Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   ...   7   8   9   10   11   12   13   14   15

42

Film Fiction

baxmağa başlayır. Və filmə baxarkən fikirləşir 

ki, bəlkə doğurdan da hər şey bu qədər pisdir. 

Bəlkə doğrudan da allah yoxdur və biz cəmi bir 

dəfə yaşayırıq və bu hər şeyin sonudur. Sən bu 

eksperimentin bir parçası olmaq istəmirsən? 

Mən öz həyatımı heç vaxt tapa bilməyəcəyim 

cavabların axtarışı ilə məhv etməməliyəm və 

nə qədər ki, sağam öz həyatımdan həzz al-

malıyam.


Ölümlə üz-üzə qaldıqda həyat dəyər qazanır. 

Ölümün mənası ondadır ki, o, bizə bu dəyəri 

kəşf etməkdə kömək olur.

Sual budur ki, doğrudanmı, həyat onu yaşa-

maq üçün hansısa mənaya sahib olmalıdır? 

Özünün “Sizif Haqda Mif”ində Kamyu fikirlərini 

belə yekunlaşdırır ki: “Yox, absurd nöqteyi-

nəzərindən, əksinə, həyatın mənasız olduğu-

na görə biz onu daha yaxşı yaşamalıyıq.”

Bir də ekzistensial cərəyanı başa düşmək üçün 

Holi (Dianne Wiest) obrazına nəzər yetirmək 

istərdim. Holi filmdə ən çox dəyişilən və ən çox 

inkişaf edən obrazdır. Kinonun əvvəlində o, 

uğursuz narkoman kimi göstərilir və bacısı Han-

nanın da köməkliyi ilə özünü müxtəlif işlərdə 

sınayır. Və sonda biz onun istedadlı bir yazıçıya 

(və çox güman ki, gələcəkdə uğur qazanacaq) 

çevrildiyinin 

şahidi oluruq.

Holinin bu ink-

işafının ekzis-

tensializmlə 

bağlılığını 

daha yaxşı 

anlamaq üçün 

Nitsşenin “əbə-

di dönüş” id-

eyasına nəzər 

salmaq lazım-

dır. Nitsşenin 

“əbədi 

dönüş” fikrinə 



əsasən, biz 

indi yaşadığımız həyatın tamamilə eynisini 

keçmişdə sonsuz dəfə yaşamışıq və gələcəkdə 

də sonsuz dəfə yaşayacağıq. “Əbədi dönüş” 

konsepsiyası məntiqi cəhətdən bir qədər prob-

lemlidir, çünki əgər insanın indiki həyatı onun 

keçmişdəki həyatlarının dəqiq təkrarıdırsa, 

onda belə çıxır ki, bizim azad seçim imkanımız 

yoxdur. Amma əslində Nitsşe “əbədi dönüş” 

fikri ilə bizim həyata qarşı münasibətimizi dəy-

işməyə çalışırdı, çünki yəqin ki, hər şeyin daimi 

olaraq təkrarlanacağı dünyada insan maksi-

mum dərəcədə düzgün yaşamağa çalışacaqdır. 

Bu cəhətdən “əbədi dönüş” ideyasını ən yaxşı 

izah edən filosofllardan biri Lyus İriqareydir. 

Onun fikrincə, “əbədi dönüş – bir insanın öz 

daxilindəki bütün proyekləri həyata keçirtmək 

imkanıdır.” Bir növ insanın öz-özünü klonlaması,  

“avto-doğum”. İnsanın dəfələrlə, təkrar-təkrar 

həyata gəlmə imkanı və bunun üçün anaya eh-

tiyac yoxdur. İnsanın öz-özünü yenidən həyata 

gətirməsi. İriqarayın fikrincə, Nitsşenin çatdır-

maq istədiyi fikir odur ki, insan öz həyatı ərzində 

dəfələrlə yenidən doğulur. Bu insana özünü 

dəyişməyə, inkişaf etməyə imkan yaradır. İnsan 

statik varlıq deyil, o, daim hərəkətdədir və bu 

hərəkətlilik onun inkişafını təmin edir.

Ekzistensializmin ən böyük nümayələrindən biri 

və onun bir cərəyan kimi formalaşmasına səbəb 

olmuş Sartrın da buna oxşar bir fikri var. Sar-

trın fikrincə, “insanın varlığı onun məğzini qab-

aqlayır.” Yəni ki, insan birinci var olur, öz-özüylə 

üzləşir, daha sonra hansısa bir məna, məğz 

əldə edir. Daha sadə dildə desək, insanın alnına 

yazılmış heç bir tale yoxdur. Platondan Hegelə 

qədər filosofların iddia etdiyi kimi, heç bir ab-

strakt ideal insan tipi, heç bir həqiqət anlayışı 

yoxdur. 


İnsan öz 

həyatının 

və özünün 

ağasıdır, 

o, 

özündən 


nə istəsə 

onu da 


düzəldə 

bilər.


Əlbəttə, 

bir yazıda 

ekzisten-

sializm 


cərəyanını tam əhatə etmək mümkün deyil və 

heç yazının məqsədi də o deyildi. Sonda yalnız 

onu qeyd etmək istərdim ki, bəziləri ekzistensial 

yanaşmanı fəlsəfi intihar adlandırırlar. Çünki 

yalnız bu cərəyanın nümayəndələri dünyanın 

mənasız olmasından çıxış edərək, sonda ona 

məna və dərinlik qazandırmağa çalışırlar.



43

Film Fiction

Amanda Seyfried, 

Rebecca Hall, 

Rachel McAdams, 

Keira Knightley, 

Blake Lively, 

Abbie Cornish, 

Michelle Williams, 

Natalie Portman, 

Eva Green, 

Anne Hathaway, 

Olivia Wilde, 

Jessica Alba və 

Scarlett Johansson 



Daisy Buchanan rolu 

üçün düşünülən adlar idi.




44

Film Fiction

eonardo Di-

Caprio Jay 

Gatsby rolunu 

oynamaq istədi, çünki 

heç bir şeydən gələn 

adam fikrini bəyən-

mişdi: “Tamamilə öz-

özünü təxəyyülündən 

yaratmış bir xarak-

terdir Gatsby, bir çox 

şəkildə şərh oluna 

biləcək xarakterlərdən. 

Onu ümidsiz bir ro-

mantik olaraq şərh 

edə biləcəyiniz kimi, 

təhlükəli bir qanqster 

olduğunu da düşünə 

bilərsiniz” deyir DiCap-

rio.


om Buchan-

an rolu üçün 

ilk olaraq  Ben  

Affleck düşünülsə də, 

eyni vaxtlarda başqa 

bir işi olduğundan rolu 

qəbul edə bilmədi. 

Onun yerinə Bradley 

Cooper və Luke Evans 

düşünüldü, lakin rol 

Joel Edgerton’a verildi.

eonardo DiCap-

rio və Tobey 

Maguire gerçək 

həyatda da iki çox yax-

ın yoldaşdır, lakin bu, 

birlikdə oynadıqları ilk 

film idi.

L

T

L




45

Film Fiction


46

Film Fiction

BRUNO

DUMONT

Müasir fransız müəllif  ki-

nosunun ustalarından biri 

Brüno Dumondur. İlk tam-

metraj filmi olan  “İsanın 

həyatı” (1997) ilə Kann 

Kino festivalında “Qızıl 

kamera” qazanmağı ilə 

rejissor gələcək iddialarını 

ortaya qoymuşdu. Daha 

sonra festivallar üçün 

əvəzsiz filmlər çəkən rejis-

sor üçün (“İnsanlıq” (1999) 

Kann Kino festivalında 

“Jürinin böyük prizi”, “29 

Palma” (2003) Venesiya 

festivalında əsas yarış-

ma iştirakçısı, “Flandriya” 

(2006) Kann festivalının 

“Jüri Qran-Prisi”, “Hors Sa-

tan” (2011) Kannda əsas 

yarışma iştirakçısı) kom-

promissiz tərzi, dini mövzu-

ların müasir həyata uyğun-

laşdırılması, zorakılıq və 

açıq-saçıqlığı xasdır.

Aşağıdakı müsahibə onun 

müxtəlif dərgilərə müəyyən 

vaxtlarda verdikləri əsasın-

da hazırlanıb.




47

Film Fiction

 Filmlərinizdə kəskin süjetli müharibə təs-

virləri var. Bunun səbəbi nədir?

Mənə sivilizasiyanın necə yaranmağı çox 

maraqlıdır. İnstinktlər, həyəcanlar, insan  

fiziologiyası daima cəlbedici olub. Filmlərim 

fiziolojidir, onlar özündə çox şeyi birləşdirir. 

Onlar sərhədsiz arzular, qeyri-bərabər hisslər, 

ehtiras, xudbinlik, paxıllıq, düşmənçiliklə vəh-

dətdədir. Müharinə – qadın və torpaq üçün 

həyata keçirilən müasir düşmənçilik metodudur. 

Adətən, müharibə səhnələri ilə təbiət peyza-

jlarını bərabər verirsiniz...

Bu, bilərəkdən edilmiş cəhddir. Təbiət, adətən, 

müharibə çılpaqlığında olmalıdır. Mənə bu vəh-

dət maraqlıdır. Bu, ibtidai instinktləri hiss etmək 

üçün vacibdir. 

Kəskin qəddar səhnələr verməklə nə 

demək istəyiniz başa düşüləndir. Bəs nələri 

göstərmək istəməzdiniz?

Tamaşaçını zalı tərk etməyə sövq etmək olmaz. 

Sərhədləri bilmək və onlara əməl etmək lazım-

dır.


Niyə, adətən, qeyri-peşəkar aktyorlarla 

çalışırsınız?

Bu iş xoşuma gəlir. Dəqiq komandalar verməyi 

bəyənmirəm. Çəkilişdən öncə düşüncələrimi 

anladıb işimi bitirirəm. Mənə dəqiqlik lazımdır, 

ona görə də o adamları tapmaq üçün bir neçə il 

sərf edirəm. Onların psixologiyasını öyrənib işə 

başlayıram. Komplekslərdən azad olmaqları-

na, maraqlarının təmin olunmasına şərait 

yaradıram. Peşəkar aktyor sadəcə mənə şəxsi-

yyət kimi maraqlı ola bilir. 



Çəkilişləriniz necə gedir?

Demək olar ki, bütün filmlərim natura 

çəkilişlərindən ibarətdir və doğulub böyüdüyüm 

rayonda aparılır. (Yalnız “Hadeveyk” filmi istis-

nadır. Bu filmdə hadisələr Parisdə cərəyan edir.) 

Aktyorlar da əsasən o ərazilərdə 

yaşayanlar olur.   

Özünüzü inanclı adam və ya filo-

sof hesab edirsiniz? 

Mənə indi mistika maraqlıdır, çün-

ki o, fəlsəfədən daha irəli gedib. 

Mistika bizə ətrafımızı anlamağa, 

bəzi suallara cavab tapmağa kömək 

edir. O, haradasa kinematoqrafi-

yaya da yaxındır. İnsana dəyər 

vermək baxımından mən Şekspirlə 

İncili yanaşı qoyuram, hərçənd 

özümü çox da inanclı saymıram. 

Çünki İncil, sözsüz ki, bədii cəhət-

dən mükəmməl kitabdır. 




48

Film Fiction

KVENTİN 

TARANTİNO 

FİLMLƏRİNİN 

XÜSUSİYYƏTLƏRİ

Baş rol xarakterləri, xü-

susilə Chevrolet və Cadil-

lac olmaq üzrə, ümumi-

yyətlə General Motors 

vasitələri istifadə edirlər.

Xarakterləri əsasən 

qapı ağızında, qapıları 

açarkən və bağlayarkən 

görüntülənir. Filmlərində 

şiddətin çoxu və əhəmi-

yyətsiz xarakter dialoqları 

daha çox səhnə xaricində 

reallaşar.

Filmlərinin çoxunda çan-

ta və çamadanlar əhəmi-

yyətli rol oynayır.

Demək olar ki, bütün film-

lərində Los Angelesdən 

bəhs olunur (“Kill Bill” 

istisnadır, amma yenə 

də Los Angelesdə keçən 

qısa bir səhnəsi var.)

Tez-tez qara kostyumlu, 

ağ köynəkli və qara qals-

tuklu obrazlara yer verir


49

Film Fiction

Kult filmlərə və seriallara nəzirə edir və mu-

siqisindən istifa edir.

Bilvasitə də olsa əvvəlki filmləri ilə sıxlıqla 

əlaqələr qurar. Buna nümunə olaraq, Taranti-

nonun bu şərhi var: “Pulp Fiction” filmində-

ki John Travoltanın canlandırdığı xarakter 

ilə “Reservoir dogs” filmindəki Michael 

Madsenin canlandırdığı xarakter qardaşdır. 

Soyadları Vegadır, adları (Vincent və Vic) və 

tipləri (tünd saçlı və bənzər geyimli) bir-bir-

inə bənzəyir.”                                                                                                                                  

Xarakterlər əlləriylə bir şeylər edərkən çox 

yaxın çəkiliş etməsi Brian De Palma’nın tex-

nikasını xatırladır. Bu səhnələr tez-tez təqlid 

edilir.                                                                                                                

Biri səhnədən kənarda danışanda uzun müd-

dət bir xarakterin üzünü yaxın çəkilişə alır: 

Bill danışanda The Bride-ın üzü və Marsellus 

danışarkən Butch’ın üzü. Polkovnik Landa 

danışarkən Shosanna’nın üzü.

Demək olar, bütün filmlərində xarakterlərin 

taxma adı vardır: “Pulp Fiction”da Honey 

Bunny və Pumpkin, “Reservoir Dogs”dakı 

şəbəkə  üzvləri və “Kill Bill”də Bill-in koman-

dası.

Filmlərində tez-tez kiçik bir rolda oynayır: 

“Reservoir Dogs “da Mr. Brown, “Pulp Fic-

tion”da Jimmie Dimmick, “Desperado”da 

yük maşınındakı adam, “Four Rooms”da 

Chester Rush, “From Dusk Till Dawn”da 

Richard Gecko, “Jackie Brown”da tele-

fon səsyazmasındakı səs, “Kill Bill”də  88 

şəbəkə üzvü, “Django unchained”da mədən 

işçisi.

“Kill Bill Vol.2”də The Bride kovboy çək-

məsində gizlətdiyi ülgüclə tabutdan çıxır 

(yaxın məsafədən tabutu qıran yumruqdan 

sonra), “Reservoir Dogs”dakı Mr. Blonde 

çəkməsinin içində qulaq kəsmə səhnəsində 

istifadə etdiyi ülgücü daşıyır.

 Rejissorluq etdiyi hər filmdə ən azı bir dəfə 

Wilhelm qışqırtısı səs effekti istifadə edilm-

işdir.


50

Film Fiction

AMADEUS

Hər bir insan istedadlıdır. Sadəcə bəzilərində 

istedad payı daha qabarıq hiss olunur, 

digərlərində isə nisbətən az. Əsas odur ki, 

daxilindəki gücü görəsən, həm özün şəxsi 

potensialına əmin olasan, həm də ətrafdakıları 

inandırasan. Doğulduğun və yaşadığın dövrün, 

yerin əhəmiyyəti, qəribə də olsa, bir o qədər də 

deyil. Məsələn, Motsart (Wolfgang Amadeus 

Mozart). 18-ci əsrdə Avstriyada yaşayıb-yaradıb 

və şəksiz-şübhəsiz, dünya musiqi tarixinə öz 

dahiyanə əsərləri ilə adını yazdırıb. Yaxud 

da Miloş Forman (Milos Forman). Əslən çex, 

məşhur və sözün əsl mənasında, kinoları ilə 

həyatı ekrandan tamaşaçıya göstərən rejissor. 

Bəlkə də, hər iki şəxsiyyətin istedadının yekun 

nəticəsidir ki, onların tondemi “Amadeus” kimi 

filmin yaranmasına səbəb oldu. Amma hər şey 

yalnız istedadla bitmir...

 

Avstriya, xüsusən də paytaxtı Vyana 



dünya musiqisinin mərkəzi hesab olunur. Bu 

fikir təsadüfdən yaranmayıb. Elə bu səbəb-

dən də filmin baş qəhrəmanı, dünya şöhrət-

li bəstəkar Antonio Salyeri (Antonio Salieri) 

İtaliyada anadan olsa da, böyük xəyallarının 

ardınca Vyanaya üz tutur və illər boyunca 

saray bəstəkarı olmaqla yanaşı, imperatorun 

ən etibarlı məsləhətçilərindən birinə də çevrilir. 

Artıq qeyri-adi istedadı ilə (5 yaşında simfoniya 

bəstələmişdi) xalq, eləcə də zadəgan ailələri 

arasında ad-san çıxarmış Motsart isə bilava-

sitə imperator tərəfindən Vyanaya dəvət olunur 

və vyanalılar da bu istedad qarşısında heyran 

qalırlar. Burada əsas diqqətçəkən məqamlardan 

biri gənc Motsartın yüksək zadəgan ədəb-ər-

kanına yaraşmayan hərəkətləri ilə yaşlı, san-

ballı saray əyanlarını özündən çıxarmasıdır. 

Həqiqətən də, nəinki davranışında, hətta sö-

zlərində belə diqqətcil olmayan gənc bir çox hal-

larda qıcıqlandırıcıdır. Xüsusən də Salieri üçün. 

Dünya şöhrətli, məşhur əfsanəyə görə (hansı ki, 

A.S.Puşkinin bədii təxəyyülünün məhsuludur və 

filmin əsaslandığı Piter Şafferin (Peter Shaffer) 

“Amadeus” əsərinin də əsas süjet xəttini təşkil 

edir), guya Salyeri Motsartın uğurlarına və iste-

dadına paxıllıq edir və Tanrını ona qarşı niyə bu 

qədər ədalətsiz davrandığına görə ittiham edir. 

Salyeri zənn edir ki, Motsart ilahi musiqi yazır, 

onun əsərlərində ilahi bir qüvvənin əli var və 

buna görə də qatı katolik olmasına baxmayaraq, 

Tanrıdan imtina edir və Motsarta daha çox iste-

dad bəxş etdiyi üçün ondan qisas alacağını vəd 

edir. Əslində isə özü Motsartın bir nömrəli din-

ləyicisi olur. Daha dəqiq desək, Motsartın deyil, 

onun əsərlərinin, yaradıcılığının. Ən böyük qa-

rşıdurma da buradadır. Daxili fırtına, iztirab və 

iki əks qüvvə – bir tərəfədən Motsartın hər bir 

(hətta müəllifin özünün bəyənmədiyi belə) op-

era, vodevil və digər əsərlərinə valeh olan, hətta 

aşiq olmuş Salyeri, digər tərəfdən isə nanəcib 

hərəkətlərindən təngə gəlmiş, bu istedadın niyə 

məhz bu insana vəhy edildiyindən təəccüblən-

miş və hiddətlənmiş qəzəbli Salyeri. Salyerinin 

məqsədi Motsartı aradan götürmək və onun ən 

son əsəri olan “Rekviyem”i mənimsəmək idi. Bu 

yolla o, Tanrıdan qisasını almış olacaqdı. Amma 

məqsədinə nail olmadı. Birbaşa nail olmadı. 

Motsart yorğunluqdan və yuxusuzluqdan elə 

öz yatağındaca 35 yaşında vəfat edir. Həyat 

yoldaşı və oğlunun gözləri qarşısında.




51

Film Fiction


52

Film Fiction

Məhz bu səhnə filmin baş qəhrəmanları arasın-

da olan münasibəti aşkar edir. Günlərlə yuxusuz 

qalan və gecə-gündüz həddən artıq içki içdiyi 

üçün əldən düşən Motsart konsertlərin birində 

huşunu itirir və Salyeri onu evinə gətirir. Bir 

müddət sonra özünə gələn Motsart yanında Sa-

lyerini gördüyü üçün çox təəccüblənir və hətta 

ona qarşı xoş olmayan, kinayəli münasibətinə 

görə üzr istəyir. Bütün gecə hər iki bəstəkar 

birlikdə “Rekviyem” üzərində çalışırlar. Lakin 

dahi Salyeri öz mükəmməl eşitmə qabiliyyəti 

və geniş təcrübəsinə baxmayaraq, Mostartın 

talantı və musiqi dəryası qarşısında aciz qalır. 

Motsartın diktəsi ilə musiqini nota köçürməyə 

çalışan Salyeri tez-tez duruxur, ya heyran, 

ya da çaş-baş qaldığı üçün gözləri yaşarır və 

bütün bu səbəblərə görə də xəyalında olduğu 

“Rekviyem”dən imtina etməyə belə hazır olur. 

Həqiqətən də, əsəri bitirmək hər iki bəstəkar 

üçün mümkünsüz olur – birinə əcəl imkan ver-

mir, digərinə isə istedadı.

 

Salyeri ömrünün sonuna qədər özünü 



günahlandırır Motsartın ölümündə. Halbu-

ki, onun ən əsas günahı musiqini dəlicəsinə 

sevməsi idi, musiqini digərlərinə qısqanması idi, 

musiqini özünə həyat yoldaşı seçməsi idi. Mot-

sart isə onun musiqi dünyasına yad idi. Sadəcə 

Tanrı Salyerini sınağa çəkdi. Salyeri öz təsəv-

vürlərində Tanrıya qalib gəldi. Lakin onun cəzası 

hələ də davam edir, çünki o, Motsarta məğlub 

oldu. Motsart musiqisi bu gün 

də qəlblərdədir. 

P.S. Həqiqətdə Salyeri Motsar-

tın ölümündə iştirak etməyib. 

Belə ki, 1997-ci ildə İtaliya 

Ali Məhkəməsi bu məsələ 

ilə bağlı istintaq araşdırması 

həyata keçirir. Nəticələrə 

əsasən, Motsart öz əcəli ilə 

vəfat etmişdir və bu işdə Sa-

lyerinin heç bir günahı isbat 

edilməmişdir.




53

Film Fiction

DİSCONNECT

Haqqında yazacağım “Disconnect” filminin rejis-

soru Henry Alex Rubin`dir. Bu il ərsəyə gəlmiş 

film ilk seanslardan artıq insanların marağı-

na səbəb olub. “Disconnect” filmi mükəmməl 

kamera işi, rejissor manevraları, aktyor oyunu 

və s. bu tip filmə verilən dəyərlərdən yoxsuldur. 

Yəni marağa səbəb olan bu dəyər vahidlərindən 

heç biri deyil. Onda bəs niyə bu qədər müsbət 

rəylə qarşılanır? Cavab: ssenarisi əladır. 

Film 5 fərqli insanın internet həyatından bəhs 

edir.  Bu insanların virtual həyatı timsalında isə 

internet şəbəkəsinin ən bərbad tərəfləri, gündəlik 

həyatında insanlara, düşüncələrinə, həyatlarına 

necə təsir etdiyi əla təsvir olunur. Filmin obra-

zları, onların oynadıqları rollar haqqında yaz-

mayacağam. Filmə baxarkən özünüz görəcək-

siniz. 


“Disconnect” özündə internetdə artıq kütləviləşən 

uşaq pornoqrafiyası, uşaqların cinsi istismara 

məruz qalması kimi problemləri təsvir etdiyi kimi, 

real həyatdan küsmüş, özünə qapanıq gənc, ye-

tişkin insanların da virtual həyatından bəhs edir. 

Həmçinin son dövrlərdə artan internet oğurluğu 

– bu şəbəkə vasitəsilə insanların şəxsi informasi-

yalarını necə əldə etdiklərini, hansı yöndə isti-

fadə etdiklərini və bunun bir insan həyatına, bir 

ailəyə necə təsir etdiyini də əla şəkildə Rubinin 

son filmində görə biləcəksiniz.

Rejissorun bu işini ayaq üstə alqışlayıram. Belə 

bir film çəkmək böyük bir cəsarət işidir. Bizə isə 

belə filmlərə baxmaq və alqışlamaq düşür. 




54

Film Fiction


email:

facebook:

film.fiction

@box.az

facebook.com/fiction.magazine

təşəkkür edirik



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə