Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   2   3   4   5   6   7   8   9   ...   15

6

Film Fiction

JURNALİST 

NATİQ CAVADLI

Hörmətli “Film Fiction” jurnalı! Sizləri 2 senty-

abr ad gününüz münasibətiylə təbrik edirəm. 

Kino bizim gerçəkliyimiz və bu gerçəklikdən 

doğan kədərlərimizi, sevgilərimizi göstərən, 

sabaha ümid, nikbinlik yaradan sənətdir. Jur-

nalınızın kino, aktyor və aktrisalar haqqında, 

o cümlədən, rejissorlar barədə məlumatları, 

müsahibələri, məqalələrini maraqla oxuyuram. 

İstərdim ki, gələcəkdə jurnalın dizaynında dəy-

işiklik olsun, o mənada ki, oxumaq asanlaşsın. 

Yeni filmlər barədə xəbərlər gözləyirik. Uğur-

lar!!!

JURNALIST 



REYHAN SEVINC

Bütün təbriklər kollektivə düşür. Çünki əzi-

yyətin çoxunu onlar çəkirlər. Azərbaycanda 

kino sahəsi üzrə dərgilər barmaqla sayılası 

qədərdir. Dünya kinosu, yerli kino haqqında 

ətraflı məlumat, top filmlərin siyahısı, afişa 

bölmələri hər bir kino sevərin məlumat-

lanmasına imkan verir. Elektron dərginin 

uzunömürlü olacağına inanıram. Böyüyün, 

yaşayın və sevilin! 

FİLM

FİCTİON


AKTYOR RASIM 

CƏFƏROV


Elektron jurnal təşəbbüsünü çox bəyənirəm 

və sevindirici haldır ki, Azərbaycanda bu cür 

ideyalarla çıxış edən gənclər var və ən əsası 

həmin ideyalar reallaşmaqdadır. Sizi ona görə 

bəyənirəm ki, heç kimdən heç nə gözləmədən 

jurnalınızı dərc elədiniz. Elektron olsa belə. 

Dünyadan vurub Azərbaycandan çıxırsınız. 

Yaxşı mənada kinonu alt-üst edirsiniz. Bütün 

dünya məşhurları buradadır. Bizimkilər də 

onların arasında. Özümü də onların arasında 

görmək çox xoş oldu. Ən azından Bred Pitlə 

eyni jurnalı bölüşdüm. Arzu edirəm ki, bizim 

kino yaradıcıları dünya məşhurları ilə eyni fes-

tivalları, bir çəkiliş meydançalarını bölüşsünlər. 

Sizin jurnal bu xəbərləri yazan ilklərdən olsun. 

Oxucunuz bol olsun! Saylarınız axarlı olsun! 

Təbriklər! Uğurlar!

SEVDA BABAYEVA

Teatrşünas, jurnalist, Mədəniyyətlər-

arası Dialoq və Sosial Araşdırmalar 

Mərkəzinin rəhbəri

Müşahidələr göstərir ki, ideyaların yaranması 

və formalaşması üçün intellektuallar, energetik 

mərkəzlərin, onları təbliğ edən ixtisaslaşmış 

dərgilərin metod və vasitə kimi mövcudluğu, 

təbliğatı çox vacibdir. Yaradıcı insanların 

özünüifadəsi, azad fikir, ideya mübadiləsində 

münbit şərait, meydan rolunu məhz belə 

dərgilər oynayır. Bu baxımdan “Film Fiction” 

jurnalı artıq 2 ildir ki, meydan rolundadır. 

Dərginin, oxucuları istər yerli, istərsə də dün-

ya kino yeniliklərindən məlumatlandırması, 

analitik düşüncəyə yer verməsi həmmövzu, 

həm də oxucu auditoriyasının genişliyindən 

xəbər verir. “Film Fiction” jurnalını ölkədəki 

yaradıcı gənclərin, art yazarların fəaliyyəti, 

inkişafı, tanıtımı üçün dəstək ruporu da say-

maq olar. Və bu ruporu maarifləndirmə yolu-

na yönləndirməyiniz ayrıca təqdir edilməlidir. 

Mədəniyyət dərgisi üçün 2 yaş balaca rəqəm 

deyil, amma çox da deyil. Hələ yolun başın-

dasınız. Və hər şeyin başlanğıcı ikiqat əmək, 

əziyyət tələb edir. Maliyyədən doğacaq ruh 

düşkünlüyü də istisna olmayacaq. Bax, belə 

həssas məqamlarda həqiqi əzminiz, qərarlılıq 

dərəcəniz, prinsipiallığınız aydın olacaq. Bu 

yolda büdrəməyəcəyinizə inanıram. Uğur daim 

sizinlə olsun! 




7

Film Fiction

TƏNQİDÇİ AYGÜN 

ASLANOVA

Mənim üçün “Film Fiction” jurnalı hər şeydən 

əvvəl kino haqqında bol və ətraflı informasiya 

deməkdir. Kinematoqrafiyanın qəhrəman-

larının – aktyorların, rejissorların həyatları 

a-dan b-yə qədər yazılır. Düzdür, hamının 

internet kimi nəhəng bir məlumat bazası 

var. Amma o məlumatların hamısını araşdır-

maq, içlərindən ən maraqlılarını seçmək, 

düzüb-qoşmaq nə deməkdir – çox yaxşı 

bilirəm. Bu işi görən uşaqları – jurnalın heyə-

tini də qəhrəman hesab edirəm. Doğrudan, 

qəhrəmansınız. Yorulmadan, usanmadan 

artıq iki ildir, jurnal hazırlayıb yayırsınız. Təbrik 

edirəm hamınızı. İşləriniz avand olsun!

FİLM


FİCTİON

KİNOREJİSSOR 

ƏLİ İSA 

CABBAROV


“Film Fiction” öz formatında yeganə kino 

dərgisidir. Müəlliflər ilkə imza atıblar və azəri 

kino tarixinə düşüblər. Şahin bəyin adı tək bu 

jurnalla deyil,  həm də məşhur film ensiklope-

diyası ilə də artıq tarixdədir. Gənc olmaları-

na baxmayaraq, jurnalın kollektivinin kinoya 

münasibəti təmənnasızdır. Bundan əlavə, 

onlar əsl kinonu qəlibdən ayıra bilirlər. Yalanın 

yox, həqiqətin yanındadırlar. Arzu edərdim ki, 

milli kinonun problemlərinə çox fikir versinlər

problemləri müzakirə etsinlər. Maliyyə dəstəyi 

haqda da peşəkar düşünmək lazımdır artıq. 

Bir də usanmasınlar, inciməsinlər, yollarından 

dönməsinlər. Uğurlar!

KİNOREJİSSOR 

İLQAR NƏCƏF

Məncə, müasir Azərbaycan kinosu hələ də 

öz yolunun axtarışındadır. Ara-sıra uğurlar 

olsa da, rejissorlarımızın seçimlərində qey-

ri-müəyyənlik var. Belə vəziyyətdə, peşəkar 

kino mətbuatının üzərinə çox böyük yük düşür. 

Bu məsuliyyətin müəyyən hissəsini “Film 

Fiction” daşıdığına görə, sizlərə minnətdaram. 

BRAVO uşaqlar! Yaşınız mübarək!

BƏHRUZ 

VAQİFOĞLU



“Totem” teatr qrupunun rejissoru və 

ssenari müəllifi

Hər gün, hər ay və hər il addım-addım ink-

işaf etməkdə olan Azərbaycan filmində “Film 

Fiction” jurnalının xüsusi yeri var. Azərbaycan 

kinematoqraflarının belə dərgilərə çox ehtiyacı 

var. Yaranma gününüz mübarək !!!

AKTYOR QURBAN 

MƏSIMOV

Milli kinomuzun inkişafı naminə, eləcə də dün-



ya kinosu haqqında kinosevərləri məlumat-

landırmağı qarşısına məqsəd qoyan hər bir 

başlanğıcı alqışlayıram. Jurnalınızın 2 yaşı 

olmasına baxmayaraq, yetərincə sağlam 

körpədir. Ona, zamanla daha çox oxucu və 

pərəstişkar ordusu arzulayıram. Və buna 

inanıram. Şərəfli işinizdə sizə uğurlar!baycan 

dilində məlumat bazasıdır. Düz 2 ildir jurnal bu 

missiyanı daşıyır və bu uğurlu işə görə kollek-

tivə təşəkkür etməklə təbrik edirəm! 




Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə