Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   2   3   4   5   6   7   8   9   10   ...   15

22

Film Fiction

yeddi il yaşamışdır, malay dilində “orang” sözü 

“insan” mənasını verir, ingilis dilində isə bir 

çoxlarının bildiyi kimi, “portağal” mənasını verir. 

Əsərin mərkəzində bir çox cinayətlər törətmiş 

gənc Aleks dayanır. O və tay-tuşlarından ibarət 

dəstəsi cinayətlər, zorlamalar, oğurluqlar həyata 

keçirmişlər. Onlar qoca insanlara hörmət etmir, 

qabaqlarına keçən hər kəsi təhqir etməkdən 

doymurlar. Həm filmdə, həm də romanda Kubrik 

və Bercess bizi Aleksin qorxulu dünyasının 

dərinliklərini kəşf etməyə çağırır. Düşünürəm 

ki, sonda film və roman müəllifləri bu məqsədə 

nail olmuşlar. Əsərdə Bercess tərəfindən ortaya 

qoyulan ideya bir cinayətkarın həbsxana cəzası 

ilə islah olmasınının mümkünsüzlüyüdür. Yəni 

müəllif belə vasitələrin heç bir xeyir vermədiyini 

vurğulayır. Əminliklə deyə bilərik ki, film Kubrikin 

vizitkartlarından biri sayılan ekran məhsuludur. 

Kubrikin növbəti görkəmli işləri “The Shin-

ing” (”Parıltı”) 1980-ci ildə, “Full Metal Jacket” 

(“Dəmir gödəkçə”) 1987-ci ildə və nəhayət 

“Eyes Wide Shut” (“Geniş qapalı gözlərlə”) 

isə 1999-cu ildə Kubrikin kino külliyatına daxil 

olmuşdur. “Geniş qapalı gözlərlə” filmi Kubrikin 

yaradıcılığının son məhsulu sayılır. Film Artur 

Şnislerin 1925-ci ildə yazdığı “Arzu” (“Traumno-

velle”) əsəri əsasında çəkilmişdir. Həmçinin film 

1999-cu ilin iyulunda, rejissorun ölümündən üç 

ay sonra ekran üzü görmüşdür. Kubrikin digər 

filmləri kimi bu film haqqında da tənqidçilərin 

fikri müxtəlif idi. Bəziləri onu Stenli Kubrikin ən 

uğursuz filmi adlandırırdı. Başqa tənqidçilər isə 

bu filmi “sonuncu şah əsər” sayırdılar. Filmin 

baş rollarını Nikol Kidman və Tom Kruz pay-

laşırlar. 

Əvvəl də qeyd etdiyim kimi, Kubrik filmləri 

ekranlaşdırmaq tərzi ilə yanaşı, müraciət etdiyi 

hekayətlərin, leytmotivlərin mövzu və məz-

mununa görə xüsusi fərqlənən yaradıcı insan-

lardan idi. Məhz buna görə onu dəstəkləyənlərlə 

yanaşı onu sərt tənqid edənlər də az ol-

mamışdır. Qırx altı illik karyerası boyunca on üç 

ekran əsəri yaratdığına inanmaq çətindir bəlkə 

də, əslində özüm də bu məlumatı kəşf etdiyim-

də təəccübləndiyimi etiraf etməliyəm. On üçü 

də kinematoqrafiya tarixində iz buraxmış sənət 

əsərləridir. Sonda isə Stenli Kubrik haqqın-

da bəzi maraqlı faktları nəzərinizə çatdırmaq 

istərdim. 




23

Film Fiction

Maraqlıdır ki, filmlərində hadisələrin cərəyan etdiyi yerlərin zəngin müxtəlifliyi Stenli Kubrikin aktiv 

səyahətçi olduğuna işarə edir. Buna görə də inanmaq çətindir ki, əslində rejissorun təyyarədə 

səyahət etmək, yəni uçmaq fobiyası olmuşdur. Hətta pilot lisenziyasına sahib olmağına baxma-

yaraq, Kubrik İngiltərəyə köçdüyü andan etibarən təyyarə vasitəsilə səyahət etməkdən imtina 

edirdi, bunun əvəzinə gəmi ilə səyahəti daha təhlükəsiz hesab edirdi. “Spartak” filminin bütün 

çəkilişləri İngiltərədə baş verimişdir. Bundan başqa, hadisələrin Vyetnamda cərəyan etdiyi “Full 

Metal Jacket” filmi də İngiltərədə çəkilmişdir. “Eyes Wide Shut” filmində isə hadisələrin mərkəzi 

Nyu-Yorkdur. Bütün bunlar Kubrikin necə peşəkar bir insan olmağını sübut edir. İstedadlı insan-

ların qəliblərdən kənar davranışları olduğu kimi, hadisələrə münasibəti və ya məsuliyyət hissi daha 

qabarıq olur bəlkə də. Əminliklə deyə bilərik ki, Kubrik kino tarixinin kiçik detalları belə gözdən qa-

çırmayan nümayəndələrindən olmuşdur. Kubrik detallara həddindən artıq önəm verməsiylə yadda 

qalmışdır. Buna görə də loru dillə desək, aktyorlar ondan “az çəkməmişdilər”. Aktyorlar yorucu 

iş cədvəlinə uyğunlaşmalı və saatlarla bir epizodun uğurlu alınması üçün çalışırdılar. Təsadüfi 

deyil ki, “Eyes Wide Shut” filmi “Ən uzun çəkiliş müddəti ” kimi Gines Rekordu qırmışdır. Belə ki, 

çəkilişlər 400 gündən çox davam etmişdir. Sonuncu çəkdiyi doqquz filmdən yeddisi Oskara nam-

izəd görülmüşdür. “Dr. Strangelove”, “2001: A Space Odyssey”, “A Clockwork Orange”, “Barry 

Lyndon” kimi filmləri “Ən yaxşı rejissor” nominasiyası üzrə Oskar qazana bilməmişdir. Bu, Oskar 

tarixindəki ən böyük ədalətsizliklərdən hesab olunur. 

Əslində bütün bu siyahını, Kubrik haqqında məlumatları uzatmaq da olar, lakin ən yaxşı sübut gö-

zlə görəcəyiniz, hiss edəcəyiniz, müəyyən nəticələr çıxara biləcəyiniz yuxarıda adı çəkilən filmləri 

izləməkdir. Hər bir rejissorun qiymətli xəzinəsi məhz onun övladları – filmləridir...




24

Film Fiction

TOM

KRUZ

-Tom Kruz – ambidekstrdi.

-Avtoyürüş fanatıdır.

-Televiziylardan birinə verdi-

yi müsahibədə psixologiyanın 

öyrənilməsini nasizm adlandırıb. 

-Disleksiyadan əziyyət çəkib.

-Uşaq ikən düzgün yetişməyən diş 

problemlərindən əziyyət çəkib. 

-“Mission: İmpossible” filminin ilk 

hissəsinə görə 70, ikinci və üçüncü 

hissələrinə görə 75 milyon qonorar 

alaraq, Hollivudun ən yüksək 

ödənişli aktyorlarından biri olaraq 

qalmaqdadır. 

-Oskar bəxtsizlərindən biridir. 

Aktyor 3 qat Qızıl Qlobus laureatı 

olsa da, bircə dəfə də Oskar laure-

atı ola bilməyib.



25

Film Fiction

Tom – ailənin üçüncü övladıdır. 

Üç bacının yeganə qardaşıdır. 

Tomun anası aktrisa, atası isə 

mühəndis olub. Maddi sıx-

ıntılar ilə əlaqədar ailəsi tez-

tez evlərini dəyişirdi ki, bu da 

Tomun uşaqlığının ağır keçmə-

si ilə nəticələnirdi. Tomun 12 

yaşı olanda isə valideynləri 

boşandı. 14 yaşına qədər Tom 

ABŞ və Kanadada nə az, nə 

çox düz 15 məktəb dəyişdi. 

Nəhayət, ailə Nyu-Cersidə 

məskunlaşmaq qərarına gəl-

di. Həmin ərəfələrdə Tom orta 

məktəbi bitirdi. 

Aktyorluq karyerası 1981-ci 

ildə başladı. “Endless Love” 

filmində epizodik rol aktyorun 

böyük kinoda ilk addımı oldu. 

Ona məşhurluq gətirən ilk film 

isə 1983-cü ildə baş rolda 

çəkildiyi “Risky Business” filmi 

oldu. 

1987-ci ildə Tom Mimi Rocerslə 



ailə həyatı qurur. Amma bu ailə 

həyatı cəmi 3 il davam edir. 

Aktyor “Days of Thunder” film-

ində tərəf müqabili olan avs-

traliyalı gözəlçə Nikol Kidmana 

aşiq olur və bu sevgi 1990-cı 

ildə iki ulduzun nigaha girmə-

si ilə nəticələnir. Ulduz cütlük 

bərabər 3 filmdə rol alırlar. 

Kidmanla nigah isə on il davam 

edir. 2001-ci ildə uzun söz-söh-

bətlərdən, qalmaqallardan son-

ra 2 övlad sahibi, Hollivudun 

ən məşhur cütlüyünün evliliyi 

sona çatır. Rəsmi boşanma isə 

2004-cü ilin payızında baş ver-

ir... Həmin il Tom artıq “Vanilla 

Sky” filmindəki tərəf müqabili 

Penelopa Kruzla eşq macərası 

yaşayırdı. 2005-ci ildə Tom 

yeni sevgi etirafı edir... Bu dəfə 

də aktyorun sevgilisi aktrisa idi 

– Keti Holms. 2006-cı ildə Tom 

Kruz və Keti Holms evlənirlər. 

Bu aktyorun 3-cü rəsmi evliliyi 

olur. Bu nigahdan onların bir 

qız övladları dünyaya gəlir. 



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə