Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

29

Film Fiction

VADİM

YUSOV

HİROŞİ TAKAHAŞİ’NİN VADİM 

YUSUBOV İLƏ SÖHBƏTİ

Andrey Tarkovski ilə necə tanış oldunuz?

İnstitutda bir-birimizi tanımırdıq. O, diplom işi 

üçün filmini hazırlarkən, mənə özü ilə işləməyi 

təklif edəndə artıq bir müddət idi ki, “Mosfilm” 

studiyasında işləyirdim. O, kamera işi mənə aid 

olan bir neçə filmi izləmiş olduğunu və bir səhnə 

oyunundan hazırlanmış “Silindir və Skripka” 

filmində mənimlə işləmək istədiyini bildirdi. O 

vaxtlar təhsilimi hələ yeni başa vurub müstəqil 

operator kimi işləməyə başlamışdım.

Tarkovski o zamanlar hələ tələbə idi…

SSRİ-də bu cür hallara, adətən, rast gəlinməzdi 

– mən onunla tanış oldum, fikirlərini dinlədim və 

bu işi görməyə qərar verdim.



İlk dəfə Tarkovski ilə görüşəndə onunla 

bağlı təəssüratlarınız necə oldu?

Onun mənimlə necə əlaqə yaratdığını ətraflı 

olaraq xatırlamıram, ancaq onu görəndə məni  

hər şeydən qabaq heyrətləndirən onun üzü idi. 

Andron Konçalovski ilə gəlmişdi və çox gərgin 

idi, olduqca həssas və həyəcanlı bir adam kimi 

görünürdü. Geyimi yaxşı, hətta zərif, saçı isə 

qısa, düz və səliqəli idi. Mənə elə gəlir, onun 

yaxşı bərbəri var idi. O, indiki modanın nə 

tələb etdiyindən agah olan birinə oxşayırdı. 

Özündən yaşca böyüklərlə söhbət etmə qabili-

yyəti kimi, onun görmüş olduğu yaxşı tərbiyə və 

davranışları da dərhal gözə çarpırdı. 

Siz ondan yaşca çox da böyük deyildiniz, amma 

kinoda artıq müəyyən qədər təcrübəniz var idi…

Bəli. Bu gənc adam da mənimlə bir ustad

məsləhətçi və yaxud professor kimi  rəftar edir-

di. Onun ədəb və hörməti məni öz təsiri altında 

buraxmışdı. Sonunda, mən “Silindir və Skrip-

ka”nı çəkməyi qəbul etdim. Başa düşdüm ki, 

Tarkovski kimi biri ilə tanış olmaq bir şans zər-

bəsi idi. VGIK-dəki tələbəlik vaxtlarımda mənim 

o cür dost-tanışlarım yoxuydu, bundan əlavə, 

onun film haqqındakı fikrini bəyənmişdim.



Onunla sonuncu dəfə nə vaxt görüşdünüz?

1983-cü ilin aprel ayında, Milanda, Kann 

kinofestivalından bir az əvvəl idi. O vaxt o və 

həyat yoldaşı Larissa film üçün təqdimat kom-

paniyası keçirdirdilər. Milana getdim, çünki 

orada keçmişə aid nümayişlərdən birində “Sol-

yaris” filmini göstərirdilər. Mən Andreylə onda 

görüşdüm. Tarkovskinin Milanda olduğunu 

öyrənəndə, dərhal ona zəng etdim və onu 

ziyarət etdim. Bu möhtəşəm bir görüş idi, Tar-

kovski İtaliyada qalmaq üçün icazəsinin vaxtını 

yenicə uzatmışdı və beləliklə, biz səhərə qədər 

söhbət etdik… O, Romaya “Nostalgia“ filminin 

nümayişi üçün dəvət etdiyi dostları ilə məni 

tanış etdi, ancaq mənim vizamın vaxtı qurtar-

maq üzrə olduğu üçün ora gedə bilmədim.



Siz onunla ən uzun müddət işləmiş əmək-

daşlarından birisiniz. Sizin Tarkovski ilə ilk 

və son görüşünüz arasındakı fərq nə idi? 

Müqayisə etmək çətindir. Onu deyə bilərəm 

ki, onu o qədər uzun zaman idi tanıyırdım ki… 

Təəssüratlar oxşar idi, biz köhnə dostlar olaraq 

görüşdük. Adam, biri ilə ilk dəfə görüşəndə 

onun xarici görünüşünə diqqət yetirir… Onunla 

son görüşümüzdə, Tarkovski əvvəl necə idisə 

elə idi: zərif. Ancaq paltarlarının növü və keyfi-

yyəti fərqli idi. Xəz ilə cizgilənmiş, çox bahalı



30

Film Fiction

və zərif bir pencək geyinmişdi. Pencəyə toxun-

dum, xəz ipək kimi yumuşaq idi. Mən dedim: 

“Andrey, bu çox əla stildədir.” Onun ayaqqa-

bıları da yüksək keyfiyyətli idi. Onlara kiçik bir 

nəzər salanda belə, dərhal demək olardı ki, o, 

“kütlələrdən gəlmiş adam” deyildi. Onun üzündə 

də maraqlı bir dəyişiklik var idi.



Yəni sizin təəssüratlarınız oxşar idi?

Bir dəqiqə, mən indi xatırlayıram ki, onun 

pencəyi xəz ilə yox, şal parçası (kaşmir) ilə 

cizgilənmişdi… Orada, yəni Milanda, mənə elə 

gəlir, Andrey qeyri-adi bir vəziyyətdə idi, ona 

qəribə nəsə olurdu, o artıq qərbdə işləməyə 

qərar vermişdi. Larissa mənə dedi: “Vadim, 

biz bir də heç vaxt Rusiyaya qayıtmayacağıq.” 

Ancaq Tarkovski dərhal söhbətə qarışdı: “Ax-

maq-axmaq danışma, özünü ələ al.” O, siyasi 

sığınacağı haqqındakı bütün eyhamları qısa 

kəsdi. Mən hiss edirdim ki, o vaxt sanki o daha 

qərar  verməmişdi, hələ də tərəddüd edirdi. O, 

ən sirli hisslərini açmağa çalışdı, buna cəhd 

etdi, amma bacarmadı. Vəziyyətin necə anor-

mal olduğunu başa düşürdü – biz dost idik, an-

caq o sığınacaq tələb edirdi. Bu o demək idi ki

bizim dostluğumuz elə onda və oradaca bitirdi. 

Bütün bu məsələ xeyli qarışıq idi. Mümkündür 

ki, bu baxımdan onun fikirləri xüsusi olaraq yeni 

və fərqli bir istiqamətdə inkişaf edirdi. Ondan 

fərqli olaraq, mən SSRİ-də yaşayırdım, ora-

dakı həyat şərtlərini bilirdim. Tarkovskiyə bu 

barədə nə düşündüyümü dedim. Bizim söh-

bətimiz, böyük ehtimalla, ona həll yolu tapmağı 

asanlaşdırdı. Bu, qərbdəki insanlar tərəfindən, 

həmçinin günümüzün rusları üçün anlaşılması 

çox çətin olan bir dilemmadır. O vaxtlar siyasi 

sığınacaq, ailəniz və dostlarınız ilə əlaqələri 

kəsmək mənasına gəlirdi. Adam öz həyatını 

tamamilə dəyişmək məcburiyyətində idi. Qərb-

dəki insanlar səyahət edə bilirdilər. Onların da 

öz problemləri varıydı və hələ də var, amma 

onlar İtaliyaya, Yaponiyaya gedə bilirdilər… Bu, 

bizim sonuncu görüşümüz olacaqdı, biz bunu 

hiss edirdik, bu ab-havanı… Beləliklə, biz sevin-

clə köhnə günləri yada saldıq…

O sizə, elə o vaxt üstündə işlədiyi film 

haqqında nəsə dedi?

Bəli, əlbəttə „Qurban“ filmi haqqında danışdı. 

Onun bu film üçün böyük ümidləri varıydı. Bir il 

sonra mən Romanı ziyarət edirdim və onunla 

telefonda danışırdım. Onunla bir görüş daha tə-

yin etmək istədim. Ancaq bu mümkün deyildi. O, 

çox məşğul olduğunu söylədi. Mən hiss etdim 

ki, o öz ev adresini gizləyir. Sonra başa düşdüm 

ki, siyasi sığınacağı tələb edib. Mən görüş təşkil 

etmək üçün bir neçə yol təklif etdim, amma heç 

biri alınmadı. Mənə elə gəlir, Tarkovksi mənim 

KGB agentləri tərəfindən izlənildiyimdən və 

onların məni izləyərək onu tapıb, öz ölkəsinə 

qayıtmağa məcbur edəcəklərindən qorxurdu. O 

bundan qorxurdu, bu riski ala bilməzdi...



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə