Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   ...   7   8   9   10   11   12   13   14   15

33

Film Fiction

işləyəndə, operator bəzən özünü öz ərazisində 

rejissor tərəfindən çox güclü təzyiq altındaymış 

kimi hiss edə bilir və bu film üçün yaxşı nəticə 

vermir. Təkcə bir film üçün çox uzun müddət 

boyunca birlikdə işləmək, xüsusilə qarşılıqlı 

əlaqələr baxımından zərərlidir. Təzyiq və sa-

hiblənmə, yorğunluğa, usandırıcılığa yol açır. 

Əvvəl-axır adam tək işləməlidir. Tarkovski 

mənim ərazimi “işğal” edib. Aydındır ki, mən 

rejissorun rolunu bilməliyəm. Film seti elə yerdir 

ki, orada davamlı olaraq müzakirələr, bəzən 

atışmalar, fikir mübadilələri gedir. Rejissorun 

nə istədiyini anlamaq lazımdır. Amma mən 

onunla tamamilə razı olanda – əgər tələbləri ilə 

razı olsam – yavaş-yavaş onun quluna çevril-

irəm. Bu, psixoloji bir problemdir. Çəkiləcək 

səhnənin necə olduğundan çox şey asılıdır. 

Bəzi hallarda operatorun rejissoru təsirləndirmə 

gücü olur. Ancaq bəzən də o, adicə maaş alan 

bir işçiyə oxşayır. Mən çox istədim ki, bərabər 

şərtlər altında işləyim, rejissorla uzlaşma halın-

da olum, əlaqəmizdə bir harmoniya əldə edim. 

Operator və rejissor arasında yaxın psixoloji 

əlaqə hər halda kinoda ən mühüm şeydir. Bu 

əlaqənin əhəmiyyəti, evliliyin şəxsi həyatda 

oynadığı roldan daha böyükdür. Evlilikdə hər 

zaman psixoloji olaraq normal əlaqələrə yol 

açan müəyyən yüksək qaydalar olur, tarazlıq 

üçün həmişə normalar olur. Operator və rejissor 

arasında isə sıfır... Operator rejissorun ixtiyarını 

qəbul etdikdə, sonrakı addım, operatorun həyat 

yoldaşından daha yaxın olur. Mən müəyyən 

qədər təzyiqdən sonra həqiqətən də yorul-

muşdum... “Ayna” filmində işləməkdən imtina 

etməyimin bir digər səbəbi də ssenarinin məf-

humunu başa düşməməyim olmuşdu. Əlbəttə, 

ssenari ilə film iki fərqli şeylərdir, ancaq elə 

ssenari mərhələsində, 

mətndə anlamadığım 

və qəbul edə bilmədiy-

im nəsə önəmli bir şey 

görmüşdüm. İndi isə öz 

fikrimin bəraətində bir 

ziddiyyət olduğunu hiss 

edirəm, çünki daha sonra 

filmi ekranda izləyəndə, 

ssenaridə bəyən-

mədiyim yerlər məni 

qıcıqlandırmağı artıq 

dayandırmışdı. Film və 

ssenari arasında böyük 

bir təzadlılıq var idi. 

Bugünün gözündən onu 

deyə bilərəm ki, fikirləri 

ilə razı olmadığım biriylə işləyəndə, həddindən 

artıq usandırıcı bir döyüşdən keçməliyəm. Bun-

dan əlavə, ssenarinin mövzusunda Tarkovskinin 

həyatından bioqrafik ünsürlər var idi. Hiss etdim 

ki, rejissorun şəxsi ifadəsi filmə və mənə qarşı 

çıxa bilər. Hazırlıq mərhələlərində, Tarkovski 

sanki mənim fikirlərimi, mənim qavrayış tər-

zimi tamamilə aradan qaldırmaq, yalnız özünə 

məxsus görüntüsünü çəkmək istəyirdi. Mən 

düşünürdüm ki, bu, mənim üçün əlverişsiz olar. 

Üçüncü səbəb: çəkiliş başlayanda Tarkovskinin 

həyatında dərin dəyişikliklər baş verdi – həyat 

yoldaşı Larissanın təsiri çox gücləndi. Beləliklə

Tarkovski köhnə tanışlarının təsirini aradan 

qaldıraraq, yeni ailə həyatı ilə yola davam etdi. 

Buna görə mən o filmi çəkə biləcəyimi düşün-

mədim.


Tarkovskinin ən çox bəyənib, dəyər verdiyin-

iz filmi hansıdır?

Bu suala cavab verə bilmərəm. Mənim üçün 

kino çözüm yox, prosesdir. Məsələn, bir film 

izləyərkən, yalnız onun müəyyən bir hissəsi 

məni qane eləyir və bu qaneediciliyin dərəcə-

si dəyişir. Sənət əsərlərini qiymətləndirməyə 

başlamamışdan qabaq, bir operator olaraq, 

ustalığın yaxşı olub-olmadığını yoxlayıram. Hər 

şeydən əvvəl, özümü işin fotoqrafiya qismindən 

məsuliyyətli hiss edirəm. Film laboratoriyada 

emal edilən vaxtı yata bilmirəm. Tarkovskinin 

hansı filmlərini ən çox sevdiyimi demək mənim 

üçün çətindir. Lakin aralarında mənim operator-

luğunu etdiklərim, həyatımın unikal bir təcrübə-

sidir. VGİK-də oxuyarkən, sənət əsəri yaratmaq 

işində iştirak etmək yalnız xəyallarımda var idi. 

Onun filmləri sayəsində əsl operator oldum və 

gerçək yaradıcılığın nə olduğunu anladım.




34

Film Fiction

AMERIKAN FILM 

SƏNAYESİNİN

STRUKTURU

Film sənayesi film istehsalı, yəni filmlərin hazır-

lanması, onlara xüsusi effektlərin verilməsi, can-

landırılması ilə məşğul olan sənayedir. Başqa 

sözlə, film sənayesi film istehsal edən şirkətlər, 

kinostudiyalar, kinematoqrafiya kimi texniki 

və kommersial institutlardan ibarətdir. 1920-ci 

illərdən fəaliyyətə başlayan ABŞ film sənayesi 

təkcə istehsal olunan filmlərin sayına görə 

dünyada birinci deyil, onun həm də dünya kine-

matoqrafiyasının məzmunu və texnologiyasına, 

film istehsalının iqtisadi və mədəni aspektlərinə 

güclü təsiri olmuşdur. ABŞ-ın ən nəhəng film 

şirkətlərinin kinostudiyaları və ofisləri Hollivudda 

cəmləşdiyinə görə “amerikan kinosu” termini ilə 

“Hollivud” çox vaxt eyniləşdirilir.

Hollivud termini real bir məkana, təbii ki, təx-

minən bir əsr bundan əvvəl Los-Ancelosun 

şimalında peyda olmuş cəmiyyətə işarə edir.  

Əsasən, bu termin amerikan kinosunun bir-

birilə qarşılıqlı əlaqədə olan 3 aspektinə istinad 

edir: sənaye, institusional və formal-estetik. 

Bir sənaye kimi Hollivud ilkin növbədə, uzun-

metrajlı filmlərin hazırlanması ilə məşğul olan 

geniş və mürəkkəb kommersial müəssisədir. Bu 

film sənayesi, bir çox əyləncə və media müəs-

sisələri kimi həmişə sənayenin bir neçə şirkət 

tərəfindən idarə edildiyi – oliqopolik struktura 

meyl edib. Kino sənayesi Paramount, Fox, War-

ner Bros. kimi güclü kino studiyaları tərəfindən 

idarə olunub ki, bu studiyaların çoxusu hələ 

də sənayedə hökmranlıq edir. 1920-1940-

cı illərdə “klassik” erada ən güclü studiyalar 

sənayenin bütün fazalarını (istehsal, paylan-

ma və nümayiş) kütlə üçün filmlər hazırlayan 

mürəkkəb sistemlə idarə edirdilər. Bu studiyalar 

müharibədən sonrakı dövrdə, monopoliyaya 

qarşı mübarizə, müstəqil film istehsalının yaran-

ması, kommersial televiziyanın güclənməsi kimi  

bir sıra faktorlara görə sənaye üzərində kollektiv 

idarə güclərini itirdilər. Amma studiyalar yeni 

vəziyyətə uyğunlaşdılar və sağ qaldılar, 1970-

ci illərdə yenidən gücləndilər və Yeni Hollivud 

üzərində nəzarəti ələ keçirdilər. İndi studiyaların 

film bölgüsü sadə bədii filmlərdən daha çox olsa 

da, onlar özləri Sony, Viacom, News Corp, Time 

Warner kimi kütləvi, transmilli multimedia kon-

qlomeratlarının yanında ikinci dərəcəli köməkçi 

kimi çıxış edirlər. Amma hətta köməkçi kimi 

studiyalar qlobal əyləncə bazarında Hollivud 

filmlərinin şöhrətinə görə media konqlomerat-

larının “əsas özəyini” təşkil edirlər. 

Hollivud filmlərinin geniş kütləni cəlb etməsinin 

səbəbi təkcə studiyaların iqtisadi gücü deyil, 

eləcə də filmlərin formal estetik keyfiyyətidir. 

Hollivud termininin üçüncü aspekti – formal es-

tetik aspekti digərlərindən daha az dəyişmişdir, 

belə ki, Hollivud filmlərinin kinematoqrafik stili 

və təhkiyə strukturu yenilik və innovasiya zəru-

rətinə baxmayaraq, onilliklər boyunca dəy-

işmədən davam etmişdir. Başqa sözlə, bizim 

“Hollivud filmləri” adlandırdığımız filmlər 1920-ci 

illərin əvvəllərində necə idisə, indi də elədir.

Amerikan film sənayesi üç böyük dövrə bölünür: 

studiya erası,  tranzit dövr və müasir dövr.



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə