Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
119 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
 
 
 
 
 
Nərmin Kamal 
 
“Umberto Eko və Postmodernizm fəlsəfəsi” 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
120 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
Nərmin Kamalın ―Umberto Eko və Postmodernizm 
fəlsəfəsi‖ kitabı işıq üzü görüb. Müəllifin kitaba yazdığı 
ön sözü təqdim edirik:  
 
Kitabın adındakı hər iki açar-söz – Umberto Eko və 
Postmodernizm fəlsəfəsi XX əsrin  
ikinci yarısının hadisələridir, deməli, zamanca 
müasirlərimizdir. Postmodernizm - Avropa fəlsəfi, bədii-
estetik düşüncə tarixində keyfiyyətcə yeni mərhələ sayılır. 
Bizim Qərbə inteqrasiyamız yalnız onun klassik sistemləri 
çərçivəsində qala bilməz, Qərbə necə varsa, olduğu kimi 
yanaşmamız üçün onun ən yeni ideyalarını, ən yeni 
dünyagörüşünü öyrənməli və diqqətə almalıyıq.  
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
121 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Umberto Eko bu fəlsəfənin daha çox akademik qanadına 
məxsus bir düşüncə adamıdır. O, çoxunuza ―Qızılgülün 
adı‖ roman-traktatı ilə tanışdır. U.Eko, Postmodernizm 
fəlsəfəsinin banilərindən biri kimi, onun hazırda həyatda 
olan azsaylı nümayəndələrindəndir. II Dünya 
Müharibəsindən sonrakı filosoflar nəslinin son 
nümayəndələrindən biri olaraq Eko öz ideyaları ilə 
yaşadığımız dünyaya birbaşa təsir göstərmək gücündə 
olan şəxsiyyət, mədəniyyətlərarası üfüqi dialoq
çoxkültürlülük, insansevərlik (humanizm), barış kimi 
bəşəri önəmli mövzularda aparıcı düşüncənin simvolu 
sayılan bir ideoloqdur.  
 
Hər bir ideya cərəyanına qarşı olduğu kimi 
Postmodernizmə də münasibət birmənalı deyil. U.Eko 
yazır: Bizim dövrümüzdə Postmodernizm termininə 
Avropada hər dəfə nəyisə tərifləmək istəyəndə müraciət 
olunur [87, 75]. Yəni bu termin bir növ ―yaxşı‖ sözünün 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
122 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
sinoniminə çevrilib. Keçmiş Sovet ölkələrində və 
Azərbaycanda isə əksinə (bu ideyanı mənimsəmiş az 
sayda insanı çıxmaqla), o daha çox neqativ-ironik şəkildə 
yorumlanır. Postmodernin qəbul olunmamasının səbəbi 
onun mədəniyyətin alışılmış estetik mahiyyəti və 
ölçülərini dağıdan virus kimi təfsir olunmasıdır. Lakin 
bizim məqsədimiz elmi bir yanaşma olduğundan, bu 
başdan mənfi köklənmiş rəylərə önəm vermədən 
məsələlərin mahiyyətinə varmalıyıq. Son bir neçə ildə 
Postmodernizmin miqrasiyası nəticəsində bu fəlsəfə 
mövzusunda müzakirələr və eksperimentlər Avropadan 
Rusiya və Türkiyəyə, oradan isə Azərbaycan cəmiyyətinə
xüsusən bədii üslub kimi ədəbiyyat və sənət sahələrinə 
daxil olub. Ancaq Azərbaycanda bu müzakirə və 
eksperimentlərin əsaslandığı heç bir fəlsəfi-elmi tədqiqat 
olmadığı üçün, həmin bədii çalışma və dartışmalara bir 
kor-koranəlik xasdır. Postmodernistlər məzarları təhqir 
edənlər, vampirlər, özünü təsdiq edə bilməyən 
qrafomanlar, estetikanı etikadan üstün görənlər, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
123 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
əxlaqsızlar, ―modernizmsiz postlar‖ və s. kimi qınaqlarla 
sıxışdırılır. Azərbaycanda müasir ədəbi prosesi izləyənlərə 
məlumdur, bizim ölkəyə Postmodernizm müzakirələri son 
on ildə ədəbiyyat dəhlizindən ayaq açandan sonra 
mətbuatda çoxlu qeyri-peşəkar tənqidlə qarşılanıb, ilk 
aşamada dumanlı bir imaj qazanıb. Lakin, 
Postmodernizmi Azərbaycanda ilk dəfə fəlsəfə sahəsində 
elmi tədqiqata çəkərkən, ona ciddi hadisə kimi 
yanaşdığımı, bu gün dünya ensiklopediyalarında 
Postmodernizm kəlməsinin qarşısında ―müasir fəlsəfə və 
incəsənətin əsas istiqaməti‖ kimi sanballı təyinlər 
yazılmasını nəzərə alıb, ona Qərb fəlsəfə və bədii 
təfəkküründə göstərilən ciddi münasibəti davam 
etdirdiyimi burada ifadə etmək istəyirəm. ABŞ, Avropa 
elmi dairələriylə tanışlıq sırasında onlarda Modernizm və 
Postmodernizm fəlsəfəsi üzrə ixtisaslaşan alimlər 
olduğunu görürük. Postmodernizm sərlövhəsi altında 
onlar Postmodern dünyagörüşü, Postmodern feminizm, 
Postmodern estetika, Postmodern linqvistika kimi bir çox 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
124 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
sahələrdə tədqiqat aparırlar. ―Postmodern‖ sözü Qərb 
alimi üçün mürəkkəb açar-söz, konsepsiya, xüsusilə bizim 
kimi ölkələri anlamaq funksiyası yerinə yetirdiyi halda, 
bizim yerli auditoriyada bu söz anlaşılmaz assossasiyalar 
doğurur. Biz keçid dövründən danışırıq, bu dövrün bütün 
problemlərini yaşayırıq, dünyanın virtuallaşdığını, 
informasiya hakimiyyəti dövrünün başladığını görürük və 
hiss edirik ki, ənənəvi binar dünyagörüşümüz, xeyir və 
şər, həqiqət və yalan anlayışlarımızla bu dövrü dindirə 
bilmirik, elə isə ənənəvi xeyir-şər, ağ-qara, həqiqət-yalan 
– anlayış aparatımızın özündə dəyişiklik etmək, müvafiq 
keçid dövrü fəlsəfəsi kimi Postmodernizmi 
mənimsəməliyik. 
 
Azərbaycan Postmodernizmin fikir budaqlarından olan, 
1970-ci illərdə meydana çıxmış Postkolonializmin maraq 
dairəsinə daxildir. Postkolonializm vaxtilə müstəmləkə 
olmuş ölkələrə, Afrika və Asiyadakı üçüncü dünya 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə