Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
210 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      Çoxlarının üzərində təkid etdiyi, ifrat 
birtərəfliliklərdən xilas olmuş ən populyar konsepsiya - 
tənqiddə bədiiliyin və elmiliyin vəhdətini təsdiq edən 
konsepsiyadır ki, bu barədə yazımızın əvvəlində qısaca 
məlumat vermişdik. Lakin bu konsepsiya ilə də xüsusən 
iki cəhətinə görə razılaşmaq olmaz. Əvvələn, burada 
tənqidin bədiiliyi və elmiliyi vəhdət halında dərk olunsa 
da, yenə də o, spesifik idrak hadisəsi kimi yox, müvafiq 
şəklində gah ədəbiyyatın, gah da publisistikanın növü 
kimi təqdim edilir. İkincisi, "tənqid - bədiiliyin və 
elmiliyin sintezidir" tezisinin özündə nə isə bir mexaniki 
qovuşdurma, sxematizm vardır. Bu, dünyanın 
mənimsənilməsinin iki fərqli üsulunun, yəni gerçəkliyin 
obyektiv qanunlarını öyrənən elmin və varlığın obrazlı 
dərki olan incəsənətin hüdudları barədəki antitezanın 
tənqiddə birləşdirmə, calaq formasında təkrarı kimi 
görünür. Məsələ burasındadır ki, tənqiddə elmilik özünü 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
211 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
bilavasitə elmdə olduğu kimi, bədiilik isə bilavasitə 
incəsənətdə olduğu kimi təzahür etdirmir. Tənqiddə elmi 
mahiyyət də spesifikdir, başqa cürdür, bədiilik də. 
Xüsusilə tənqidin sol tərəfinə artırılan "bədii istilahı və 
onun daşı-dığı mahiyyət tənqiddə tamamilə 
özünəməxsusdur, onun məhz incəsənətdəki obrazlılığa 
qətiyyən aidiyyəti yoxdur. Çünki "bədii" tənqid 
incəsənətin bədiiliyindən törəmə deyil, onun hətta başqa 
şəkildə təzahürü də deyil. O, həmçinin, elmin və 
incəsənətin mexaniki birləşdirilməsi, qeyri-təbii hibridi, 
"xəlitəsi" də deyil. Halbuki onun mahiyyətini bəzən məhz 
elə bu şəkildə izah edirlər. - M.Boyko yazır ki, "...tənqid-
elmdir" demək, burada nöqtə qoymaq olmaz. Tənqid - 
kompleksli hadisədir; o, mürəkkəb üzvi xəlitəyə daxil olan 
elementlər çoxluğundan ibarətdir". V.Kubilyus isə 
tənqidin "qapılarını" "müxtəlif elementlərin sintezi, 
canrların diffuziyası üçün açıq" hesab eləyir. Qəribədir, 
görəsən müəlliflər nəyin xatirinə "tənqid xurcununa" bu 
qədər "elementləri" doldururlar? Bu süni sintetizm kimə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
212 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
lazımdır?.. Axı, tənqid mahiyyətcə belə yığnaq xarakterli 
deyildir; bədiilik, elmilik və s... cəhətlər, müxtəlif 
elementlər birləşərək, sintez təşkil edərək "tənqid" deyilən 
bir şeyi quraşdırıb mövcudlaşdırmırlar. Əksinə, tənqiddə 
təzahür edən nə varsa (ən müxtəlif formalar, canrlar, təhlil 
yönləri, idraki təmayüllər...), bütün bunları elə onun öz 
daxili mahiyyətindən doğan xüsusiyyətlər kimi başa 
düşmək lazımdır, daha onları hardansa, hansı elm 
sahəsindənsə gəlmə xüsusiyyətlər, elementlər hesab etmək 
gərək deyil. Bir də, görəsən, niyə bizə elə gəlir ki, 
müəyyən bir idrak hadisəsi ya mütləq elm olmalıdır, ya 
mütləq incəsənət olmalıdır, ya da mütləq onların sintezi. 
Əslində, belə qəti fərqləndirmə üsulu sonsuz dərəcədə 
mürəkkəb olan ümumidrak hadisəsinə metafizik - 
imperativ yanaşmadır. Budda kanonları, "Bibliya", 
"Quran" yalnız dini kitabələrdirmi? Volterin nəsri, 
Dostoyevskinin "İdiot"undakı İppolitin və Mışkinin, 
"Karamazov qardaşları"nda Abid Zosimin, İvanın 
monoloqları yalnız bədii təfəkkürün məhsuludurmu; 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
213 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Platonun dialoqları, M.F.Axundovun "Kəma-lüddövlə 
məktubları", A.Kamyunun esseləri yalnız fəlsəfi  
 
 
      əsərlərdirmi! Vaqnerin "Bethoveni ziyarət"i yalnız 
xatirə-oçerkdirmi?! Xüsusilə müasir ictimai-fəlsəfi şüurda 
axı heç bir mütləq ayrıntı nəzərə çarpmır... İndi təfəkkür 
prosesində "ümumelmi, inteqrativ proseslər" gedir və bu 
müasir idrakın "xarakterik əlaməti" (Qott, Ursul, 
Semenyuk) olur. Deməli, tənqidin də özünəməxsusluğunu 
onun yalnız elmi, yalnız bədii olmasında, yaxud yalnız 
elmi-bədii sintetizmdə, elementlər xəlitəsində deyil, 
tənqidi idrakın öz qnoseoloci tipində, real daxili 
qanunauyğunluqlarında axtarmaq lazımdır. Nümunə üçün 
Yaşar Qarayevin "Tənqidi realizm: estetik ideal və müsbət 
qəhrəman" məqaləsinə müraciət edək: "...Mirzə Cəlil 
təsvir etmək üçün kəndlinin də qeyri-adisini, qəhrəmanını, 
igidini yox, ən adisini, "naturalını", "novruzəlisini" seçir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
214 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Zəmanənin qəhrəmanı kimi seçilən Novruzəlidə zamanın 
intellektual və ictimai həyatından bir iz, əsər-əlamət belə 
yoxdur. Məhz əsrlə Novruzəli arasındakı əlaqə və təzad 
baxımından Mirzə Cəlil Novruzəliyə daxili bir nəzər salır, 
bir həməsr, vətəndaş kimi onun varlığında sağlam, normal 
fəlsəfi-hüquqi mənada "şəxsiyyət" axtarır və tapmadığı bir 
keyfiyyətin olmadığı bir boşluğu təhlil edir... İctimai 
məzmunu cəhətdən bu qədər müflis Novruzəliyə ədibin 
marağının səbəbi də elə budur: hər bir real Novruzəlidə 
potensial bir müsbət qəhrəman mürgüləyir". Belə klassik 
tənqidi təhlildə elmi analizin harda başladığını, bədiiliyin 
harda qurtardığını, elmi və bədii aspektlərin necə vəhdət 
tapdığını, onları bir-birindən ayıran və qovuşduran 
nöqtələri müəyyənləşdirmək mümkündürmü?! Onları 
ağlın nəzəriyyə zoru ilə ayrı-ayrı anlayışlar kimi təqdim 
edəndə və tənqid konteks-tində birləşdirəndə, ortaya 
qəribə müddəalar çıxır; məsələn, V.Kubilyus "Tənqidin 
təbiəti ziddiyyətlidir" qərarına gəlir... Axı nə üçün?! Ona 
görə ki, V.Kubilyusun fikrincə, tənqid "həm elmi 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə