Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   ...   7   8   9   10   11   12   13   14   15

23 

 

Rübailəri söylədikdən sonra, oxucular alqış sədaları altında səhnədən 



ayrılırlar. 

I Aparıcı:           

Məhsəti Gəncəvi   fars dilində, əsasən, rübai janrında yazmışdır. 

Cüng  və  təzkirələrdə  iki  yüzə  yaxın  rübaisi  və  bir  neçə  başqa 

lirik  şeri  saxlanılmışdır.  Yaradıcılığında  məhəbbət  lirikası  əsas 

yer  tutur.  Rübailəri  dünyəviliyi,  humanizmi,  nikbinliyi  ilə 

seçilir. Məhsəti irsinin ikinci ən qədim və mühüm mənbəyi XIII 

əsrdə  yaşamış  Azərbaycan  şairi  Cəmaləddin  Xəlil  Şirvaninin 

“Nüzhətül  –  məcalis”  adlı  məqalələr  məcmuəsidir.  Əsasən, 

Azərbaycan  şairlərinin  şeirlərindən  tərtib  olunmuş  bu 

məcmuədə  Məhsətinin  rübailərinə  geniş  yer  verilmişdir.  Bu  da 

onu  göstərir  ki,  Məhsəti  yalnız  öz  dövründə  deyil,  sonrakı 

əsrlərdə də ən qüdrətli rübai ustadı kimi tanınmışdır. Məhsətinin 

yaşadığı  dövrdən  bu  günə  kimi  heç  kim  onun  tarixi  şəxsiyyət 

olmasına  şübhə  ilə  yanaşmamışdır.  Şairənin    tarixi  şəxsiyyət 

olduğunu  Fəridəddin  Əttar,  Şəmsəddin  Məhəmməd  Ben  Qeys 

Razi, Həmdullah Qəzvini, Dövlətşah Səmərqəndi, Əmin Əhməd 

Razi,  Qiyasəddin  Xondəmir  və  başqa  şairlər  təsdiq  edirlər. 

Haqqında yazılanlar onun bir sənətkar kimi Yaxın Şərq İntibah 

mədəniyyətinin Xəyyam, Nizami, Hafiz, Xaqani kimi şairləri ilə 

bir sırada durduğunu göstərir. Bunu bir çox mənbələrdə verilmiş 

rübailər  də  sübut  edir.  Həmin  mənbələrdən  ən  əhəmiyyətlisi 

Cəmaləddin  Xəlil  Şirvaninin  tərtib  etdiyi  “Nizhətül  –  məcalis” 

adlı məcmuədir. Bu məcmuə hal – hazırda İstanbulun Carullah 

kitabxanasında  saxlanılır.  Çoxu  azərbaycanlı  olan  380  nəfər 

şairin  əsərlərindən  ibarət  olan  məcmuənin  əsas  əhəmiyyəti 

ondadır  ki,  burada  hamıdan  çox  Məhsətinin  rübailərinə  yer 

verilmiş və 75 nümunə göstərmişdir. 

II Aparıcı:     

Məhsətinin  həyatı  və  şeirləri  öz  zəmanəsindən  başlayaraq  şeir 

və sənət adamlarının diqqətini cəlb etmişdir. Orta əsrlərdə onun 

haqqında  rəvayət  və  dastanlar  yaranmışsa,  müasir  sənətkarlar 

ona poemalar, romanlar həsr etmişlər. M.S.Ordubadinin “Qılınc 

və  qələm”  romanında  Məhsəti  müdrik,  xalq  tərəfdarı  olan 

sənətkar  kimi  təqdim  olunmuşdur.  Mirvari  Dilbazinin 

poemasında , Nigar Rəfibəylinin şeirində, Kəmalə Ağayeva və 

Məmmədhüseyn Təhmasibin pyeslərində isə o , xəlqi, humanist 

bir  şairə  kimi  canlandırılmışdır.  Məhsətinin  rübailərinin  bir 

qismi Frits Meyer tərəfindən 1963 - cü ildə “Gözəl Məhsəti” adı 

altında  çap  edilmişdir.  Məhsəti  Gəncəvinin  bizə  gəlib  çatan 

qəsidə,  qitə  və  rübailəri  göstərir  ki,  o,  ədəbiyyata  yeni  bir  ruh, 

ab-hava  gətirmişdir.  Dini  ideologiyanın  hakim  olduğu  bir 

dövrdə  şairə  şeirlərində  dünyəvi  məhəbbəti  tərənnüm  etmiş, 

insanın  istək  və  arzularına  bəraət  qazandırmışdır.  O,  Şərq 




24 

 

poetikasının üsullarından məharətlə istifadə edərək sevən qəlbin 



hislərini, sevincini, kədərini rəngarəng boyalarla qələmə alır. 

                               Dərdinlə sənin hər gecə bir qəm gördüm 

                               Ağlar gözümü həsrət ilə nəm gördüm 

                               Nərgiz gözün aldatdı, yuxum qeyb oldu 

                               Ömrümdə şirin bir yuxu mən kəm gördüm. 

II Aparıcı:    

XII  əsrdə  belə  istedadlı  qadın  şairin  yetişməsi  həmin  dövrdə 

Azərbaycan  xalqının  ictimai  –  siyasi  və  mədəni  sahədə 

qazandığı  nailiyyətlərin  təzahürlərindən  biridir.  Məhsəti 

Gəncəvi  Azərbaycan  ədəbiyyatında  öz  yeri  olan  və  gözə  tez 

çarpan  parlaq  ulduzlardan  biridir.  Məhsəti  Gəncəvi  şeirləri, 

xüsusilə  fəlsəfi  dərinliyi  ilə  seçilən  rübailəri  ilə  oxucularda 

həyata 

məhəbbət 



oyadır,  onları  nikbinliyə,  dünyanın 

gözəlliklərindən  ilham  almağa  çağırır.  Tərki  –  dünyalıqdan, 

zahidlik və vaxtı keçmiş adət ənənələrdən uzaq olmağa səsləyir. 

Məhsəti Gəncəvinin bizə gəlib çatan şeirləri göstərir ki, o, ərəb, 

fars  dillərini  gözəl  bilib.  Şərq  poetikasının  incəliklərini 

mükəmməl  mənimsəyib.  Əsərlərində  işlətdiyi  bədii  vasitələr 

göstərir  ki,  o,  yüksək  istedada,  incə  zövqə  və  dərin  mütaliəyə, 

geniş dünyagörüşə sahib olub. Məhsəti istedadlı, mərd və insani 

keyfiyyətlərə  malik  bir  şəxsiyyət  olmuşdur.  XII  əsrlərdə 

yaşayan  İran  şairi  Fəridəddin  Əttar  “İlahinamə”  poemasında 

onu Məhsəti Dəbir deyə təsvir edir: 

O təmiz gövhərli Məhsəti Dəbir

Olmuşdu Səncərlə dil bir, könül bir. 

Camalı deyildir ay kimi parlaq

Qəlbən bağlanmışdı şah ona ancaq. 

I Aparıcı:         

Məhsəti  dövrünə  yaxın  olan,  ola  bilsin  ki,  onu  şəxsən  görən   

Əttar  şairəni  yüksək  keyfiyyətlərinə  görə  Dəbir  adlandırıb. 

Dəbir  katib,  mirzə,  xəttat  anlamına  gəlir.  Eyni  zamanda,  dəbir 

yüksək  savadlı,  hazırcavablığı,  incə  zövqü  ilə  başqalarından 

seçilən olub. Şairənin bədahətən şeirlər deyə bilməsi bu işlərdə 

onun köməyinə gəlib. Məhsətinin Dəbir deyə xatırlanması onun 

yüksək  savada  malik  bir  ziyalı  olduğunu,  Sultan  Səncər 

sarayında  aparılan  yazışmalarda  yaxından  iştirak  etdiyini 

göstərir. XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi də Məhsətini 

Sultan  Səncər  dövrünün  ən  yaxşı  şairlərindən  biri  kimi 

xatırlayıb.  Adını  Ədib  Sabir,  Navid  Katib,  Ənvəri,  Süzəni  və 

Seyid  Həsən    Qəznəvi  kimi  şairlərlə  bir  sırada  çəkib. 

Araşdırmalarda  göstərilir  ki,  Məhsətinin  əldə  olan  əsərləri 

arasında bir qitə - məktub var. Həmin məktubdan belə qənaətə 

gəlinib  ki,  Ədib  Sabir  Məhsətiyə  məktub  yazıb.  Bu  da  şairəni 

çox sevindirib və ona cavab yazıb: 

Sabir, o naməni aldım, oxudum, 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə