Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

Munis
108
Elçi kimi bəd niyyətlə gələnin,
Məqsədləri, niyyətləri pozuldu,
Günah, rəqib ayağına yazıldı!
Bizans yenə yaman düşdü təlaşa,
Min bir yolla cəhd göstərdi barışa.
Heç olmasa söhbətləşə, danışa,
Bağışlana elədiyi qəbahət,
Öz canını xilas edə nəhayət.
Xaqan qəbul eləmədi söhbəti,
Elçiləri, yalvarışı, minnəti.
Tam götürdü Bizans adlı dövləti,
Teodos da oldu indi bir kölə,
Nə qılınca gücü çatdı, nə dilə.
Atilla məhv etdi rəqib tərəfi,
Roma idi indi əsas hədəfi!
Əgər düşmən itirərsə kələfi,
Şərqi Roma Hunlara yurd olacaq,
Düşünürdü, bu yerlərdə qalacaq!
Ancaq necə hücum etsin Romaya?
Nə hüquqi, nə əsgəri səbəb var.
Bəhanəsiz qoşun çəksə Romaya,
Hun tərəfdən barış şərti pozular!
Roma sanki agah idi məqsəddən,
Ləngitmədən ödəyirdi vergini.
Qaçanları buraxmırdı sərhəddən,
Atillaya yarınmaqdı hər günü.


Türkün dastanı
109
Ordunu da türksayağı düzləyir,
Qoymurdu ki, nifaq düşsün ortaya. 
Hər addımda hörmətini gözləyir,                                             
Çalışırdı yol verməsin xətaya.
Düz iki il hazırlaşdı Atilla,
Bu səfərə qüvvəsini cəmlədi.
Xiristian dünyasını bu yolla,
Batını da yıxacağam,- söylədi.
Ulu Xaqan xatırladı keçmişi,
Yada düşdü məhəbbəti, görüşü.
Gəncliyində imperator qızıyla...                                              
Çox oturub, oynamışdı nazıyla!
O gözəlin niyyətiydi evlilik,
Bu məqsədlə göndərmişdi bir üzük.
Söyləmişdi,- qeyrətinə vurğunam,
Qüdrətinə, qamətinə vurğunam!
Düşünmüşdü, Atillaya gələcək,
İqtidarı qardaşıyla böləcək.
Olacaqdır qüdrətli söz sahibi,
Tək Atilla olacaqdır sahibi.
Bir qohumluq yaranarsa arada,
Romanı da qalamazdı Hun oda.
Atillanın məqsədi tam başqadır,
Sərkərdəni hökümranlıq yaşadır.
O özünü dünya şahı görürdü,
Romanı da qərərgahı görürdü.
Unutmayıb həqiqəti, düzlüyü,
Nişan üçün göndərilmiş üzüyü,


Munis
110
Xəyalına, göz önünə gətirdi,
O, Romaya tələbnamə göndərdi:
                       *  *  *
”Nişanlısı Honoriya
Olmalıdır ona arvad.
İqtidarın tən yarısı
Cehiz kimi olsun azad.
Sarayda da sayılmalı
Haqqı, sözü olan damad!“
Ulu Xaqan düşünürdü;
Eşitsə etiraz səsi,
Elə bu cavab olacaq
Hücum üçün bəhanəsi.
İmperator, baş komandan,
1
Vaxt qazanıb, baş qatdılar.
Narahat olsa da Xaqan,                                                       
Cavabını uzatdılar.
Dözdü Xaqan həftələrə,
Heç olmadı səbri dayaz.
Nəhayət ki, tələblərə
Romadan gəldi etiraz.
Atillanın çəkilmişdi yuxusu,                                                   
Artıq indi əsas vardı döyüşə.
1 İmperator III Valentinianus, baş komandan isə Aetiüs idi. 


Türkün dastanı
111
İmperator Valentinin bacısı
Honoriya səbəb oldu bu işə.
Dünyanın güclüləri
Baş-başa gələcəkdi.
Atilla bu döyüşdə
Hesabı böləcəkdi.
Yarısı Türk əsgəri,
Yarısı islav, german,
İki yüz min qoşunla
Oldular yola rəvan.
O yandan da Ayetüs,
Bir bu qədər qoşunla,
Qalya
1
 səmtinə doğru,
Artıq çıxmışdı yola.
Hunlar Metzi, Reymisi
Zəbt etdi, yararlandı.
Sonra Parisə tərəf
Orleansa yön aldı.
  
Döyüş olacaq yerə
Addımlayırdı onlar.
Meydan savaşı üçün
Tələsirdi qoşunlar.
1 Roma imperatorluğunda bölgə, ərazi. 


Munis
112
Katalaun adlanan
Geniş bir düzə gəldi.
Silahlanmış ordular
Burda üz-üzə gəldi.
1
Dünyada görünməmiş                                                        
Güclü vuruş başladı.
Qılıncla, əlbəyaxa,
Qanlı savaş başladı.
Dəmirin şaqqıltısı,
Atların kişnərtisi,
Toz-dumana qarışıb,
Qalxırdı fəryad səsi!
            
Atilla at belində                                                                
Nə susur, nə dururdu.
Quş kimi şığıyırdı,
Şir kimi vuruşurdu.
Ruh verib ordusuna,
Qələbəyə səsləyir.
Yenilməz əsgərlərə
Böyük ümid bəsləyir.
Görürdü qələbəyə
Çox az bir müddət qalıb.
Hələ Hun qoşununda
Güc qalıb, qüvvət qalıb.
1 Döyüş 20 iyun 451-ci ildə olmuşdur. 


Türkün dastanı
113
Cəng gününün axşamı
Düşmən tərəf dağıldı.
İki günlük savaşda
Hunlar qələbə çaldı.
Amma hər bir tərəfdə
Ağır itkilər oldu.
Bircə Allah şahiddir
Bu yerdə nələr oldu!
Baş komandan Ayetüs
Dərhal geri çəkildi.
Canını qurtararaq
Meydandan tez əkildi.
Romaya dəstək verən
Viziqotun kralı,
Savaşda öldürüldü
Dəstəsindən aralı.
Xaqan qaçan rəqibin                                                          
Düşmədi arxasına.
Qaldı təpərdən düşən
Ordunun qayğısına.
Onsuz da o, Romaya
Əsas zərbəni vurmuş.
Qalya kimi gərəkli
Bir məkanda oturmuş.


Munis
114
İndi qısa zamanda                                                            
Hazırlaşmaq gərəkdi.
İndi bütün Romaya
Sahib olmaq gərəkdi.
Yenidən ordusunu
Qaldırdı, gücləndirdi.
İyirmi gün ərzində
Başkəndinə gətirdi.
Dünyaya bəyan oldu
Atilla dönməzliyi!
Hər yanı silkələdi
Onun yenilməzliyi!
Əfsanəyə dönmüşdü,
Mərdliyi, dəyanəti!
Heç vaxt bağışlamazdı
Böhtanı, xəyanəti!
Gündən-günə artırdı
Ehtiramı, hörməti!
Göylərə yüksəlirdi
Tükənməz əzəməti!
Artıq Romalıların
Qəmdən gözləri yaşdı.
Huna qarşı qoymağa
Gücləri qalmamışdı.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə