Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
1   ...   7   8   9   10   11   12   13   14   15

35

Film Fiction

Studiya erası (1920-1940-cı illər) 

Studiya erası dövründə amerikan film sənayesi 

8 şirkət – “böyük beşlik” (Paramount, Loews, 

20th Century-Fox, Warner Bros və RKO) və 

“kiçik üçlük” (Columbia, Universal, United Art-

ists) tərəfindən idarə edilirdi. “Böyük beşlik” 

şaquli birləşmiş şirkətlər idi: onlar öz filmlərini 

öz studiyalarında istehsal edir, filmlərini bazara 

çıxarmaq və teatrlara qoymaq üçün ABŞ-da və 

bütün dünyada ofislər şəbəkəsi yaratmışdılar. 

“Böyük üçlük” də “böyük beşlik” kimi eyni for-

mada təşkil olunmuşdu, amma onlar eyni səvi-

yyədə birləşməmişdilər. Columbia və Universal 

filmlər istehsal edir və yayırdılar, amma onların 

öz teatrları yox idi. United Artists isə əsasən 

film paylayan şirkət olsa da, aparıcı dünya ba-

zarlarında az sayda teatra sahib idilər. Douglas 

Gomery-nin fikrincə, bu 8 studiya bütünlükdə 

filmlərin 3/4-nü istehsal edirdilər. Bu o deməkdir 

ki, bütün filmlərin 1/4-i  8 studiyadan kənarda 

hazırlanıb paylanılırdı.

Studiya erasında müstəqil film istehsalçıları. 

1920-1950-ci illər dövrü tarixə Poverty Row kimi 

düşmüşdür. Bu dövrdə bir sıra kiçik müstəqil 

kino studiyaları yaranmışdı. “Hər kəs tort 

yeməyi xoşlamır. Bəziləri çörək xoşlayır,  hətta 

bəziləri bayat çörəyi təzə çörəkdən daha çox 

sevir”. 

Bu sitatın müəllifi həmin dövrün məşhur studi-

yalarından biri olan Monogram Pictures-in 

prezidenti Steven Broidy-di. Bu analogiyaya 

görə, yüksək səviyyəli müstəqil prodüsser-

lərin filmləri və studiyaları, prestijli məhsulları 

amerikan filminin “tortunu”, standart studiya 

film istehsalı “çörəyi” və Monogram,  Republic, 

Grand National, PRC və digər xırda şirkətlər də 

“bayat çörəyi” təmsil edir. Başqa sözlə, onlar 

aşağı keyfiyyətli film istehsal edirlər ki, onları 

“klassik” dövrün filmləri ilə qarışdırmaq olmaz. 

Məsələn, film tarixçisi Wheeler Dixon-a görə

Monogram filmlərinin əsas xüsusiyyətləri bayağı 

film seriyaları, bulanıq işıq effektləri, zəif səs 

elementləridir.

Studiyaların film sənayesində dominantlıq 

etdiyi dövrdə az büdcəli film istehsalı özü 2 

dövrə bölünür. Birinci dövr 1930-1939-cu illər 

Böyük Böhran dövrünü əhatə edir. B filmləri 

(az büdcəli) istehsal edən Monogram, Republic 

and Grand National kimi şirkətləri bu dövrə aid 

etmək olar. İkinci dövr isə 1940-1950-ci illəri 

əhatə edir. Bu dövrdə studiyalar tədricən B film-

lərinin istehsalını azaldırdılar. 1940-cı illərin



36

Film Fiction

 ortalarında az büdcəli film istehsalı tənəzzülə 

başladığına görə Monogram və Republic kimi 

şirkətlər yüksək səviyyəli və Oskar mükafatına 

layiq görülən filmlər (Məs: “Sakit adam” (1951) 

filmi) istehsal etməklə A səviyyəli istehsalçılara 

çevrildilər.

Poverty row dövrünün digər vacib hissəsi etnik 

film istehsalı idi. Etnik film istehsalı 1910-cu 

illərdə yaransa da, 1930-1940-cı illərdə özünün 

pik nöqtəsinə çatdı. Burada “etnik” deyəndə 

təkcə müxtəlif millətlər nəzərdə tutulmur, bura 

həm də müxtəlif din, dil, irqdən olan tamaşaçılar 

aiddir. Beləliklə, etnik filmlərə Yəhudi (Yiddish 

pictures), Kanton dilli (Çinin cənubunda dialekt), 

hispanik, afro-amerikan və digər amerikan-

lar üçün hazırlanan filmlər daxildir. Bu filmləri 

birləşdirən ümumi element o idi ki, onlar studi-

yaların ingiliscə  və ingilis dilli ağ tamaşaçılar 

üçün hazırladığı filmlərə qarşı dururdular.



Tranzit Dövr (1940-ci illərin sonundan 1960-

cı illərin sonunadək)

Müstəqil Amerikan Kino tarixinin ikinci dövrü 

1948-ci ildə, ABŞ-ın Ali məhkəməsinin böyük 

studiyaları ticarəti məhdudlaşdırdıqları və rəqa-

bətə son qoyduqlarına görə günahkar elan 

edən Paramount Decree (Paramount Dekreti) 

ilə başlayır. Bu qərar amerikan film sənayesinin 

strukturuna güclü təsir etdi, belə ki, o, studi-

yaları öz teatr zəncirlərindən məhrum olmağa, 

eləcə də öz təsir güclərini itirməyə məcbur etdi. 

Studiyalar film industriyasına nəzarəti itirməmək 

üçün alternativ yollar axtarıb tapsalar da, Par-

amount Decree 1910-cu illərdən hakim olan 

studiya sisteminin dağılması üçün vasitə oldu. 

Baxmayaraq ki, 8 studiyanın birgə gəlirlərinin 

122 mln dollara qalxması ilə 1946-cı il Hollivud 

üçün pik il olmuşdu, amma bu qiymətlərin uzun 

müddətdə belə qalxdığı son dövr oldu. Bir il 

sonra, 1947-ci ildə qiymətlər 89 mln dollara, 

1949-cu ildə 37 mln dollara düşdü.

Bu dövrdə kino sənayesində inkişaf filmlərin 

növlərinə (tarixi, müharibə, epik filmlər) təsir 

göstərirdi və bundan əlavə, kinorejissorlar əgər 

işlərini itirmək istəmirdilərsə, onlara deyilən 

tipdə film çəkmək məcburiyyətində qalırdılar. 

1951-1960-cı illər arasında müstəqil şirkətlər 

dövrün maliyyə cəhətdən ən uğurlu 10 fil-

mindən 7-nə görə məsuliyyət daşıyırdılar: 

The Ten Commandments (De Mille, 

1956); Around the World in 80 Days (M. 

Anderson, 1956); South Pacific (Logan, 

1958); Bridge on the River Kwai (Lean, 

1957); Spartacus (Kubrick, 1960); The

Greatest Show on Earth (De Mille, 1952) 

and This is Cinerama (Cooper and von 

Fritsch, 1952). Bridge on the River Kwai 

filmini çıxmaq şərtilə, yuxarıdakıların 

hamısı rəngli çəkilmişdi və The Greatest 

Show on Earth istisna olmaqla, bütün 

filmlər yeni texnologiyalardan istifadə 

edilməklə hazırlanmışdı.

Bu dövrdə “exploitation” filmlər məşhurluq 

qazanmağa başladı. Exploitation filmlər qa-

dağan olunmuş mövzular haqda az gəlirli film-

lərdir. Exploitation filmlərin tarixi kinonun tarixi 

ilə eyni olsa da, 1950-1960-cı illərdə bu filmlərin 

məzmunu kəskin şəkildə dəyişdi. Əvvəlki onil-

liklərdən fərqli olaraq, bu dövrdə exploitation 

filmlərin əsas mövzusu cinsi yolla keçən xəstə-

liklər, müxtəlif irqlərin cinsi əlaqəsi, homosek-

suallıq, narkotikdən istifadə, evlilikdən kənar 

seksual əlaqələr, abort və doğuş kimi tabu 

məsələlər idi. Onların arasında ən məşhurları 

bu filmləridir: Cocaine Fiends (O’Connor, 1935), 

Reefer Madness (Gasnier, 1936), Assassin of 

Youth (Clifton, 1937), Mom and Dad (Beaudine, 

1945).

Müasir Dövr ( 1960-cı illərdən bugünədək)

Əgər Paramount Decree və İkinci Dünya 

müharibəsindən sonrakı tənəzzül müstəqil 

amerikan kinosunun ikinci mərhələyə 

keçməsinə səbəb oldusa, 1960-cı illərdə onun 

inkişafına təsir göstərən faktorlar yenə də iqti-

sadi faktorlar oldu və bu dəyişikliklər amerikan 

cəmiyyətində və mədəniyyətində əhəmiyyətli rol 

oynadı. Ölkə tarixində ən dəyişkən dövrlərdən 

biri olan 1960-cı illərin sonu Nyu-York və Çikaqo 

kimi nəhəng şəhərlərin küçələrindəki vətəndaş 

iğtişaşları, Robert Kennedy, Martin Luter King, 




Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə