bir qadın sənətkar birdən-birə yetişə bilməzdi. 

Bunun üçün müəyyən zəmin olmalı idi. Məhsətinin əldə olan 

şeirləri göstərir ki, o, yaxşı təhsil almış, ərəb və fars dillərini 

öyrənmiş, Şərq ədəbiyyatı incəliklərini mükəmməl bilmişdir.  

II Aparıcı: 

Onun əsərlərində işlənilən bədii vasitələr aydın şəkildə göstərir 

ki,  Məhsəti  yüksək  istedad  və  incə  zövqlə  yanaşı,  dərin 

mütaliəyə  malik  olmuşdur.  Düzdür,  Məhsətinin  həyatı, 

şəxsiyyəti,  təhsili  haqqında  mənbələrdə  dəqiq,  ətraflı  məlumat 

yoxdur.  Şairə  haqqında  ancaq  əsərlərindən  əldə  olan 

nümunələrə  əsaslanıb  müəyyən  fikirlər  irəli  sürmək  olar.  Bu 

ondan irəli gəlir ki, orta əsrlər şəraitində qadının şeir yazmağını 

qəbahət  saymış,  onun  haqqında  danışmağı  məqbul  hesab 

etmişlər.  Şairənin  haqqında  müxtəlif  rəvayətlər  uydurulmuşlar. 

Bu rəvayətlərin böyük bir qismi “Əmir Əhməd və Məhsəti” adlı 

dastan  –  rəvayətdə  toplanmışdır.  Şairə  Kəmalə  Ağayevanın 

“Məhsəti” pyesi də olduqca maraqlıdır. Məktəbli dostlarımızın 

“Məhsəti”  pyesindən  bir  parça  hazırlamışlar.  Buyurun,  tamaşa 

edin. 


Səhnəyə Məhsəti, İlyas,Əmir Əhməd rolunu ifa edən oxucular çıxırlar. 

Məhsəti sürgündən doğma vətəni Gəncəyə qayıdıb. Bütün Gəncə onu qarşılamağa 

çıxıb. Azərbaycanın sevimli şairi İlyas da,onların arasındadır. Məhsəti ürək dolusu 

nəfəs alır,camaatın gətirdiyi gülləri bağrına basır. Onun gözü Əmir Əhmədi 

axtarır. 

I oxucu (Məhsəti):         Ah, vətən, vətən!... 

                

 

 



Yığışın yanıma, ellər, ay ellər, 

                

 

 

Qəlbim sevinmədi bir gün də sizsiz. 



                

 

 



Ömrümün həmdəmi, güllər, a güllər, 

                

 

 

Məni baharlara nəql edərsiniz. 



                

 

 



Qürbətdən dönmüşəm, məni ellərim 

                

 

 

Gözəl qarşıladı, söylə, o hanı? 



                

 

 



Məni qarşıladı nərgiz güllərim, 

                

 

 

Söylə, ey nərgizim, söylə, o hanı? 



                

 

 



Ey burda ötüşən gənclik illərim

                

 

 

Söylə, bəs o hanı, söylə, o hanı? 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə