Torpaqlarin səhralaşmasi üZRƏ İzahli lüĞƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/56
tarix30.04.2018
ölçüsü5,01 Kb.
#40723
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

 
127 
lamlığının qorunmasının perspektiv maraqlarını nəzərə almaq-
la təkrar istehsal və  təbii sərvətlərin  şüurlu istismarının daha 
səmərəli rejimini təmin etmək üçün hazırlanmış fəaliyyət siste-
mi.  
 
TƏBİƏTİN DƏYİŞDİRİLMƏSİ  (Transformation of 
nature) – təbiət komplekslərinin yaxşılaşdırılması və daha tam 
istifadəsi  üçün mövcud ekoloji tarazlığın məqsədyönlü  dəyiş-
dirilməsi. TD. yeni ərazilərin təsərrüfat  üçün mənimsənilməsi 
və ya təbiət sistemlərinin bioloji və digər məhsuldarlığının 
bərpası ilə əlaqədar ola bilər.  
 
TƏBİƏTİN QORUNMASI (Conservation of nature) – 
ifrat texnoloji təzyiqlərdən və insanların müdaxiləsinin mənfi 
nəticələrindən qoruma, istehsal proseslərinin  фяал  tənzimlən-
məsi və landşaftın təbii potensialının yaxşılaşdırılması daxil 
olmaqla səmərəli istifadə üzrə tədbirlərin hazırlanması. 
 
TƏBİƏTİN MÜHAFİZƏSİ  ÜZRƏ  ÜMUMDÜNYA 
STRATEGIYA GÜNÜ  (World Conservation Strategy) – 
Təbiətin Mühafizəsi üzrə Ümumdünya Fondu (WWF) tərəfin-
dən himayə edilən, BMTİP, MSOP-un birgə layihəsi. Bu 
layihədə 100-dən  çox  ölkədən olan 700-dən artıq tanınmış 
alimlər və  mütəxəssislər iştirak ediblər. Strategiya siyasi 
xadimlərin və  bütün  əhalinin diqqətinin iqtisadi və sosial 
inkişafın ayrılmaz hissəsi olan, quru və okeandakı ekosistemlə-
rinin mühafizəsi problemlərinə  cəlb olunması  məqsədi ilə 
hazırlanmışdır.  Ашаьыдакы  истигамятляр  цзря  сtrategiyaya  ölçü 
sistemi нязярдя тутулур: 
1.
 
yerdə həyatın mövcudluğuna kömək edən ekoloji sistem 
və proseslərin qorunması, o cümlədən, insanların yaşaması 
üçü
n zəruri olan, torpağın bərpası və mühafizəsi, ərzaq ehtiyat-
larının təkrar istehsalı və suyun təmizlənməsi; 
2.
 
vəhşi növlərin nəslinin kəsilməsinin qarşısının alınması, 
kənd təsərrüfatı  və bağ bitkiləri sortlarının, ev heyvanı 
növlərinin, mikroorqanizmlər və balıq növlərinin sortlarının 


 
128 
yaxşılaşdırılması məqsədilə həyata keçirilən heyvan və bitkilə-
rin süni yolla artırılması proqramları zamanı onların genetik 
potensialından istifadə etmək yolu ilə növlərin genetik müxtə-
lifliklərinin qorunması. Bundan əlavə, bu, elmi-texniki inkişafa 
yardım və bioloji ehtiyatların istifadəsinə  əsaslanan bir çox 
sahələrinin inkişafı üçün vacibdir; 
3.
 
təbiət ekosistemlərin onun komponentlərinin məhv ol-
masının qarşısının alınması üçün onlardan səmərəli istifadənin 
təmin edilməsi. Bu, milyonlarla kənd əhalisinin yaşamasınы və 
sənayenin inkişafını  təmin edən, vəhşi canlı  təbiətə, meşələrə, 
dənizin bioloji ehtiyatlarına və otlaq yerlərinə aiddir. 
Strategiya təbiəti mühafizə problemlərinin həll olunmasının 
konkret üsullarını təklif edir. 1978-ci ildə XIV GA MSOP-da 
qəbul edilmişdir. 1980-ci ilin martında bütün dünyaya elan 
olmuşdur. 
 
“TƏBİƏT VƏ SƏRVƏTLƏRİ” (“Nature & Resources”) – 
UNESKO-nun  ətraf mühit və  təbii sərvətlərin qorunması 
sahəsində olan proqramlar haqda məlumatlandıran  рцблцк 
jurnalı. “İnsan və Biosfer” (bax) proqramının, Beynəlxalq hid-
roloji proqram və Beynəlxalq geoloji korreliasiya proqramının 
rəsmi Bülletenidir. İngilis, fransız və ispan dillərində buraxılır, 
rus dilinə  tərcümə “Proqres” nəşriyyatı  tərəfindən həyata ke-
ç
irilir.  
 
TƏBİƏT VƏ TƏBİƏT SƏRVƏTLƏRİNİN QORUNMASI 
ÜZRƏ BEYNƏLXALQ BİRLİK – TQBB (International Union 
for Conservation of Natural Resources) – təşkilat 1956-cı ildə 
UNESKO-nun təşəbbüsü ilə  Təbiətin 
qorunması  üzrə Beynəl-
xalq Birliyin bazasında yaradılmışdır.  
TQBB – BMT-nin təbiəti mühafizə problemləri  üzrə  əsas 
elmi məsləhətçisidir, təbiəti mühafizə məsələləri ilə məşğul olan 
hökumət, milli və beynəlxalq təşkilatların arasında  əməkdaş-
lığa yardım edir, beynəlxalq konvensiya və razılaşmaların 
layihəsini hazırlayır. TQBB vəzifələrinə  həmçinin dövlətlərlə, 
canlı  təbiətin qorunması  və  hüquq məsələləri  üzrə milli və 


 
129 
beynəlxalq orqanlarla elmi məsləhətləşmələr aparmaqdır. 
TQBB verilən  сащядя  ən yeni elmi və texniki nailiyyətləri 
işləyib hazırlayır və yayır, təbiəti mühafizə ideyalarının 
təbliğatını aparır. TQBB-ın tərkibinə 6 daimi komissiya var: 
məhv olmaqda olan bitki və heyvan növlərinin, milli parkların 
və digər qorunan ərazilərin, ekologiya, landşaftın planlaşdırıl-
ması, təbiəti mühafizənin maariflənmənin qorunması; idarə və 
qanunvericilik. TQBB məhv olmaqda olan bitki və heyvan 
növlərinin “Qırmızı kitab”ını aparır.  
TQBB daimi olaraq diqqətini təbiətin bərpası  üzrə 
uzunmüddətli layihələrin ekoloji prinsiplərinin hazırlanmasına 
ayırır. TQBB ali orqanı üç ildə bir dəfə çağırılan BA-dır.  
Baş qərargahı – Morj şəhəri, İsveçrə. 
 
TƏBİİ-ANTROPOGEN_REJİM'>TƏBİİ-ANTROPOGEN  REJİM  (Natural Anthropogenic 
regime təbii və antropogen amillərin  цмумиликдя    тясири  иля 
организм вя нювляр цчцн йени екложи гида шяраитинин йаранмасы. 
 
TƏBİİ-ANTROPOGEN ŞƏRAİT (Natural Anthropogenic 
Conditions) – təbiət və insan fəaliyyətinin birbaşa və dolayıсы 
иля йаранан комплекс шяраит. 
  
TƏBİİ-ANTROPOGEN TARAZLIQ (Natural Anthropo-
genic Balance) – тябии  просеслярин  вя  мцщит  йарадыъы  компо-
нентлярин insanların fəaliyyətiнин дяйишдирилмиш балансы ясасында 
тюрямя ekoloji tarazlıqдыр.  Бу  мüxtəlif səviyyələrdə  – poten-
sial bərpadan  ərazinin dayanıqlı  səhralaşmasına qədər ola 
bilər.  
 
TƏBİİ ÇİRKLƏNMƏ (Natural Pollution) – birbaşa insan-
ларын  fəaliyyəti ilə  şərtlənməyən, mənbəyi hər hansı bir təbii 
proseslər və ya hadisələrля ялагядар  (vulkan püskürməsi, tozlu 
fırtınalar, subasmalar və s.) çirklənmiş mühit. 
 
TƏBİİ EHTİYATLARIN BƏRPASI (Restoration of natu-
ral resources, regeneration) – təbii ehtiyatların insanların təsər-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə