Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

Türkün dastanı
103
Atillanın oğlu, bir də Oniki -
Hun ordularının baş komandanı,
Daim asayişi qoruyurdular,
Nə hərc-mərclik vardı, nə də ki, qiyam.
Atilla əmrində olan ordular                                                      
Sayıq dururdular hər səhər-axşam.
Sabitlik yoxuydu bu vaxt Romada,
Üsyanlar, qiyamlar baş qaldırırdı.
Nəzarətdən çıxan bu olayları,
Atillanın gücü dayandırırdı!
Lakin səngimirdi Romada üsyan,                                            
İndi də aranı qatmış Burqondlar
1
.
Güclü ordusuyla açmışdı meydan,
Burqondun rəhbəri kral Qundikar.
Atilla göndərdi onun üstünə,
Əmisi Oktarın ordularını.
Oktar məhv elədi, durub qəstinə,
Burqondun qiyamçı son kralını.
Bu savaş sonrası tam burqondlar da,
Bütün germanlar da Huna qatıldı.
Fraklar, türinqlər, lonqobardlar da,
Şimal dənizi də Hunların oldu.
***
1 Burqondlar indiki Belçika ərazisində yaşayırdılar. 


Munis
104
Bizans Marqos barışının şərtlərini pozurdu,
Səbəbini yalanlarla başqa səmtə yozurdu.
Hun olmayan tayfalarla gizli-gizli görüşür,
Hər görüşdə söhbətləri ancaq qiyamdan düşür.
Onları ruhlandırırdı Huna qarşı üsyana,
Qaçaqları gizlədirdi, çıxarmırdı meydana.
Bu yandan Marqos piskopu əl atmışdı harama,
Atillanın əsəbləri çəkilmişdi tarıma.
Piskop Hun böyüklərinin soymuşdu məzarını,
Aparmışdı məzarların bütün əşyalarını.
Altun, gümüş, çox silahlar, çox ləl, çox cəvahirat,
Hunlar qəbrə gömürürdü, beləydi orda adət.
Bu səbəbdən bəyan etdi Atilla qərarını,
Bizansa doğru yönəltdi məğrur ordularını!
Belqraddan, Nişdən keçib Trakiyaya yetirdi,
1
Çox qısa zaman içində bu yerləri götürdü.
Fəqət yenə Batı Roma qapılaraq təlaşa,
İstəyirdi Atillanı razı salsın barışa.
Generalı Ayetüs oldu yenə narahat,                                             
Bizansın da əvəzinə verdi ciddi təminat.
Öz oğlunu girov kimi göndərdi Atillaya,
Bununla ara verildi qırğınlara, bəlaya.
Atilla Dunay boyunca qalaları da yıxdı,
Artıq Romanın onunla savaşmaq gücü yoxdu!
İndi bütün ölkələrdən baci-xərac alırdı,
Dünyaya hakimlik edən sərkərdə sayılırdı!                                   
O zamanlar yayılmışdı hər yana bir rəvayət,
Deyilənlər əfsanəydi, yoxsa canlı həqiqət?!
Deyirlər, Romalıların döyüş tanrısı Ares,
1.440 – 441-ci illərə təsadüf edir.


Türkün dastanı
105
Öz doğma övladlarından tamam döndərmişdi üz,
İtirmişdi Romalılar ona məxsus qılıncı,
Qaytarmaq mümkün olmurdu itirilmiş inancı.
Qeybə çıxmış bu qılıncı tapmış bir Hun çobanı,
Təqdim etmiş Atillaya, sevindirmiş Xaqanı.
Bu qılıncı hər kim tutsa dünyanı götürərdi,
Bütün Yer üzərinə də həmin şəxs hökm edərdi.
Demək ki, göylər deyirdi kim hökm etsin dünyaya,
Tanrı bu xoşbəxtliyi də vermişdi Atillaya!
***
Neçə illər beləcə yaşadılar yan-yana,
Nə Bizans şərti pozdu, nə Hunlar qərarını.
Roma da başdan-başa tabe idi Xaqana,
Həm hökmünü vermişdi, həm də ixtiyarını!
Bir xeyli müddət ötdü, həmin o vaxtdan bəri,
Bizans öhdəliklərə yenə ara verirdi.
Qaçaqları gizlədir, qoyulan vergiləri
Gah əskik ödəyirdi, gah da gecikdirirdi.
Atilla buna görə məcbur oldu hücuma,
Oturtsun düşmənləri, gedərək üzərinə.
Qoymadı qoşunları rahat yatıb, göz yuma,
Hazırladı ordunu o, Balkan səfərinə.
Təkrar Dunay çayından keçdi Bizansa tərəf,
1
Yol boyu zəbt eylədi gördüyü şəhərləri.
1 447-ci ilə təsadüf edir. 


Munis
106
Bu dəfə İstanbulu Xaqan götürüb hədəf,
O, Böyük Çəkməçiyə çıxardı əsgərləri.
Teodos dərd içində anladı günahını,                                             
İndi bütün şərtləri hazırdı qəbul edə.
Təki dağıtmasınlar doğma səcdəgahını,
Təki şəhər yaşasın, fəqət, özü ölsə də!
Atillanın əzəldən çox incə zövqü vardı,
Küllüyə çevirməzdi zəngin abidələri.
Sənəti, sənətkarı qoruyub yaşadardı,
Odlara qalamazdı hər kəndi, hər şəhəri!
             
Atilla İstanbulu - dağıtmaram,- demişdi,                                       
Baxıb gözəlliyinə əl saxlamış, dayanmış.
Türkün olacağını bəlkə də hiss etmişdi,
Bəlkə elə o vaxtdan Atillaya əyanmış!
Aldı bütün Bizansı itaəti altına,
Bizans qəbul eylədi əlavə şərtləri də.
İmperator düşmüşdü öz ağlının oduna,
Hunun nəzarətinə verdi sərhədləri də.
İndi illik vergilər artırılmışdı qat-qat,
Alınmış cəvahirat, daş-qaş löyün-löyündü.
Elə sındırmışdı ki, ödənməli təzminat,
Nə Roma səhlənkardı, nə Bizans ərköyündü!
Atillanın qoyduğu şərt ağırdı,
Teodosun gözündən yaş yağırdı,


Türkün dastanı
107
Başı üstə ildırımlar çaxırdı,
Bilirdi ki, uğrayacaq iflasa,
İmkanı da qalmamışdır qisasa.
Bəs neyləsin, bəs nələrə əl atsın? 
Hansı yolla möcüzələr yaratsın?
Hansı güclə istəyinə tez çatsın?
Nə ordusu, nə parası qalıbdır.
Nə bir yolu, nə çarəsi qalıbdır.
Heç bir yana gedəmmirdi qaladan,
Çıxammırdı o düşdüyü çaladan.
Bir yol vardı qurtarmağa bəladan;
Atillanın əcəliylə ölməyi,
Çətin idi bu matəmi görməyi.
Xəyalını fitnə-fəsad bürüdü,
Hiylələrə, namərdliyə sürüdü.
Müxənnətlik iliyinə yeridi,
Hakim oldu hisslərinə sui-qəsd;                                                
- Atillanı öldürtməklə ol sərbəst!
Bu xülyanın nəticəsi olammaz,
Tanrı verən ömrü kimsə alammaz!
Ehtiyatlı şahı əqrəb çalammaz,
Xaqanın da bəxti belə sarıdı,
Sərrastlığı bəlalardan qorudu.
Sui-qəsdi baş tutmadı düşmənin,
Tez açıldı üstü gizli tələnin.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə