Tərtibçidən



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix07.08.2018
ölçüsü0,71 Mb.
#60951
1   ...   7   8   9   10   11   12   13   14   15

21 

 

      

Kitabxanalarda  yuxarı  sinif  şagirdlərinin  iştirakı  ilə  “Məhsəti  Gəncəvi”nin 

yaradıcılığı  müasir  gəncliyin  gözü  ilə”  oxucu  konfransı  da  təşkil  etmək 

mümkündür.  Konfransdan  öncə  onun  proqramı  tərtib  olunmalı,  konfransın 

keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək 

qonaqların,  ədəbiyyatşünasların  və  şagirdlərin  adları,  onların  çıxış  edəcəkləri 

mövzular,  tədbirin  keçiriləcəyi  məkan  və  zaman  qeyd  olunur.  Konfrans  zamanı 

Məhsəti Gəncəvinin yaradıcılığına yaxından bələd olan jurnalist, yazıçı və şairlərin 

çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik: 

1. Giriş hissə (Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında məruzə)  

2.  Məhsəti  Gəncəvinin  yaradıcılığı  haqqında  kitabxana  rəhbərliyinin,  yazıçı  və 

şairlərin çıxışları.  

3.Yuxarı sinif  şagirdlərindən ibarət olan oxucuların Məhsəti Gəncəvinin rübailəri 

ətrafında müzakirələri. 

4. Yazıçının əsərlərindən bir neçə parçanın səhnələşdirilməsi.  

5. Konfransın yekunu.  

Məhsəti  Gəncəvinin  irsinin  təbliği  üçün  ədəbi-bədii  gecələrin  keçirilməsi 

zəruridir.  Gecəni  “Rübai  ustadı  Məhsəti  Gəncəvi”  başlığı  ilə  adlandırmaq  olar. 

Tədbirin ssenarisini sizə təqdim edirik. 



Səhnə şairənin portreti, rübailəri, Məhsəti və Əmir Əhməd”dastanını  əks etdirən 

şəkillərlə bəzədilir. Səhnənin bir tərəfi şairə haqqında bir çox şair və yazıçıların 

yazdığı əsərlərlə,  Məhsəti Gəncəvinin rübailəri, şairə haqqında yazılmış sitatlarla 

bəzədilir. Tədbir kitabxana rəhbərliyi tərəfindən açıq elan olunur. Gecəyə Məhsəti 

Gəncəvinin yaradıcılığına yaxından bələd olan tanınmış yazıçılar, tənqidçilər, 

jurnalistlər dəvət olunur. Yaxşı olar ki, tədbirə Millət vəkili, yazıçı  Rafael 

Hüseynov,Əməkdar mədəniyyət işçisi, şairə  Kəmalə Ağayeva dəvət 

olunsun.Tədbirin əvvəlində iştirakçılaraMəhsəti Gəncəvidən bəhs edən slayd 

təqdim olunur. 

Sonra aparıcılar səhnəyə çıxırlar. 

I Aparıcı:              Əziz və hörmətli tədbir iştirakçıları. Hər birinizi xoş gördük. Bu 

gün bizim bura yığışmaqda məqsədimiz zəngin ənənələrə malik 

çoxəsrlik  Azərbaycan  poeziyasının  tanınmış  nümayəndəsi 

Məhsəti  Gəncəvinin  900  illik  yubileyini  qeyd  etməkdir. 

Bildiyimiz  kimi  Məhsəti  Gəncəvinin  yaratdığı  söz  sənəti 

nümunələri  insanı  ucaldan  yüksək  bəşəri  duyğular,  nikbin  ruh 

və  dərin  lirizmlə  səciyyələnərək  geniş  şöhrət  tapmış,  sonrakı 

dövrlərdə  bədii  zövqün  formalaşmasına  mühüm  təsir 

göstərmişdir.  Şairənin  ədəbi  şəxsiyyəti  yaradıcı  Şərq  qadınının 

fikir  və  mənəvi  azadığının  parlaq  təcəssümü  kimi  Qərb 

şərqşünaslarının  əsərlərində  çox  yüksək  dəyərləndirilmişdir. 

Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin dövlət 

səviyyəsində  qeyd  olunması  haqqında  prezidentimiz  İlham 

Əliyev sərəncam vermiş və bu iş   YUNESKO  – nun görkəmli 

şəxsiyyətlərin  və  əlamətdar  hadisələrin  qeyd  olunması 

proqramına  daxil  edilmişdir.  Məhsəti  şeir  tariximizdə  təcnisi 



22 

 

rübai  çərçivəsinə  sığışdıran  və  bu  növ  şeirin  müntəxəbatlara 



düşməyə  layiq  incilərini  yaradan  geniş  nəfəsli  sənətkardır. 

Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və 

öz  fəlsəfi  mahiyyəti  etibarilə  dərin  məzmunlu  şerləri 

Azərbaycan  və  ümumən  Şərq  poeziyası  tarixində  mühüm  rol 

oynamışdır. 

II Aparıcı:    

Doqquz  əsrdir  Məhsətinin  hər  biri  çiçək  kimi  sevimli,  həyat 

şövqü  ilə  dolu  rübailəri  nəsil  –  nəsil  insanlarımızın  zövqünü 

oxşayır,  ruhunu  təzələyir.  O,  şeirləri,  xüsusilə  fəlsəfi  dərinliyi 

ilə  seçilən  rübailəri  ilə  oxucularda  həyata  məhəbbət  oyadır, 

onları  nikbinliyə,  dünyanın  gözəlliklərindən  ilham  almağa 

çağırır.  Məhsəti  Gəncəvi  söz  tariximizin  ən  cazibəli 

ustalarındandır.  Gəncənin  ədəbi  mühitində  solmaz  rübailər 

yaradan  Məhsəti  həm  gözəl  musiqiçi,  həm  də  şahmatçı  idi. 

Oxucularımız Məhsəti Gəncəvinin rübailərini birinci dəfə Nigar 

Rəfibəylinin 

tərcümələrində 

görüblər. 

Söhbət 

Nigar 


Rəfibəylinin  tərcümələrindən  düşmüşkən,  gəlin  oxucumuzun 

ifasında  Məhsəti  Gəncəvinin  rübailərindən  bir  parçaya  qulaq 

asaq. 

I Oxucu:        



Xalqın başında gər olsan da bir tac

Ağladar səni də bir gün ehtiyac. 

Xalqın dərdinə qal, ona yaxın ol, 

Qorx o gündən özün olasan möhtac. 

 

 

 



Bu dünya bir qızıl kuzəyə bənzər, 

Suyu gah şirindir, gah da ki, zəhər 

Çox da öyünmə ki, uzundur ömrün, 

Əcəl köhlənində hazırdır yəhər. 

II Oxucu:      

Qızıl dedi: “Mənəm hər günə gərək

Duz kimi möhtacdır mənə hər xörək. 

Məni ölü kimi basdırmayın siz, 

Həyat üçün mənəm ən yaxın kömək” 

 

 



 

Boy – buxunu, çiyni nöqsanlıdan dad, 

Namərd kişilərdən yaxşıdır arvad. 

Bivəfa dostlardan düşmən yaxşıdır, 

Etibarsız dostu yadından çıxart. 

I Oxucu:        

Nədən səni belə yandırdılar, şam, 

Yaddan çıxartdılar burda bir axşam? 

Sən özün dilə gəl, neyləsin, əgər 

Yaranmışsa ancaq yanmaqçün adam?! 

II Oxucu:      

Arvadla kişini bağlayır kəbin, 

Bu işə yol verir şəriət, ayin. 

Mənimsə kəbinim bir rübaidir

Varmı bu kəbinə yol verən, bir din? 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə