Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   2   3   4   5   6   7   8   9   ...   15

8

Film Fiction

İNTİQAM HACILI

Ssenari mərkəzinin rəhbəri 

“Film Fiction” jurnalı Azərbaycanda çıxan ilk 

elektron jurnal kimi özünün 15 sayı ilə bu 

sahədə iş görməyin mümkün olduğunu nü-

mayiş etdirib. Jurnalın yazarları gənc olma-

larına baxmayaraq, peşəkar oxucu auditori-

yası da toplaya bilibər. Bu isə ciddi işə dogru 

addımlamaq deməkdir. Yəni hədəf düzgün 

seçilib. Bu gün kinematoqrafiya sahəsində 

müstəqil şəkildə görülən hər bir layihə 

dəstəklənməlidir. Bütün bu işlər kinematoqrafi-

ya sahəsində rəqabətə gətirib çıxaracaq. 

Rəqabət isə inkişafa stimuldur. “Film Fiction” 

jurnalı kinematoqrafiya sahəsində çalışan hər 

bir adam üçün dünya kinosu haqqında Azər-

baycan dilində məlumat bazasıdır. Düz 2 ildir 

jurnal bu missiyanı daşıyır və bu uğurlu işə 

görə kollektivə təşəkkür etməklə təbrik edirəm! 

YAZAR MİRMEHDİ 

AĞAOĞLU


İndiki halda ölkədə mədəni jurnalların çapı old-

uqca çətin və rentabelsiz sahədir. Buna bax-

mayaraq, bu sahədə maddiyyatı gözə almayıb 

çalışan, əmək sərf edən xeyli fədakar insanlar 

var. Bu səbədən mən “Film Fiction” jurnalına 

yalnız uğurlar arzulayıram.

NƏRMIN NÖQTƏ

Jurnalist, kopirayter

Jan Lyuk Qadar deyirdi ki, filmdə giriş, orta 

və sonluq olmalıdır. Amma onların bu sırayla 

düzülməsi elə də vacib deyil. Lap elə həyatda-

kı kimi. Azərbaycanda film sahəsində də belə 

oldu. İki il əvvələ kimi, kəndimizdə kinoçəkən-

ləri gözləyirdik, amma “Film Fiction” onlayn 

jurnalının komandası onları qabaqladı. İlk 

olmağın məsuliyyəti də ağırdır. Amma ən ağırı 

odur ki, film haqda yazan jurnal üçün əcnə-

bi filmlər barəsində informasiya tapmaq çox 

asandır. Çünki sərhəddi aşıb baxsaq, görərik 

ki, dünya kinosunun başına fırlananlar özlərini 

aşıblar. Biz isə gördüyümüz, görə bilmədiy-

imiz, bizə göstərilən səbəblərə görə hələ də öz 

oxumuz ətrafında fırlanmağa məcburuq. Kino 

kimi adamlarıq. Kino kimi bir ölkədə yaşayırıq. 

Təpədən dırnağa mövzu içindəyik. Amma 

bu mövzuların az faizi işlənilir. Çox istərdim 

ki, Azərbaycan film sənayesinin inkişafına 

mane olan irili-xırdalı bütün amilləri montaj 

edib, kənara atsınlar. Biz də tamaşaçı kimi bir 

əlimizdə partlamış qarğıdalımız, o biri əlimizdə 

də “Film Fiction” jurnalımız, oturub mövzuları 

təkrarlanmayan yerli filmlərimizə baxaq və 

özümüzü oxuyaq. 



9

Film Fiction

TƏQVİM

Hamının “Əhməd har-

dadır?” filmindən tanıdığı 

Siyavuş Şəfiyev 1937-ci 

ildə anadan olub, amma 

çox az adam bilər ki, aktyor uşaq 

vaxtlarından professional olaraq 

boksla məşğul olub. Oynadığı 

filmlər sırasında “O qızı tapın”, “Ni-

zami”, “Ən vacib müsahibə”, “Nəsi-

mi”, “Uşaqlığın son gecəsi”ni qeyd 

etmək olar.   

“Cavid ömrü”, “Təxribat”, “Yalan”, 

“Girov” və digər filmlərdə uğurlu 

rollar yaratmış Vidadi Əliyev 1945-

ci ildə anadan olub. Ümumiyyətlə, 

aktyorun ailəsi də xeyli məşhurdur 

– həyat yoldaşı Elmira İsmayılova 

xalq artisti, oğulları Elçin Əlibəyli 

teleaparıcı və rejissor, Oqtay Əliyev 

isə rejissor və produsserdir.

Məşhur rəqqasə və aktrisa Merilin 

Miller (Marilyn Miller) 1898-ci ildə 

anadan olub. Dünya şöhrətli Meri-

lin Monro (Marilyn Monroe) da öz 

səhnə təxəllüsünü məhz həmin 

aktrisanın adından götürüb. 

  

“Bəzən sadəcə bir xoş 



söz kifayətdir ki, göylərə 

uçasan. Əsas odur ki, bu 

söz insanın sağlığında dey-

ilsin.” Bu sözlərin müəllifi 1926-cı 

ildə anadan olmuş Yevgeni Pavlov-

iç Leonovdur.

 

Kianu Rivz (Keanu Reeves) 1964-



cü ildə Beyrutda anadan olub. 

Adının açılışı “dərələrdən əsən 

sərin meh” anlamını verən Rivzin 

anası ingilis, atası isə havaylı və 

çinli idi.

 

Gözəl və istedadlı Salma Hayek 



(Salma Valgarma Hayek Jimenez-

Pinault) 1966-cı ildə qəribə adı olan 

Koatsakoalkos şəhərində doğulub. 

Atası ərəb olsa da, əsl katolik olan 

Salma ailəsinə qarşı gedərək, aktri-

sa olmağa qərar verir. 



1

2


10

Film Fiction

Keçən il Azərbaycanın itirdiyi Yaşar 

Nuri 1951-ci ildə anadan olub. Ad 

gününüz mübarək, dahi sənətkar!

 

Əgər barmaqla səmanı göstərərlərsə, yalnız ax-



maqlar barmağa baxar”. Bu sitat məşhur “Ame-

li” filmindəndir. Filmin rejissoru Jan Pyer Jene 

(Jean-Pierre Jeunet) 1953-cü ildə anadan olub. 

Tim Börtnun məşhur “Betmen” filmində-

ki obrazı ilə məşhurlaşan Maykl Kiton 

(Michael Keaton) 1951-ci ildə anadan 

olub. Baxmayaraq ki, əsl soyadı Duqlas-

dır (Douglas), aktyor digər kino ulduz Maykl 

Duqlasdan fərqlənmək üçün aktrisa Dayen Kito-

nun soyadını özünə ləqəb götürür.

Renato Kastelliani 1913-cü ildə 

anadan olub. “Romeo və Cülyetta” 

filminə görə Qızıl Şir mükafatına layiq 

görülən rejissor Kann festivalının da 

qalibi olub.

 

“Parni iz Baku” ŞHK-ın üzvü Bəhram Bağırzadə 



1972-ci ildə anadan olub. “Hər şey yaxşılığa 

doğru”, “Yuxu”, “Milli bomba”, “Yoxlama” film-

lərində müxtəlif rolları canlandıran aktyorun 

uşaq ikən atası ilə çəkdirdiyi foto fərdi sərgis-

ində də nümayiş etdirilib.

1940-cı ildə ekstravaqant və əslən Rom-

adan olan rejissor Dario Arcento (Dario 

Argento) dünyaya gəlib. Daha çox qorx-

ulu filmlər çəkən rejissorun işləri ekran 

üzü görməzdən əvvəl psixoloq və hakimlərdən 

ibarət xüsusi senzura komissiyasından keçirdi.

3

5

4

7



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə