Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə26/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   22   23   24   25   26   27   28   29   ...   105

“güz
əm” deyirlər. Payız yunu isə “yapağı” adlanır. Çobanlar 
qırxılan yunu xarallara doldururlar: 
 
N
ənəm, qarala qoyun, 
B
ənzər marala qoyun. 
Çoban yununu qırxıb 
Basar xarala, qoyun [1, s.231]. 
 
Bayatı  tipli  bu  nəğmə  yun  qırxımı  vaxtı  ifa  olunurdu. 
Yun qırxımı prosesini az da olsa, özündə əks etdirən (çoban 
qoyunları  qırxıb  yununu  xarallara  doldururdu)  bu  cür 
n
əğmələrin sayını  artırmaq olar. Başqa bir nəğmədə sonrakı 
proses öz 
əksini tapır: 
 
Anam, a q
əmər qoyun, 
Balası əmər qoyun. 
Yiy
ən sənin yunundan 
Qurşanar kəmər, qoyun [1, s.231-232]. 
 
M
əlumdur ki, qoyunun yunundan ip əyirərək  qurşaq, 
xalça, çuval, sicim, heyb
ə, kəmər, corab, əlcək,  canlıq… 
toxuyurdular. Xanada xalça toxuyark
ən qadınlar, qızlar xana 
n
əğmələri də  oxuyurdular.  Qaqauz türklərinin də  xana ilə 
(“düzen”
) bağlı bir çox türküləri var: 
 
S
əkizdən də pamuk aldım, 
Dokuzdan da düzen koydum
Öküz
ə verdim dokusun. 
Öküz onu dokumadı,    (2 kerə) 
Öküz onu buynuzladı. 
87 
 


 
S
əkizdən də pamuk aldım, 
Dokuzdan da düzen koydum, 
Domuza verdim dokusun. 
Domuz onu dokumadı,     (2 kerə) 
Domuz onu kalakladı… [82, s.38-39]  
 
Əsasən, heyvandarlıqla  məşğul  olan  yarımköçəri 
türkl
ərin bu təsərrüfat sahəsindən doğan məşğuliyyətlərindən 
biri d
ə yun qırxımından sonra, mayın axırı, yayın əvvəlində 
keç
ə üçün yun hazırlanmasıdır. Hər əlində bir çubuq olan aal 
əhli böyük yun qalaqlarının ətrafında oturaraq mahnı oxuya-
oxuya  yun  çırpır,  bir  qalaqdan  başqasına  keçirlər.  Tıvalar 
buna “dük kaqar” (“tük”, yun vurmaq), y
əni yun  çırpmaq 
deyirl
ər.  Çox  vaxt  çubuqların  ritmik  səsinə  uyğun  olaraq 
işçilər sanki sayırlar: “biree, iyi, üş...” (bir, iki, üç...). Bəzən 
d
ə  işin  ritmi  ilə  həmahəng  mahnılar  oxuyurlar.  Yun 
çırparkən oxunan mahnıların  məzmunu görülən  işə  uyğun 
g
əlir. Altay türkləri keçə düzəldərkən “ene kis” (“ana keçə”) 
dedikl
əri köhnə  keçəni  atmır,  onun  üstünə  yenisini, yəni 
“bala kis” qoyur, bel
əcə, keçəni təzələyirlər [198, s.118]. 
Az
ərbaycan  folklorşünası  V.Vəliyev  əmək nəğmələri 
haqqında  yazırdı:  “Hər  xalqın  bədii söz dünyası  birinci 
növb
ədə  əmək nəğmələrindən  başlanır”  [36,  s.4).  Əmək 
n
əğmələri deyəndə, ilk növbədə  ovçu nəğmələri,  balıqçı 
n
əğmələri, şum nəğmələri, ipəkçi nəğmələri, xana nəğmələri, 
sayaçı  nəğmələri, eydirmələr… nəzərdə  tutulur. Təbii ki
bütün bu n
əğmələr sadəcə vaxt öldürmək, xoş əhval-ruhiyyə 
yaratmaq üçün deyil, h
əm də magik gücə malik idilər.  
88 
 


Qaqauz türkl
ərinin zəngin mərasimləri,  onlarla  bağlı 
türkül
əri olsa da, ailə  mərasimlərinə  nisbətən mövsüm 
m
ərasimləri zəif araşdırılmışdır. Bu sahədə ən önəmli iş kimi 
bolqar alimi Atanas Manofun “Qaqauzlar (xristian türkl
ər)” 
[100
,  s.130]  kitabını  missal  göstərə  bilərik. Tədqiqatçı 
qaqauzların göy gurultusu, yağış, külək, Ay, ulduz… barədə 
dini t
əsəvvürlərini qısaca da olsa, qeyd etmiş, bir çox heyvan 
v
ə  quşların  (qurd,  at,  pişik,  bayquş,  qartal,  köstəbək…) 
onların mifik təfəkküründə tutduğu yeri incələmişdir. 
Qaqauzlara gör
ə, il iki yerə  bölünürdü: Xederlezdən 
Kasımacan  və  Kasımdan  Xederlezə  qədər. Onlar hər iki 
vaxtı  bu  gün  də  bayram edirlər.  Qaqauz  yazıçısı  Nikolay 
Babaoğlu 
özünün 
«Qaqauzlarda 
Kasım 
yortusu» 
m
əqaləsində  yazır:  “Kasım  hem  Hederlez  bu  iki  yortu 
qaqauzlarda çok sayqılı günnərdir. Onnarı insan baker derin 
evellerden diil sade hristiannık yortuları deyni deyecez nicə 
Kolada  İyisus  Hristosun  duuma  günü ya Paskelləki onnar 
naturadan hayvancılıktan başlanma hem kalma yortular” [51, 
s.145]. Xederlez dey
əndə, qaqauzlar Müqəddəs Georgi (Ay 
Görgi, Sveti Görgi, Yorgi) gününü, y
əni  yayın  ilk  gününü 
n
əzərdə  tutur, adətən,  mayın  6-da qeyd edirlər. Qaqauzlar 
kimi, Az
ərbaycan türkləri də  “Xıdır  Nəbi”,  “Xıdır  İlyas” 
bayramı  keçirirlər.  Ona  çox  vaxt  “Xıdır  Əlləz” də  deyirlər. 
Qaqauzlardan f
ərqli olaraq burada hər il Kiçik Çillədə (vaxtı 
bölg
əyə görə dəyişir -  G.Y.), yəni fevral ayının 20-ə qədər 
keçirilir. 
Hederl
ez  bayramından  sonra  qaqauzlar  sürüləri  otlağa 
ötürür,  palçıq  qarışdırır,  evi  suvayır,  digər  işlər görürdülər: 
“Hederlezden sora angi sokaktan da geçecen, olur gör
əsin 
karıları,  kızları  suvalı  dirseklerədən ellerinnen suveerlar, 
89 
 


tafta çekerl
ər, yaldızleerlar, aullarda olurdu görməə karılmış 
sarı  çamurdan  tepelər  örtülü  hasırlan  ya  yırtık  partallarlan” 
[51, s.147] –  dey
ə N.Babaoğlu doğulduğu Kıpçak (Kopçak, 
Tatar-
Kıpçak)  kəndindəki  bayramdan  sonrakı  mənzərəni 
t
əsvir edir. 
Hederlez  bayramında  qaqauzlar qurban kəsirdilər. 
Qurban üçün 
əvvəlcədən bir erkək quzu ayrılırdı. Qurbanlıq 
quzunu k
əsəcək xristian qaqauz “stavroz”unu (xaç) çəkib 
“Hadi Allah kabletsin!”  dey
ərək  işə  başlayırdı.  Qurban 
k
əsilmiş  heyvanın  dərisini  bütöv  çıxartmaq  lazım  idi, 
parçalam
aq  olmazdı.  Cəmdək təmizlənib  hazır  olduqdan 
sonra onun için
ə  bulqur  doldurur,  fırındakı  “kap-kurban 
tepsisi”n
ə  qoyur, üstünü də  kəpəkdən  yoğurulmuş  xəmirlə 
(“
pazı”) örtürdülər.  Qurbanlıq  bişdikdən  sonra  onu  keşişə 
(popaza)  aparırdılar  ki,  “okusun”. Popaz lazımi  duanı 
oxuduqdan sonra “
okunmuş kurbanlıq” quzunu ailə üzvləri
qohumlar, yaxın qonşular yeyir, üstündən şərab içir (İslamın 
yayıldığı  bölgələrdə  türklər inam dərəcələrindən  asılı 
olmayaraq qurban 
əti yeyilərkən içki içmirlər), dua edirdilər. 
G
ərək qurban əti həmin gün yeyilib qurtarsın. Sümükləri itə 
atmaq  olmazdı.  Onları  toplayıb  evin  təməlinə  gömürdülər. 
Quzunun başını, bağırsaqlarını təmizləyib qaynadır, “çorba”, 
y
əni xaş bişirir, ertəsi gün yeyirdilər [51, s.147-148]. 
Əvvəllər Hederlez günü «horu, xoru» olurdu, kənd əhli 
əl-ələ  verib halay çəkirdi.  Horu  dağıldıqdan  sonra  güləş 
(“
güreş”)  başlayırdı.  Güləşdə  qalib gələnə  “pelivan”  deyir, 
əlləri üstündə bütün kəndi gəzdirir, ona qoç bağışlayırdılar. 
Kasım  -  Müqəddəs Dmitri günü (Ay Dmitri), yəni 8 
noyabr, xalq t
əqvimi ilə  qışın  başlanğıcı  kimi  götürülür. 
Kasım bayramında qurbanlıq toğlu ayırır, onu qarşıdakı ağır 
90 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə