Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

26

Film Fiction

KİRA

NAYTLİ

Kira Naytli (Keira Christina Knightley) 1985-

ci il mart ayının 26-da İngiltərənin Teddinqton 

şəhərində sənətçi ailəsində anadan olub. Onun 

anadan olması qəribə mərc əsasında baş verir. 

Belə ki, onun valideynləri - anası aktrisa Şer-

man Makdonald və atası aktyor Uill Naytli öz 

aralarında mərc qoşurlar. Şerman karyerasını 

yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. 

Əgər o, özünün birinci əsərini təqdim etsə, 

onda ailədə ikinci uşaq anadan ola bilər. Şer-

man Makdonald mərcdə qalib gəlir və gələcək 

aktrisa Keira Knightley anadan olur. Kiranın 

özündən böyük Kaleb adlı bir qardaşı var. O, 

uşaqlıqdan aktrisa olacağına əmin idi. Bəlkə 

də artist ailəsində dünyaya göz açması onun 

bu arzusunu reallaşdırmağına kömək edirdi. 

Hələ üç yaşında olarkən valideynlərində old-

uğu kimi, onun da şəxsi agenti olmasını istəyir. 

Valideynləri dərslərini yaxşı oxuduğu zaman 

Kira Naytli üçün agent tutacaqlarına söz verirlər. 

Balaca Keira tərs, inadkar və istədiyinə nail 

olan uşaq olduğu üçün dərslərini yaxşı oxuy-

ur. Baxmayaraq ki, sözləri oxumaqda çətinlik 

çəkilən xəstəlikdən – disleksiyadan əziyyət 

çəkirdi. Lakin Keira bütün səyi ilə çalışır. Mək-

təbdə fərqlənməyi sevir və bacardığı qədər 

digərlərindən seçilir. Məktəb tətillərində isə 

artistlik dərslərini öyrənir. Onun səyi layiqincə 

qiymətləndirilir və altı yaşında olanda artıq şəxsi 

agenti olur.

O, 8 yaşında ölkəsində televiziya filmlərində 

oynamağa başladı. “A Village” (“Kənd”, 1994), 

“Innoccent lies” (“Günahsız yalan”, 1995), 

“Treasure Seekers” (“Dəfinə axtaranlar”, 1996)  

və “Coming Home” (“Evə gələn”, 1998) kimi 

müxtəlif filmlərdə rol aldı. 1999 cu il də “Star 

Wars” (“Ulduz savaşları”)  filminin ilkində Kraliça 

Amidala’nın yerinə keçən Sabe rolunda oynadı. 

Makiyajları tamamlandığında Padme Amida-

la rolunu oynayan Natalie Portman’la özünü 

anaları belə bir-birilərindən ayıra bilməmişdi. 

Daha sonra aktrisanın çəkildiyi ilk ciddi rolu 

İngiltərə serialı  “Oliver Tvist” olur. 2002-ci il də 

“Bend it like Bechkam” (“Bekham kimi oyna”) 

filmi ekranlara çıxır. Film çəkilişlərinə xərclənən 

maddi vəsaitdən 20 dəfə çox gəlir əldə edir 

və aktrisaya unudulmaz şöhrət gətirir. Keira 

2002-ci ildə daxil olduğu məktəbdəki təhsili-

ni yarımçıq qoyub, özünü  bütövlükdə kinoya 

həsr edir. 2003-cü ildə amerikan prodüsser 

Jerry Bruckheineer ona “Pirates of the Carri-

bean: The Curse of the Black Pearl” (“Karib 

dəniz quldurları: Qara Mirvarinin Lənəti”) film-

ində baş rollardan birini verdi. Johnny Deep ve 

Orlanda Bloom’ la oynadığı bu film ilin ən çox 

izlənilən filmlərindən biri olur. Həmin ildə ro-

mantik komediya janrında olan  “Love actually” 

(“Həqiqətən sevgi”) filmində rol aldı. 2004-cü 

ildə onun növbəti filmi “Kral Artur” olur. Aktrisa 

rolu üçün 3 ay ərzində həftədə 4 gün ox atıcılığı 

və at minmə dərsləri aldı. 2005-ci ildə “Jaket” 

filminə çəkilir. Bu filmdə aktrisanın tərəf müqabili  

Adrien Brody olur.




27

Film Fiction


28

Film Fiction

Elə həmin il Tony Scot’un 

rejissor olduğu,  Domino 

Harvey adlı muzdlu qatilin 

həyatına əsaslanan “Domino” 

döyüş filmində rol aldı. Film 

indiyə qədər Naytlinin ən 

böyük kritik iflasa uğraması 

olmuşdur. 

Aktrisanın ən uğurlu filmi 

2005-ci il istehsalı olan “Pride 

and Prejudice” (“Qürur və 

Qərəz”) filmidir. Bu filmlə o, 

Oskara namizəd olmuşdur.

2006-cı il də Knightly, AM-

PAS-a (Kinofilm İncəsənət və 

Elmlər Akademiyasına) dəvət 

edildi. Və eyni ildə “Pirates 

of the Caribbean: Dead 

Man’s Chest” (“Ölü adamın 

sandığı”) filmin davamına 

çəkilir. Aktrisa 2007-ci ildə 3 

əsas filmdə baş rola çəkildi. 

İlk olaraq Allessandro Bar-

riconun romanı əsasında 

çəkilmiş “Silk” (“İpək”) filmi 

olur. İkinci film Mc Evanın ro-

manına əsaslanaraq çəkilən 

“Atonoment” filmi idi. Knightly 

bu filmdəki rolu ilə “Ən yaxşı 

dramatik aktrisa” kateqori-

yasında Golden Globes və 

Bafta mükafatlarına namizəd 

olur. Ardınca “Pirates of the 

Carribean: At World’s End” 

(“Dünyanın sonu”) filmi olur. 

Knightly 2008-ci ildə nümay-

işə girməsi gözlənilən “The 

Edge of Love” (“Sevginin kənarı”) filminin heyətinə qatılır. Filmdə Cillian Murphy və Sieanna Miller 

də iştirak etməkdə idi. Bu filmin ssenarisini Keiranin anası Sharman Macdonald yazmışdır. Mac-

donald Keira üçün Caitlin rolunu yazsa da, aktrisa Vera rolunu oynamağı seçim edir.

Naytlinin növbəti filmi 2008-ci istehsalı olan “The Duchess” (“Duşes”) filmidir. Filmdə 18-ci əsr ingi-

lis aristokratlarından olan Georgiana Cavendish’in həyatından bəhs olunur. 

2010-cu ildə Naytli üç müxtəlif filmdə baş rol oynadı. “Last Night” (“Son gecə”), “Never let me go” 

(“Məni heç vaxt tərk etmə”) və “London Boulevard” (“London bulvarı”).

2011-ci ildə aktrisa, psixoanaliz dünyasının iki böyük nümayəndəsi olan Sigmund Freud və Carl 

Jung bioqrafiyasından bəhs edən “A Dangerous Method” (“Təhlükəli üsul”) filmində rol alır.

2012-ci ildə aktyor Steve Carell ilə “Seeking a Friend for the End of the World” (“Qiyamət günü 

üçün dost axtarıram”) dramında rol alır. Bundan əlavə o, “Anna Karenina” filmində də baş rol ifaçısı 

olmuşdur. Kira film haqqında bunu demişdir: “Bu, inanılmaz dərəcədə çətindir. Əlbəttə ki, roman 

çox gözəldir, amma həcmi çox böyükdür və onu filmdə əks etdirmək çətin məsələdir. Ümid edirəm 

ki, bu işimiz də uğurlu olacaq.”

Bir müddətdir rok musiqiçisi James Righton ilə birlikdə olan Naytli 28 yaşında dünya evinə girdi.



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə