Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə21/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
113 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
Kələfin ucu 
 
Fikrimcə, kor-təbii postmodernist adlandırılan Nitsşedən 
tutmuş Derridaya qədər, həmçinin müasir 
postmodernistlər hesab olunan Cean Baundrill, Cean-
Françoys Lyotard, Qayatri Spivak və Yuliya Kristeva kimi 
yazarları  birləşdirən ümumi cəhət onların anti-essensialist 
və anti-fundamentalist olmalarıdır. Bundan çıxış edərək 
deyə bilərəm ki, onlar mahiyyəti, təbiəti və varlıqda bu və 
ya digər dərəcədə rol oynayan səbəb və mənanı, bir sözlə, 
istənilən universallığı inkar edirlər. Beləlkiklə, 
postmodernist perspektivdən baxdıqda üstünlük, transtarix 
və interpretasiya üçün vahid transmədəniyyət yoxdur. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
114 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Radikal anti-essensialist postmodernistlər modernistlərin 
əsaslandırıb  rahatlıqla irəli sürdüyü bir çox anlayışları 
tənqid edib  fərdiliyi, orijinallığı aradan qaldırmağa 
çalışırlar. Bunların bir neçəsini burada Migel Fukonun 
əsərlərinə istinad edərək qeyd edəcəyəm. 
Anti-essensialistlərin izini aşkarlayan birinci konsepsiya 
əksər postmodernistlərin   transsendent prizmadan 
dəyərləndirdiyi  insan təbiəti ideyasıdır. Misal üçün, tarixi 
qanunauyğunluğa görə biz belə güman edirik ki, 
bəşəriyyət keçmişdə də indiki kimi olub. Biz həmçinin 
belə fərz edirik ki, müxtəlif mədəniyyətlərə məxsus 
xalqlar içərisində öz mədəniyyətimizə uyğun gələn  
insanlar vardır. Bu  fərziyyə insanların məqsəd və 
fəaliyyət cəhətdən bir-birinə keçmişdə uyğun gəlməsi 
inamını aşılayaraq tarixi araşdırmağa imkan verir. 
Lakin postmodernistlər sübut etməyə çalışırlar ki, 
bəşəriyyətin heç  bir ümumi essensiyası yoxdur. Bunun 
qəbulu yalnız fərdlərin müxtəlifliyini, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
115 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
özünəməxsusluğunu  inkar etməyə gətirib çıxarır. 
Postmodernistlərə görə, dünya gərək  son dərəcə müxtəlif 
cinsli təsəvvür edilsin; keçmiş indidən tamamilə fərqlidir 
və bütün mədəniyyətlər bir-birinə bənzəmir.  
Postmodernistlər faktla fantaziya  arasındakı fərqi qəbul 
etmirlər.  Onlara görə, söz və əşya, məna və 
mənalandıran, subyekt və obyekt arasında heç bir mühüm 
əlaqə yoxdur. Bu mülahizə tarix kimi reallığın da təsvirini 
tələb edir.  Postmodernizmdə həm tarixi, həm də bədii 
əsərlər onların yaxşı və pis nüsxələrindən daha çox reallıq 
üçün əvəzlənib yenidən işlənilir. Bu Migel Fukonun başqa 
bir tələbinin bazisidir: ―Yaxşı bilirəm ki, indiyədək 
fantastikadan özgə nəysə yazmamışam. Çox da uzağa 
gedib fantastika həqiqətin arxasındadır deməyi nəzərdə 
tutmuram. Mənə belə gəlir ki, həqiqətin içərisində 
fantastik əsər yaratmaq mümkündür‖. 
Tarixin fundamental kateqoriyası hadisə konsepsiyasıdır. 
Bu konsepsiya tarixi olayların xüsusiyyətinə əsaslanmağı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
116 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
nəzərdə tutur. Bundan fərqli olaraq postmodernistlər sübut 
etməyə çalışırlar ki, hadisə termini ümumi ilə nisbətdə 
aktual hadisələrin  spesifikliyini inkar edir. Onlar bildirilər 
ki, olayları bir-biri ilə bağlayan heç bir ümumi mahiyyət 
yoxdur  və hadisə ideyası dəyərsiz konsepsiyadır. Fuko 
hadisə terminini  çoxçalarlı nizamsız hadisələrin  
―fantaziya‖sı  kimi dəyərləndirir və bildirir ki, o, aktual 
olaylarda heç bir oxşarı olmayan mənanın effektidir. 
Postmodernistlərin anti-essensialist analizləri vasitəsilə 
inkar esdilən anlayışlar çoxdur. Lakin əsas nöqtə  budur 
ki, postmodernistlər mahiyyəti və təbiəti şübhə altına 
alırlar. Fikrimcə, bu, onların ən səciyyəvi  cəhətidir. 
 
 
Nəticə 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
117 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
Postmodernizmin fəlsəfi və tarixi prinsipləri dəyərsiz 
hesab edib   nihililist mövqe nümayiş etdirməsindən bir 
çoxları narazılığını bildirir. Əksəriyyət isə 
postmodernizmin əxlaqi və mənəvi dəyərləri aradan 
qaldırmaq cəhdlərindən şikayətlənir. Fikrimcə, bu iradlar 
tutularkən bir şey nəzərdən qaçırılır.  Nəzərimcə, 
postmodernistlər əxlaqi və mənəvi dəyərlərə  lazımsız, 
qiymətsiz hökmünü israrla vermirlər.  Onlar sadəcə zəruri 
əsasların və bir şey  üzərində  konkret bir  mövqenin 
seçim zərurətinin yerini dəyişdirilər.  Bu bizə şəxsi 
mövqeyimizi yaratmaqda  azadlıq imkanı verir. Lakin 
azadlıq elə bir meyardır ki, o bizim hamımızın arzusu ilə 
hesablaşmır və hesablaşması da  mümkün deyil.   
Fukonun aşağıdakı fikirləri ilə yazımı bitirmək istərdim: 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
118 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
―Zəif, mütərəddid, xəyal və illüziya olmayan hər hansı bir 
cərəyan, fərdi bir zamanlar inandığı həqiqətdən ayırıb onu 
başqa qaydalar axtarmağa təhrik edir: bu,   fəlsəfədir. 
Düşüncə tərzinin, dəyərlərə, incəsənət əsərlərinə 
münasibətin yerdəyişməsi və transformasiyası fərqlənmək 
və daha artıq  nəyəsə nail olmaq üçün başqa cür 
düşünməyə gətirib çıxarır: bu isə daha çox fəlsəfədir... 
Bəzi insanların hazırkı boşluq və ehtiras əvəzinə, bir 
balaca məhdudiyyətdən sonra ideyalar dünyasında 
narahatçılıq keçirməsi başadüşüləndir. Mən inanıram ki, 
kimsə öz həyatında bir dəfə də olsa yeni ahəng, yeni baxış 
bucağı, yeni fəaliyyət üsulu tapıbsa, belə insanları 
dünyanın düzənsizliyi, tarixin lazımsız insanlarla dolu 
olması heç vaxt gileyləndirməyəcək‖. 
 
Qaynaq: 
http://xariciedebiyyat.azeriblog.com/2008/12/11/fayaz-
chaqani-postmodernizm 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə