Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   2   3   4   5   6   7   8   9   ...   15

11

Film Fiction

“Üzeyir ömrü” filmində dahi Üzeyir 

bəyin obrazını yaradan Hüseynağa 

Atakişiyev 1949-cu ildə anadan olub. 

Aktyor olmaqla bərabər, həm də gən-

clər teatrında rejissor kimi də fəaliyyət göstərib.

 

* Tamaşaçılara daha çox seriallardan tanış 



olan Halil İbrahim Ergün 1946-cı ildə anadan 

olub. Onlarla film və seriallarda rol almış aktyor 

Qızıl Portağal film festivalının ömür boyu şərəf 

mükafatına layiq görülüb.

 

1930-cu ildə SSRİ xalq artisti Nadejda 



Rumyantseva (Надежда Румянцева) 

anadan olub. “Qızlar”, “Balzaminovun 

toyu” kimi filmlərdə oynadığı rollarla 

yanaşı, səsləndirdiyi kino qəhrəmanlarına görə 

də məşhurlaşıb – məsələn, “Qafqaz əsiri”ndə 

Nina.


 

1960-cı ildə doğulmuş ingilis aktyor Hyu Qrant 

(Hugh Grant) romantik komediya və melodram-

larda daha çox rol alır. Çəkildiyi filmlər sırasın-

da Hyu “Dörd toy və bir yas” filmini daha çox 

bəyəndiyini etiraf edib.

 

Adam Sendler (Adam Sandler) 1966-cı ildə 



Bruklində doğulub. Aktyor müsahibələrdə 

bildirib ki, “Mən xaraktercə şən olduğum üçün 

komediyalarda çəkilməkdən zövq alıram”. 

1914-cü ildə Robert Uayz (Robert Earl 

Wise) dünyaya gəlib. Rejissor “Yaşa-

maq istəyirəm”, “Vest Sayd əhvalatı”, 

“Musiqinin səsləri” filminə görə “Oskar” 

mükafatına layiq görülüb.

“Ən əsas düşməniniz ən az axtardığınız yerdə 

gizlənər” – Rejissor Qay Riçinin “Revolver” filmi 

Yuli Sezarın bu kəlamı ilə başlayır. Rejissor 

1968-ci ildə Londonda anadan olub.

 

Böyük Britaniyanın məşhur simalarından olan 



Kolin Fört (Colin Firth) 1960-cı ildə anadan 

olub. Uşaqlıq illərini aktyor missioner nənə və 

babası ilə Nigeriyada keçirib və yalnız 5 yaşın-

da Londona qayıdıb. 



8

9

10


12

Film Fiction

Dünyanın ilk kino aktrisalarından olan 

Asta Nilsen (Asta Nielsen) 1881-ci ildə 

Danimarkada  anadan olsa da, geniş 

tamaşaçı kütləsinin sevgisini oynadığı 

səssiz filmlərə görə Almaniyada qazanmışdır. 

Səsli filmlər meydana gəldikdə isə sənətdən 

getmişdir.

2 dəfə “Oskar” mükafatı laureatı Klo-

det Kolber (Claudette Colbert) 1903-

cü ildə anadan olub. Kolber 1938-ci 

ildə Hollivudun ən çox qonorar alan və 

ən yaxşı aktrisası seçilib.

 

Gözəlliyi ilə çoxlarını valeh edən Jaklin Bisset 



(Jacqueline Bisset) 1944-cü ildə İngiltərədə 

dünyaya gəlib. Dünya şöhrətini aktrisaya “Na-

poleon və Jozefina” filmində oynadığı Jozefina 

obrazı gətirib.

 

1957-ci ildə “Yağış adamı”, “Qladi-



ator”, “Perl Harbor”, “Madaqaskar”,  

“Madaqaskar 2”, “Kod Da Vinçi”, 

“Başlanğıc” və digər onlarla məşhur 

filmlərə musiqi bəstələmiş Hans Simmer (Hans 

Zimmer) anadan olub. “Kral Şir” animasiya film-

inə  yazdığı musiqiyə görə isə ”Oskar”a layiq 

görülüb.

 

1967-ci ildə doğulmuş Ceyson Stethem (Jason 



Statham) aktyor olmamışdan öncə professional 

idmançı və model kimi də uğurlar qazanmışdır. 

Hətta 1988-ci ildə suya tullanma üzrə ABŞ 

mlli komandasının tərkibində Seulda keçirilən 

Olimpiya oyunlarında iştirak etmişdir.

 

11



13

12


13

Film Fiction

Ukrayna kinosu 1896-cı ildən öz-

başlanğıcını götürür, başqa sözlə 

dünyaya gəlib. Alfred Fedeskiyin çək-

diyi və nümayiş etdirdiyi xronikalarla 

tarixi hesablanan Ukrayna kinosu tamaşaçıların 

yaddaşında Aleksandr Dovjenko, Mark Donskiy

Leonid Bıkov, Boqdan Stupko və digər istedadlı 

incəsənət xadimlərinin yaratdıqları əsərlərlə 

qalacaq.


 

“Həyatda gözləmədiyim halda çox 

sillələr yemişəm – həm dostlarım 

tərəfindən, həm düşmənlərim tərəfind-

ən, həm də ailəm tərəfindən... Gö-

zlənilməz sillələrə dözmək də hər oğulun işi 

deyil. Dözmək lazımdır, zaman keçdikcə, həyat 

özü bu sillələri geri qaytaracaq...” Siyavuş 

Aslan 1935-ci ildə anadan olub. 

 * Tommi Li Cons (Tommy Lee Jones) 1946-

cı ildə anadan olub. Məktəbi bitirdikdən sonra 

Harvard Universitetinə daxil olan Cons müsa-

hibələrdə bildirib ki, onun otaq yoldaşı ABŞ-ın 

keçmiş vitse-prezidenti  Albert Qor olub. 

 

* 1946-cı ildə Oliver Stoun (Oliver Stone) da 



dünyaya gəlib. Rejissorun ən məşhur film-

lərindən biri 11 sentyabr hadisələrini əks etdirən 

“Ümumdünya Ticarət Mərkəzi” filmidir. 

14

15



14

Film Fiction

Mikki Rurk (Mickey Rourke) 1952-ci 

ildə anadan olub. Əsl adı Filip Andre 

olsa da, anasının uşaq vaxtı aktoy-

ru Mikki ləqəbi ilə çağırması bu adın 

onda daimi qalmasına səbəb olmuşdur.

Nəinki Azərbaycan musiqisi, hətta 

kinomuzun inkişafında danılmaz töh-

fələri olan Üzeyir Hacıbəyov  1885-ci 

ildə anadan olub. Dahi bəstəkarın 

əsəri əsasında çəkilmiş “Arşın mal alan” filmi 86 

dilə tərcümə edilmişdir.

 

Alman rejissoru Pabst aktrisa Qreta Qarbo 



(Greta Garbo) haqqında “Belə bir sima yüz ildə 

bir dəfə olur” söyləmişdir. Aktrisa 1905-ci ildə 

Stokholmda dünyaya gəlib.

Əsl adı Anna Mariya Luiza İtaliano 

olan Enn Benkroft (Anne Bancroft) 

1931-ci ildə anadan olub. İtalyan əsilli 

aktrisa 1963-cü ildə ən yaxşı qadın 

roluna görə “Oskar” mükafatına layiq görülüb.

 

1939-cu ildə məşhur rejissor Vladimir Menşov 



Bakıda dünyaya gəlib. Rejissorun ən möhtəşəm 

ekran əsəri “Oskar” mükafatına layiq görülmüş 

və bu günə qədər əksər tamaşaçılar tərəfindən 

ən yaxşı rus kinosu kimi qəbul edilən “Moskva 

göz yaşlarına inanmır” filmidir.

16

18

17



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə