Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   ...   7   8   9   10   11   12   13   14   15

39

Film Fiction


40

Film Fiction

Ən birinci ekzistensialistlərdən olan Kirxeqor 



belə bir hadisə rəvayət edir ki: “Bir nəfər 

çox huşsuz və özü-özündən uzaqlaşmış bir 

insan olur. Bütün həyatı boyu o, öz mövcud-

luğundan bixəbər şəkildə ömür sürür və 

yalnız bir gün səhər yuxudan durub artıq ölü 

olduğunu görəndə öz varlığını dərk edir.”

Hannanın keçmiş əri Miki ilə ilk dəfə tanış old-

uğumuz səhnədə onu çox məşğul bir şəkildə 

görürük. O, televiziya proqramının prodüsseridir 

və efirə yarım saat qala ortaya çıxmış problem-

ləri həll etməyə çalışır. Sonrakı səhnədə biz onu 

keçmiş arvadı Hannanın evində görürük. O, öz 

əkiz oğullarının ad günü üçün hədiyyələr gətirib, 

amma cəmi iki dəqiqə vaxtının olduğunu deyir 

və bu verilişin onun bütün vaxtını aldığından 

gileylənir.

Əlbəttə ki, elə ilk səhnədəcə Mikinin belə 

məşğul olduğunun vurğulanması heç də təsadü-

fi deyil. Gündəlik gördüyü və vərdiş halına çevr-

ilmiş işlər Mikini öz-özündən uzaqlaşdırmışdır.

Vərdişlərimiz və gündəlik rutin, varlığımız 

üzərindən asılmış böyük bir pərdə rolunu 

oynayır.  Nə qədər ki, onlar öz yerindədir və 

lazımi qaydada funksiya göstərir, bizim, həyatın 

mənası haqda düşünməyə ehtiyacımız yox-

dur. Həyatın mənası gündəlik vərdişlərimizdə 

təcəssüm olunur. Amma bizim avtomatik olaraq 

qəbul etdiyimiz normalar və vərdişlərdən ibarət 

bu sosial quruluş dağılan kimi insan özünü 

çölə atılmış kimi hiss edir. Və bu norma və 

vərdişlərin verdiyi rahatlıq yox olduqda, insan 

öz varlığı və həyatın mənası ilə bağlı suallarla 

üz-üzə qalır.



Hipoxondrik

Miki haqqında elə ilk səhnədəncə öyrəndiyimiz 

digər bir şey isə onun çox böyük bir hipoxondrik 

olmasıdır. Yəni o hər zaman öz sağlamlığı üçün 

narahatdır. Heç bir ciddi əsas olmadan, daim 

hansısa xəstəliyə tutulmasından şübhələnir 

və tez-tez həkimə müraciət edir. Qulağının 

zəif eşitməsindən şikayət etmək üçün həkimə 

gedəndə, həkimin onu görərkən ilkin reaksi-

yasının “indi nə olub?” olması buna gözəl sübut-

dur. Amma bu səfər hər şey o qədər də asan 

olmur. İlkin müayinədən sonra bunun daha ciddi 

bir şey ola biləcəyindən şübhələnən həkim Miki-

nin hospitala gedib testdən keçməsini istəyir.

Bundan sonra  beynində bədxassəli şiş ola 

biləcəyindən qorxan Mikinin vəziyyəti daha da 

çətinləşir. O, iş yerinə gəlir, amma fikrini öz işi 

üzərində cəmləyə bilmir. İş yoldaşı ilə söhbət 

edərkən o, belə bir fikir səsləndirir: “Bu gün 

səhər elə xoşbəxt idim ki. Mən xoşbəxt idim, 

amma öz xoşbəxtliyimi anlamırdım.” Bu, gündə-

lik vərdişlərin və rutinləşmiş həyatın bizə verdiyi 

xoşbəxtlikdir, biz öz gündəlik işlərimiz arasın-

da elə itib-batırıq ki, heç öz varlığımız haqda 

fikirləşmirik belə.

Ekzistensial krizis

Kirxeqorun qəhrəmanı öz varlığını öləndən son-

ra dərk etmişdi. Ondan fərqli olaraq Miki hələ 

ki, ölməyib, amma o, həyatında ilk dəfə ölümün 

bu qədər yaxın olmasını hiss edir və öz varlığı, 

həyatın mənası haqda fikirləşməyə başlayır. 

Beyin rentgeninin nəticələrini gözləyərkən Miki 

bir anlıq elə təssəvvür edir ki, həkim nəticələrin 

pis olduğunu deyəcək və bildirəcək ki, bunu



41

Film Fiction

bunu müalicə etmək mümkün deyil. Amma belə 

olmur, rengenin nəticələri Mikinin tamamilə 

sağlam olduğunu göstərir. O, hospitaldan çıxır 

və küçə ilə qaçaraq sevincindən atılıb-düşür, 

amma sonra o, birdən dayanır və sanki bir 

anlıq fikrə gedir. Bu, Mikinin ekzistensial krizis 

yaşamağa başlamasını göstərən ilk əlamətdir. 

Daha sonra biz onu yenə də öz iş yerində, iş 

yoldaşı ilə söhbət edərkən görürük. Miki işdən 

istefa verdiyini elan edir və bu zaman onların 

arasında çox gözəl bir dialoq baş tutur:

– Niyə daha işləmək istəmirsən? Axı sən 

xərçəng deyilsən.

– Başa düşürsən, bizi nə təhlükə gözləyir? Sən 

başa düşürsən, hər şey necə mənasızdır? Bi-

zim həyatımız, şou, bütün dünya, hər şey.

– Amma sən ölmürsən axı.

– İndi ölmürəm. Hospitaldan çıxanda mən 

çox sevinirdim, tamamilə sağlam olduğumu 

öyrənmişdim. Amma sonra birdən-birə elə bil 

ki, aydınlandım. Mən bugün ölməyəcəyəm, 

sabah ölməyəcəyəm, amma nə vaxtsa bu baş 

verəcək.


– Sən bunu hələ indi bilmisən?

– Yox, mən bunu həmişə bilirdim, amma həmişə 

də özümdən uzaqlaşdırırdım.

Bundan sonra Miki daha şou hazırlaya 

bilməyəcəyini və ona dəqiq cavablar lazım old-

uğunu deyir.



“Həyat mənasızdır; bu, insanın əldə edə 

biləcəyi yeganə mütləq bilikdir.” Tolstoy

Bundan sonra Mikinin həyatın mənası və ya 

mənasızlığı haqda monoloqu başlayır. O, bir 

çox filosofları oxuduğunu, amma onların həyatın 

mənası haqda heç bir dəqiq məlumat verə 

bilmədiyini deyir.

“Böyük düşüncə sahibləri ağla gələ biləcək 

bütün mövzular haqda milyonlarla kitab 

yazıblar, amma sonda aydın olur ki, onların heç 

birinin həyatın mənası ilə bağlı o böyük sual 

haqda bilikləri mənimkindən çox deyil.”

Miki Sokratı, Nitsşeni, Froydu oxuduğunu, illərlə 

psixoanalitikin yanına getdiyini, amma heç bir 

nəticənin olmadığını deyir. Daha sonra o, bəlkə 

də hər şeyin şairlərin dediyi kimi olduğunu, yəni 

bu mənasızlıqdan yeganə çıxış yolunun sevgidə 

olduğunu düşünür. Amma öz keçmiş münasi-

bətlərini xatırlayanda, sevgi barəsində də bəxti-

nin gətirmədiyini anlayır.

Beləliklə, fəlsəfə və psixoanalizin məna ax-

tarışlarına heç bir kömək etmədiyini görən Miki 

dinlərə üz tutur. Əlbəttə, müasir dövrə qədər 

insan olmağın məğzi və həyatın mənası allahın 

adı ilə bağlanırdı. Allah bizi yaradıb və biz onun 

bizdən istədiyi kimi yaşayıb cənnətə düşəcəyik. 

Bu fikir insanların bütün suallarına cavab verirdi 

və insanları sakitləşdirirdi.

Froydun belə bir fikri var: “Reqress – insan 

psixikasının müdafiə mexanizmlərindən biridir. 

Bu zaman insan böyük təşviş, narahatlıqdan 

xilas olmaq üçün öz davranışının daha əvvəl-

ki, infantil mərhələrinə qayıtmağa meyl edir.” 

Froydun, dini insan inkişafının ilkin mərhələləri 

ilə bağlamasını və dinin insanın hələ daxili və 

xarici güclərlə mübarizədə öz ağlından istifadə 

etməyə tam qadir olmadığı dövrdə yarandığını 

iddia etməsini nəzərə alsaq, məncə, bu fikirlə 

nə demək istədiyim aydınlaşır.

Amma çətin ki, bu vəziyyətdə Mikini Froydun 

bu fikirləri maraqlandırsın. İlk öncə o, katolikliyə 

üz tutur. Rahiblə söhbəti zamanı Mikinin allaha 

inanmadığı ortaya çıxır:

– Deməli siz allaha inanmırsız?

– Yox, amma inanmaq istəyirəm. Mənə sübut-

lar lazımdır, əgər mən allaha inana bilməsəm, 

deməli, həyatımın mənası yoxdur.

Daha sonra Miki ailəsinin yanına gəlib katolikliyi 

qəbul etmək istədiyini bildirir. Onun ata-anası 

yəhudidir və onlar bu fikirlə barışa bilmirlər. 

Gəlin, Miki ilə atasının arasında baş tutan kiçik 

bir söhbətə nəzər yetirək:

– Nədi, indi İsaya inanacaqsan?

– Bilirəm gülməli səslənir, amma ən azından 

sınayacağam.

– Niyə öz dinin yox?

– Sən ölümdən qorxmursan?

– Niyə qorxmalıyam ki?

– Axı sən yox olacaqsan.

– Hə, nə olsun? Indi mən varam, sonra yox 

olacağam.

– Axı sən həmişəlik yox olacaqsan.

Bundan sonra Miki buddizmə üz tutur, amma 

burda da o, öz istədiyini tapa bilmir. Artıq onun 

allaha inanması mümkün deyil. Nitsşenin sözləri 

ilə desək: “Allah ölüb, onu biz öldürmüşük.”

“Yalnız bir həqiqi fəlsəfi problem var: İnti-

har” Kamyu

Filmin sonlarına yaxın biz Mikinin özünü 

öldürmək istədiyi “flashback” səhnəsini görürük. 

O, allahın olmadığı dünyada yaşamaq istəmədi-

yini deyir. O, tüfəngi alnına dayayır, amma 

bəxtdən tüfəng sürüşür və güllə ona dəymir. 

Sonra o, tələm-tələsik evdən çıxır və saatlarla 

küçələrdə gəzişir. Sonda bir kinoteatrda oturur 

və uşaqlığında dəfələrlə baxdığı bir filmə 



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə