Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə19/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   15   16   17   18   19   20   21   22   ...   105

D
əniz isə  aşağı,  yeraltı  dünyanı.  Hər  üç  qatı  özündə  əks 
etdir
ən ağacın (başı, gövdəsi, kökü) türk şamanizmində əsas 
r
əmz kimi qəbul olunması, üç qatın, məvhumun yaranışında 

iştirakı, rolu” danılmazdır.   
“Xam-
ıyaş”  mərasimi də  “ot  daqıır”  kimi,  hər il 
keçirilir  v
ə  “xam-ıyaş  daqıır”  adlandırılır.  İnama  görə, xam 
ağacı  kəsmək,  budaqlarını  sındırmaq,  yanındakı  ağacları, 
kolları  kəsmək, ona arxa çevirmək, kəsici alətlə  toxunmaq, 
at bağlamaq… günah hesab olunurdu. 
Qeyd etd
iyimiz 
kimi, 
tıvalardakı 
xam-dıt 
şamanizmdəki  dünyanın  üç  qat  olduğu  barədə  fikri 
t
əsdiqləyən rəmzdir.  Göy,  Yer,  Yeraltı  aləm  olduğu  kimi 
ağacın da başı, gövdəsi, kökü var. Bu üç aləmin də öz qatları 
var. M
əsələn,  Göyün  on  yeddi  qatı,  qaranlıq  dünyanın  isə 
doqquz  qatı  var.  Hər  qatın  özünün  yiyələri mövcuddur. 
M
əsələn,  xakasların  yağış  yiyəsi  kimi  tanıdıqları  Abakan 
Kan, yaxud Mordo Kan Göyün altıncı qatında olur. Xam-dıt 
h
əm də  xamın  xamlama  vaxtı  Göyün,  Yerin  müxtəlif 
qatlarına çatması üçün əsas vasitədir. 
T
ədqiqatçılara görə, mavi Göy qübbəsinə hələ M.Ö. III 
əsrdə,  hunlar  zamanında  sitayiş  olunmuşdur.  Tanrı  öz 
hökmünü, irad
əsini ona müraciət edən, yalvaran, üz tutan 
q
ədim  türk  hökmdarlarına  diqtə  eləmiş,  onların  vasitəsilə 
b
əndələrinə  yetirmişdir.  Yəni  ağ  şamanlar  olan  türk 
hökmdarları  bilavasitə  Göylə, onun yiyəsi  olan  Tanrı  ilə 
əlaqə  qura bilirdilər.  Bir  çox  araşdırıcılara  görə, Göy 
sonralar c
ənubi Sibir türkləri tərəfindən «piroq kimi qatlara» 
bölünmüşdür  [198, s.92]. Beləliklə, biz də  Göyün qatlara 
bölünm
əsinin, onlarda müxtəlif  ruhların,  yiyələrin 
yerl
əşdirilməsinin  sonrakı  dövrlərin məhsulu  olduğu  fikrinə 
61 
 


şərik  çıxaraq  qeyd  edək ki, “Kitab-i Dədə  Qorqud” 
boylarında oğuz bəyləri  qol götürüb diləklərini birbaşa Ulu 
Tanrıya  ünvanlayırdılar.  Bu  da  həmin  boyların  çox 
q
ədimliyindən, yəni Göyün hələ  qatlara bölünmədiyi 
vaxtlarda yarandığından xəbər verir.   
Tıva  xamları  eninə  doğranmış  Göyün  müxtəlif 
qatlarına ağac vasitəsilə çatdıqlarına görə, xam-ağaca sitayiş 
onların arasında çox güclüdür. Belə ki, xam xamlama zamanı 
öq
ə  ağcaqayın  gətirdir.  Onu  öqün  ortasında  ocağın  yanında 
yer
ə elə basdırırlar ki, başı bacadan çıxsın. Sonra xam ağacın 
gövd
əsində  balta ilə  Göyün,  ya  da  Yeraltı  aləmin müxtəlif 
qatlarını göstərən pillələr düzəldir. Xamlama vaxtı o, bir-bir 
pill
ələri  qalxır,  hər dəfə  də  gördüyünü,  eşitdiyini 
ətrafdakılara xəbər verir: 
 
M
ən bir pillə qalxdım, 
Ayxay! Ayxay! 
M
ən bir qata çıxdım, 
Şaqabata! 
M
ən Taptının başına çıxdım,  
Şaqabata! 
Düz Aya qalxdım, 
Şaqabata! [184, s.384] 
 
Xam-
ağac  haqqında  danışarkən N.Krotkova əsaslanan 
L.Şternberq  yazırdı  ki,  bu  cür  ağac  hər  bir  şamanın  evində 
olurdu.  Dünya  ağacı  ilə  eyniləşdirilən  “şaman-ağac” 
vasit
əsilə  şaman  Göyün  müxtəlif  qatlarına  çıxırdı  [211, 
s.123]. 
62 
 


Yuxarıda  sözü  gedən “xam-ıyaş  daqıır”  mərasiminin 
m
əqsədi xam-ağacdan  ailə,  tayfa  üçün  xoşbəxtlik, bərəkət 
dil
əməkdir. Bir çox hallarda bu mərasim ailədə hər hansı bir 
şəxsin  narahatlığı,  xəstəliyi ilə  əlaqədar keçirilirdi. Dəvət 
olunan xam 
əvvəlcə xəstəliyin doğrudan da xam-ağacla bağlı 
olub-
olmadığını müəyyənləşdirir, yəni fala baxır. “Xam-ıyaş 
daqıır”  mərasiminin keçirilməsi üçün həmin  ağacın 
ətrafında, “ot daqıır” mərasimində olduğu kimi, “san salır”, 
y
əni ocaq yeri qurur, oranı yandırıb ocaq üçün yer düzəldir, 
yastı  bir  daşın  üstünə  kül, közərmiş  kömür  atır,  onun  da 
üstün
ə quru ardıc kolu yığırlar. Bir-iki dəqiqədən sonra ocaq 
tüstül
əyəndə,  xam  öz  atributlarını  (düngür,  toxpax, 
ayaqqabısının  altını)  tüstüyə  verir. Elə  hesab olunur ki,bu 
ayin  yaman  ruhlarla,  şər qüvvələrlə  qarşıdakı  ağır,  uzun 
mübariz
ədə xama kömək edəcək [211, s.23]. Ən əsası isə bu 
atributlara 
hopmuş 
şər qüvvələr od tərəfindən 
t
əmizlənəcək...     
Xamlama vaxtı qoç kəsir, onun başını xam-dıtın yanına 
qoyurdular. Heç k
əs  bu  başa  əl  vurmamalı  idi.  Deyilənə 
gör
ə, bir dəfə biri dözə bilməyib bıçaqla qoçun alt çənəsini 
k
əsərək  dilini  çıxardıb  yeyibmiş.  İki  gündən sonra onun 
boğazı  tutulur.  Xam  deyir  ki,  o,  xam-dıta  məxsus yeməyi 
yediyin
ə görə, boğazında qalaraq cəzalandırılıb [170, s.78]. 
“Xam-
ıyaş  daqıır”  mərasimi  sırf  xamlara aiddir. 
Burada  lamaların  iştirakı  haqqında  qaynaqlarda  məlumat 
verilmir. 
Tıva xalqının mövsüm mərasimləri arasında əkinçiliklə 
bağlı  “buqa  daqıır”  adlanan  iki  mərhələdə  keçirilən bir 
m
ərasim də  mövcuddur. Birinci mərhələ, adətən, yazda, 
k
ənd təsərrüfatı  işlərinin  başlanğıcında,  ikincisi  isə  yayda, 
63 
 


buğda  yetişənə  yaxın  keçirilir.  Yaz  əkin  işlərinin 
əvvəllərində  aratlar,  ənənəyə  görə,  beş-altı  kilometr 
uzunluğunda  suvarma  kanalları  (“buqalar”)  çəkir, digər 
hazırlıq işləri görürlər... 
Türkm
ənlər suvarma  kanallarına  su  ilə  birlikdə  diri 
balıq da buraxır, kanalın kənarında qurban kəsir, qanını suya 
axıdırdılar.  Sonra  alqışlar  oxuyub  yemək-içmək təşkil 
edirdil
ər. Burada “kırkçilten”  deyilən  qırx  gözəgörünməz 
anılsa  da  [140, s.22], söhbətin su yiyəsindən, erenlərdən 
getdiyi, bu ayinin çox q
ədim dövrlərə  bağlı  olduğu  göz 
önünd
ədir.  
Qeyd etm
ək lazımdır ki, əkinçiliklə məşğul olan əhali 
az sonr
a  süni  suvarma yolları  da  axtarıb tapır.  Aydındır  ki, 
t
ək Göydən yağan yağışa ümid etməklə məhsul yetişdirmək 
ç
ətindir. Ona görə  də, hələ  yaz  tarla  işlərinin  əvvəlində 
əkinçilər  suvarma  kanalları  çəkirdilər. Belə  suvarma 
kanalları Azərbaycanda da geniş yayılmışdır. Bunlara M.S.II 
əsrdən sonra çəkilən,  başlanğıcını  Araz  çayından  götürən, 
uzunluğu  70  verstdən (1 verst təxminən 1 km. 67 m.-dir  – 
G.Y.)  çox  olan  Govurarxı,  Mil  düzünün  torpaqlarını 
süvarmaq m
əqsədilə  çəkilən daha iki arx –  uzunluğu  80 
verst
ə  yaxın  olan  Hacı  Hüseyn  arxını,  60  verstlik  Qoşqay 
arxı  da  missal  gətirmək olar [1, s.118]. Suvarma 
kanallarından başqa erkən yazda ana arxlar çəkilir, köhnələr 
b
ərpa olunur, bəndlər, dəhnələr  tikilirdi.  İşə  başlanılacağı 
gün  mirablar,  cuvarlar  elin  ağsaqqalına,  kənd  camaatına 
x
əbər göndərirdilər. Hər kəs  öz  hajatını  (əmək alətini  
götürüb h
əmin  gün  işə  çıxırdı.  Azərbaycanda da elliklə  iş 
görm
ək bir adətdir: 
 
64 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə