Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə27/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   23   24   25   26   27   28   29   30   ...   105

qışdan  mal-heyvanın  sağ-salamat  çıxması  üçün  kəsirdilər. 
K
əsilən toğlunun da, Hederlezdə olduğu kimi, içinə bulqur, 
xırda-xırda  doğranmış  bağırsaq  dolduraraq  fırında 
bişirirdilər.  Hazır  toğlunu  kilsəyə  aparmır,  sadəcə  tüstüyə 
verirdil
ər (“tütüderlər”). “Günnük çölmesii”nə  ətlə  bərabər 
b
əslənmiş  qoyunun  yunundan  bir  çəngə  qoyurdular.  Bu  işi 
yalnız qadınlar görürdülər. N.Babaoğlu bunu övlad bəsləyən 
anaların  əlinin “yüngül”  olması  ilə  izah edir [51, s.146]. 
Əgər ailədə Dmitri (Miti) adlı adam vardısa, o zaman həmin 
şəxsin  sağlığı  üçün  qurban  kəsilirdi.  Çünki,  yuxarıda  qeyd 
olunduğu  kimi,  Kasım  bayramını  xristianlıq  Müqəddəs 
Dmitri il
ə əvəz eləmək istəsə də, bu gün bu bayram hər iki 
adla  keçirilir.  Kasımda  çobanlar  Hederlezdə  otlaqlara 
apardıqları  sürünü  geri  gətirir, özləri də  Kasım  yortusunda 
iştirak edirdilər.   
Ayrı-ayrı  kəndlərdə  aylar müxtəlif  cür  adlandırılsalar 
da, Kasım ayı (noyabr) bütün qaqauzlarda, eləcə də, Türkiyə, 
Kıbrıs  (Kipr),  Balkan  türklərində  eynidir. Bununla belə, 
Kişinyovda qaqauzca çıxan «Ana sözü» qəzetinin   redaktoru  
Todur  Zanet  ayların  adlarını  bolqar  alimi  Atanas  Manofa 
əsaslanaraq belə  ümumiləşdirməyə  cəhd göstərmişdir: 
“Böyük ay” (yanvar), “Kiçik ay” (fevral), “Mart baba” 
(mart), “Çiç
ək ay” (aprel), “Mais ay”, ya da “Kəpənək” 
(may),  “Ay  Petro  ay”  (iyun),  “Ay  İliya  ay”,  yaxud  “Orak 
ay”, yaxud “Orak ay” (iyul), “Panaya orucu”, yaxud “Lobut 
ay”,  “Xırman  ayı”  (avqust),  “İstavros  ay”  (sentyabr), 
“Kasım”  (oktyabr),  “Canavar  yortuları”  (noyabr),  “Xristos 
orucu”, ya da “Kasım” (dekabr) [85, s.83].  
Qaqauzlar fevral ayında deyirlər: “Nə odun var, nə un 
var”  (bax: Kiçik Çill
ə  -  G.Y.). Azərbaycanda  olduğu  kimi, 
91 
 


qaqauzlarda da 
mart  ayı  haqqında  müxtəlif təsəvvürlər 
mövcuddur. Onlardan birin
ə görə, mart atanın iki arvadı var: 
biri çirkin, biri göz
əl. Çirkinə baxanda, hava bozarır, gözələ 
baxanda,  hava  yaxşı  olur.  Qaqauzlar  arasında  marta  «Mart 
Baba» da deyirl
ər. A.Manofa görə, 1  martda  qızlar  ağ, 
qırmızı  ipləri bilərzik yerinə  qollarına  bağlayır,  gələn 
durnaların  yuvalarına  qoyaraq  deyirdilər: «Bu ipliyi 
yuvanıza götürün. Bizim uşaqlarımız olacaq, bizim üçün də 
Allaha dua edin» [85, s.88]. Ad
ətən, həmin  gün  qadınlar 
işləməzdilər.  Buna  baxmayaraq,  bir  qarı  qoyunlarını  çölə 
otarmağa  aparır.  Birdən bərk  yağış  yağır,  sonra isə  qar 
yağmağa başlayır. Doqquz gün sonra isə isti kürk geyməsinə 
baxmayaraq qadınla bərabər hər şey donur [85, s.88].  
Az
ərbaycanda  da  qarı  ilə  mart  arasında  bir  sıra 
deyişmələr var. Yuxarıda qeyd etdiyimiz qaqauz rəvayətinin 
b
ənzər variantı  xalqımız  arasında  geniş  yayılmışdır.  Mart 
gir
ən  kimi  Qarı  nənə  artıq  yaza  oğlaqlarını  salamat 
çıxartdığına  sevinərək  onları  çölə  ötürür, hələ  bir üstəlik 
marta meydan da oxuyur: 
 
Mart gözün
ə barmağım, 
Yaza çıxdı oğlağım. 
 
Qış  Qarının  bu  sözlərindən qəzəblənərək  geri  qayıdır, 
çovqun, tufan qoparır. Buna görə də, mart gələndə, insanlar 
qışın, soyuq, qarlı-buzlu günlərin bitdiyinə inanmır (əslində 
söhb
ət Boz ayın çıxmasından gedir. Novruz bayramı ilə Boz 
ay  çıxsa  da,  Qarı  nənənin  borcu  qabaqdadır  –  G.Y.),  hamı 
“qarı nənənin borcu”nun çıxmasını gözləyir. Yalnız bundan 
sonra 
əsl yaz haqqında danışmaq olar.  
92 
 


Bundan başqa, qaqauzlar bəzi günləri də xüsusilə qeyd 
edirl
ər. Məsələn, belə  günlərdən biri “səksən”, yaxud 
“Atanas  günü”  adlanır.  Bu  gün,  Kasımın  səkkizinci günü 
olduğu  üçün  deyirdilər: “Səksən, tarlaya toxumu at sən”. 
Kasımdan  doxsan  gün  sonra deyirdilər: “Doxsan, yaza 
qonsan”. Yüzüncü gün: “Yüz
ə  basdıq,  düzə  basdıq”,  yüz 
onuncu gün. “Y
üz on, tarlanın başına qon” [85, s.83]… 
Göründüyü kimi, aylarda h
əm  qaqauzların  qədim 
inamlarla bağlı mövsüm mərasimləri, həm də xristian dini ilə 
bağlı mərasimləri öz əksini tapır. Günlərlə bağlı deyimlər isə 
birbaşa  əkinçiliklə  əlaqədardır.  Burada  şum,  tarlaya  ilk 
toxumun  atılması,  tarla  işlərinə  çıxmaqla…  bağlı  deyimlər 
ön plana ç
əkilir. 
Qaqauzların  mövsüm  mərasimləri  arasında  yeni  il 
m
ərasimi,  onunla  bağlı  adətlər özünəməxsus yer tutut. 
Atanas Manofa gör
ə, digər qaqauzlarda olduğu kimi, Varna 
qaq
auzları  da  sofraya  (“sofra”  –  üç,  dörd  ayaqlı,  duvaq 
şəklində  yumru, alçaq masa –  G.Y.)  çeşidli  yeməklər 
düzürdül
ər. Donuz əti  istisna  idi.  Sofranın  bir  tərəfində  bir 
çanaq qum, arpa, kızılcık (zoğal) budağı qoyulurdu (zoğal ən 
tez çiç
əkləyən  ağaclardandır). Ortada isə  içində  pul olan 
kömb
ə, onun da üstündə  yanar  şam  qoyurdular.  Evin 
ağsaqqalı  çırağı  götürərək  otaqları,  oturanları  tüstüyə  verir, 
“Atamız”  (“Otçe  Naş”)  duasından  sonra kömbəni bölürdü. 
Pul kim
ə  düşürdüsə,  onu  xoşbəxt  sayırdılar.  Sonra  tapılan 
pul  şərab  bardağına  qoyularaq  gələn ilə  saxlanılırdı  [85, 
s.84]. G
ənc  qızlar,  oğlanlar  ilk  loxmalarını  yastıqlarının 
altına  qoyurdular  ki,  gələcək  nişanlılarını  yuxularında 
görsünl
ər. Sofradakı arpa, qum dolu qabları birisi götürərək 
“arpanı səpdim, qızıl olsun, qumu səpdim, inci olsun” deyə-
93 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə