Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   ...   7   8   9   10   11   12   13   14   15

37

Film Fiction

Malcolm X kimi siyasi şəxslərin öldürülməsi

Vyetnamda  müharibənin qızışması, SSRİ ilə 

“soyuq müharibə”nin davam etməsi, irqinə və 

seksuallığına görə sıxışdırılmış sosial qrupların 

(qaralar, geylər, lezbiyanlar) aktivləşməsi ilə 

xarakterizə edilirdi. 

Bütün bu faktorlar amerikan cəmiyyətində 

dəyişikliklərə səbəb oldu ki, bu da özünü həmin 

dövrün filmlərində əks etdirirdi. Belə ki, ən 

liberal filmlər (Stanley Kramerin sosial problem-

li filmləri) 1950-ci illərin sonları-1960-cı illərin 

əvvəllərində çəkilmişdi.

Ölkə sosial və mədəni inqilabın ortasında old-

uğu vaxtda amerikan kino sənayesi bir sıra 

problemlərlə üzləşməli, amerikan sosial və 

mədəni fabrikindəki transformasiyalarla aya-

qlaşmalı oldu. Bu problemlərə daxildir: bahalı 

filmlərin çəkilməsi ilə kassada pulun azalması, 

tamaşaçı sayının azalması (1971-ci ilin əv-

vəllərində tamaşaçı sayının həftədə 15.8 mln-a 

enməsi), teatrların sayında azalma, televiziya 

şəbəkələrinin teatr bazarlarına daxil olması 

və rəqabətə qoşulması və s. Ölkənin üzləşdiyi 

sosial və iqtisadi problemlər birləşdikdə onlar 

Paramount Dekreti-nin nəticələri ilə yenicə 

stabilləşmiş film sənayesinə digər bir təhlükə 

yaratdılar.

1969-1970-ci illərdə yeni və daha ciddi durğun-

luqla üzləşən sənaye hər istiqamətdə kömək 

axtarırdı. Onun köməyinə az büdcəli müstəqil 

studiyalar yetişdi ki, tezliklə Hollivud tarixində 

yeni dövr (1969-1975) başladı və bu dövr “Yeni 

Hollivud” və ya “Hollivud İntibahı” adlanır. Ex-

ploitation film strategiyalarını, art-house film 

texnikalarını özündə birləşdirən Hollivud İntibahı 

filmlərini müstəqil film studiyaları ilə nəhəng 

studiyalar arasındakı yeni “evliliyin” məhsu-

lu adlandıra bilərik. Yeni Hollivudun əvvəlki 

dövrlərdən əsas fərqi ondan ibarətdir ki, bu qısa 

vaxtda nəhəng studiyalar kinorejissorlara film 

hazırlama prosesinə nəzarəti ələ almağa imkan 

verdilər. Nəticədə, amerikan kinosu stilistik bax-

ımdan müxtəlif və daha güclü filmlərin istehsalı 

ilə xarakterizə olunan yeni bir mərhələyə qədəm 

qoydu.


1950-ci illərin sonları və 1960-cı illərin əv-

vəllərində film hazırlanmasında tam fərqli, 

anti-Hollivud yanaşma ilə John Cassavetes, Jo-

nas və Adolfas Mekas, Shirley Clarke, Edward 

Bland, Alfred Leslie, Lionel Rogosin və Robert 

Frankın daxil olduğu yeni kinorejissorlar qrupu 

bir araya gətirildi. Müxtəlif Avropa dövlətlərində 

– Fransada Nouvielle Vogue, Britaniyada Free 

Cinema və  İtaliya, Polşa, Sovet İttifaqında-

kı kimi alternativ kino üçün oxşar cəhdlərdən 

təsirlənərək bu amerikan film hərəkatı “rəsmi” 

amerikan filmindən tamamilə ayrılmağa cəhd 

etdi. Bu kinorejissorlara görə azadlıq – Amer-

ikan film sənayesinin təsiri və strukturundan 

tamamilə azad az büdcəli filmləri istehsal etmək 

və yayımlamaqdır.

1970-1980-ci illərdə ilk yeni müstəqil filmlərin 

peyda olması və kommersial uğur əldə etməsi 

bir daha göstərdi ki, amerikan film sənayesində-

ki oliqopoliya (bu dəfə studiya konqlomerat-

larından daha güclü olan) qeyri-mümkün idi. 

1970-lərin sonlarında film sənayesinin kon-

qlomeratlaşması yeniliklərlə dolu idi, kabel və 

ödənişli kabel televiziyası, evdə video və peyk 

televiziyası kimi yeni texnologiyaların inkişafı 

bədii filmlər üçün mənfəətli bazar yaratdı.

Konqlomerasiyadan əvvəlki və sonrakı dövrün 

studiyaları arasındakı əsas fərq ailə əyləncəsi-

nin” (“family entertainment”) inkişaf etmə-

sidir. “Ailə əyləncəsi” termini burada, əsasən, 

uşaqlarla bağlı olan multimedia məhsullarına 

işarə edir və həm də demoqrafik və mədəni 

sərhədləri qıraraq daha geniş auditoriyanı cəlb 

etmək üçün çəkilən filmləri nəzərdə tutur.




38

Film Fiction

Harry Potter (2001-2011), Toy Story (1995-

2010), Shrek (2001-2010) və Chronicles of Nar-

nia (2005-2010) kimi tipik müasir Hollivud “ailə” 

filmlərinin hekayə dili aydın təhkiyə, performans, 

emosional keyfiyyətləri, optimist mesajları (film-

in “xoşbəxt sonluq”la bitməsi) və geniş auditori-

yaya uyğun olması ilə xarakterizə olunur.

1980-ci illərin ortalarında Hollivud studiyalarının  

“ailə filmlərini” ictimaiyyətə qəbul etdirmək 

cəhdlərindən biri PG-13 reytinqi oldu. PG-13 

o deməkdir ki, Motion Picture Association  of 

America (MPAA) filmin 13 yaşdan yuxarı 

uşaqlar üçün uyğun olduğunu bildirir, amma 

ciddi qərar qəbul edib-etməməyi valideynlərin 

öhdəsinə buraxır. PG və ya PG-13 reytinqi artıq 

“action” filmlər üçün əsas şərtə çevrilib. Bütün 

dövrlərin ən yaxşı 30 filminin 60%-dən çoxu – 

The Simpsons Movie (2007), The Golden Com-

pass (2007),  Harry Potter and the Order of the 

Phoenix (2007) kimi PG-13 filmləridir.

“HANNA VƏ BACILARI”NDA

MİKİ OBRAZININ 

EKZİSTENSİAL 

KRIZISI

Çox az film var ki, onlara baxanda sanki kitab oxuyurmuşsan kimi bir hiss yaşayır insan. Vudi 

Alenin “Hanna və Bacıları” filmi də belələrindəndir. Kitab demişkən, qeyd edim ki, Alen bu filmi 

çəkməyi Tolstoyun “Anna Karenina” romanını oxuyandan sonra qərara alıb. Filmdə rejissorun 

ekzistensial baxışları öz əksini tapır. Ümumiyyətlə, Vudi Aleni rejissorların ən ekzistensialisti ad-

landırırlar. Ekzistensializmin təsirini onun bir çox digər filmlərində də (məsələn, “Stardust Mem-

ories”, “Sleeper”, “Love and Death”) açıq-aydın hiss etmək mümkündür. Bu filmdə Vudi Alen öz 

fəlsəfi fikirlərini Miki (Vudi Alen) obrazı vasitəsilə tamaşaçıya ötürməyə çalışır. Ona görə də bu 

yazıda mən, əsasən, Miki obrazını təhlil etməyə çalışacağam. Əslində bunu təhlildən daha çox, 

bir növ Mikinin ekzistensial fikirlərinin cəmləşdirilməsi kimi də qiymətləndirə bilərsiniz. Beləliklə, 

film haqqında heç bir əlavə məlumat vermədən (onsuz da sizin filmə baxacağınızı nəzərə alaraq) 

birbaşa keçirəm Mikinin ekzistensial krizisini təhlil etməyə.



“Həyat, onu yaşamağa dəyərmi, ya yox? Bu, insanın qarşısında duran ən fundamental 

fəlsəfi sualdır.” Kamyu öz “Sizif Haqqında Mif”ini belə başlayır. Bu, filmdə Mikinin qarşısında 

duran əsas sualdır və film ərzində biz onun 

bu suala necə cavab tapmağa çalışdığını 



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə