The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə32/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
94 
 
bölgənin tərkibində yerləĢən Spitakda da biz yaĢayırdıq. Əslində oranın adı Spitak deyildi. Bunu 
sonralar Ermənilər Hamamlı adını dəyiĢərək qoymuĢdular. Biz ora yenə Hamamlı desək də, bu 
dəftərdə- kitabda Spitak adını daĢıyırdı. Nə isə harada qalmıĢdım hə... Hamı burada böyük bir 
qırğının olacağından danıĢırdı.Əslində bunu heç kəs yüksək səslə müzakirə etmirdi
pıçıldaĢĢırdılar desək daha doğru olar.Amma bu qırğını kim edəcəkdi nə üçün olacaqdı bunun 
izahatını kimsə bilmirdi. Bir qapıya çıxdığımız qonĢunun səni öldürə bilməsi nə qədər absurdusa, 
biz də ermənilərin bizi öldürə bilməsinə elə yanaĢırdıq. Baban- nənən ġuĢadan qayıdanda maĢın 
qəzasına düĢmüĢdülər.Atam elə orda ölmüĢdü, anam yəni nənən isə bir ay sınıqlarından əziyyət 
çəkərək dünyasını dəyiĢmiĢdi. Ondan sonra mən də Leninikandan köçərək Spitaka anangilə- sizə 
gəlmiĢdim.Ötən –bitən altı ay ərzində elə bu ailənin bir parçasına çevrılmisdim. Mən də Spitakda 
yaĢaya-yaĢaya bu Ģaiələri eĢidirdim amma təəssüf ki, buna inanmayanların cəbhəsində yer 
almıĢdım. Amma bir səhər............. 
O siqaretinin topalanmıĢ külünü külqabıya boĢaltmağı unutmuĢdu.Siqaretin külü qəfil 
üstünə dağılanda bunu qayğısız Ģəkildə üstündən üfürdü.və bu zaman mən onun üzündə 
həddindən artıq bir əzab sezdim. Hər halda artıq hadisə haqqında təxminlərim yaransa da yenə 
onu dinləməyimdə davam etdim. O siqretin kötüyünü külqabıda əzərək, yenə sağ əlinin altındakı 
albomu sığalladı və sözünə davam etdi: 
- Mən səs –küyə yuxudan ayıldım. HəmiĢə orta zalda televizora baxa- baxa yuxuya 
gedərdim amma öncəki axĢam  sənin qulağının ağrısı heç kəsmədi. Səni bütün otaqlarda 
gəzdirdik hamı demək olar ki, sənin üçün səfərbər olmuĢdu. Iki yaĢına təzə keçmiĢdin. Heç 
unutmaram elə Ģirin uĢaq idin ki, mən sizə gələndən qucağımdan enməzdin, mən isə sənin daim 
süd iyi verən ağzını öpər-öpər doymazdım. Gecə bacım- bədbəxt Səlimə yorulub elə divanın 
böyründəcə yuxuya getdi. Mən səni onun qucağından götürüb arxa otağa keçdim. Elə orada da 
uĢaqların otağında da yuxuya keçmiĢəm. O səhər qopan səs- küy sənin yuxunu poza 
bilmədi.Mən pəncərədən baxanda əli avtomatlı bir neçə Ģəxsin bacımgili- üç uĢağı və yeznəmizi 
apardığını gördüm Bir Ģey anlamadan özümü bayıra atıb nə baĢ verdiyini araĢdırmaq istəyirdim 
ki, qəfil yadıma gəzən Ģaiələr düĢdü. YavaĢca düĢüb səni  sandıqla çarpayının arasında 
düzəltdiyim yerə qoydum. Əslində bunu nə üçün etdiyimi anlamırdım, yəqin ki, bu mexaniki 
hərəkətin arxasında  Allahın o qeyri adi möcüzəırındən biri durur.Sonra sürətlə evi tərk etdim. 
Dolayı yolla onları izləməyə baĢladım.Mənim getdiyim yoldan onları görə bilrdim. Bu silahlı və 
saqqallı adamlar evlərə girir və qarĢılarına uĢaq- böyük fərq qoymadan hamını avtomatın 
qundağı ilə itələyir, müqavimət göstərənləri elə yerindəcə güllələyirdilər.Ġnsanlar səslərini udmuĢ 
və qurbanlıq qoyun kimi səssiz – səssiz  onların önünə düĢərək gedirdilər.Onların hamısını 
Spitakın ucqarındakı sıldırımın yamacına topladılar. Mən kənardan hələ nə baĢ verdiyini anıĢdıra 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
95 
 
bilmirdim. Bax, onda onda gördüm ki, kaĢ görməyəydim- o daha davam edə bilməyərək 
hönkürdü. Mənə nə onun danıĢdığı, nə də göz yaĢları çatırdı.Sanki mən televizorda maraqlı bir 
film izləyirdim və bu zaman ortalığa reklam girdi. Bəzən özümdəki bu zalımlığın haradan 
gəldiyini anıĢdıra bilmirəm.Elə indi o zalım damarım tutmuĢdu...Dayımın bu səsinə dayımın 
arvadı içəri soxuldu. O cəld özünü dayımın yanına verərək saxta bir nəvaziĢlə(hər halda mənə elə 
gəlidi) ona bu qədər narahat olmanın ziyanını xatırlatdı. Onun hər gözündə bir ifadə var  idi. 
dayıma baxan gözü Ģəfqət saçırdısa, mənə baxan gözü sanki ilan yuvasına baxar kimi 
baxırdı.Dayım isə əli ilə ona çıxmaq iĢarəsi verdi. Dayımın arvadı yarıkönülsüz otağı tərk etdi. 
Bu evə gəldiyimdən bəri ilk dəfə idi ki bu kabinetdə mən qalırdım, O çıxırdı.Hər Ģeyin əksinə 
çevrildiyi bu axĢamda mən daha nələri görəcəkdim, bu mənə mübhəm idi.Dayım gözünün yaĢını 
sillərək öskürdü. HəmiĢə beləydi, azacıq həyacan keçirən kim onu quru öskürək 
boğurdu.Öskürəyi kəsən kimi sözünə davam etməyə çalıĢdı 
-Onda gördüm ki, uĢaqları o məsum körpələri anaların qucağından qopararaq bir yerə 
topaladılar. Bu zaman mən sıldırımın düz yanında böyük boru gördüm. O boru ora haradan gəlib 
çıxmıĢdı?!.. O nəyə lazım idi və mən onu niyə indi görürəm bunu anlaya bilmədim. Sanki bir 
sehirli əl o nəhəng borunu ora gətirmiĢdi. Eldarı- səndən böyüyü ananın qucağından zorla 
qopartdılar.Atanı müdafiəyəyə keçən kimi gülələdilər. Bütün bunları etdikcə qəh-qəhə çəkib 
gülür və içki ĢüĢələrini təpələrinə çəkirdilər.Mən sakitcə durub izləməkdən baĢqa bir yol tapa 
bilmədim. Bəlkə də cəsarətim çatmadı qorxdum.O körpələri hamısını, sən inanırsan, hamısını o 
borunun içinə doldurdular. KaĢ gülələyəydilər. Sən təsəvvür edə bilməzsən onlar nə etdilər. 
Onlar o körpələri çığırda-çığırda o botrunun içinə doldurdular və....... və borunun ağzını 
suvarkaladılar..Mən o fəryadları öləndə də ununda bilməyəcəm. Analar çığırır, atalar tərpənən 
kimi baĢlarından bədənlərindən güllə alaraq qan içində yerə sərilirdilər.Sonra o borunu içində -
sonradan sayını öyrəndim- yetmiĢ uĢağı uçuruma atdılar sonra... 
-Dayan!- deyə mən onun sözünü kəsdim. – indi sən deyirsən onların hamısını atdılar. 
Yəni bu doğrudur? Əgər doğrudursa bunu mənə niyə əsgərlikdə olanda demədin? O boyda 
əlimdə snayper var idi. Ən azından bir iki erməni zıraması öldürərdim, ürəyim soyuyardı. 
-Bax elə buna görə də demədim.məsənin tamam baĢqa çözümü var. 
Mən susdum. Niyə susdum. Bəzən insanın deyəcək və saçacaq o qədər çox sözü olur ki,  
lakin onları düzüb –qoĢub deyə bilmirsən. Bax, mən o vəziyyətdəydim. Içi lava ilə dolmuĢ 
vulkan kimi idim.Sonra dayım nələrsə danıĢdı.O, anamın təsəvvur edin üç balası uçuruma 
atılandan sonra onları mənim üç balam var sözünə inandırmaq üçün qabıqdan çıxdığını 
anlatdı.Onun  son sözləri indi də beynimdə dumanlı Ģəkildə dövr edir. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə