Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   2   3   4   5   6   7   8   9   ...   15

15

Film Fiction

Ceremi Ayrons (Jeremy Irons) 1948-ci 

ildə anadan olub. Aktoyrun “İndi isə, 

xanımlar və cənablar” filmində tərəf 

müqabili məşhur müğənni Patrisiya 

Kaas olmuşdur.

“Tutsi”, “Tərcümənin çətinlikləri”, “Ruh 

ovçuları” kimi filmlərdən yaxşı tanınan 

Bill Mürrey (Bill Murray) 1950-ci ildə 

anadan olub. Mürrey qeyd etmişdir ki, 

o, başqa hər yerdən qovlandığına görə aktyor 

olub.


 

Frederik Berqbeder (Frederic Beigbeder) 1965-

ci ildə Fransada anadan olub. Berqbeder özünü 

həm aktyor, həm də rejissor kimi sınasa da, 

daha çox “99 frank” əsəri və bu əsər əsasında 

çəkilmiş eyniadlı filmə görə tanınır.

1934-cü ildə heç bir təqdimata ehtiyacı 

olmayan Sofi Loren (Sophia Loren) 

dünyaya gəlib. Aktirsa haqda daha 

ətraflı “Film Fiction” jurnalının 15-ci 

sayında oxumaq olar.

19

21

20



16

Film Fiction

1961-ci ildə amerikalı aktrisa və 

prodüsser Bonni Hant (Bonnie Hunt) 

dünyaya gəlib. Daha çox “Bethoven” 

filmindəki roluna görə tanınsa da, 

“Yağış adam”, “Cumanci”, “Yaşıl mil”, “Oğur-

lanmış yay” filmlərində də aktrisa yaddaqalan 

obrazlar yaradıb.

1938-ci ildə məşhur aktrisa Romi 

Şnayder (Romy Schneider) Avstriyada 

dünyaya gəlib. Aktrisa oynadığı rollar-

dan daha çox Alen Delonla olan qal-

maqallı və jurnalistlər tərəfindən şişirdilmiş eşq 

macərası ilə yadda qalmışdır.

 

Məşhur amerikan aktyor Mikki Runi (Mickey 



Rooney) 1920-ci ildə Bruklində anadan olub. İlk 

dəfə 6 yaşında filmə dəvət alan Runi “Oskar” 

mükafatına da layiq görülüb.

1936-cı ildə Bakıda anadan olmuş 

Azərbaycanın xalq artisti Əminə Yu-

sifqızı yaşını açıqlamaqdan boyun 

qaçıraraq, daim bir fikri xatırladır: 

“Əsas sənəddə, kağızlarda yazılmış rəqəmlər 

deyil, əsas olan insanın özünü neçə yaşda hiss 

etməsidir”.



22

23

24


17

Film Fiction

SSRİ xalq artisti Sergey Bondarçuk 

1920-ci ildə anadan olub. Rejissorun 

“Müharibə və sülh” filmi 1968-ci ildə 

“Oskar” mükafatına layiq görülüb.

 

Tanınmış aktyor Maykl Duqlas (Michael Doug-



las) 1944-cü ildə anadan olub. Eyni gündə, 25 il 

sonra (1969) aktyorun həyat yoldaşı, gözəl ak-

trisa Ketrin Zeta-Cons (Catherine Zeta-Jones) 

doğulub. Hər iki Hollivud ulduzu dəfələrlə 

ailənin karyeradan əvvəl olduğunu qeyd edib və 

hazırda cütlüyün bir oğlu var.

 

1968-ci ildə Uil Smit (Will Smith) dünyaya gəlib. 



Bir dəfə Barak Obama demişdir ki, əgər onun 

haqda film çəkilsə, bu rola Uil daha çox yaraşar.

Məşhur britaniyalı rejissor Devid Sleyd 

(David Slade) 1969-cu ildə anadan 

olub. Rejissor karyerasına klipmeyker 

kimi başlayıb və Aphex Twin, System 

of a Down, Stone Temple Pilots, Muse və digər 

dünya şöhrətli musiqiçilərin kliplərini ekran-

laşdırıb.

 

Talantlı aktrisa Linda Hemilton (Linda Hamilton) 



1956-cı ildə anadan olub. Tamaşaçılar aktrisanı 

“Terminator 1, 2” filmlərində yaratdığı Sara Kon-

nor obrazından daha yaxşı tanıyır.

25

26



18

Film Fiction

1972-ci ildə anadan olmuş Qvinet Pel-

trou (Gwyneth Paltrow) kino sənəti ilə 

yanaşı musiqini də çox sevir. Belə ki, 

o, həyat yoldaşı, Coldplay qrupunun 

frontmeni Kris Martinlə (Chris Martin) məhz 

qrupun konsertində tanış olub, həm də özü 

“Mən gedirəm, ağlama” filmi üçün 4 saundterk 

ifa edib.

1924-cü ildə anadan olmuş və dünya 

üzrə milyonlarla qadını özünə valeh 

etmiş Marçello Mastroyanni (Marcello 

Mastroianni) heç də özü haqda müs-

bət fikirdə olmayıb. Belə ki, aktyor həm zahiri 

görkəmindən narazı olub, həm də tənbəl, zəif 

xarakterli və asosial şəxs olduğunu etiraf edib.

 

1934-cü ildə anadan olmuş Bricit Bordo (Brigitte 



Bardot) 60-cı illərdə seksual inqilabın əsasını 

qoyduğu düşünülür. Kinoaktrisa fəaliyyətinə xi-

tam verən vegeterian xanım Bordo heyvanların 

hüquqlarını qorumaqla bərabər, müsəlman im-

miqrantlar və homoseksuallar barəsində kəskin 

mənfi fikri ilə seçilir.

Məşhur rejissor Mikelancelo Antonioni 

(Michelangelo Antonioni) 1912-ci ildə 

İtaliyada anadan olub. 1995-ci ildə 

kino sənətinə verdiyi töhfələrə görə “Oskar” 

şərəf mükafatına layiq görülüb.

 

“Oskar” mükafatlı digər rejissor Robert Ben-



ton 1932-ci ildə anadan olub. Eyni zamanda, 

filmlərə ssenari yazan Bentonun sənət işlərinə 

“Bonni və Klayd”, “Kramer Kramerə qarşı”, 

“Qəlbdə yer”, “Gecə sükunəti” və digərlərini 

nümunə göstərmək olar.

27

28

29



19

Film Fiction

“Bəxtiyar”, “Qızmar günəş altında”, 

“Leyli və Məcnun” kimi filmlərin rejis-

soru Lətif Səfərov 1920-ci ildə Şuşada 

dünyaya gəlib. Məşhur müğənni Şövkət Ələk-

bərova ilə ailə həyatı qurmuş rejissor, həm də 

Kinemotoqrafçılar İttifaqının da əsasını qoyub.

 

Məşhur aktrisa Debora Kkerr (Deborah Jane 



Kerr-Trimmer) 1921-ci ildə anadan olub. Aktri-

sanın Bert Lankasterlə (Burt Lancaster) “Ed-

vard, oğlum” filmindəki sevişmə səhnəsi Ameri-

ka kino sənəti institutu tərəfindən kino tarixində 

ən yaxşı səhnələrdən biri seçilmiş, kino özü 

isə bütün dövrlərin ən yaxşı 100 romantik film 

siyahısına daxil edilib. 

Hər günün öz hökmü var. 

Eyni gündə minlərlə göz əbə-

di bağlananda, bir o qədər 

körpə dünyaya gəlir və 

öz həyat missiyalarını yerinə 

yetirməyə başlayırlar. Onlar-

dan bəziləri həyatlarını kinoya 

bağlayır. Məhz belə insanlar 

barəsində qarşıdakı yazıda 

oxuya bilərsiniz - sentyabr ayın-

da anadan olmuş dünya kino 

sənətinin tanınmış, sevilən, 

fərqlənən simaları və onlar 

haqda qısa informasiya. “Film 

Fiction” jurnalının 2 yaşına həsr 

olunmuş xüsusi təqvimi oxuyun 

və adını kino tarixinə yazanlarla 

tanış olun.

“Rəngli fotolar yalnız insanın 

geyimini əks etdirir. Ağ-qara 

şəkillər isə onların qəlbini üzə 

çıxardır”. 

Ted Qrant

30



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə