Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   2   3   4   5   6   7   8   9   ...   15

20

Film Fiction

STENLİ


KUBRİK

Stenli Kubrik 1928-ci il 26 iyul tarixində ABŞ-ın 

Nyu-York şəhərində dünyaya gəlmişdir. Uşaqlıq 

illəri Nyu-Yorkun şimal yaşayış məntəqələrindən 

sayılan Bronksda keçib. Atası Jak Leonard  

Kubrik həkim, anası Seydi Kubrik isə evdar 

qadın idi. Qeyd edək ki,valideynləri əslən yəhu-

di olmuşlar. Bundan başqa, balaca Stenlinin 

özündən yaşca kiçik Barbara adlı bacısı da 

vardı. Kubrikin bioqrafı Cefri Koksa əsasən 

deyə bilərik ki, valideynlərinin yəhudi ənənəsi 

ilə ailə qurmaqlarına baxmayaraq, dindən uzaq 

olmuşlar və Stenli demək olar, sekulyar bir 

mühitdə tərbiyə almışdır. Şəxsi inkişafında atası 

Jak Kubrikin böyük  təsiri olmuşdur. 

 Dünya miqyasında rejissor, ssenarist, prodüss-

er, kinematoqraf kimi tanınan Kubrik təəccüblü 

olsa da, peşəkar karyerasına  “Look” jurnalında 

fotoqraf kimi başlamışdır. İçindəki fotoqrafiya 

məhəbbətinin qığılcımları on üç yaşında, atası 

ona “Graflex” fotoaparatı bağışlayanda yaran-

mışdır. Artıq 16 yaşında o, təhsil aldığı gim-

naziyanın qəzetində çalışır və “Look” jurnalına 

çəkdiyi fotoları satırdı.  Bir ildən sonra isə Stenli 

jurnalın işçi heyətinə qoşulmuşdur. Gənclik 

illərində Kubrik daha çox cazla maraqlanırdı və 

zərb alətləri ifaçısı olmaq arzusunda idi. 1941-

1945-ci illərdə təhsil aldığı William Howard Taft 

gimnaziyasında aldığı zəif qiymətlər atasını 

həmişə məyus edirdi. Əslində atası Stenliyə 

çox güvənirdi və fərqlənmə bacarığının fərqində 

idi. Lakin buna baxmayaraq onun fotoqrafi-

yaya olan eşqini də alqışlayırdı. Kubrik verdiyi 

müsahibələrində də məktəbə olan dırnaqarası 

“maraq”ını gizlətmirdi. Özünün dediyi kimi: “On 

doqquz yaşıma qədər heç bir kitabı həvəslə 

oxumamışam”. Bundan başqa, Kubrikin erkən 

ambisiyalarından biri beyzbol oyunçusu ya da 

yazıçı olmaq idi. Düşünürdü ki, əgər beyzbol 

karyerası uğurlu olmasa belə, möhtəşəm novel-

lalar  müəllifi ola bilərdi.

Çəkilən film musiqiyə bənzəyir, daha doğrusu o, ədəbi əsərdən 

çox, musiqiyə bənzəməlidir. Tükənməz ruhun və hisslərin if-

adəsi olmalıdır... Bu duyğuların arxasındakı mövzu və məna isə 

sonranın işidir. Bəli, məhz bu fikirlər dünya kinematoqrafiyasının 

dahi şəxsiyyətlərindən sayılan Stenli Kubrikə məxsusdur. 



21

Film Fiction

Bəzən düşünürük ki, dahi rejissorların 

uşaqlıq arzuları, xəyal və istəkləri ancaq film-

lər üzərində qurulur və artıq kiçik yaşlarından 

gözlərinin önündə çəkəcəkləri sənət əsərləri 

canlanır. Bəlkə də çoxunda belə olub. Amma 

Kubrik istisna təşkil edir. Belə ki, Kubrik uc-

suz-buzaqsız kino dənizinə əllinci illərdə baş 

vurmuşdur. Çəkdiyi ilk filmlər, əsasən, dost-

larının və yaxınlarının köməyilə ərsəyə gələn 

qısa sənədli filmlər olmuşdur. Rejissorun yarat-

dığı ilk ekran əsəri 1953-cü ildə çəkilmiş “Qorxu 

və istək” (“Fear and Desire”) adlı  hərbi mövzulu 

dram olmuşdur. 1957-1998-ci illər aralığında 

Kubrik on bədii film yaratmışdır. 1960-ci ildə  

baş  rolunu  əfsanəvi akyor Kirk  Duglasın ifa 

etdiyi  “Spartak” (“Spartacus”) filmi, 1962-ci ildə 

isə Vladimir Nabokovun eyni adlı əsəri əsasında 

şəkilmiş “Lolita” filmi ərsəyə gəlmişdir. “Lolita” 

filmi rejissorun yaradıcılığının şah əsərlərindən 

sayılsa da, vaxtilə bir çox dairələrdə narazılıqla 

qarşılanmışdır. Fransız ədəbiyyatı sahəsində 

professor olan Humbert Humbertin yeniyetmə 

qız Doloreslə (Lolita)  yaşadığı sevgi macərası 

haqqında olan film rəğbətlə yanaşı ziddiyyətli 

fikirləri də ortaya çıxarmışdı. Filmdə əsas konf-

likt Humbert və onun hisslərini qəbul etməyən 

cəmiyyət arasındadır. Bu ekran əsəri “Ən yaxşı 

uyğunlaşdırılmış ssenari” nominasiyasında Os-

kar, dörd “Qızıl Qlobus” mükafatına (Ən yaxşı 

qadın rolu, Ən yaxşı kişi rolu, Ən yaxşı rejis-

sor, Ən yaxşı ikinci plan rolu), James Meyson 

(H.Humbert) isə “ən yaxşı aktyor” nominasiyası 

üzrə BAFTA mükafatı qazanmışdır. Bundan 

başqa, Kubrik Venesiya Kino Festivalında bu 

filminə görə “Ən yaxşı rejissor” nominasiyası 

üzrə qalib olmuşdur. Onu da qeyd edək ki

Venesiya Kino Festivalı dünyanın ən qədim film 

festivalıdır və hər il Venesiyanın Lido adasında 

keçirilir. Əsərlə filmin arasında fərqlər çoxdur. 

Maraqlıdır ki, film hekayətin sonunda təsvir 

olunmuş səhnə ilə başlayır. 

–Siz, Kuiltisiniz? 

–Xeyr, mən Spartakam! Siz qulları azad etməyə 

gəlmisiniz? 

Belə güman olunur ki, rejissor burada bundan 

əvvəlki ekran işi “Spartak” olduğuna 

işarə edir. Həmçinin əsərdəki çox hadisələr 

ixtisar olunmuşdur. Hekayətdəki intim kontekstli 

hissələr ekranda senzura ilə bağlı öz əksini tap-

mamışdır.  Lolita rolunun ifası üçün çox aktrisa 

axtarışı edilmişdi, sonda isə Kubrik 1960-cı ildə 

şouların birində diqqətini cəlb etmiş gənc aktrisa 

– Syu Layonun (Sue Lyon) namizədliyini uğurlu 

hesab edərək onu kinoya dəvət etmiş 

və onunla yeddi illik müqavilə imzalamışdır. Onu 

da qeyd edək ki, Layon bu rolda çəkilərkən 14 

yaşı vardı. Aktrisa Syu Layon “Ən perspektivli 

gənc aktrisa” nominasiyası üzrə “Qızıl Qlobus” 

mükafatına layiq görülmüşdür. 

Və iki illik fasilədən sonra Kubrik 1964-cü ildə 

“Doktor Streynclav ,və ya bombalardan qorx-

mayıb onları necə sevdim” adlı anti-militar 

satira ruhlu növbəti ekran əsərini yaratmışdır. 

Film “soyuq müharibə”nin qızğın çağların-

da, Karib böhranından bir il keçdikdən sonra 

yaradılmışdır. Ümumilikdə hadisələr antikom-

munist paranoyanın təsiri altında ABŞ gener-

alı Cek Ripperin ətrafında cərəyan edir. Daha 

sonra SSRİ-yə atom hücumu təşkil edilir və 

filmdə onun nəticələrindən bəhs olunur. Kubrik 

bu filmi ilə qara komediyanın banilərindən 

olduğunu sübut edir. Filmdə Soyuq Müharibə 

satira mərkəzinə çevrilir. 1968-ci ildə Kubrik 

bəlkə də yaradıcılığının zirvəsi sayılan, elmi 

fantastika janrının parlaq nümunələrindən biri 

“Kosmik Odisseya 2001” filmini ərsəyə gətirir. 

Bu film 1991-ci ildə “ABŞ Milli Kino Reyestri”nə 

daxil edilmişdir və Amerika Kino İnsitutunun 

rəyinə əsasən, Hollywood tarixinin ən yaxşı 

elmi-fantastik ekran əsəri hesab olunur. Dünya 

miqyasında tanınan ekspertlərin rəyinə görə, 

dünya kino tarixinin ən uğurlu elmi-fantastik 

filmidir. Filmin adı da Kubrikin şəxsi təşəb-

büsünə əsaslanır. Belə ki, “Odisseya” məhz 

qədim yunan mütəfəkkiri Homerin dastanının 

adından götürülmüşdür. Kubrik bunu öz sözləri 

ilə belə ifadə etmişdir: “Necə ki, yunanlar üçün 

onların ucsuz-bucaqsız dənizləri əfsanə dolu 

sirdir, bizim nəsil üçün də kosmos açılmamış bir 

sirdir” . 

1971-ci ildə isə “A Clockwork Orange” çəkilir. 

Film ingilis ədib Entoni Bercessin 1962-ci ildə 

satirik antiutopiya janrında yazdığı eyniadlı 

əsərin əsasında çəkilmişdir. Qeyd edək ki, ro-

manın müəllifi Bercessin həyatının bu dövründə 

ona beyin şişi diaqnozu qoyulmuş və cəmi bir il 

ömrü qaldığı deyilmişdir. Məhz bunu bildikdən 

sonra müəllif romanı yazmağa başlamışdır. 

Əsərin adı Londonun işçi əhalisinin aşağı 

təbəqələrindən olan yerli əhali – “kokni”lərin 

(Cockney) işlətdikləri ifadə ilə bağlıdır. Belə 

ki, yerli koknilərin yaşlı nəsilləri gördükləri an-

laşılmaz və qəribə hadisələri, insanları, heç bir 

mahiyyət daşımayan, anlam verə bilmədikləri 

məfhumları “quraşdırılmış portağal kimi əyri” 

adlandırarmışlar. Bercess özü Malayziyada



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə